Bu kitab Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 19 May 2016-cı IL dk-435/M



Yüklə 6,87 Mb.
Pdf görüntüsü
səhifə31/43
tarix07.08.2018
ölçüsü6,87 Mb.
#60961
1   ...   27   28   29   30   31   32   33   34   ...   43

135
 III Bölüm 
PEYĞƏMBƏRİMİZ 
(sallallahu aleyhi və səlləm)
Səhabəni necə sevdi?



137
Peyğəmbərimiz 
 səhabəni necə sevdi?
A
llah Rəsulunun 
 ətrafında yetişən o mü ba-
rək nəslin Peyğəmbərimizə bəslədiyi dərin eşqin 
................................
və məhəbbətin necə olduğunu və hansı sə viy-
yəyə ucaldığını birlikdə gördük. Onlara belə sevdanı qazan-
dıran ən mühüm amil şübhəsiz ki, Peyğəmbərimizin də 
onlara bəslədiyi məhəbbətdi. Belə olduğu təqdirdə Pey-
ğəmbərimizin 
 bu sevgisindən əsas bir qayda öyrəndik: 
“Sevən sevilir”. Əgər Peyğəmbərimiz 
  sə ha bəni  ölümünə 
bir sevda ilə sevməsəydi, səhabə də əsla Pey ğəmbərimizi 
belə sevda ilə sevməzdi. Axı səhabəyə be  lə bir sevgini 
öyrədən də elə həmin böyük müəllim idi. Əs habına hər 
şeyi o öyrətmişdi. Onlar Peyğəmbəri sevmə yi belə ondan 
öyrənmişdilər. Bu mövzuda hədis və siyər ki tablarımızda 
onlarla nümunə görmək mümkündür. Bu nümunələrdən 


  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
138
bir neçəsini burada qeyd edəcəyik. Peyğəmbərimizin 
  
səhabəyə olan sevdasının əhatə dairə sini dərk edəcəyimiz 
bir dua ilə başlayaq: Bir gün Pey ğəmbərimiz Rəbbinə 
belə yalvaracaqdı: 
“Allahım! Əshabımı mənim öhdəmə 
buraxma, mən onlara lazımi şəkildə baxmaqdan aciz 
qalaram. Onları özlərinin öhdəsinə də buraxma, onlar 
özlərinə baxmaqdan aciz qalarlar. Onları başqalarının 
öhdəsinə də buraxma, çünki başqaları onların qiymətini 
layiq olduqları şəkildə dərk etməz, özlərini onlardan 
üstün görərək onlara haqsızlıq edərlər.”
133
Peyğəmbərimizin 
 bu duasındakı yalvarışların dan 
başa düşürük ki, O, əshabını necə bir sevgi ilə sevir. O, əs-
habını nə sevməsinə baxmayaraq, yenə də onların qədir-
qiymətini lazımi şəkildə bilməmək qorxusu daşıyır qəlbində. 
Buna görə də onları şəxsindən, səhabənin özündən və 
başqalarından belə qoruyaraq, birbaşa Allaha 
 əmanət 
edir.
Məhz səhabəyə: 
!للها ُلوُسَر اَي يِّمُأ َو يِبَا َكاَدَف “Fədəkə əbi və 
ümmi, ya Rasulullah (Atam, anam sənə fəda olsun, ya 
Rasulullah)” - dedirdib, bu sözün məsuliyyətini də yerinə 
yetirdən ən mühüm amil, belə bir sevdadır...
Minlərlə əshabı atasını, anasını, nəfsini və sahib olduğu 
hər şeyi heç tərəddüd etmədən Peyğəmbərimizin 
 
uğrunda fəda etdilər. Bəzən fəda edəcəklərini də yuxarıda-
kı cümlə ilə bildirdilər. Həmin cümlə elə-belə deyilmiş bir 
133.
 Əhməd bin Hənbəl, Müsnəd, 7/288; Əbu Davud, Cihad, 35


  peyğəmbərimizi 
 Səhabəni necə sevdi?  
139
ifadə deyil. Bizim də bəzən bir-birimizə qarşı işlətdiyimiz: 
“Qurban olum” sözü kimi yalnız ağız vərdişi ilə deyilmiş 
bir cümlə deyil. O deyildiyi vaxt yeri və zamanı gəldikdə 
sözün məsuliyyəti nədirsə, yerinə yetirilməli idi. Bəs, 
bu sözü Peyğəmbərimiz 
 heç hanısısa səhabə üçün 
işlətmişdirmi? Bəli, demişdir. İki yerdə iki nəfər səhabə üçün 
işlətmişdi bu sözü Peyğəmbərimiz. Minlərlə səhabənin ona 
dediyi sözü, Peyğəmbərimiz də iki səhabə üçün işlətmişdi. 
Bu, çox maraqlıdır. Elə deyilmi?  
Bu bəxtiyar səhabələrdən biri Peyğəmbərimizin: 
“Ki­
min belə bir dayısı var, göstərin görək!”
134
 - deyib, təq dim 
etdiyi Sad bin Əbi Vaqqasdır. Uhudun ən şiddətli vax tında 
Sad bin Əbi Vaqqas 
 Pey ğəmbərimizin qarşısında 
dayanmış, Ona bir zərər gəl məsin deyə özünü sipər etmiş, 
əlindəki oxla düşməni geri çəkilməyə məcbur etmək üçün 
nə lazımdırsa etmişdir. Sad ox atarkən Peyğəmbərimiz də 
onun arxasında yerə düşənləri yığır, Sada verir və: 
!دْعَس اَي ِمْرِإ 
!يِّمُأ َو يِبَا َكاَدَف “İrmi, yə Sad! Fədəkə əbi və ümmi (At, ey 
Sad! Atam, anam sənə fəda olsun!)”
135
 - deyirdi.
Heç bir səhabə bu sözü elə-belə söz olsun deyə dilinə 
gətirmədiyi kimi, Peyğəmbərimiz 
 də boş yerə de-
mə zdi. Həqiqətən də əgər onlar: “Atam, anam sənə fəda 
ol sun!” - deyirdilərsə, yeri və zamanı gəldikdə ata da, ana 
da, həyat yoldaşı da, övlad da, var-dövlət də, bir sözlə hər 
şeyRasulullahın uğrunda fəda edilirdi. Bunun nümunələrini 
134.
 Tirmizi, 3752
135.
 Tirmizi, 3751


  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
140
də əvvəlki bölmədə qeyd etmişdik. Səhabə necə bu sözü 
elə-belə demirdisə, əlbəttə ki, Peyğəmbərimiz də boş yerə 
deməmişdi. Həqiqətən də o, yeri və zamanı gəldikdə hər 
şeyini əshabı üçün fəda etməkdən heç vaxt əsirgəməzdi. 
Bunun necə olduğunu sonrakı səhifələrdə görəcəyik.
Peyğəmbərimizin 
 o ifadəni işlətdiyi ikinci bəxti-
yar səhabə isə bibisi Safiyyənin oğlu Zübeyr bin Avvamdır. 
Hadisəni bizə oğlu Abdullah bin Zübeyr 
 nəql edir:
“Əhzab günü (Xəndək döyüşü) mən və Əbu Sələmə-
nin oğlu Ömər uşaq olduğumuz üçün qadınların yanında 
qalmışdıq. Bir də gördüm ki, atam Zübeyr atının üstündə 
iki və ya üç dəfə Qureyza oğullarının yanına gedib gəldi. 
Evimizə qayıtdıqdan sonra atamdan soruşdum: “Atacan! 
Mən gördüm ki, sən bir neçə dəfə Bəni Qureyza yurduna 
gedib gəldin.” Atam: “Oğlum, sən məni ora gedib gələrkən 
gördünmü?” - dedi. Mən də: “Bəli!” - dedim. Bundan sonra 
atam oraya getməsinin səbəbini anlatdı: “Rasululllah 
 
“Kim Bəni Qureyza yurduna gedib onlardan xəbər gətirə 
bilər?” - dedi. Mən də: “Mən gedərəm, ya Rasulullah!”-
dedim və ora getmək üçünRasulullahdan tapşırıq 
aldım. Ona görə də bir neçə dəfə ora gedib gəldim. Geri 
qayıdandaRasulullah atasını və anasını bir yerdə qeyd 
edərək: “Atam, anam sənə fəda olsun!” - dedi.”
136
 Bu söz 
Zübeyr bin Av vamın qazanacağı ən böyük mükafat və 
həyatının ən yadda qalan  hadisəsi idi.”
Bu iki nümunəyə baxaraq belə bir sual da soruşaq: Səhabə 
136.
 Buxari, Fədailu Əshabin-Nəbi, 15; Müslim, 1879; Tirmizi, 3745


Yüklə 6,87 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə