Бяйляр абдуллайев



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə34/67
tarix22.10.2018
ölçüsü1,32 Mb.
#75551
1   ...   30   31   32   33   34   35   36   37   ...   67

 
 
 
 
Namiq Abbasov, Rəhim Həsənov 
 
~      ~
 
104        
3). Təbiət elmləri 
Nəzəri hikmət elminin bu üç bölməsinin də hər birinin 
əsas və köməkçi bölmələri vardır. O cümlədən, Metafizika 
(«Mabəd  ət-təbiə»)  elminin  iki  əsas  forması  mövcuddur: 
Teologiya  (İlahiyyat)  və  ilkin  ibtidai  fəlsəfə.  Qatı  ehkam-
çılıq  və  sxolastika  ilə  bürünən  teologiya  zəruri  varlığın 
mövcudluğundan,  bu  varlığın  xarakterlərindən,  zəruri 
varlığın fəaliyyətinin forma və üsullarından  bəhs edir. İlkin 
ibtidai fəlsəfə bölməsində fəlsəfi kateqoriyaların mahiyyəti 
izah olunur, bu barədə məlumat verilir.   
Metafizika  («Mabəd  ət-təbiə»)  elminin  əsas  bölmələ-
rindən  başqa  köməkçi  bölmələri  də  fəaliyyət  göstərir. 
Bunlar  Nübüvvət,  İmamət  və  Axirət  bölmələri  misal  ola 
bilər.  Nübüvvət  bölməsində  peyğəmbərlik  və  onun 
şərtlərindən bəhs edir.  İmamət bölməsində isə imamlıq və 
onun şərtlərindən söhbət açılır. Tusi «Təcridül-etiqad» adlı 
kitabının  «Nübüvvət»  fəslində  nübüvvət  və  imamətin  əsas 
şərtlərini  göstərir  və  eyni  zamanda  nübüvvət  və  imamətin 
bir-biri ilə oxşar və fərqli cəhətlərini izah edir.  
Axirət  bölməsində  isə  o  biri  dünya  haqqında  müzaki-
rələr  əsas  yer  tutur.  Nəsirəddin  Tusinin  «Övsafül-Əş-
raf» («Şərafətli  insanların  xüsusiyyətləri»)  adlı    əsərində 
qeyd edirdi ki, Allah iman gətirənləri dünyada da, axirətdə 
də  möhkəm  bir  sözlə  (kəlimeyi-şəhadətlə)  sabitqədəm 
edər...  (www.alhassanain.com).   Tusi  «Təcrid  ül-etiqad»  
əsərində  də  axirət  dünyasının  vacibliyindən  bəhs  edir  və 
qeyd  edir  ki,  bütün  insanların  yalnız  axirətdə  həqiqəti 
açıqca görəcəklər.  
Nəzəri  hikmət  elminin  ikinci  forması  olan  riyaziyyat 
elmi  ədədlərin,  ölçülərin,  səma  cisimlərinin  və  səslərin 


 
 
 
 
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
 
 
~     ~
 
105 
xarakterik  xüsusiyyətləri  şərh  olunur.  Bu  baxımdan  Tusi 
riyaziyyat elmini dörd əsas bölməyə bölüdü: 
1). Həndəsə; 
2). Ədədlər elmi
3). Nücum və heyət elmi
4). Ahəngşünaslıq; 
Həndəsə  (ərəbcə  əndazə  sözündəndir)  ölçülər  və 
ölçülərin  xarakterini  öyrənir.  Ədədlər  elmi  bölməsində  isə 
ədədlər  və  ədədlərin  xarakterindən  bəhs  olunur.  Müasir 
dövrdə astronomiya və kosmoqrafiya deyə adlanan nücum 
və  heyət  elmində  isə  səma  cisimlərinin  bir-biri  ilə  olan 
əlaqəsi, onların fərqli və oxşar xüsusiyyətləri təhlil olunur. 
Eyni  zamanda  Tusi  astrologiya  başqa  sözlə  nücum 
ehkamlarını  da  bu  bölgüyə  aid  edirdi.  Səsləri  və  onların 
xarakerik xüsüsiyyətlərindən bəhs edən ahəngşünaslıq elmi 
müasir istilahda akustika və harmoniya elmi anlamını kəsb 
edir.  Tusi  eyni  zamanda  musiqi  səslərindən,  bu  səslərin 
ritm  və  başqa  keyfiyyətlərindən  bəhs  edən  musiqişünaslıq 
elmini də bu sahəyə aid edir. 
Elmlərin  təsnifatı  barədə  öz  fikirlərini  davam  etdirən 
Tusi  riyaziyyat  elminin  bir  sıra  köməkçi  bölmələrinin  də 
olmasını vurğulayır. Oxşarlıqlar, əksiliklər, cəbr, müqabilə, 
manivellər  və  yaxud  da  mexanika,  şüalar  və  başqaları 
riyaziyyatın yardımçı bölmələrinə misal ola bilər. «Hazırda 
bu  fənlərin  bəziləri  müstəqil  elm  sahəsinə  çevrilmiş, 
bəziləri  isə  riyaziyyatdan  çıxarılaraq  başqa  bəhslərə  daxil 
edilmişdir.  Məsələn,  «oxşarlıqlar»  müstəqil  elmə  çevril-
mişdir.  Mexanika  bəzən  fizikaya  daxil  edilri,  bəzən  də 
müstəqil  elm  sayılır,  şüalar  isə  həmişə  fizika  bəhsində 
tədqiq edilir.» (31, səh.262). 


 
 
 
 
Namiq Abbasov, Rəhim Həsənov 
 
~      ~
 
106        
Elmlərin təsnifatını öz dövrünün dünyagörüşünə uyğun 
bir  səpkidə  şərh  edən  Tusi  təbiət  elmlərinin  səkkiz  qisimə 
bölündüyünü vurğulayırdı: 
1).  Təbii  adlar  -  burada  zaman  və  məkan,  hərəkət, 
sabitlik  və  dəyişkənlik,  sonluluq  və  sonzuzluq  kimi 
anlayışların mahiyyəti açıqlanır. 
2).  Adlar  və  əlamətlər-  səma  və  yer  cisimlərinin 
xarakterləri, sadəlik və mürəkkəblik kimi anlayışlar burada 
öz əksini tapmışdır. 
3).  Kovn-o  fəsad-  burada  maddələrin  yaranması  və 
məhv olması, maddələr mübadiləsi, maddənin bir formadan 
digər formaya keçməsinin qaydaları  öyrənilir. 
4). Səma təzahürləri- burada təbiət hadisələrinin səbəbi 
və  mahiyyəti  öyrənilir,  bu  hadisələrin  əsl  məğzi  açıqlanır. 
Tusinin  dövründə  səma  təzahürləri  elmi  dörd  hissəyə 
parçalanırdı: 
I. «Coğrafi astronomiya»- yəni, ölçmə astronomiyası. 
II.  «Hikmət-ül  əflak»  adlanan  bölümdə  planetlərin 
hərəkət trayektoriyası incələnirdi. 
III.  «Elmül  ehkam-ül  nücüm»-  burada  on  iki  bürcün 
spesfik xüsusiyyəti haqqında məlumat verilirdi.  
IV.  «Elm-ül  rükət»-  burada  zamanın  xüsusiyyətləri 
haqqında məlumat verilirdi. Bu dövrdə zamanı ölçməsi ilə 
məşğul olan adamlara «Müvaqqit» deyilirdi. Səma təzahür-
ləri  elminin  içərisində  «Elm-ül  rükət»  yəni,  zamanın 
ölçülməsi  və  coğrafi  astronomiya  bölmələri  digər 
bölmələrdən önəmli yer tuturdu. 
5).  Mədənşünaslıq-  bölməsində  mürəkkəb  maddələrin 
tərkibləri  barədə  söz  açılır,  bu  istilah  müasir  dövrdə 
minerologiya və kimya elminə mütabiqdir. 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə