Bu kitab Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 19 May 2016-cı IL dk-435/M



Yüklə 6,87 Mb.
Pdf görüntüsü
səhifə17/43
tarix07.08.2018
ölçüsü6,87 Mb.
#60961
1   ...   13   14   15   16   17   18   19   20   ...   43

  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
79
Bu hadisə səbəbilə biz də hər zaman Hz. Əbu Bəkrə 
Peyğəmbərimizin “sağ tərəfindəki adam”, Hz. Ömərə isə 
Pey ğəmbərimizin “sol tərəfindəki adam” - deyirik. Çünki 
on ların sağda və solda olması, təkcə bu dünya ilə əlaqəli de-
yil. Peyğəmbərimizin sözlərinə görə axirət ilə də əlaqəli bir 
hal dır.
Bu rəvayətdə bizə mühüm bir dərs vardır. Hadisəni 
xatırlayaq: ortada Peyğəmbərimiz 
 , sağ tərəfdə Hz. 
Əbu Bəkr 
, sol tərəfdə Hz. Ömər 
 bir əlləri 
Peyğəmbərimizin əllərindədir. Bəs digər əlləri hardadır? 
Digər əlləri boşluqdadır! O əllərə uzadılacaq başqa əlləri 
gözləyir. O əlləri boş qoymamaq üçün, eyni yolun yolçusu 
olmaq və o əllərə əl uzadacaq həyatların sahibi olmaq üçün 
çalışmaq lazımdır, elə deyilmi? Biz bir az cəhd göstərməklə, 
necə böyük mənzərədə yer ala biləcəyimizi dərk edə 
bildikmi?
• Ümmətin Yusifinin Peyğəmbər sevdası
Hz. Yusif peyğəmbərlər arasında iffət paltarını necə ən 
yaxşı geyinmiş və qorumuş isə, Hz. Osman 
 da səha-
bə arasında bu paltarı ən mükəmməl qoruyanların məşhuru 
idi. O, bu ümmətin Yusifi, həyanın, ədəbin və iffətin abidə 
şəxsiyyətidir. 
Hz. Osman 
 Məkkənin tanınmış ailələrindən olan 
Bəni Ümeyyədən idi. Bu ailənin ilk iman edənlərindən ol-
duğu üçün çox böyük çətinliklər çəkmiş, imanı uğrunda 


  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
80
min bir bədəl ödəmişdir. 
Hz. Osmanın Peyğəmbərimizə 
 olan sevdasına gəl-
dikdə isə, yaşadığı uzun və bərəkətli həyatında
75
 bizi hey-
ran edən və bizə ibrətli dərslər verən yüzlərlə hadisə ilə 
qarşılaşırıq. Biz burada bunlardan yalnız ikisini qeyd edə-
cəyik.
İslami dəvətin səsi Məkkə küçələrində yayılmağa baş-
lamadan bir müddət əvvəl Peyğəmbərimizin əmisi Əbu 
Ləhəb: “Mənim evimə Muhammədin qızları gəlin olaraq 
girməlidir.”- demiş, Utbə və Uteybə adlı iki oğluna Ruqiyyə 
və Ümmü Gülsümü istəmiş, aralarında nişana bənzər bir 
mərasim olmuş və qızların “hə”si alınmışdı. Təbbət surəsi na-
zil olub Quranın sərt ifadəsi ilə Əbu Ləhəb və həyat yolda şı 
Ümmü Cəmil pisləndikdən, qınandıqdan sonra Əbu Lə həb 
çılğına dönmüşdü. O, iki oğluna da nişanı pozmaları üçün 
tapşırıq vermişdi. Oğulları da atalarının sözünə qulaq asaraq 
nişanlarını pozmuşdular. Əbu Ləhəb də: “Muhamməd indi 
gedib iki gənc qızının dərdini çəksin ki, ağlı başına gəlsin.”-
deyirdi. İşgəncələrin, təzyiqlərin, tənqidlərin artdığı həmin 
günlərdə peyğəmbərin evində bir anda xoş olmayan belə 
bir hadisə olmuşdu. Peyğəmbərimiz və Hz. Xədicə iki qız-
larının bu çətin vəziyyətlərinə dözmək məcburiyyətində 
qalmışdılar. Məhz bu çətin günlərdə ürəyində Hz. Pey-
ğəmbərə qarşı dərin bir məhəbbət bəsləyən Hz. Osman 
75.
 Hz. Osman iman edəndə 33, vəfat etdiyi vaxt 82 yaşında idi. 
Haqqında ətraflı məlumat üçün bax: Muhamməd Emin Yıldırım, Hz. 
Peyğəmbərin Albumu, s.166-168


  Peyğəmbərimizi 
 Nə üçün və Necə  Sevməliyik ?    
81
 öz-özünə belə düşüncəyə qapılmışdı: “Görəsən, get-
səm və Peyğəmbərimizin o qızlarından birini istəsəm, az da 
olsa o evi bu kədərdən uzaqlaşdırarammı? Görəsən, belə 
etsəm, Peyğəmbərimizi sevindirə bilərəmmi?”
Hz. Osman ağlındakı bu düşüncələri gedib Pey ğəm-
bərimizə ərz etdikdə Peyğəmbərimiz çox sevinmişdi. Elə 
həmin anda qızlarından böyük olanı, Ruqiyyəni ona vermiş, 
Osmanı özünə kürəkən etmişdi. Bu evlilik, o vaxt Məkkədə 
ən çox danışılan hadisələrdən biri olmuşdu. Günlərlə 
insanlar və həmin dövrün ictimai rəyinə təsir edən şairlər 
bu evlilikdən bəhs etmişdilər. Təbii ki, həmin evliliyin bu 
qədər gündəmə gəlməsi Hz. Osmanı 
 çətin vəziyyətə 
salmışdı. Məkkənin ən məşhur taciri, bazara çıxmayana 
qədər alverin başlamadığı ən zəngini və əsil-nəcabətli insanı 
olan Affanın oğlu Osman, artıq Məkkədə yaşaya bilməyə-
cək bir vəziyyətə düşmüşdü. Buna görə də nübuvvətin 5-ci 
ilində həyat yoldaşı Ruqiyyə ilə birlikdə uzaq bir ölkə olan 
Həbəşistana doğru səfərə çıxmaq məcburiyyətində qalmışdı. 
Peyğəmbərimiz 
 bu mübarək ailəni Həbəşistana yola 
salarkən göz yaşlarına hakim ola bilməyəcək: 
“Salam olsun 
Osmana və onun ailəsinə... Vallahi! Onun ailəsi, Lutdan 
sonra risalət mübarizəsi uğrunda ailəsi ilə hicrət edən 
bir iman ailəsidir...”- deyəcəkdi.
76
Hz. Osman 
 ürəyindəki dərin iman və o imanın 
verdiyi sonsuz məhəbbət sayəsində çətin hicrət yollarını 
76.
 Beyhəqi, Dəlail, c.2, s.297; İbn Kəsir, əl-Bidayə vən-Nihayə, c.3, 
s.66


  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
82
keçəcək, hər cür sıxıntı və məşəqqətə baxmayaraq düz 
səkkiz il Həbəşistanda yaşayacaqdı. Mədinəyə qayıdanda 
isə yanlarında Həbəşistanda dünyaya gələn Abdullah adlı 
uşaqları ilə birlikdə üç nəfərdən ibarət ailə olaraq dönəcəkdi. 
Hicrətin ikinci ilində də həyat yoldaşı Ruqiyyəni əbədi 
aləmə yola salacaqdı. Hz. Osman həyat yoldaşını itirməyin 
dərin kədərini ürəyində daşıyarkən, Peyğəmbərimizin 
yeni bir müjdəsi ilə az da olsa təskinlik tapacaqdı. Allah 
Rəsulu digər qızı Ümmü Gülsümü Hz. Osmana verərək
onu Zinnureyn (İki nur sahibi) edəcəkdi. Bu evliliklə Hz. 
Osman 
 peyğəmbər evinə ikinci dəfə kürəkən olma 
şərəfini qazanacaqdı. Ancaq bu da çox davam etməyəcək, 
hicrətin 9-cu ilində Ümmü Gülsüm də vəfat edəcəkdi. Hz. 
Osmanı təsəlli etmək işi yenə Peyğəmbərimizin üzərinə 
düşəcək və Ümmü Gülsümün vəfatı ilə sanki həyatı başına 
yıxılan Hz. Osmana: 
“Vallahi, on qızım olsaydı və onu 
da ard­arda vəfat etsəydi, mən onları bir­bir Osmana 
verərdim.”
77
- deyəcəkdi.
Hz. Osmanın Peyğəmbərimizin 
 ürəyindəki y eri 
məhz belə bir yerdi. Onun həyatındakı peyğəmbər sev-
dası nı bizə nəql edən ikinci nümunə isə Təbuq Qəzvəsi 
əsnasında etdiyi inanılmaz infaqdır. İnfaq nifaqın ən böyük 
əlacı, imanın aşkar göstəricisidir. Həmçinin infaq bir iddia 
olan sevginin də ən böyük isbatıdır. Çünki könlün sevməsi
əlin verməsi ilə mümkündür. Quru-quru səni sevirəm demək 
və sevdiyinin yolunda heç bir fədakarlıq göstərməmək, 
77.
 İbn Əsir, Usdul-Ğabə, c.3, s.579


Yüklə 6,87 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə