Bu kitab Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 19 May 2016-cı IL dk-435/M



Yüklə 6,87 Mb.
Pdf görüntüsü
səhifə34/43
tarix07.08.2018
ölçüsü6,87 Mb.
#60961
1   ...   30   31   32   33   34   35   36   37   ...   43

  peyğəmbərimizi 
 Səhabəni necə sevdi?  
149
mühüm rəvayətlərdən biridir. 
Peyğəmbərimizin
Hz. Ömərə olan sevgisi
Hz. Ömərə 
 qarşı Peyğəmbərimizin bəslədiyi 
mə həbbətin necə olduğu hər birimizə məlumdur. Hətta 
o sevgi hələ cahiliyyət dövründə başlamış və Hz. Ömərin 
mü səlman olmasına vəsilə olmuşdu. Peyğəmbərimiz iman 
köy nəyinin əyninə yaxşı yaraşacağı insanların hidayətləri 
üçün dua edərdi. Məhz elə insanlardan biri də Hz. Ömər idi. 
Pey ğəmbərimiz 

“Ya Rəbb! İslamı iki Ömərdən biri 
ilə gücləndir.” - deyə dua etmiş, o dua Ömərin ürəyindəki 
qandalları açmışdı.
153
 İki Ömərdən biri Xəttabın oğlu Ömər, 
digəri isə onun dayısı Amr bin Hişam, yəni Əbu Cəhl idi.
Peyğəmbərimizin Hz. Ömərə 
 necə bir sevgi bəs-
lədiyinə dair bir nümunə verək. Bir gün Hz. Ömər Pey-
ğəmbərimizə  belə demişdi: “Ya Rasulullah! Əgər icazə 
versəniz, Ümrəyə getmək istəyirəm.” Peyğəmbərimiz onun 
bu sözlərinə çox sevinmiş və Hz. Ömərə demişdi ki: 
“Qar­
daşım, get, yolun açıq olsun, ancaq duanda bizi də unut­
ma!”
Hz. Ömər bu söz qarşısında çox sevinmiş və heyrətlə: 
“Ya Rasulullah! Duaya möhtac olan bizik, biz Sənə necə 
dua edəcəyik?!”-demişdir. Peyğəmbərimiz 
 təbəssüm 
edə rək heç bir söz deməmişdir. Hz. Ömər 
 deyir ki: 
153.
 Əhməd bin Hənbəl, Müsnəd, 2/95; Tirmizi, 3681; Hakim, 
Müstədrək, 3/83


  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
150
“Peyğəm bərimizin bu sözünün əvəzində mənə bütün dünyanı 
versəydilər, o qədər sevinməzdim.”
154
Peyğəmbərimiz yoldaşlarına bəslədiyi məhəbbətin tə-
zahürü olaraq onlara qarşı belə ifadələr işlədirdi.
• -Peyğəmbərimizin
Hz. Osmana olan sevgisi
Peyğəmbərimizin Hz. Osmana olan sevgisinin necə 
olduğunu Hüdeybiyədə görmüşdük. Ancaq xüsusi olaraq 
Hz. Osmana 
 bəslədiyi məhəbbətin miqyasına dair 
bu misalı verə bilərik: Təbbət surəsi nazil olduqda çıl-
ğı na dönən Peyğəmbərimizin əmisi Əbu Ləhəb həmin 
günə qədər aralarında nişan olan Ütbə və Üteybə adlı iki 
oğlunu məcbur edir ki, nişanlarını qaytarsınlar. Onlar 
Peyğəmbərimizin qızları Ruqiyyə və Ümmü Gülsüm ilə 
nişanlıydılar. Nişan qaytarıldıqda Hz. Osman o qızlardan 
birini almaq istədi. Peyğəmbərimiz 
 də Ruqiyyəni ona 
verdi. Çox xoşbəxt ailə idilər. On ilə yaxın davam edən bu 
evlilikdən Həbəşistanda hicrətdə olarkən Abdullah adlı bir 
övlad dünyaya gəlmişdi. Bədir qəzvəsinin olduğu günlərdə 
Ruqiyyə anamız vəfat etmişdi. Peyğəmbərimiz Bədirdən 
qayıdanda qızının vəfat etdiyini eşidib çox kədərlənmiş
bir ata kimi ürəyi yanarkən belə, O, hüznünün ağırlığına 
baxmayaraq Hz. Osmanı 
 təsəlli etməyi də öz üzərinə 
götürmüşdü. Sonra digər qızı Ümmü Gülsümü də Hz. 
Osmana vermişdi. O evlilik də yeddi il davam etmişdi. 
154.
 Əbu Davud, 1498; Tirmizi, 3562


  peyğəmbərimizi 
 Səhabəni necə sevdi?  
151
Hicrətin 9-cu ilində Ümmü Gülsüm anamız xəstələnərək 
vəfat etmişdi. Hz. Osman yenə də acıların ən böyüyünü 
yaşamışdı. Peyğəmbərimiz 
 də bir tərəfdən qızının 
vəfatına kədərlənmiş, digər tərəfdən də yenə Hz. Osmanı 
təsəlli etmişdi. Təsəlli edərkən də bu sözləri deyirdi: 
“Vallahi, on qızım olsaydı və onu da ard­arda vəfat 
etsəydi, mən onları bir­bir Osmana verərdim.”
155
 
Bu söz Peyğəmbərimizin Hz. Osmanı necə bir sevgi ilə 
sevdiyinin bariz nümunəsi deyilmi?
• Peyğəmbərimizin 
 Hz. Əliyə olan sevgisi
Peyğəmbərimizin Hz. Əliyə qarşı bəslədiyi sevgi elə 
asanlıqla yazıla biləcək sevgi deyil. Hansını qeyd edək ki, 
hansından başlayaq? Təkcə bir misalla Peyğəmbərimizin   
özünə qardaş etdiyi kürəkəni, əmisinin oğlu və risalət 
mübarizəsinin böyük qardaşı olan Hz. Əliyə bəslədiyi sev-
ginin miqyasını anlamağa çalışaq.
Hz. Əli 
 hicrət gecəsi Hz. Peyğəmbərin yatağında 
oyanmaq üçün deyil, ölmək üçün yatmışdı. Allah 
 
Əlini o amansız qılınclardan qorumuş, həmin gecə Hz. Əli 
sağ-salamat səhəri açmışdı. Bir neçə gün sonra da öz ailəsini 
və Peyğəmbərimizin ailəsini də götürüb Mədinəyə doğru 
yola çıxmışdı. Çox çətin bir səfərdən sonra gəlib Mədinəyə 
çatmışdı. Çatmağına çatmışdı, ancaq Hz. Əli sanki bitib 
tükənmişdi. Bir an əvvəl Peyğəmbərimizə 
 çatmaq 
155.
 İbn Əsir, Usdul-Ğabə, c.3, s.579


  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
152
üçün dayanmadan yol gələn Hz. Əli xəstələnmiş, ayaqları 
şişmiş və parçalanmış şəkildə yatağa düşmüşdü. O zaman 
Hz. Əli iyirmi üç yaşlarında bir gəncdi. Peyğəmbərimiz   
Kubada olduğu günlərdə tez-tez Əlini soruşurdu. Ağlı, 
fikri daim Əlinin yanında idi. “Görəsən nə oldu, gəldimi, 
başlarına bir iş gəlmədən sağ-salamat çatdılarmı?” - deyə 
xəbər gözləyirdi. Peğəmbərimiz belə bir təlaşla gözləyərkən 
Hz. Əlinin 
 Kubaya çatdığı xəbəri gəldi. Xəbəri 
gətirən səhabə: “Ya Rasulullah! Əli gəldi, ənsardan bir 
nəfərin evindədir. Ancaq sizin hüzurunuza gəlmək üçün 
taqəti qalmayıb, ayaqları parçalanıb, özü də yatağa düşüb.” 
- dedi.
156
 
Peyğəmbərimiz 
 bu xəbəri eşidən kimi dərhal 
ayağa qalxmış: “O gələ bilmirsə, biz gedərik. Haydı, mənə 
o evi göstərin.” - demişdi. Həmin səhabə Peyğəmbərimizi 
Hz. Əlinin qaldığı evə aparmışdı. Peyğəmbərimiz evə 
girən kimi Hz. Əlinin yanına getmişdi. Hz. Əli yatağa 
düşmüş, ayaqları qanlar içində uzanaraq istirahət edirdi. 
Hz. Əli  gələn şəxsin Peyğəmbər olduğunu bilib tez ayağa 
qalxmaq istəmişdi. Peyğəmbərimiz qoymamış, ayaqlarına 
yaxın bir yerdə oturmuş, Əlinin ayaqlarını qucaqlamış, 
gözləri dolmuş, mübarək əllərini Əlinin ayaqlarına sürmüş 
və ona şəfa diləmişdi.
157
 Səhabələr bu mənzərəni görüb 
Peyğəmbərimizin göstərdiyi sevgiyə, Hz. Əliyə qarşı gös-
tərilən bu səmimi münasibətə heyran olmuşlar.
156.
 İbn Əsir, Usdul-Ğabə, c.4, s.96
157.
 İbn Əsir, Usdul-Ğabə, c.4, s.96; Hələbi, İnsanul-Uyun, c.2, s.233


Yüklə 6,87 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə