Бяйляр абдуллайев



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə37/67
tarix22.10.2018
ölçüsü1,32 Mb.
#75551
1   ...   33   34   35   36   37   38   39   40   ...   67

 
 
 
 
Namiq Abbasov, Rəhim Həsənov 
 
~      ~
 
114        
Xəvvas  yəni,  xüsusi  peyğəmbərlərin  sayı  313  nəfər, 
digər  peyğəmbərlərin  hamısı  ümumi  peyğəmbərlərdir.  
Xəvvas peyğəmbərlərdə öz növbəsində iki qisimə bölünür. 
Xəvvas  peyğəmbərlərin  beş  nəfəri  Ulul-əzm,  qalan  308 
nəfəri mürsəl peyğəmbər adlanır.  
Ulul-əzm  o  peyğəmbərlər  vəhy  və  möcüzələr  göstərir, 
Allahın  göndərdiyi  mələk  Cəbrail  onlara  nazil  olur  və 
yaradanın  göstərişlərini  bu  peyğəmbərlərə  çatdırır.  Bu  beş 
peyğəmbərin əsas xüsusiyyəti insanların arasına yeni din və 
müqəddəs kitab gətirimək olub 
1.
 
Hz. Nuh (ə)  - ləqəbi - Nəciyullah (Allahın nicat ver-
diyi).    
2.
 
Hz. İbrahim (ə) ləqəbi - Xəlilullah (Allahın dostu).  
3.
 
Hz. Musa (ə) ləqəbi - Kəlimüllah (Allah ilə danışan). 
4.
 
Hz. İsa (ə) ləqəbi - Ruhullah (Allahın ruhu).  
5.
 
Hz. Məhəmməd (s.ə.v.) ləqəbi - Həbibullah (Allahın 
sevimlisi).  
Bu  kitablar  Ulul-əzm  peyğəmbərlərinin  gətirdiyi  ki-
tablar «Zəbur», «Sühüf», «Tövrat», «İncil» və «Quran»dır.  
Mürsəl  peyğəmbərlər  308  nəfər  olaraq,  onlarada  vəhy 
və  ilham  olub.  Cəbrail  nazil  olub,  möcüzələr  göstəriblər, 
lakin yeni din gətirməyib, özlərindən qabaq gələn peyğəm-
bərlərin dinini və kitabını təbliğ ediblər. 
Ümumi  peyğəmbərlərin  sayı  123687  nəfərdir,  bu  pey-
ğəmbərlərə  Cəbrail  nazil  olmayıb,  yeni  din  və  kitab  gətir-
məyiblər, lakin Allah tərəfindən onlara vəhy və ilham yolu 
ilə göstərişlər verilib. Onlar möcüzələrdə göstərə bilməyib-
lər. Əvam peyğəmbərlər də adlanan bu ümumi peyğəmbər-
lər  yalnız  özlərindən  qabaqkı  peyğəmbərlərin  dinini  təbliğ 
ediblər. 


 
 
 
 
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
 
 
~     ~
 
115 
Tusi  qeyd  edirdi  ki,  hər  bir  müsəlman  qeyd-şərtsiz 
124000  peyğəmbərə  inam  gətirməli,  etimad  göstərməlidir. 
Və imanın əsa hissəsindən biri də Xatəmül-Ənbiya Həzrəti 
Məhəmməd  (s.ə.v)  peyğəmbərdən  sonra  heç  bir  peyğəm-
bərin gəlməməsinə şübhəsiz inanmaq, islamın sonuncu din 
olması ideyasını qəbul etmək vacibdir. 
İmamətə  böyük  hörmət  bəsləyən  Nəsrəddin  Tusinin 
qələmə  aldığı  «Təcridül-etiqad»  adlı  əsərinin  «Nübüvvət» 
fəslində  peyğəmbərlərin  besətinin  səbəbini  açıqlayır  və 
peyğəmbərlərin besət etməsinə doqquz səbəb göstərir. Eyni 
zamanda  bu  doqquz  səbəbin  məsum  imamlara  da  aid 
olmasını vurğulayırdı. 
1.  Əqli  mərifətin  nəqli  yolla  qüvvətləndirilməsi.  Belə 
ki,  insan  əql  qüvvəsilə  bir  çox  nəzəri  və  əməli  həqiqətləri 
dərk  etsə  də,  bəzən  qəlbində  şübhələr  baş  qaldırır.  Bu  isə 
bir şeyə inam və imanın qarşısını alır. Amma əqlin hökm-
ləri ilahi və məsum rəhbərlərin bəyanı ilə təsdiq edildikdə, 
bütün maneələr aradan qalxır, insan qəlbən rahatlıq tapır və 
hər hansı işə meyli artır. 
2.  Bəzən  insan  bir  sıra  işlərdən  çəkinir  və  qorxur  ki, 
onun  əməli  Allahın  istəyinə  əks  olsun.  İlahi  rəhbərlərin 
icazəsi ilə bu qorxu aradan qalxır. 
3. İnsanın bütün əməl və rəftarları «əql yaxşı-pisi dərk 
edir»  ölçüsünə  yerləşmir.  Çox  olar  ki,  əql  bir  işin  yaxşı, 
yaxud  pis  olduğunu  dərk  etməsin.  Yaxşını  pisdən  ayırd 
etmək üçün ilahi rəhbərlərə ehtiyac duyulur. 
4. İnsan ilahi rəhbərlər olmadan, yalnız öz düşüncəsi ilə 
xeyir-ziyanını dərk etməyə qadir deyildir. 
5. İnsan ictimai bir varlıq olduğundan fərdlər bir-birləri 
ilə həmkarlıq və bir-birlərinə kömək etmədən həyatın prob-
lemlərini  həll  etməyə  qadir  deyillər.  Şübhəsiz,  bütün  fərd-


 
 
 
 
Namiq Abbasov, Rəhim Həsənov 
 
~      ~
 
116        
lərin hüquqlarını qoruyan, onları  düzgün  istiqamətləndirən 
qanunlar  olmadan  ictimai  ədalət  bərpa  olunmayacaq, 
istənilən nəticə əldə edilməyəcək. Bu qanunları tam məna-
da  düzgün  ayırd  və  icra  edə  bilən  kəs  yalnız  agah,  pak, 
məsum ilahi rəhbərlər ola bilər. 
6.  İnsanlar  kamilliyi  dərk  etmək,  elm  və  maarifə 
yiyələnib  fəzilətlər  qazanmaq  baxımından  bir-birlərindən 
fərqlənirlər; bəziləri buna tam qadir, bəziləri isə acizdirlər. 
İlahi rəhbərlər birinci qrupa təkan verir, ikinci qrupa kömək 
edirlər ki, hər ikisi mümkün kamala çatsın. 
7. Ümumiyyətlə, insan həyatı elm, sənət və digər sahə-
lərlə sıx əlaqədardır. İlahi rəhbərlər isə onların inkişafında 
çox güclü mühərrikdirlər. 
8. İnsanlar öz əxlaqi səciyyələri ilə bir-birlərindən fərq-
lənirlər.  Onların  düzgün  təlim-tərbiyəsində  pak  və  məsum 
kəslərə ehtiyac vardır. 
9.  İlahi  rəhbərlər  itaətlə  bağlı  savab  və  mükafat,  gü-
nahla  bağlı  cəza  və  əzabdan  tam  agahdırlar.  Onların 
əməllərin aqibəti ilə bağlı xəbərdarlıqları hər hansı vəzifə-
nin düzgün yerinə yetirilməsində güclü amil sayılır.(105). 
Dindar  bir  mühitdə  böyüyən  Tusinin  axirət  dünyasına, 
qiyamət  gününə,  inamı  sonsuz  idi,  mükəmməl  dini  təhsil 
almışdı və bütün ömrü boyu Allaha ibadət etməklə məşğul 
olmuşdu. Tusi yazdığı əsərlərinin əksəriyyəti Quran ayələri 
ilə zəngindir, Quran ayələrindən sitat gətirmək Tusi yaradı-
cılığının  əsas  xarakterik  xüsusiyyətlərindən  biri  hesab 
oluna bilər. 
Bir  sıra  tədqiqatçılar  axirət  günü  isna  əşəriyyə  şiələrin 
sonuncu imamı olan Həsən ibn Məhəmməd əl-Əskəri Meh-
dinin  zühur  etməsi  barədə  fikirlərin  möhkəmlənməsində 
Tusinin  böyük  rol  oynadığını  qeyd  edirlər.  Cəfərilik  məz-


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə