Namiq Abbasov, Rəhim Həsənov
~ ~
108
1). Yaşayış məskəni olan ev və mənzil ilə ortaq
olanlar;
2). Daha çox insan toplularının yerləşdiyi şəhər, vilayət,
ölkə kimi ərazi bölgüləri ilə ortaq olanlar.
Əməli hikmət barəsində «Əxlaqi-Nasiri» əsərində geniş
məlumat verən Tusi hikmət elminin bu bölməsini üç
bölməyə ayırır:
1). Əxlaqı
təmizləmək elmi və yaxud etika;
2). Evdarlıq elmi;
3). Ölkə və yaxud da şəhərləri idarə etmək elmi və
yaxud
da siyasət elmi;
Əxlaqı təmizləmək elmində etik-əxlaqi kateqoriyalar
şərh olunur, elmin bu sahəsində başlanğıclar və məqsəd-
lərdən ibarət iki hissə ehtiva olunur. Başlanğıclar və yaxud
da əsaslarda insani nəfs və insani nəfslərin kamilliyinin və
naqisliyinin nədən ibarət olması haqqında məlumat verilir.
Xeyir və səadətin nədən ibarət olması da burada izah edilir.
Əxlaqı təmizləmək elminin məqsədlər haqqında olan ikinci
bölməsində isə xasiyyətlərin və fəzilətlərin əsl mahiyyəti
açıqlanır, eyni zamanda psixi xəstəliklərin mahiyyəti də
burada izah edilir.
Evdarlıq elmi və yaxud da evqurma bölməsində ailənin
yaranma səbəbləri, ailəni idarəetmək qaydaları, övlad
tərbiyə etmək, övlad borcu və valideyn məsuliyyəti kimi
aspektlər burada şərh olunur.
İctimai-siyasi dünyagörüşü isə ölkə və yaxud da
şəhərləri idarə etmək elmində izah olunur. Burada xalqın
mədəniyyətə olan ehtiyacın və ictimai toplumların əsl
mahiyyəti açıqlanır. Dövlət başçısı ilə xalqın bir-biri ilə
olan əlaqəsi, tabelilik və idarəetmə xüsusiyyətlərinin
burada geniş şərhi öz əksini tapmışdır. Ölkə dolandırmaq
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
~ ~
109
siyasəti, xalqın müxtəlif təbəqələri ilə davranış xüsusiyyəti
də
bu bölmədə
Bunlardan əlavə olaraq əməli hikmət sahəsində insanla-
rın öz yaşayış səviyyəsini yaxşılaşdırmaq üçün görüləcək
mütabiq tədbirlər də fitri (təbi) və qərari (ixriyari) olmaqla
iki qisimə bölünür. Tusi elmlərin təsnifatını verərkən bu
tədbirlərin əslində elmlərin təsnifatına daxil olmaması
barədə məlumat verirdi. Bunu onunla xarakterizə edirdi ki,
«belə işlərin əsası qərari olduğundan vəziyyətin dəyişmə-
sindən, hakimlərin qələbəsindən, dövranın çevrilməsindən,
millət və dovlətin müxtəlifliyindən asılı olaraq onlar da
dəyişir.» (31,səh.39).
Fitri olan tədbirlər müdrik insanların həyat təcrübəsi ilə
ölçülür. Zəmanənin dolanbac yollarından fitri və ya təbi
olan tədbirlərin sayəsində düşgün yolu tapmaq olar, bu fitri
qabiliyyətlər bir növ mayak, istiqamətləndirici rolunu
oynayır.
İxtiyari və ya qərari olanlar insanların qərarı
nəticəsində
formalşmış adət-ənənələrin toplusuna deyilir. İxtiyari olan
tədbirlər Allahın və onun peyğəmbərlərinin buyruğu
nəticəsində də bərqərar tapa bilir. Bu nöqteyi-nəzərdən də
qərari olanlar üç qisimə bölünür:
1). Fərdi adamlara aid olanlar; ibadət və ziyarət bu
qəbildən olanlar aiddir.
2). Ailə münasibətlərinə aid olanlar; nikah, nişan,
kəbin, toy bu qəbildən olanlar aiddir.
3). Şəhər əhalisinə aid olanlar; idarə etmə, cəza vermə,
qayda-qanunlar.
Bu qəbildən olan münasibətlər, qayda-qanunlar fiqh
(ərəbcə anlama, başa düşülmə) yəni, müsəlman hüququ
vasitəsilə tənzimlənir. Cəmiyyətdə baş verən bütün