Бяйляр абдуллайев



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə27/67
tarix22.10.2018
ölçüsü1,32 Mb.
#75551
1   ...   23   24   25   26   27   28   29   30   ...   67

 
 
 
 
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
 
 
~     ~
 
81 
edilənləri dərk etməsini və nəzəri biliyin aksioların insanda 
fitri olmasına inanırdı.  
Əməli  biliklərin  çoxillik  təcrübə  və  müşahidələrin 
nəticəsində  əql  tərəfindən  toplanmasını  və  buna  adi, 
gündəlik həyatda  da rast gəlməsini bildirirdi. Əqlin poten-
sial  formasının  maddi  aləmdə  təmasda  olması  fikrini  irəli 
sürüb,  onu  xalis  qabiliyyət  kimi  səciyyələndirirdi.    Tusi 
digər  peripatetik  tərəfdarları  kimi  potensial  əqli  həyulani, 
yəni,  maddi  əql  adlandırırdı.  Həyulani  əqlin  əsas  xüusiy-
yətlərindən  biri  də  maddi  aləmlə  əlaqədə  olduqdan  sonra 
yaranmış  təsirlənmə  nəticəsində  meydana  çıxan  bilikləri 
özündə  toplamasıdır.  Həyulani  əql  ilk  əqli  informasiyanı 
dərk etdikdən sonra vərdişlə olan əql yaranır. 
Nəsirəddin  Tusi  qnesologiya  nəzəriyyəsinin  də  birinci 
və  ikinci  əqli  məlumatları  fərqləndirir  və  bunların 
arasındakı münasibətlərin nədən ibarət olmasını qeyd edir. 
«Təbii universalilər» də  adlandırdığı birinci əqli  məlumat-
lar  hisslər  və  duyğuların  köməkliyi  ilə  əldə  olunur.  Eyni 
zamanda  insan  şüurunda,  insan  təfəkküründə  mövcud 
olaninsriktə  bənzər  proseslər  bəzi  müddəalar  haqqında 
müəyyən  bir  anlayış  da  yarada  bilir.  «Birinci  əqli  məlu-
matlar»dan  sonra  mövcud  olan  «ikinci  əqli  məlumatlar» 
gerçəklildə  mövcud  olan  bütün  həqiqətləri  özündə  əks 
etdirir.  «Birinci  əqli  məlumatlar»ın  tezisləri  «ikinci  əqli 
məlumatlar»la  əlaqəyə  girərək  aksidensiya  terminini 
yaratmış olur. 
Dövrünün  müxtəlif  fikirlərindən  fərqli  olaraq  N.Tusi 
idrakın  hissi  və  əqli  formalarının  düzgün  və  elmi  izahını 
vermişdir.  Sufilərin  emanasiya  nəzəriyyəsini  və  mütək-
kəlimlərin  ortodoksal-sxolastik  fikirlərindən  fərqli  olaraq 
hissi və əqli idrakın vəhdət təşkil etdiyini və mərhələlərdən 


 
 
 
 
Namiq Abbasov, Rəhim Həsənov 
 
~      ~
 
82        
ibarət  olduğunu  söyləyərək  mükəmməl  bir  qnesologiya 
nəzəriyyəsi yaratmağa müvəffəq olur.  
Dərk  etmə  prosesinin  mərhələlərdən  ibarət  olmasını 
«İqtibasın  əsası»  traktatında  verən  Tusi  şeylərin  idrakının 
bir  mərhələdən  ibarət  olmasını  ümid  etmirdi.  Şeylərin 
müxtəlif  xarakterlərindən  irəli  gələn  təzahürlərin  dərki 
yalnız mərhələlərlə ola bilər. 
N.Tusi  idrak  nəzəriyyəsini  yaradarkən,  idrak  problem-
lərindən  bəhs  edərkən,  işraqilik,  sufilik  və  islam  ideyala-
rından təsirlənmişdi. Orta əsrlər dövründə dinin hər sahəyə 
nüfuz  etməsi  və  N.Tusi  nin  ətrafında  yaranmış  qeyri-elmi 
mühit  də  onun  idrak  nəzəriyyəsində  öz  əksini  tapmışdır.  
İdrak  zamanı  ilahi  qüvvənin  də  subyektə  birbaşa  təsir 
göstərməsi və yol göstərənin mücərrəd varlıq olmasını qeyd 
edirdi. 
Sufizm  fəlsəfəsində  mövcud  olan  kamilləşmə  prosesi 
isə  Nəsirəddin Tusinin  yaratdığı təfəkkürün təyin edilməsi 
və  ya  determiləşməsi  prosesi  eyni  məna  çalarlarına 
məxsusdur.  Filosof    təfəkkürü  determiləşdirərkən  gerçək-
likdə  obyektiv  surətdə  mövcud  olan  hadisə  və  proseslərin 
qanunauyğun  surətdə  mövcud  olmasını,  inkişafını 
səbəiyyətlə  əlaqələndirirdi.  Həqiqəti  axtaranlar  isə  yalnız 
yaradanın  köməkliyi  sayəsində  məqsədlərini  reallaşdıra 
bilərlər.  İdrak  nəzəriyyəsində  bəzən  mistikaya  da  meyl 
edən filosof, məntiqi intusiya adlı termin də yaradır. 
Tizfəhimlilik  deyə  adlandırdığı  ikifikirlilik  və  irfan 
adlandırdığı  intusiya  filosofun  qnesologiya  nəzəriyyəsində 
vahidlik  təşkil  edir.  İdrak  surətini  düzgün  təxəyüllə 
bağlayaraq, bu anlayışı korafəhimliyə əks qoyurdu. 


 
 
 
 
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
 
 
~     ~
 
83 
Filosof  belə  qeyd  edirdi  ki,  «yolu  başa  vurmuş  kəs 
haqqa  yaxınlaşanda  «Birinci  təsir  edəndən»  hər  şeyin 
təcəlli tapması məlum olur.» 
Göründüyü  kimi  idrak  nəzəriyyəsində  işraqilik  və 
sufilikdən bəhrələnən filosof heç bir ekletik mahiyyət kəsb 
edən  tezis  irəli  sürməmişdir.  Digər  cərəyanların  müəyyən 
cəhətlərini  peripatetizimə  uyğunlaşdıraraq  məntiqi  idrak 
zamanı tovfiq, hidayət və ilham triadasını yaradır. Verilmiş 
triadanın növlərini ilahi və mistik bir mövqeydən şərh edir. 
Allahın  təsiri  altında  formalaşan  bu  triadada  yaradıcının 
mənsub  olduğu  şeylər  idrak  subyektin  sahib  olduğu 
şeylərdən  azlıq  təşkil  edir.  İkinci  halda  bir  az  üstünlüyə 
sahib  olur.  Üçüncü  halda  isə  subyektin  mənsub  olduğu 
şeylər  artır  və  Allaha  mənsub  olan  şeylərlə  yaxınlıq  təşkil 
edir. 
Nəsirəddin  Tusiyə  görə  bütün  üç  halda  obyektiv 
gerçəkliyi  dərk  edən  tədqiqatçının  uğurunun  səbəbi  yalnız 
fəzilət sahibi olan yaradanın rolunu düzgün izah etməkdir. 
Və hər bir müvəffəqiyyət qazanmaq istəyən tədqiqatçı ətraf 
aləmi dərk etmək üçün Allaha həmd edə və doğru yolu tapa 
bilər. İdrak prosesinin sona çatması və tamamlanması üçün 
bu amil əsas rol oynayır. 
 
 
 
 
 
 
 


 
 
 
 
Namiq Abbasov, Rəhim Həsənov 
 
~      ~
 
84        
İnsan azad olaraq yaradılmışdır, zəncirə 
 vurulmuş olaraq belə doğulsa, yenə azaddır.  
F. ġiller 
 
 
2.3. Nəsirəddin Tusinin istimai-siyasi görüĢləri 
 
Nəsirəddin Tusinin ictimai-siyasi görüşləri əsasən onun 
«Əxlaqi-Nasiri» və «Maliyyə haqqında» əsərlərində öz ək-
sini  tapmışdır.  Bir  sıra  tədqiqatçılar  Tusinin  Azərbaycanın 
siyasi fikir tarixində ilk dövlət nəzəriyyəçisi olduğunu təs-
diq edir,  onun siyasətşünaslıq barədə  müstəqil və  mükəm-
məl təlim yaratdığını vurğulayırdılar. Filosofun Hülakü xa-
nın tapşırığı ilə qələmə aldığı «Maliyyə  haqqında» traktatı 
orta  əsrlərdə  bir  çox  dövlətlərin  formalaşmasında  mənbə 
rolunu oynamışdır. Tusinin düşüncə tərzinə görə dövlət və 
cəmiyyət  anlayışı  identik  bir  mahiyyət  kəsb  edir,  başqa 
sözlə Tusi dövlət və cəmiyyəti eyniləşdirir. 
Tusi bu əsərində siyasət, hüquq və dövlətin idarə olun-
ması kimi anlayışları müzakirə etmiş, dövlətçilik barədə öz 
mülhizələrini  irəli  sürmüşdür.  «Maliyyə  haqqında»  trak-
tatda irəli sürülən ictimai-siyasi mənşəli ideyalar Yaxın və 
Orta  Şərqdə  uzun  müddət  qanunvericilik  üçün  zəmin 
rolunu oynamışdır. Sonralar ciddi islahatlar aparan Hülakü 
hökmdarı  Sultan  Mahmud  Qazan  xan  (1295-1304)  da  elə 
məhz Tusinin «Maliyyə haqqında» traktatında irəli sürülən 
mütərəqqi fikirlərdən bəhrələnmişdi. 
Tusiyə  görə  dövlətin  insanların  fəal    olmasına  ehtiyac 
hiss  etdiyi  kimi,  insanların  da  öz  dövlətin  qayğısına 
ehtiyacı  var.  İnsanların  maddi  və  mənəvi  tələbatını  təmin 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə