Bu kitab Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 19 May 2016-cı IL dk-435/M



Yüklə 6,87 Mb.
Pdf görüntüsü
səhifə12/43
tarix07.08.2018
ölçüsü6,87 Mb.
#60961
1   ...   8   9   10   11   12   13   14   15   ...   43

  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
59
kün deyildir. Çünki onlar, təqlid edilməsi mümkün ol-
mayan elə bir sevgi nümayiş etdirmişlər ki, bir daha eyni 
səviyyədə bir dastanın yazılması çox çətindir. Ancaq onlar, 
bizim üçün bir hədəfdir. Möminlərin üzərinə düşən vəzifə 
o mənzilə, o hədəfə çatmaq mümkün olmasa belə, həmin 
hədəfə doğru getməkdir. Əsl məqsəd və qayə də elə həmin 
iztirab ilə yerimək deyilmi? 
Məhz bu iztirabın bir nəticəsi olaraq əshabi-kiramın 
Hz. Peyğəmbəri 
 necə sevdiklərini öyrənib, onların 
o böyük dünyalarından öz kiçik dünyamıza pay almaq 
istəyirik. 
Şübhəsiz ki, bu, elə də asan bir mövzu deyil. Nübüvvət 
bağçasının gülləri olan o böyük şəxsiyyətlərin demək olar 
ki, hər birinin sevgi və sevda etibarı ilə həyatlarında izlər 
görmək mümkündür. Belə olduğu təqdirdə isə onlardan 
birini seçib, digərini gözardı etmək, birinə nəzər yetirib, 
digərini görməmək onları incitməməkdə həssas davranan 
hər bir mömin üçün çox çətin məsələdir. Bunun daha çə tin 
bir yönü isə, bizi daha çox məsuliyyət altına salan: 
“Ey bu 
ümmətin ən salehləri! Bizi heç düşünmədinizmi? Heç ağlınıza 
gəlmədikmi? Elə həyat yaşadıq ki, bizdən sonra heç kimsə bu 
həyatın eynisini yaşamaz, yaşaya bilməz?” demədiniz və bizi 
ürəklərinizi dağlayan o sevda atəşi ilə yandırdınız. Deməli, 
bu məsələdə iki çətinliklə qarşı-qarşıyayıq. Onların arasında 
seçim etmək çətindir: onları anlatmaq, yazmaq da çətindir, 
onlar kimi kamil mənada yaşamaq da... Ancaq bütün bu 
çətinliklərə baxmayaraq bu mühüm məsələni gücümüzün 


  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
60
çatdığı qədər, ürəyimizin və ağlımızın qabiliyyəti nisbətində 
anlamaq və anlatmağa məcburuq. 
Yaxşı, bəs necə anlayacağıq? İlk çətinlik görən səha-
bələrin seçim məsələsini, bir dəstə örnək şəxsiyyət təyin 
edə rək həll etməyə çalışacağıq. Ümmətin üz ağı olan dörd 
böyük xəlifənin Peyğəmbərimizə 
 olan sevgilərinə 
dair qısa bəzi xatirələrdən bəhs edəcəyik. Sonra isə səhabə 
ara sında sevgi etibarı ilə öndə olan bir neçə xatirəyə nəzər 
yetirərək, əslində əshabın hər birinin belə bir sevdaya sahib 
olduqlarını əsla unutmayacağıq. 
İkinci çətinliyə gəldikdə isə, həmin mövzuda deyiləcək 
heç bir söz yoxdur. Əlbəttə, o böyük addımları öyrənib 
həmin addımların eynisini atmaq üçün cəhd edəcəyik. 
“Yeriməklə hədəfə çatmaq olmaz, ancaq hədəfə çatanlar 
yeriyənlərdir!” - deyərək, o mübarək şəxsiyyətlərin yolundan 
başqa bir yol olmadığını heç bir zaman unutmayacağıq. 
Elə isə gəlin Hz. Əbu Bəkrdən 
 başlayaraq səha-
bənin Peyğəmbərimizi necə sevdiyini az da olsa dərk 
etməyə çalışaq.
• Sidq (doğruluq) abidəsinin Peyğəmbər sevdası
  Hz. Əbu Bəkr bu ümmətin ən böyük iftixarı, 
Peyğəmbərimizin ən yaxın dostu, onlarla səhabənin hi-
dayətinə səbəb olan və risalət mücadiləsinə dəstək olmaq-
da hər kəsi bir addım geridə qoyan bir şəxsiyyətdir. Biz ona 
Peyğəmbərimizin 
 “sağ tərəfindəki adam” deyirik. Bu 
ifadəni nə üçün işlətdiyimizə sonrakı səhifələrdə aydın lıq 


  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
61
gətirəcəyik. Qeyd edək ki, “sağ tərəfindəki adam” olmaq elə 
də asan iş deyil. Heç bir insana belə bir şərəf nəsib olmaz. 
Hər istəyən də Peyğəmbərin “sağ tərəfindəki adam” ola 
bilməz, olsa belə ilk gündən son günə qədər bu etimadı 
do ğrul da bilməz. Məhz Hz. Əbu Bəkr imanı ilə belə bir 
məqam əl də etmiş və o məqamın haqqını son nəfəsinə qə-
dər mühafi zə etmiş igidlərin igidi olan bir səhabədir. 
Hz. Əbu Bəkrin Peyğəmbərimiz 
 ilə ilk səmimi 
münasibətinin tarixdə “Xilful-Fudul (Ərdəmlilər Hərəkatı)” 
olaraq bilinən “Kim olarsa olsun, zalıma qarşı və kim olarsa 
olsun, məzlumun yanında...” şüarı ilə qurulan təşkilatda 
başladığı qeyd edilir.
52
 Bu təşkilat Hz. Əbu Bəkrin 
 
atasının əmisinin oğlu olan yaşlı və comərdliyi ilə məşhur 
Abdullah bin Cüdanın evində qurulmuşdur. Həmin 
təşkilata o gün iki gənc də qoşulmuşdu. Bu gənclərdən biri 
iyirmi yaşlarında olan Əbdülmüttəlibin nəvəsi Muham məd, 
digəri isə on səkkiz yaşındakı Əbu Kuhafənin oğlu Abdul-
lah idi.
53
 O gün orda başlayan münasibət heç vaxt qopmaya-
caq dostluğa çevriləcək, iyirmi il nübüvvətdən əvvəl, iyirmi 
üç il də nübüvvətdən sonra olmaqla düz qırx üç illik bir 
bərabərliyə səbəb olacaqdı. Bu çox da asan bir iş deyildi. 
Hələ bizim kimi hər gün sanki köynək dəyişdirirmiş kimi 
dostlarını və yoldaşlarını dəyişdirən, bu mövzuda həssaslı-
52.
 İbn Sad, Təbaqat, c.1, s.104
53.
 Hz. Əbu Bəkrin əsl adının nə olduğu ixtilaflı olsa da, qəbul edilən 
görüşə görə adı Abdullahdır. Künyəsi Əbu Bəkr isə dəvə balasının 
atası mənasındadır. Ətraflı məlumat üçün bax: İbn Hacər, əl-İsabə, c.2, 
s.310; İbn Əsir, Usdul-Ğabə, c.3, s.310


  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
62
ğı olmayanların onların uzun və fasiləsiz dostluğundan ala-
cağı çox dərslər vardır. Hətta elə bu yerdə həyati bir qayda 
öyrənib, bu qaydanı öz dünyamızda əks etdirməyə çalışa 
bilərik. Bir kimsənin keyfiyyətini bilmək istəyiriksə, ya 
da bunu özümüzə aid edərək belə deyək: özümüzün han-
sı keyfiyyətdə olduğunu bilmək istəyiriksə, ətrafımızdakı 
dostlara baxaq. Hər gün sanki köynək dəyişdirirmiş kimi 
dost dəyişdirən, yanına gələnləri az bir müddətdən sonra 
gəldiyi kimi özündən uzaqlaşdıran birindən hansı keyfiyyəti 
gözləmək olar ki? Bir insanın keyfiyyəti onun dostlarının 
qədimliyi nisbətində bilinir. 
Məhz bəşər tarixində ən keyfiyyətli insan olan Pey-
ğəm bərimizin 
 minlərlə əməlini bir kənara qoysaq, 
təkcə Hz. Əbu Bəkrlə qırx üç illik fasiləsiz dostluğu Onun 
dəyər və qiymətini öyrənməyimiz baxımından kifayət edər. 
Əlbəttə, eyni sözləri Hz. Əbu Bəkr 
 haqda da deyə 
bi lərik. Onun da keyfiyyətinin nisbəti dostluğunun son 
nəfəsə qədər davam etməsindən bilinir. 
Belə bir dostluğun sahibi olan Hz. Əbu Bəkr Pey ğəm-
bərimizi 
 necə sevmişdi? Onlarla misaldan bir neçəsini 
qeyd etmək istəyirik:
Hz. Əli 
 rəvayət edir. O, Kufədə xəlifə olarkən bir 
gün İslamın dastanlar yazdığı ilk günlərə şahid olmayan 
gənc nəslə:
“Söyləyin görək:  ُساَّنلا ُع َجْشَا ْنَم “Mən əşcəunnəs (insanların 
ən cəsuru kimdir)?” - deyə soruşmuşdu.” Cəsarət deyildikdə 
ilk ağla gələn şəxsin Hz. Əli olduğunu bilən həmin mü-


Yüklə 6,87 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə