peyğəmbərimizi
Səhabə kimi Sevmək
123
Musabın bərəkətli süfrəsində oturmuş və Mədinənin əksər
insanları kimi bu süfrədən iman şərbətini içmişdi. Beləliklə
də imandan irəli gələn Peyğəmbərimizin eşqi onun da ürə-
yinə düşmüşdü. Əksər mədinəli kimi o da görmədən Pey-
ğəmbərimizə sevdalanmışdı. Əslində ilk öncə o Musaba
vurulmuşdu. Musabın vüqarı, imanı, fədakarlığı, igidliyi
onu ürəyindən vurmuşdu. Nəsibə anamız öz-özünə deyirdi
ki: “Müsab belə bir şəxsdirsə, gör onu belə yetişdirən
Peyğəmbər necədir?” O, maraq və həyəcan ilə yalnız bir il
gözləyə bilmiş, həmin ilin zilhiccə ayında Əqabədə Pey-
ğəmbərimiz
ilə görüşməyə gedən heyətdə iştirak
etmişdi. İkinci Əqabə beyətinə gedən o heyət yetmiş beş
nəfərdən ibarət idi. Bu yetmiş beş nəfərlik heyətdə təkcə
iki qadın vardı. Onlardan biri Nəsibə anamız idi. Digəri isə
həmin günlərdə doqquz aylıq hamilə olmasına baxmaya-
raq yola çıxan və yolda doğum sancıları tutan Əsma binti
Amrdı.
Məhz Nəsibə anamız o gün Musabın ardınca Məkkəyə
doğru gedərkən əri Zeyd bin Asim və böyük oğlu Abdullah
bin Zeyd də həmin mübarək heyətdə idi. Əqabədə o bö-
yük görüş baş tutduqdan sonra Nəsibə anamız bir ildir
həsrəti ilə alışıb yandığı Peyğəmbərimizlə görüşməyin
həyəcanı nı yaşayırdı. O, Peyğəmbərimizi
gördükdə
xəyal qırıqlığı yaşamadı. Çünki Musabın tərif etdiyindən də
qat-qat artığını Peyğəmbərimizin o nurlu simasında gördü.
Orada beyətlər edilib sözlər verildikdən sonra Mədinəyə
geri qayıdanda yolda Nəsibə anamız bir dua etdi. Necə
peyğəmbərimizi
Səhabə kimi Sevmək
124
bir dua etdisə və necə ürəkdən dua etdisə, o dua əl-Mucib
olan Allah dərgahında qəbul olundu. Nəsibə anamız necə
dua etmişdi, bilirsinizmi? Dua belə idi: “Ya Rəbb! Qəlbimi
Rəsulunun sevgisi ilə doldur!”
Onsuz da, qəlbi Allah Rəsulunun sevgisi ilə dolu olan
insanın belə dua etməsinin başqa bir mesajı və səbəbi ol-
malıydı. Çünki həmin günlərdə əlliyə yaxın yaşı olan Nə sibə
anamız Mədinədən Məkkəyə beyət üçün gedərkən, onsuz
da, Peyğəmbərimizə
aşiq bir ürəyin sahibi idi. O ilk
görüşdə də eşqinə eşq əlavə edirdi. Belə olduğu təqdirdə
Nəsibə anamızın geri qayıdarkən yolda etdiyi bu dua
əslində “sevgidə sabitqədəm olma və istiqamət duası” idi.
Bu, nə deməkdir? İnsan sevər, xüsusən də yolun əvvəlində
həyə can hiss edər, sevdiyini görmək istəyər, onun uğrunda
fədakarlıq edər. Bir müddət sonra isə sevgiliyə yaxın ol-
duqca, onu əl də etdikcə o ilk günün həyəcanı yavaş-yavaş
sönməyə baş layar. Aradan xeyli müddət keçdikdən sonra isə
həyəcan yorğunu olaraq yeni-yeni başqa həyəcanlar axtarar.
Məhz Nəsibə anamızın Əqabə beyətindən qayıdarkən etdiyi
dua: “Ya Rəbb! Məni sevgi yorğunu etmə!. İlk gündən son
günə qədər sevgimin istiqamətini dəyişdirmə! İlk günün
həyəcan və eşqini ürəyimdən əskik etmə!” - duasıdır.
Bir dua ürəkdən edildikdən sonra Allah onu qəbul et-
məzmi? Bu duanı etdikdə Nəsibə anamız əlli yaşlarında idi.
Həmin ildən sonra da on beş il yaşayacaqdı. Onun iman
yolundakı həyatına baxdığımız zaman asanlıqla görə bilə rik
ki, ilk gün Musabın əlindən iman şərbətini içərkən həyəca-
peyğəmbərimizi
Səhabə kimi Sevmək
125
nı və eşqi necə idisə, son gündə də eyni idi. Hətta sevgisin-
də və həyəcanında artım vardı ki, azalma yox idi. Çünki o,
ürəkdən dua etmiş, Allah da onun ürəyinə istədiyi istiqamət
və sabitqədəmlilik qoymuşdu.
Nəsibə
anamız bu duanı edib Mədinəyə gəldikdən
sonra əsas məsələ bu sevgidən irəli gələn bir həyat yaşa maq
idi. Bu sözü, bu iddianı təkcə sözdə qoymayıb, həyatda
təsdiq etmək lazım idi. Bəs nə edəcəkdi Nəsibə anamız?
Müsəlman bir qadın, İslamın anası nə etməliydisə, əlbəttə,
o da eynilə edəcəkdi.
Nəsibə
anamızın bir evi və o evdə həyat yoldaşı,
iki oğlu vardı. İndi o, bu evi bir məktəb edəcək, evini bir Da-
rul-Ərkama, Suffaya çevirəcəkdi. Özü isə o evin müəllimi
olacaq, evdə Allah və Rəsuluna aşiq ürəklər böyüdəcəkdi.
Yə ni əsl vəzifəsi olan analıq vəzifəsini yerinə yetirəcəkdi,
analıq rolu oynamayacaqdı.
Bəs Nəsibə anamız necə analıq etmişdir, bilirsinizmi?
Öv ladlarını elə tərbiyə etmişdir ki, iki oğlu da Peyğəmbərə
olan sevgidə analarını keçmişdir. İki övladı da Bədirdə
iştirak etmək üçün bir-biri ilə yarışmışdı. Böyük oğlu
Abdullahın iştirak edib etmədiyi dəqiq deyil. Ancaq Həbib
yaşı az olduğu üçün orduya qəbul edilməmişdir. Uhudda
isə Abdullah ordudadır. Həbib yenə yaşı az olduğu üçün
orduya qəbul edilməmişdir. Ancaq buna baxmayaraq kiçik
qardaş Həbib böyük qardaşından əvvəl şəhadət şərbətini
içəcəkdir.
Hicrətin 10-cu ili Peyğəmbərimiz
bu igidi bir də vət
peyğəmbərimizi
Səhabə kimi Sevmək
126
məktubu ilə peyğəmbərlik iddiasında olan Yəmaməli Mü-
səyləmətul-Kəzzabın yanına elçi olaraq göndərir. Mü səyləmə
məktubu açıb oxuyur, sonra Həbibə baxaraq: “Sə ni mənim
yanıma kim göndərib?” - deyə soruşur. Həbib: “Məni sənin
yanına göndərən Allahın Rəsuludur!” - deyir. Müsəyləmə:
“Bəs mənim də Allahın Rəsulu olduğumu bil mirsən?”
- deyə soruşur. Həbib: “Mən səni eşitmirəm!” - de yir.
Müsəyləmə qəzəblənir: “Necə yəni eşitmirəm?! Bir az əvvəl
sualıma cavab vermədinmi? Bir də soruşuram: Muhamməd
Allahın elçisidirmi?” Həbib: “Bəli, mən şə hadət edirəm ki,
Muhamməd Allahın elçisidir!” - deyir. Müsəyləmə: “Bəs,
mən Allahın elçisiyəmmi?” - deyə so ruşur. Həbib: ye nə
də: “Səni eşitmirəm!” - deyir. Əslində Həbibin etdiyi hə-
rəkət qulaqlarının eşitmədiyinə görə de yil, batilə qarşı qu-
laqlarının kar olduğunu Müsəyləməyə hiss etdirməkdi.
Ancaq həyatını batilə təslim edən Mü səyləmənin bu hərəkə-
ti dərk etməyə niyyəti yox idi. Bu hərəkət Müsəyləməni
dəliyə döndərir və hər dəfə sual verdikdən sonra Həbibin
bir orqanını kəsdirir. Orqanlarının bir-bir kəsildiyinə bax-
mayaraq, Həbib: “MuhammədunRasulullah” deməyə da-
vam edir və nəhayət şəhid olur. Əvvəlcə əllərini, sonra qol-
larını, sonra gözlərini, sonra qulaqlarını bir-bir fəda edərək
Həbib şəhadət şərbətini içir.
118
İyirmi, iyirmi beş yaşlarında bir igidə belə eşqi kim
qazandırmışdı? Həbib hansı mədrəsədə bunu öyrənmişdi?
Hansı məktəbdə belə bir təhsil görmüşdü? Bir ana olaraq
118.
İbn Hişam, Sirə, c.2, s.126
Dostları ilə paylaş: |