Бяйляр абдуллайев



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə36/67
tarix22.10.2018
ölçüsü1,32 Mb.
#75551
1   ...   32   33   34   35   36   37   38   39   ...   67

 
 
 
 
Namiq Abbasov, Rəhim Həsənov 
 
~      ~
 
110        
proseslərin  qayda-qanunla  idarə  olunması  şəriət  ehkamla-
rına əsaslanan fiqhə nəzərən müəyyən olunur. Fiqh işlərin-
də cəzalandırma və bəraət zamanı qərar qəbul etmə işlərinə 
şəriət  hüquqşünası  olan  fəqih  nəzarət  edir.  İslam  hüququ 
olan  fiqh  əsasən  Qurani-Kərimə,  hədisə  (Məhəmməd 
peyğəmbərin  söz,  əməl  ve  təqrirləri),  icmaya  (din  xadim-
lərinin yekdil qərarına) və qiyasa (müqayisəyə) əsaslanır.   


 
 
 
 
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
 
 
~     ~
 
111 
qədər bilsən bil, söylədiklərin qarşındakıların 
anlaya biləcəyi qədərdir.  
Mövlana 
 
2.5. Tusinin teoloji fikirləri. 
 
Zəmanəsinin  ensiklopedik  biliklərinə  yiyələn  Tusinin 
yaratdığı  fəlsəfi  sistemin  təməlində  islam  ilahiyyatı  durur-
du.  Şiəlik  əqidəsinə  möhkəm  bağlı  olan  Tusinin  yaratdığı 
orjinal fəlsəfi irsi teoloji fikirlərlə zəngindir.  
Nəsirəddin  Tusi  irəli  sürdüyü  teoloji  fikirlər  şiəlik 
cərəyanında ən  mötəbər  mənbələrdən biri hesab olunması 
heç də təsadüfi bir mahiyyət kəsb etmir 
Yer  üzündə  mövcud  olan  və  mövcud  olmayan  bütün 
gerçəkliklər Allahın hökmü nəticəsində bərqərar olmuşdur. 
Bu  yaradılmış  olan  bütün  varlıqlar  Allahın  ilham  mən-
bəyinin  məhsuludur.  Allahın  hamıdan  qüdrətli  və  tək 
olması Tusi dünyagörüşünün təməlini təşkil edirdi. 
Yalnız bu tək olan vücud əbədi bərqərardır, bu vücud-
dan başqa hər şey məhv edilə bilər. İnsanlar da Allah tərə-
findən  yaradılmış  və  əcəl  anı  gəlincəyə  qədər  öz  həyatını 
yaşaya bilər. Tusi bu zaman «Quran»a istinad edərək, Alla-
hın insanı palçıqdan yaratdığını və insana «Ol» əmrini ver-
məklə ruh, nəfs əta etdiyini vurğulayırdı. Allahın insanlara 
bəxş  etdiyi  nəfsi  pak  saxlayanlar  xeyirxah,  bu  nəfsi 
murdarlayanlar isə bədxah olurlar.  
İman  sözünün  hərfi  mənasının  təsdiq,  inanmaq  anlam-
larına  gəldiyini  vurğulayan  Tusi  bu  nüansa  böyük  diqqət 
yetirirdi. Allahın və  Peyğəmbərin  (s) buyurduqlarına  inam 
hissinin  olmasının  əhəmiyyətindən  söz  açır,  Allahın  və 
Peyğəmbərin  (s)  buyurduqlarına  imanı  təsdiqdə  görürdü. 


 
 
 
 
Namiq Abbasov, Rəhim Həsənov 
 
~      ~
 
112        
Yəni,  iman  təsdiqlə  eyniyyət  təşkil  edirdi,  imanla  təsdiq 
bir-birini  tamamlayır.  «İmanın  nişanələri:  İmanın  nişanəsi 
odur  ki,  insan  bilməli  olacağı  şeyi  bilməli,  deməli  olacağı 
şeyi deməli, etməli olacağı şeyi etməli və çəkinməli olacağı 
şeydən  çəkinməlidir.  Bütün  bu  dediklərimiz  «saleh  əməl» 
adlanır  və  bəhs  etdiyimiz  təsdiq  (iman)  üçün  lazımlı  və 
artıb-azaltmaq qabiliyyətinə malikdir.» (105). 
 Tusi  imandan  sonra  «Tövhid»  anlayışının  gəldiyini 
vurğulayır və qeyd edir ki, Allahla yanaşı başqa tanrı qəbul 
etməməyə deyilir. «Tövhid» anlayışına həm dildə, həm də 
əməldə riayət etməyin vacib olduğunu vurğulayır. İslam di-
nində «Tövhid» anlayışı böyük bir anlam kəsb edir, bu an-
layış Allahın yeganə bir Yaradan olması təməlinə söykənir. 
Bu  sözün  hərfi  mənası  ərəbcədən  tərcümədə  birləşdirmə, 
birləşmə, təkallahlılıq, monteizm kimi anlamları ifadə edir. 
Tusiyə  görə  «Tövhid»  anlayışının  özü  də  mərtəbələrdən 
ibarətdir.  
Tusi  Allahın  dərkinin  ən  yüksək  mərtəbəsinin  mərifət 
olduğunu  vurğulayırdı.  Fars  dilində  idrak  anlamına  gələn 
mərifət  pilləsində  həqiqətin  qavranılmasının  mümkün-
lüyündən söhbət açsıla bilər. 
Allahın  dərkindən  sonra  nübüvvət  və  imamətin 
qaydaları  barədə  söhbət  açır.  Nübüvvət  peyğəmbərlik  və 
onun  şərtləri,  imamət  isə  imamlıq  və  onun  şərtləri  barədə 
müzakirə  apararaq  onların  fərqli  və  oxşar  cəhətlərini 
xarakterizə edir. 
Tusi  «Övsavül-Əşraf»  adlı  əsərində  mömin  insanlara 
Allahla  etdikləri  əhdə  sadiq  olmalarını  tövsiyyə  edirdi. 
Allahla  etdikləri  əhdə  sadiq  qalanlar,  yəni  siddiqləri  pey-
ğəmbərlər və şəhidlər mərətbəsinə ucala bilər. Tusi burada 
Qurani-Kərimin  ayələrindən  sitat  gətirərək  yazırdı:  ««Al-


 
 
 
 
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
 
 
~     ~
 
113 
laha  və  Peyğəmbərə  itaət  edənlər  (axirətdə)  Allahın  ne-
mətlər  verdiyi  nəbilər  (peyğəmbərlər),  siddiqlər  (tamamilə 
doğru  danışanlar),  etiqadı  dürüst,  peyğəmbərləri  hamıdan 
əvvəl  təsdiq  edən  şəxslər),  şəhidlər  və  salehlərlə  (yaxşı 
əməl  sahibləriylə)  bir  yerdə  olacaqlar.»  (Nisa  69) 
İbrahim və İdris kimi böyük peyğəmbərləri siddiq sifəti ilə 
vəsf etmişlər: «Həqiqətən, o, (İbrahim) büsbütün doğru danı-
şan bir zat-bir peyğəmbər idi.» (Məryəm 41) Həmçinin bəzi 
peyğəmbərlər haqqında da buyurmuşdur: «Biz onlara doğru 
danışan və yüksək dərəcəli dil qərar verdik.» Düzgünlük və 
sədaqət  məqsədə  çatmaq  üçün  ən  yaxşı  yol  olduğu  üçün, 
məqsədə çatmaq  yolunda  müstəqim  yolla seyri-süluk edən 
şəxs ən ümidverici kəs olacaqdır...» (105).  
Tusi qeyd edirdi ki, insanlar arasında zəruri varlıq olan 
Allah  tərəfindən  yaradılmışların  ən  üstünü  -  peyğəmbərlər 
olmuşlar.  Allahla  insanlar  arasında  rabitə  əlaqəsini  təşkil 
edən  bu  peyğəmbərlərin  içərisində  ən  üstünü  -  altı    pey-
ğəmbər olmuşdur: Nuh, İbrahim, Süleyman, Əyyub, Musa, 
İsa. Tusi öz fikirlərini davam etdirərək yazırdı ki, Allah bu 
altı  göndərilən  peğəmbərin  Quranda  hər  birinin  üstün 
cəhətlərini  göstərməklə  yad  etmişdir.  Şiəlik  cərəyanın 
qızğın  təbliğatçısı  olan  Nəsirəddin  Tusi  şiələrin  ilk  imamı 
Əli  ibn  Əbutalibi  (ə)  malik  olduğu  üstün  fəzilətləri 
baxımından bu altı xüsusi peyğəmbərə bərabər tutmuşdur. 
Tusi  qeyd  edir  ki,  Allahın  göstərişlərini,  buyruqlarını, 
vəyhlərini  insanlara  çatdıran  peyğəmbərlərin  sayı  124  000 
nəfərdir.  Bu  peyğəmbərlərdən  birincisi  Həzrəti  Adəm  (ə), 
sonuncusu  peyğəmbər  isə  Xatəmül-Ənbiya  Həzrəti  Mə-
həmməd  (s.ə.v)  peyğəmbərdir.  Allah  tərəfindən  insanlara 
göndərdilən peyğəmbərləri xəvvas və ümumi peyğəmbərlər 
olmaqla iki qismə bölünür. 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə