Бяйляр абдуллайев



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə32/67
tarix22.10.2018
ölçüsü1,32 Mb.
#75551
1   ...   28   29   30   31   32   33   34   35   ...   67

 
 
 
 
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
 
 
~     ~
 
97 
qaydaya  salınması  beş  sinifin  fəziləti  sayəsində  mümkün 
ola bilər. 
1). Hökmdarlar; 
2). Alimlər; 
3). Tacirlər; 
4). Əkinçilər; 
5). Zəhmətkeşlər. 
Aşağı  cəmiyyətim  xöşbəxt  yaşaması  problemi  hər 
zaman  son  dərəcə  zəruri  olan  bir  problem  kimi    Tusi 
dühasını daima narahat etmişdi. Humanist filosofun gəldiyi 
qənaətə  görə  mənəvi  saflığa  nail  olmaq  üçün,  kamil  insan 
kimi təkmilləşmək üçün insanların elm öyrənməsi, bilklərə 
sahib  olması  ən  ümdə  şərtdir.  Əgər  orta  əsrlərdə  hakim 
ideologiya  insana  səma-yer  şəcərəsinin  müti  bir  hissəciyi 
kimi  baxırdılarsa  Tusi  bu  buxovlayıcı  fikirləri  qəbul 
etmirdi.  Yaradanın  yaratdığı  məxluqatın  ən  şərəflisi  olan 
insan  daima  diqqət  mərkəzində,  aparılan  tədqiqatların 
obyekt müstəvisində olmalıdır. 
Cinayət  hüququ  haqqında  da  Tusinin  irəli  sürdüyü 
fikirlər  də  çox  maraqlıdır.  Təqsirkar  tərəfindən  cinayətin 
törədilməsi üç qisimə bölünməsi ilə səciyyələnir:  
1. Cinayətin qəsdən törədilməsi;  
2. Cinayətin qəsd olmadan törədilməsi;  
3. Cinayətin ehtiyatsızlıq üzündən törədilməsi.  
Əsasən  cəmiyyətdə  ədalətsizliyin  bərqərar  olması  ilə 
mənfi  fəsad  kimi  meydana  çıxan  cinayətkarların  bəziləri 
islah  oluna  bilər.  Bu  qəbildən  olan  cinayətkarları  cəza  və 
tənbehlə  tərbiyə  etmək  lazımdır.  Bəzi  qəbildən  olan 
cinayətkatları  isə  islah  etmək  qeyri-mümkündür.  Tusiyə 
görə  cinayətkarların  cəzalandırlması  zamanı  şər  ünsür 
ortadan  qalxır,  əgər  cinayətkarın  törətdiyi    cinayətdə  şər 


 
 
 
 
Namiq Abbasov, Rəhim Həsənov 
 
~      ~
 
98        
ünsürü  öz  həddini,  müəyyən  səviyyəni  aşmamışsa  bu 
zaman ölüm hökmü tətbiq etmək məqsədəuyğun deyil. Bu 
zaman cinayəti törətmiş şəxsə qarşı aşağıdakı cəza növləri 
tətbiq edilə bilər: 
1).  Həbs-  bu  cinayətkarı  şəhər  əhalisi  ilə  ünsiyyətdən 
məhrum etmək deməkdir.  
2).  Zəncir  yəni,  məhdudiyyət-  bu  cinayətkarı  şəhərin 
təsərrüfat işlərindən məhrum etməklə ölçülür.  
3). Sürgün- bu isə cinayətkarı şəhərin daxilinə girməyə 
icazə verməməklə dəyərləndirilir. 
Tusinin ölüm hökmü barəsində irəli sürdüyü fikirlər öz 
dövrünün  dünyayagörüşünə  nəzərən  mütərəqqi  bir  mahiy-
yət  kəsb  etsə  də  mənfi  cəhətlərdən  də  xali  deyildi. 
Cinayətkarı ölüm hökmü ilə cəzalandırmaqdansa onun hər 
hansısa  bir  bədən  üzvünün  kəsilməsini  məsləhət  görürdü. 
Cinayətkarın  əl,  ayaq,  dil  və  ya  başqa  hiss  üzvlərindən 
birinin kəsilməsi ilə onun ölüm cəzasından uzaqlaşdırılması 
fikrini  irəli  sürmək  əslində  Tusinin  insanpərvərliyindən 
irəli gəlirdi. Göründüyü kimi Tusi nə qədər də insanpərvər 
və  humanist  olsa  da  öz  dövrünün  dünyagörüşündən  tam 
olaraq ayrıla bilməmiş və yaxud da bu məsələ barədə fikir 
irəli sürdüyü zaman öz dövrünün psixologiyasını da nəzərə 
almışdı.  Bu  mülahizələrin  hansının  daha  doğru  olmasına 
baxmayaraq  hər  iki  halda  Tusi  edam  hökmünün  əleyhinə 
çıxır,  ölüm  cəzasını  ən  azından  cismani  cəza  ilə  əvəz 
edilməsini israr edirdi. 
Tusi  öz  ictimai-siyasi  fikirlərinin  astronomiya  ilə 
bağlayır,  planetlərin  cəmiyyətin  bütün  təbəqələrini  nüfuz 
dairəsinə  aldığını və  planetlərin  insanların həyatının bütün 
sahələrinə  müdaxilə  etdiyini  vurğulayırdı.  Tusiyə  görə 


 
 
 
 
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
 
 
~     ~
 
99 
xalqın müxtəlif təbəqələrini müxtəlif planetlər himayə edir, 
bu nöqteyi-nəzərdən insanlar yeddi təbəqəyə bölünür.  
Astronomiyaya  möhkəm  bağlı  olan  Tusinin  qələmə 
aldığı  «Si  fəsil»  («Otuz  fəsil»)  əsərində  planetlərin  insan-
ların  təbəqələşdirilməsindəki  rolunu  belə  izah  edirdi. 
«Saturn qocaları, kəndliləri, qədim peşə sahiblərini və qara 
camaatı  himayə  edir,  Yupiter  qazıların  (hakimlərin), 
mənsəb  sahiblərinin  və  şan-şöhrətə  malik  olan  insanların 
planetidir.  Mars  hərbiçilərin,  döyüşçülərin,  silah  əhlinin, 
quldur və  oğruların planetidir.  Günəş padişahların, böyük-
lərin  və  hökm  sahiblərinin  planetidir.  Venera  qadınların, 
xidmətçilərin,  aşağı  kütlələrin  və  hal  əhlinin  planetidir. 
Merkuri 
vəzirlərin, 
alimlərin, 
divan 
sahiblərinin 
müəllimlərin planetdir. Ay səfir, elçi və müsafirləri himayə 
edir.» (25, səh.26). 
Tusi  Elxanilər  dövlətinin  sarayında  yüksək  mənsəb 
sahibi olduğu zaman hər zaman öz tutduğu mənsəbi deyil, 
xalqın  yaşayışını  düşünmüş,  aşağı  təbəqənin  zülm  və 
işgəncədən  xilas  etməyin  yollarını  araşdırmışdır.  Dahi 
folosof  öz  dövrünün  ictimai-siyasi  və  iqtisadi  münasibət-
lərdə  mənfiliklərini  görür,  xüsusilə  də  vergi  işlərində 
islahatın  aparılmasının  vacibliyini  dərk  edirdi.  Görünür 
sonralar  Hülakü  hökmdarı  Qazan  xan  islahatlar  apararkən 
Tusinin irəli sürdüyü ideyalardan ilham almışdı. 
Tusi qeyd edirdi ki, hakimiyyətə  yeni gəlmiş hökmdar 
özündən  əvvəlki  hökmdarın  fəaliyyət  dairəsini  sərfnəzər 
etməli,  bu  fəaliyyətin  müsbət  və  mənfi  cəhətlərini  xarak-
terizə  etməlidir.  Özündən  əvvəl  hakimiyyətdə  olmuş 
hökmdarın  və  ya  hökmdarların  müsbət  fəaliyyətləri 
üzərində  daha  çox  dayanmalıdır.  Lazım  olduğu  təqdirdə 
özündən  əvvəlki  hökmdar  tərəfindən  verilmiş  əmrləri 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə