Bu kitab Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 19 May 2016-cı IL dk-435/M



Yüklə 6,87 Mb.
Pdf görüntüsü
səhifə20/43
tarix07.08.2018
ölçüsü6,87 Mb.
#60961
1   ...   16   17   18   19   20   21   22   23   ...   43

  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
91
bəziləri xəndəkləri keçmiş, o böyük çuxurların ortasına qə-
dər gəlmişdilər. Gələnlərdən biri də Amr bin Vud idi. Bu şəxs 
güclü və adlı-sanlı döyüşçü idi. Hər kəs onu tanıyır və adını 
eşitdikdə titrəyirdi. Çünki o, “min döyüşçüyə bərabərdir” - 
deyə bilinir, heç kim onun qarşısına çıxmağa cürət etmirdi. 
Amr bin Vud xəndəkləri keçib gəldikdə: “Ey müsəlmanlar! 
Eşitdim siz deyirsiniz ki, biz öldükdə cəhənnəmə, siz isə 
öldükdə cənnətə gedirsiniz?! Haydı, aranızdan biri gəlsin 
və məni cəhənnəmə göndərsin, ya da özü cənnətə getsin!”-
deyirdi. Müsəlmanlar bu sözləri deyənin Amr olduğunu 
gördükdə heç səs çıxarmadılar. Onun meydan oxumasına 
yalnız bir nəfər cavab verdi...O da Hz Əli idi. Hz. Əli: “Mən, 
ya Rəsullah!”-deyərək irəli atıldı. Peyğəmbərimiz
......

ْسِل ْجِإ 
 !ورْمَع ُهَّنِإ !يِلَع اي “İclis, ya Əli! İnnəhu Amr. (Otur, ey Əli! O, 
Amrdır.)” - dedi. Hz. Əli 
 məcbur oturdu, çünki “otur” 
deyən Peyğəmbərimiz idi. Amr gördü ki, müsəlmanlardan 
səs çıxmır, sözlərini br də təkrar etdi və qarşısına çıxacaq 
rəqib istədi. Müsəlmanlardan yenə səs çıxmadı. Bu 
dəfə də Hz. Əli irəli atıldı: “Mən, ya Rasulullah!” - dedi. 
Peyğəmbərimiz eyni sözlərlə ikinci dəfə Hz. Əliyə icazə 
vermədi. Müsəlmanlardan səs çıxmadığını görən Amr bu 
dəfə istehza ilə: “Nə oldu, qorxdunuzmu? Aranızda bir kişi 
yoxdu, qarşıma çıxsın?!”-dedi. Müəslmanlar yenə səssizdi. 
Hz. Əli irəli atıldı, “mən” - dedi. Peyğəmbərimiz 
 onu 
göndərmək istəmirdi. Elə buna görə də Əliyə icazə vermə-
di. Ancaq bu dəfə Hz. Əli yerində oturmadı. Bəzən əmrə 
tabe olmamaq da ədəbdəndir düşüncəsi ilə Hz. Əli dedi 


  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
92
ki: “Ya Rasulullah! Əgər o min döyüşçüyə bərabər olan 
Amrdırsa, mən də anamın verdiyi adla Heydəri-Kərraram 
(səhraların aslanıyam). İcazə ver, mən ona həddini gös-
tərim.” Peyğəmbərimiz 
 Hz. Əlinin bu ürəkdən gələn 
həvəsini görüb istəyini qəbul etdi. Əlini yanına çağırdı, əy-
nindəki xirqəsini çıxarıb ona geyindirdi. Başındakı sarığı 
da Hz. Əlinin başına qoydu. Əlini kürəyinə vuraraq onu 
Xəndək meydanına göndərdi. Hz. Əli qəhrəmanlıqla döyüş 
meydanına girərkən Peyğəmbərimiz əllərini səmaya açdı 
və: 
“Ya Rəbbi! Uhudun meydanına əmim Həmzəni 
göndərdim, geri gəlmədi. Sən Əlini mənə geri qaytar!”-
dedi.
91
 
Hz. Əlinin xəndəyə enməsi ilə toz dumana qarışdı, göz 
gözü görmədi. Bir müddət sonra təkbir səsi eşidiləndə mü-
səlmanlar bildi ki, Əli Amrı yerə sərdi.
92
 Eşq, sevda, sevgi 
olmasaydı, belə bir qəhrəmanlıq olardımı?
Hz. Əlinin 
 həyat dəftərinin hansı səhifəsini və  rə-
qləsəniz, eyni qəhrəmanlıqla rastlaşacaqsınız. Hər səhifədə 
ilk gün havaya qaldırdığı o əlin məsuliyyətini yerinə 
yetirmək üçün bir igidlik görəcəksiniz. Hudeybiyədə, Xey-
bərdə, Yəməndə, Məkkədə, Bəsrədə, Kufədə hər zaman bu 
belədir. Çünki Əli “Yeddi yaşında necə idisə, yetmiş yaşında 
da eynidir.” Çünki Əli, “Haqlı olmaq qədər, haqlı qalmaq 
da əsasdır.” - sözünün sahibidir. Çünki Əli, bir istiqamət və 
qətiyyət insanıdır. 
91.
 İbn Sad, Təbaqat, c.2, s.68; Vaqidi, Məğazi, c.2, s.271
92.
 İbn Sad, Təbaqat, c.2, s.68


  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
93
Son dəfə o, Kufədə cəhalətin və təəssübün qurbanı olan 
xain İbn Mülcəmin amansız qılıncı altında doğranarkən: 
“Bismillah və billah və alə milləti Rasulillah. Fuztu bi 
Rabbil-Kəbə (Allah adına, Allah ilə bərabər,Rasulullahın 
milləti ilə birlikdə, Kəbənin Rəbbinə and olsun ki, indi mən 
qazandım!)” - demişdi.
93
Hz. Əli şəhid olaraq bu dünyadan gedərkən qazanırdı. 
Çünki o, çox gözəl bilirdi ki, əsl həyat yeni başlayacaqdı. 
O, sevmiş, sevdiyinin yolunda yaşamış, nəhayət sevdiyinin 
yolunda da canını və qanını fəda edərək gedirdi. Hz. Əlinin 
sevdası bütün peyğəmbər sevdalılarına bu işin necə olacağı-
nı göstərən çox mühüm bir nümunədir. Əlidən danışdıqca 
söz bitməyəcək, Əlidən bəhs etdikcə sevdasını anlatmağa 
kəlmələr kifayət etməyəcək. Yaxşısı budur, gəlin bu qədərlə 
kifayətlənək və Əlini Əli kimi böyüdüb boya başa çatdıran 
Hz. Xədicə anamızın həyatına nəzər salaq.
• Risalətin anası olan Hz. Xədicənin Peyğəmbər sevdası
Hz. Xədicə 
 anamız Peyğəmbərimizin ilk hə-
yat yoldaşı idi. Peyğəmbərimiz onunla on beş il nübü-
vvətdən əvvəl, on il də nübüvvətdən sonra olmaqla düz 
iyirmi beş il eyni yastığa baş qoymuşdu. Xədicə anamız 
Peyğəmbərimizin İbrahim adlı oğlundan başqa bütün 
93.
 Muhamməd Emin Yıldırım, Nəbəvi Eyitim Modeli, Darul-Ərkam, 
s.109


  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
94
övladlarının anası idi.
94
 O, nübüvvətə ilk iman edib təsdiq 
etmiş, ilk dəfə Peyğəmbərimizin 
 arxasında namaz 
qılmış, mal-dövlətini, sərvətini, bir sözlə hər şeyini risalət 
mücadiləsi uğrunda xərcləyərək, o mücadilənin anası 
olmuşdu. Elə buna görə də biz Xədicə anamıza təkcə 
övladlarının anası deyil, risalət mücadiləsinin anası gözü ilə 
baxırıq.
Xədicə anamızın Peyğəmbərimizə 
 olan sevdası 
ayrı bir sevda idi. O sevdanı bilənlər, digər sevdaları 
yazmaqdan vaz keçərlər. Onların sevdaları həqiqi sevginin 
nə demək olduğunu cahana öyrədən bir sevgi idi. O sevgi 
vəfa, fədakarlıq, mərhəmət, ədəb, sədaqət və bir çox mühüm 
xislətlərin necə olmasını göstərən bir sevda idi. Yalnız bir 
nümunə verərək, bu sevginin necə olduğunu anlamağa 
çalışaq. Qeyd etdiyimiz bu nümunə hələ nübüvvət 
gəlmədən əvvəl yaşanmış bir hadisədir. 
Hz. Xədicə 
 anamız ilə Peyğəmbərimizin 
  
evliliklərinin ilk ayları idi. Peyğəmbərimizin əmisi Əbu 
Talib birdən-birə çox narahat olmağa başlamışdı. Nara-
hatçılığının səbəbi isə bu idi: Xədicə zəngin və əsil-nə-
cabətli bir xanım, qardaşının oğlu Muhamməd isə yetim 
və kasıb bir gəncdi. Birdən Xədicə malik olduğu zənginli yə 
görə özünü qardaşı oğlu Muhamməddən üstün tutarsa?.. 
Zənginliyin verdiyi qürurla qardaşı oğlu Muhammədi 
94.
 İbrahimin anası misirli Mariyə anamızdır. Onun haqqında ətraflı 
məlumat üçün bax: Muhamməd Emin Yıldırım, Hz. Peyğəmbərin 
Albumu, s. 124, 125 


Yüklə 6,87 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə