Bu kitab Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 19 May 2016-cı IL dk-435/M



Yüklə 6,87 Mb.
Pdf görüntüsü
səhifə39/43
tarix07.08.2018
ölçüsü6,87 Mb.
#60961
1   ...   35   36   37   38   39   40   41   42   43

  peyğəmbərimizi 
 Səhabəni necə sevdi?  
169
“Ömər bin Xəttabdır.”-dedi. Amr bin As “yəqin ki, üçün-
cü də mənəm” - deyə düşünərək bir də soruşdu: “Sonra 
kimdir?” Verilən cavabda yenə Amrın adı yox idi, başqa bir 
ad deyilmişdi.
178
 Rəvayəti bizə nəql edən şəxsən hadisənin 
qəhrəmanı olan Amr bin As olduğu üçün, üçüncü və sonrakı 
adları qeyd etmir. Ancaq belə etiraf edir ki: “Hər dəfə so-
ruşduqda Peyğəmbərimiz 
 mənim adımı deyil, başqa 
bir ad deyirdi. Məni lap axıra saxlamasından qorxduğum 
üçün, artıq sual vermədim.”
179
Məhz Peyğəmbərimiz Amr bin Asın timsalında başda 
bütün səhabəyə, sonra da digər bütün nəsillərə sevgidə nis-
bət və dərəcənin necə mühüm olduğunu bildirirdi. 
Səhabədən Aiz bin Amrın rəvayət etdiyi hadisəyə 
gəldikdə isə, həmin hadisə Məkkə Fəthində yaşanmışdır.
Hicrətin 8-ci ilində Peyğəmbərimiz Məkkəni fəth et-
mək üçün on min əsgər ilə birlikdə doğulub böyüdüyü
son ra hicrət etmək məcburiyyətində qaldığı doğma tor-
paqlara gəldikdə, Məkkəyə yaxın yer olan Mərruz-Zəh-
randa qərərgah qurmuşdu. Orada Məkkə tərəfinin həmin 
dövrdə lideri və komandiri olan Əbu Süfyan İslam əs-
gərləri tərəfindən tutulmuş, Hz. Abbasın himayəsi ilə 
Allah Rəsulunun 
 qaldığı çadıra tərəf gətirilmişdi. 
Yaxınlaşdıqları vaxt çadırın qarşısında Aiz bin Amr da içəri 
girmək üçün gözləyirdi. Çadırın qarşısındakı növbətçi 
Peyğəmbərimizin hüzuruna girdi və dedi ki:
178.
 Buxari, Fədailul-Əshab, 4
179.
 İbn Kəsir, əl-Bidayə, c.4, s.276


  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
170
“Ya Rasulullah! Əbu Süfyan ilə Aiz bin Amr içəriyə 
girmək üçün icazə istəyirlər.” Hər kəs üçün adi bir icazə 
cümləsi olan bu cümləyə Peyğəmbərimiz heç kimin ağlına 
gəlməyəcək bir mesajı vermək üçün etiraz etdi və həmin 
növbətçiyə dedi ki: “Əbu Süfyan ilə Aiz bin Amr yox, 
Aiz bin Amr ilə Əbu Süfyan icazə istəyirlər, deməliydin. 
Çünki müsəlman başqalarından daha izzətlidir. İslam 
ucadır, heç bir şey onun qarşısına keçə bilməz.”
180
 Bu, bir 
nəbəvi tərbiyənin və əxlaqın öyrədilməsi, sevgidə nisbət və 
dərəcənin göstərilməsi idi. Səhabə Peyğəmbərimizin 
   
bu mesajlarını o qədər doğru anlamışdı ki, onlar da insani 
münasibətlərdə daim bu qaydalara görə hərəkət etmişdi lər. 
Son olaraq səhabənin bu məsələni necə doğru an la-
dıqlarına dair bir misal vermək istəyirəm:
Hz. Ömərin 
 xilafət dövrüdür. Bilal həmin dövrdə 
Hz. Ömərin xilafət məqamının xidmətçisidir. Peyğəmbərin 
müəzzini olan Bilal görür ki, dörd nəfər xəlifə ilə görüşmək 
üçün çöldə gözləyir. Bu dörd nəfər kimdir? Ammar bin 
Yasir, Süheybi-Rumi, Süheyl bin Amr və Əbu Süfyan... Hz. 
Bilal içəri girir və deyir ki: “Ey Möminlərin Əmiri! Çöldə 
dörd nəfər var, sizinlə görüşmək istəyirlər. Əvvəlcə hansını 
çağırım?” Hz. Ömər nəbəvi tərbiyəni çox yaxşı öyrənmiş 
bir şəxsiyyətdir. Əlbəttə o, Peyğəmbərimiz 
 kimi dav-
ranacaqdır. Bilirsinizmi nə deyir? “Əvvəlcə Ammar gəlsin, 
sonra Süheyb, sonra Süheyl, sonra da Əbu Süfyan.”
Bilal çölə çıxır və içəri girmək üçün növbə gözləyənlərə 
180.
 İbn Hacər, Fəthul-Bari, c.3, s.261


  peyğəmbərimizi 
 Səhabəni necə sevdi?  
171
sıra ilə qəbul ediləcəklərini deyir. Adlar belə sıralandıqda 
Əbu Süfyan çox əsəbiləşir və deyir ki: “Vallahi! Həyatımda 
heç bu qədər aşağılandığımı xatırlamıram...” Əbu Süfyanın 
bu sözlərinə cavab olaraq Süheyl bin Amr deyir ki: “Sakit ol, 
ey Əbu Süfyan! Onlar bu din üçün canlarını verərkən, sən 
və mən bu dinə qarşı idik. Əlbəttə, indi də üstünlük onların 
olacaq və onlar bizdən irəlidə olacaqlar.”
181
Süheyl bin Amr məsələni başa düşən bir şəxs olaraq Əbu 
Süfyana belə xəbərdarlıq edirdi. Bu rəvayətdə Hz. Ömərin 
həssaslığı, sevgidə nisbət və dərəcənin əhəmiyyətini necə 
doğru anladığının ən mühüm işarəsi idi. O, nəbəvi tərbiyə 
aldığı üçün belə davranmış, o vaxt cəmiyyət içərisindəki 
səviyyələrini deyil, İslam üçün göstərdikləri fədakarlıqlarını 
və əziyyətlərini nəzərə almışdı.          
     
181.
 İbn Əsir, Üsdul-Ğabə, c.2, s.586



173
 
IV Bölüm 
PEYĞƏMBƏRİMİZ
(sallallahu aleyhi və səlləm)
Ümmətini necə sevdi?


  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
174


175
Peyğəmbərimiz 
 ümmətini necə sevdi?
A
ləmlərə Rəhmət olaraq göndərilən Mübarək 
Nəbinin 
 özü ilə eyni dövrü və məkanı 
bölüşmə bəxtiyarlığını qazanan dostlarını, yol-
daşlarını necə bir sevgi ilə sevdiyini əvvəlki bölmədə gör-
dük. İndi isə Peyğəmbərimizin ümmətini necə sevdiyini 
anlamağa çalışacağıq. 
Kitabımızın əvvəlki bölmələrinin əsas mövzusu sevgi 
olmasına baxmayaraq, fərqli mesajları da vardı. Bu bölmənin 
də əsas mövzusu sevgidir. Ancaq bu bölümün digərlərindən 
mühüm bir fərqi var. Nədir bu fərq, bilirsinizmi? Fərq bu-
dur: Xüsusilə bundan əvvəlki bölmənin əsas qəhrəmanları 
ilk nəsil olan səhabələr, onların timsalında da biz idik.  Yəni o 
bölümədə Allah və Rəsulu birbaşa onlara xitab edir, onların 


  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
176
timsalında bizə səslənirdilər. Biz də onların timsalında bi zə 
verilən mesajları qəbul edib anlamağa çalışırdıq.
Bu bölümdə isə birbaşa bizə xitab olunur, ikinci planda 
isə o çağda yaşayanlara xitab vardır. Bir sözlə, indi birbaşa 
bizə verilən mesajları anlamağa və dərk etməyə çalışacağıq. 
Belə olduğu təqdirdə isə əgər biz tam şəkildə əks etdirə 
bilsək, verilən mesaj daha da fərqli olacaqdır. Yəni biz bu 
sözlərin sahibi olan Peyğəmbərimizlə 
 sizin aranıza 
köl gə və pərdə salmasaq, görəcəksiniz ki, bu bölmə bizə çox 
şey verəcək, çox faydalı olacaqdır. 
“Peyğəmbərimiz ümmətini necə sevdi?” başlığı ilə biz 
Allah Rəsulunun 
 ümmətinə necə bir sevgi bəslədiyi ni 
anlamağa çalışacağıq. 
Peyğəmbərimizin həyatında “ümmət” dediyimiz za-
man çox şey eşidərik, elə deyilmi? Ümmət dedikdə, Pey-
ğəmbərimizin on üç il Məkkədə, on il Mədinədə nə zaman 
çətinə düşəndə ilk ağlına və dilinə gələn kəlməni demiş 
oluruq. 
Ümmət dedikdə, bir bəşər olaraq Peyğəmbərimizin ça-
ta biləcəyi ən son hədd Sidrətul-Müntəhada belə cənnəti
cəhənnəmi, hesabı, həşri görən kimi “Ah... Ah...” deyib in-
lədiyi bir kəlməni demiş oluruq.
Ümmət dedikdə, Peyğəmbərimizin 
 Sevrdə sadiq 
dostu Əbu Bəkr 
 ilə düşmənlərinin nəfəslərini üs t-
lərində hiss edərkən, sonra məşəqqətlə Yəsribə doğru səfər 
edərkən ağlından keçirib, dilindən düşürmədiyi bir kəlməni 
demiş oluruq.


Yüklə 6,87 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə