Bu kitab Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 19 May 2016-cı IL dk-435/M



Yüklə 6,87 Mb.
Pdf görüntüsü
səhifə33/43
tarix07.08.2018
ölçüsü6,87 Mb.
#60961
1   ...   29   30   31   32   33   34   35   36   ...   43

  peyğəmbərimizi 
 Səhabəni necə sevdi?  
145
nıyırdılar. Bu şəxs üçüncü elçi olaraq Məkkə tərəfin dən 
Hüdeybiyəyə göndərildi. Ürvə gəlib Peyğəmbərimiz 
 
ilə görüşdükdən sonra Məkkəyə qayıtdı. Geri qayıtdıqda 
məkkəlilərə dediyi söz belə idi: “Ey qövmüm! Vallahi, 
mən bu günə qədər Kisranı, Qeysəri, Nəcaşini və bir çox 
insanlar gördüm. Ancaq mən, Muhammədin əshabı qədər 
ona aşiq olan başqa bir toplum görmədim. O danışdığı vaxt, 
sanki başlarında bir quş varmış kimi Ona qulaq asırlar, əmr 
etdikdə isə yerinə yetirmək üçün bir-biriləri ilə yarışırlar. 
Tüpürdüyü zaman tüpürüyünün yerə düşməməsi üçün 
ovuclarını açan, dəstəmaz aldıqda suyuna əl vurmaq üçün 
can atan aşiqlərdir onun əshabı... Gəlin, Onun dediyini 
qəbul edin. Əks halda siz Onunla və Onun əshabı ilə əsla 
mübarizə apara bilməyəcəksiniz.”
146
 
Ürvəni heyrətləndirən əshabın Peyğəmbərimizə 
qarşı bəslədiyi eşqdir. Əshaba bunu öyrədən isə, əlbəttə, 
Peyğəmbərimizin 
 onlara qarşı olan dərin məhəbbəti, 
sevgi və sevdası idi. 
O sevdanı göstərən başqa bir misal da vermək istəyirəm. 
Bu gün hədis və siyər kitablarına baxdıqda Peyğəmbərimi-
zin həyatında çox az bəddua etdiyinin şahidi oluruq. Bəl-
kə də iyirmi üç illik nübuvvət həyatında etdiyi bütün bəd-
duaların sayı bir əlin barmaqlarından artıq olmaz. Məsələn, 
hə min bəddualardan birini Xəndək Qəzvəsi əsnasında na-
146.
 İbn Hişam, Sirə, c.3, s.328; Əhməd bin Hənbəl, Müsnəd, 4/324; 
Təbəri, Tarix, c.3, s.75


  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
146
maz qılmağı əngəlləyən düşmənləri üçün etmişdir.
147
 Bəd 
-dualardan birini də əmisi Əbu Ləhəbin oğlu Üteybə üçün 
etmişdir.
148
 Həmçinin bəddualardan biri də Biri Maunə 
fəciəsində Quran müəllimlərini şəhid edənlər üçün idi.
Əvvəlki səhifələrdə başqa bir vəsilə ilə qeyd etdiyimiz 
kimi hicrətin 4-cü ili səfər ayında Nəcid bölgəsindən bəzi 
qəbilələr İslamı öyrənmək üçün müəllim isitmək məqsədilə 
Peyğəmbərimizin yanına gəlirlər. Peyğəmbərimiz də ürə-
yində tərəddüd etməsinə baxmayaraq, həmin bölgəyə 
Munzir bin Amrın 
 başçılığı ilə bir heyət, yəni Quran 
müəllimi göndərir. O zalım, amansız və bədbəxt qəbilə 
üzvləri qurduqları xain tələ ilə Quran müəllimlərinin bir 
nəfərdən başqa hamısını şəhid edirlər. Onların əlindən xilas 
olan Amr bin Ümeyyə olacaq, o da gəlib bu dəhşətli hadisəni 
Peyğəmbərimizə xəbər verəcəkdi. Allah Rəsulu nun həmin 
hadisəni eşitdikdən sonra nə hala düşdüyü nü təsəvvür edə 
bilirsinizmi? Əshabından bir nəfərin ayağına tikan batması 
Onu pərişan edərkən, indi qırx və ya yetmiş yoldaşı xain bir 
tələnin qurbanı olaraq öldürülmüşdü. Peyğəmbərimiz bu 
hadisədən sonra nə etdi, bilirsinizmi? İbn Abbas 
 bizə 
belə nəql edir: “Hadisədən xəbər tu tan kimiRasulullah bir 
ay günorta, ikindi, axşam, yatsı və sübh namazlarının son 
147.
 “Ey Kitabı nazil edən, buludları hərəkət etdirən Allahım! İslam 
əleyhinə toplanan bu qrupları dağıt! Onları məğlub et!  Onlara qarşı 
bizə yardım et və zəfər qazandır. Onların çadırlarını başlarına uçurt 
və onlara zərər ver!..” Bax: Buxari, Kitabul-Cihad vəs-Siyər, 60, 73; 
Əhməd bin Hənbəl, Müsnəd, c.1, s.169
148.
 Diyarbəkri, Tarixul-Xamis, c.1, s.169


  peyğəmbərimizi 
 Səhabəni necə sevdi?  
147
rükətində “Səmi Allahu limən-hami dəh!” deyərək rükudan 
qalxıb Bəni Süleym, Rial, Zəkvan, Useyyə qəbilələrinə 
bəddua oxudu, arxasındakı camaat da “amin” dedi.”
149
 
O, dualarının bəzilərində belə deyirdi: “Allahım! Vəlid 
bin Vəlidi, Sələmə bin Hişamı, İyaş bin Əbi Rəbini və 
möminlərdən zəif olanları qoru. Allahım! Mudar qəbiləsinə 
təzyiqi artır! Onlara Yusif dövründəki kimi qıtlıq ver!”
150
 
Rəhmət Peyğəmbərini 
 bu qədər məyus edən, Onu 
bu qədər bəddua etmək məcburiyyətində qoyan yalnız 
və yalnız əshabına bəslədiyi dərin məhəbbət, onlara qarşı 
olan sevgi və sevda idi. Gəlin bu sevdanı bəzi səhabələr dən 
misallarla daha canlı görək.
• Peyəmbərimizin
Hz. Əbu Bəkrə olan sevgisi
Peyğəmbərimizin Hz. Əbu Bəkrə 
 olan sevgisini 
an latmaq ən az Hz. Əbu Bəkrin Peyğəmbərimizə olan sev-
gisindən bəhs etmək qədər çətindir. Çünki həqiqətən Pey-
ğəmbərimiz bu sadiq dostunu çox sevmiş, ona qarşı ürə yin-
də daim ülvi hisslər daşımışdır. Peyğəmbərimiz 
 on 
üç il Məkkənin ən çətin yollarını onunla birlikdə get miş, 
hicrətdə isə onu özünə yol yoldaşı etmişdir. 
Peyğəmbərimizin həyatında Hz. Əbu Bəkrin 
 necə 
bir yeri olduğunu və onu necə sevdiyini Əbu Hureyrənin 
rəvayət etdiyi bu hədisdən daha aydın başa düşürük. Pey-
149.
 İbn Sad, Təbaqat, c.2, s.53; Əhməd bin Hənbəl, Müsnəd, 3/109
150.
 Buxari, Kitabul-istisqa, 2, 3


  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
148
ğəmbərimiz buyurdu ki: 
“Bizə kim bir yaxşılıq etmişsə, 
mütləq qarşılığını vermişik, Əbu Bəkrdən başqa. Onun 
bizə çox yaxşılığı toxunub. Onun mükafatını qiyamət 
günündə Allah verəcəkdir. Çünki Əbu Bəkrin mal­
dövlətinin mənə verdiyi fayda qədər heç kimsənin mal­
dövləti mənə fayda verməmişdir. Əgər insanlar arasında 
özümə bir dost seçsəydim, mütləq Əbu Bəkri seçərdim. 
Çünki o, Allahın dostudur.”
151
 
Peyğəmbərimizin təkcə bu ifadələri belə Onun Hz. Əbu 
Bəkri 
 necə bir sevgi ilə sevdiyini başa düşmək üçün 
kifayətdir. Ancaq Peyğəmbərimiz 
 onlarla hədisi ilə 
də ona qarşı olan sevgisini dilə gətirmişdir. Bu hədislərdən 
birini də burada qeyd edəcəyik.
Bir gün Hz. Ömər ilə Hz. Əbu Bəkr 
 arasında 
bir məsələ haqda mübahisə olur. Hadisə Peyğəmbərimizə 
çatanda O 
 , məyus olur və Hz. Əbu Bəkrin fəzilətini 
saymağa başlayır: 
“Allah məni sizə peyğəmbər olaraq 
göndərdikdə hamı məni yalanlayarkən, təkcə Əbu Bəkr 
məni təsdiq edərək canı ilə, var­dövləti ilə mənə kömək 
etmişdi.” Sonra Peyğəmbərimiz sözlərinə belə davam edir:     
؟يِبِحا َص يِل ٌكِراَت ْمُتْنَأ ْلَهَف “Fəhəl əntum tariqun li sahibi? (İn­
di siz yoldaşımı mənə görə bağışlamayacaqsınızmı?)”
152
 
Təkcə bu son cümlə belə Peyğəmbərimizin Hz. Əbu 
Bəkri 
 necə bir sevgi ilə sevdiyini bizə göstərən 
151.
 Tirmizi, 3661
152.
 Buxari, Fədailu Əshab, 192


Yüklə 6,87 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə