Buxovlari qıran



Yüklə 3,42 Kb.
Pdf görüntüsü
səhifə40/82
tarix19.11.2017
ölçüsü3,42 Kb.
#11177
növüYazı
1   ...   36   37   38   39   40   41   42   43   ...   82

Öz istəyini etməyə sövq olunmaq 
135
ehtiyaclarınız qayğıkeş, eləcə də bu günahlı dünyanın dəyərlərinə 
məruz qalmaqdan müdafiə edən valideynlər tərəfindən ödənilibsə, 
böyük əxlaqsızlıq etməyə elə də çox sövq olunmayacaqsınız. 
Yaxşı şeyin həddən artıq çox olması
Bizlərdən əksəriyyətimiz silahlı soyğunçuluq, qatillik və ya zor-
lama kimi aşkar günahları etməyə sövq olunmayacağıq. Şeytan 
bunun üçün həddən artıq ağıllı və mahirdir. O bilir ki, biz belə 
sövqolunmalarda  biabırçı  səhvi  tanıyacağıq  və  onları  etməkdən 
imtina  edəcəyik.  Əksinə,  onun  taktikası,  hansısa  yaxşı  bir  şey 
günaha çevrilənə qədər bizi Allahın iradəsinin sərhədindən kənara 
itələməyə şirnikləndirməkdir. O, bizimlə zərb-məsələ çevrilmiş qa-
zandakı qurbağa kimi rəftar edir: hansısa yaxşı bir şeyin günaha 
çevrilməzdən qabaq Allahın iradəsinin sərhədinə yaxınlaşmağımı-
zı hiss etmədiyimizə və qazandan tullanmadığımıza ümid edərək 
yavaş-yavaş sövqolunma istiliyini artırır.
Paul yazırdı: «'Mənim üçün hər şeyə icazə var' deyirsiniz, lakin 
hər şey xeyir vermir. Mən də 'hər şeyə icazə var' deyə bilərəm, 
amma özümü heç bir şeyə tabe etməyəcəyəm» (1 Kor. 6:12). O, 
məsihçi  həyatının  hər  istiqamətində  yaşıl  işıqdan  başqa  heç  nə 
görmürdü.  Hər  bir  şey  bizim  üçün  yaxşıdır  və  onlara  icazəmiz 
var,  çünki  biz  günahdan  azadıq  və  artıq  qanunun  mühakiməsi 
altında deyilik. Lakin Paul eləcə də bilirdi ki, əgər biz bu yaxşı və 
icazəmiz olan istiqamətlərdən hansısa birində məsuliyyətsiz halda 
sürətlə  irəli  getsək,  əvvəl-axır  Allahın  iradəsinin  qırmızı  işığını 
keçəcəyik, bu da ki günahdır. 
Aşağıdakı fikirlər Allahın yaratdığı yaxşı şeylərdən sui-istifadə 
haqqındadır.  Bunlar  Onun  iradəsinə  uyğunlaşmayanları  etməyə 
sövq olunduğumuz müxtəlif sahələrdəki günahlı nəticələri göstərir: 
•  Fiziki istirahət tənbəlliyə çevrilə bilər.
•  Sakitlik ünsiyyətsizliyə çevrilə bilər.
•  Gəlir  qazanmaq  bacarığı  xəsisliyə  və  tamahkarlığa 
çevrilə bilər.


136
Buxovları qıran
•  Həyatdan zövq almaq nəfsə hakim olmamağa çevrilə 
bilər.
•  Fiziki məmnunluq şəhvətpərəstliyə çevrilə bilər.
•  Başqalarının əmlakına maraq tamahkarlığa çevrilə bilər.
•  Yeməkdən həzz almaq qarınqululuğa çevrilə bilər.
•  Özünəqayğı xudbinliyə çevrilə bilər.
•  Özünəhörmət qürura çevrilə bilər.
•  Ünsiyyət qeybətə çevrilə bilər.
•  Ehtiyatlılıq inamsızlığa çevrilə bilər.
•  Nikbinlik laqeydliyə çevrilə bilər.
•  Hirs kinə və tez əsəbiləşməyə çevrilə bilər.
•  Xoş  mehribançılıq  həddən  artıq  əzizləməyə  çevrilə 
bilər.
•  Yaxşını pisdən ayırd etmək tənqidə çevrilə bilər.
•  Eyni cinslə dostluq homoseksuallığa çevrilə bilər.
•  Seksual azadlıq əxlaqsızlığa çevrilə bilər.
•  Dəqiqlik tələbkarlığa çevrilə bilər.
•  Əliaçıqlıq bədxərcliyə çevrilə bilər.
•  Özünümüdafiə yalana çevrilə bilər.
•  Tədbirlilik qorxuya çevrilə bilər.
Günah inkişafın əleyhinədir 
1 Yəhya 2:12-14 günahla əlaqədar məsihçinin inkişaf səviyyələrini 
təsvir edir. Birinci səviyyə «övladlar» – yəni uşaqlar (12-ci ayə) 
ilə  müqayisə  edilir.  İmanda  yaşı  az  olanlar  günahlarının  bağış-
lanması və Allahı tanımaları ilə təsvir olunur. Başqa sözlə, onlar 
Allahın ailəsindədirlər və günahın cəzasına qalib gəliblər, amma 
onlar Məsihdə hələ yetkin deyillər. 
İkinci səviyyə «gənclər» (13, 14-cü ayə) ilə təsvir edilir, çünki 
onlar  şər  olana  qalib  gəliblər.  Bu  yetkin  imanlılar  güclüdürlər, 
çünki  Allah  Kəlamı  onlarda  qalır.  Onlar  həqiqəti  bilirlər  və  gü-
nahın  gücünə  qalib  gəliblər.  Onlar  ağılda  gedən  döyüşü  udmaq-
la şər olana qalib gəliblər. Onlar artıq qarşısıalınmaz vərdişlərin 
əsarəti altında deyillər və onlar bir çox məsihçiləri Məsihdə olan 


Öz istəyini etməyə sövq olunmaq 
137
azadlıqda yaşamaqdan saxlayan şəxsi və ruhani münaqişələri həll 
ediblər. Onlar Məsihdə olan azadlıqlarında yaşayırlar və necə azad 
qalmağı bilirlər. 
Üçüncü  səviyyə  «atalar»  (13,  14-cü  ayələr)  ilə  təsvir  edilir. 
Onlar  Allahı  şəxsən  dərindən  tanımaqda  və  göylərdəki  Ataları 
ilə  dərin  şəxsi  ünsiyyətdə  böyüyüblər.  Böyüməyə  qərar  vermək 
həyatımızda günahın gücünə qarşı vuruşmaq üçün Yəhya bizi ruh-
landırandan sonra şeytanın bizi sövq etdiyi yolları təsvir etməyə 
davam edir. 
S
övqolunmanın mənbələri 
Müqəddəs  Kitaba  əsasən,  Allahdan  kənar  müstəqil  hərəkət 
etməyiniz  üçün  şeytanın  sizi  tovlayacağı  yalnız  üç  mənbə  var. 
Onlar imanlıların bu dünyaya olan münasibəti haqqında Yəhyanın 
təlimatlarında yekunlaşıb: 
Dünyanı və dünyada olan şeyləri sevməyin. Kim dünya-
nı sevirsə, onda Atadan olan məhəbbət yoxdur. Çünki 
dünyada olan hər şey – cismani ehtiraslar, acgözlük və 
dünya malına görə təkəbbür Atadan yox, dünyadan gəlir. 
Dünya  və  ondakı  ehtiraslar  keçib-gedir,  amma  Allahın 
iradəsinə əməl edən əbədi qalır (1 Yəhya 2:15-17).
Sövqolunmanın  üç  mənbəyi  cismani  ehtiraslar,  acgözlük   
dünya  malına  görə  təkəbbürdən  irəli  gəlir.  Cismani  ehtiras-
lar  öz  gücünü  bədən  istəklərindən  və  onları  bu  dünyada  yerinə 
yetirməkdən  alır.  Acgözlük  özünəmarağımızın  xoşuna  gəlir  və 
Allah Kəlamını sınayır. Dünya malına görə təkəbbür özünü gözə 
soxmaqla və özünü yüksəltməklə əlaqəlidir. Şeytan bu sövqolun-
ma mənbələrinin hər biri vasitəsilə həm ilk Adəm, həm də sonun-
cu Adəmlə qarşı-qarşıya durub. İlk Adəm uğursuzluğa düçar oldu 
və biz hələ də onun uğursuzluğunun nəticələrindən əzab çəkirik. 
Amma sonuncu Adəm – İsa Məsih – şeytanın üç sınağı ilə üzbəüz 


Yüklə 3,42 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə