Bu kitab Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 19 May 2016-cı IL dk-435/M



Yüklə 6,87 Mb.
Pdf görüntüsü
səhifə6/43
tarix07.08.2018
ölçüsü6,87 Mb.
#60961
1   2   3   4   5   6   7   8   9   ...   43

  Peyğəmbərimizi 
 Nə üçün və Necə  Sevməliyik ?    
31
• Peyğəmbərimizi
sevmək imanın dadını və
ləzzətini əldə etməyin ən mühüm vəsiləsidir.
  İman etmək və imanın dadını almaq... Biri işin baş-
lanğıcı, digəri isə nəticəsidir. “İmanın dadını və ləzzəti ni 
əldə etmək” çox mühüm bir xususiyyətdir. Elə bu yerdə 
bir şeyi də qeyd etməliyik ki: “Dadmayan bilməz, dadan 
isə söz ilə ifadə edə bilməz.” Ancaq bu mərtəbəyə yüksələ 
bilmək, qulluq yolunda qoyulan bu hədəfə çatmaq  üçün 
belə bir suala da cavab tapmaq lazımdır: “İman etmək ilə 
imanın dadını almaq arasında necə bir fərq var?” Şübhəsiz 
ki, müəyyən fərqlər var. Əgər fərq olmasaydı, belə bir hə-
dəf inanan insanın qarşısına qoyulmazdı. Bu mövzuda çox 
şey demək olar, ancaq biz burada bir neçə cümlə ilə xülasə 
edək: İman edən Allaha qul olar. İmanın dadını alan isə 
Allaha Hz. İbrahim  
 kimi 
Xəlil, Peyğəmbərimiz 
 
kimi 
Həbib olar. İman edən Allahın ondan istədiyi bəzi 
əmr və qadağanları üzərinə öhdəlik olaraq götürər. İmanın 
dadını alan isə hər əmri və qadağanı özü üçün Rəbbinə 
yaxınlaşmaqda ən böyük vəsilə olaraq görər. Məsələn, iman 
edən üçün namaz günün beş ayrı vaxtında Allahın 
 
ondan istədiyi bir ibadətdir. İmanın dadını alan şəxs üçün 
isə bu, Allah ilə görüşmə, Ona qovuşma, Rəbbi ilə dərd-
ləşmə və danışma imkanıdır. Elə buna görə də bir bə şər 
olaraq imanı ən çox dada bilən  Peyğəmbərimiz 
 üçün 


  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
32
namaz gözünün nuru və aydınlığıdır.
12
  
Məhz iman edən ilə imanın dadını alan arasındakı fərq 
budur. Bəs inanan bir insan imanın dadını necə əldə edə 
bilər? Nə etməlidir ki, belə mühüm bir dəyər qazansın? 
Bu suala cavab verməmişdən əvvəl Hucurat surəsinin 7-ci 
ayəsini xatırlamalıyıq. Bu ayədə Rəbbimiz belə buyurur:
“...Lakin Allah sizə imanı sevdirmiş, onu ürə klər­
inizdə süsləmiş, küfrə, itaətdən çıxmağa və (Allaha) asi 
olmağa qarşı sizdə nifrət oyatmışdır. Məhz belələri (bu 
xislət sahibləri) doğru yolda olanlardır!”
13
Bu ayədə ifadə edilən fikirlər Peyğəmbərimizin 
   
həyatında və dilində bir duaya çevrilmişdi. Quranın Onun 
ürəyinə və təfəkkürünə yerləşdirdiyi bu üfüqlər o mübarək 
dodaqlardan bu ifadələrlə süzülmüşdü: 
“Allahım! Bizə 
imanı sevdir və onu qəlblərimizin zinəti et. Küfrə, hər 
cür çirkinliyə, azğınlığa və Sənə qarşı üsyana isə nifrət 
etdir. Bizi əqli cəhətdən kamilliyə çatanlardan et!”
14
Burada ifadə etdiyimiz ayədə və nəbəvi duada qeyd 
olunan 
“imanı sevmək” kəlməsi çox mühümdür. Məhz 
ima nı sevmək və bunu könüllərə hopdurmaq, ürəklərin zi-
nəti etmək imanın dadını almaqdır. Bu izahlardan sonra çat-
dırmaq istədiyimiz əsas mesaja qayıtsaq və imanın dadını 
12.
 “Mənə dünyanızdan gözəl qoxu və qadın sevdirildi. Namaz isə 
gözümün nuru qılındı.” Nəsai, İşarətun-Nisa, 1; Əhməd b. Hənbəl, 
Müsnəd, 3/285; Hakim, Müstədrək, 2/175
13.
 Hucurat surəsi, 49/7
14.
 Əhməd b. Hənbəl, Müsnəd, 3/424


  Peyğəmbərimizi 
 Nə üçün və Necə  Sevməliyik ?    
33
necə almaq olar sualını təkrar soruşsaq, hansı cavabı alarıq? 
Belə bir üfqü və hədəfi bizə bildirən Peyğəmbərimiz 
 
cavab verir. Buyurur ki: 
“Üç şey kimdə olarsa, hə min şəxs 
imanın dadını almışdır: Allah və Rəsulunu 
 hər 
şeydən daha çox sevmək, sevdiyini yalnız Allah üçün 
sevmək, iman etdikdən sonra təkrar küfrə qayıtmağı 
sanki oda (cəhənnəmə) atılır kimi çirkin görmək.”
15
 
İmanın dadını almaq üçün Peyğəmbərimizin saydığı 
üç əsas səbəbdən birincisi: “Allah və Rəsulunu 
 hər 
şeydən daha çox sevməkdir.” Məhz biz də elə bu səbəbə  
görə dey rik ki, Peyğəmbərimizi sevmək imanın dadını və 
ləzzətini əldə etməyin ən mühüm vəsiləsidir.  
• Peyğəmbərimizi
sevmək Allahı
sevməyin
və Onun məğfirətini və rəhmətini qazanmağın ən əsas
səbəbidir.
Bu mesajın Qurandakı ifadəsi belədir: 
“De: “Əgər siz 
Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi 
sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, 
mərhəmətlidir!”
16
Bu ayədə Rəbbimiz aydın şəkildə Özünün həqiqi mə-
nada sevilməsini, elçisinə tabe olmaq və Onun ardınca 
getmək şərtinə bağlayır. Tabe olmaq, ardınca getmək, təqlid 
etmək və ya verilən mesajlardan irəli gələn öhdəlikləri 
yerinə yetirmək sevgi ilə birbaşa əlaqəlidir. İnsan sevmə   di-
15.
 Buxari, İman, 14; Müslim, İman 68; Nəsəi, İman, 3; Tirmizi, 2624
16.
 Ali İmran, 3/31


  peyğəmbərimizi 
 Səhabə kimi Sevmək  
34
yi kimsənin dediklərinə nə üçün əməl etsin ki? Tabe ol maq 
sevmək ilə başlayır. 
Burada bir xüsusiyyətə diqqət etməliyik. Din adlı ilahi 
nizamın üç əsas prinsipi var: Allah, Kitab (Quran) və 
Peyğəmbər. Nə üçün? Çünki peyğəmbər insandır, bəşərdir 
və insanlara, bəşəriyyətə göndərilmişdir. Elə buna görə də 
Rəbbimiz ayədə: “Məni izləyin, mənə tabe olun” deyərək, 
möminlərə özünün deyil, “Göndərdiyim elçinin ardınca 
gedin, Ona tabe olun” deyərək elçisinin yolu ilə getməyi 
işarə etdi. Belə olduğu təqdirdə isə, əslində peyğəmbər 
ilə qurulan münasibət hər şeydən əvvəl gəlməlidir. Bu 
münasibətin ilk mərtəbəsi də, əlbəttə, Onu həqiqi mənada 
sevməkdir. Sevmək Ona tabe olmağa, tabe olmaq isə 
Allahın 
 sevgisini qazanmağa səbəb olur. O böyük 
sevgini qazanmaq isə ilahi rəhmət və məğfirətə layiq olmağa 
vəsilədir. 
• Peyğəmbərimizi
sevmək 23 illik risalət
həyatı ilə gecəsini, gündüzünü ümməti üçün fəda
edən Mübarək Nəbinin bizdən istədiyi tək şeydir.
Bir çox ayədə Quran göndərilən elçilərin əx 
la 
qi 
prinsiplərindən, şəxsiyyətlərinin ən mühüm xüsusiy yət-
lərindən bəhs edir. Bu prinsiplərin ən əsaslarından biri də 
görülən ağır və çətin əməyin əvəzində insanlardan heç bir 
şey gözləməməkdir. 
َينِمَلاَعْلا  ِّبَر َىلَع /ِللها َىلَع َّلاِإ  َيِرْجَا ْنِإ 
“in əcriyə illə aləllah, alə rabbil aləmin”


Yüklə 6,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə