Бяйляр абдуллайев



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə45/67
tarix22.10.2018
ölçüsü1,32 Mb.
#75551
1   ...   41   42   43   44   45   46   47   48   ...   67

 
 
 
 
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
 
 
~     ~
 
139 
Kimin deyil, nəyin doğru olduğu əhəmiyyətlidir.  
T. Haksli 
 
3.3.Tusinin etik fikirləri 
 
Tusinin  etik  fikirlərində  təlim-tərbiyə  prosesinə  aid 
mütərəqqi fikirlər öz əksini tapmışdır. Tusi yaradıcılığında 
fiziki tərbiyə ilə  mənəvi tərbiyə  demək  olar  ki, identik bir 
mahiyyət  kəsb  edir.  Əxlaqi  və  fiziki  kamillik  bir-biri  ilə 
vəhdətdə  alması  səbəbilə  fiziki  inkişaf  eyni  zamanda 
uşaqların psixoloji xarakterinə də böyük təsir göstərir. 
Fiziki tərbiyə zamanı uşaqlara qarşı həssas davranmalı, 
hər  bir uşağın fərdi  xarakterləri  diqqətlə  nəzərə  alımalıdır. 
Tusinin etik və pedaqoji fikirlərinin mərkəz xəttində bəşər 
övladının hərtərəfli tərbiyə və təkamülü ideyası dururdu. 
Ailə  üzvləri  arasında  səadət  və  xöşbəxtliyin  formalaş-
ması üçün ailənin ayrı-ayrı nümayəndələri arasında mənəvi 
və əxlaqi bağlılıq olmalı və eyni  zamanda bu bağlılıq bir-
birini tamamlamalıdır. Əgər ailə üzvləri arasında mənəvi və 
əxlaqi  bağlılıq  olmasa  ailənin  ayrı-ayrı  üzvləri  arasında 
narazılıq,  ər-arvad  münasibətlərinin  zəifləməsi,  uşaqların 
tərbiyəsində  anormal  halların  meydana  gəlməsi,  valideyn-
lərin övladlarına qarşı sevgi hisslərinin pozulması və yaxud 
da  əksinə  övladların  valideyinlərə  kobud  münasibət 
bəsləməsi,  qohumluq  əlaqələrinin  əhəmiyyətsizliyi  kimi 
mənfi və xoşagəlməz fəsadlar ortaya çıxır. 
Gerçək  dünyanın  ən  şərəfli  məxluqu  insanlarda  əxlaqi 
sifətin  yaranması  yalnız  ictimai  əlaqələrin  vasitəsilə  müm-
kün  ola  bilər.  Tusi  insanların  kamilləşməsində    özünü-
tərbiyə prosesinin böyük bir rol oynadığını göstərir və eyni 
zamanda  qeyd  edirdi  ki,  bu  prosesi  insanlar  düzgün  bir 


 
 
 
 
Namiq Abbasov, Rəhim Həsənov 
 
~      ~
 
140        
səpkidə aşılamalıdır və bu yolda yanlışlıqlara qətiyyən yol 
verilməməlidir. 
Tusi  dünyagörüşü  nəzərincə  mənəvi  və  əxlaqi 
xarakterlər  insanlarda  anadangəlmə  olaraq  mövcud  olmur, 
insanlarda  bu  xarakterlər  ətraf  mühitin  təsiri  altında 
formalaşır. Mənəvi xarakterlərin müsbət mənada formalaş-
masında tərbiyənin oynadığı rol əvəzedilməz bir  mahiyyət 
kəsb edir. 
İnsanın  yetkin  bir  biçimdə  kamilləşməsi  üçün  onun 
elmi cəhətdən böyük nailiyyət əldə etməsi mütləq və zəruri 
bir amildir. Tusi cəmiyyətdə maarifləndirmə, bilikləndirmə 
yolu ilə böyük bir tərəqqi əldə ediləcəyinə inanırdı. Yalnız 
altı xarakterə malik olan insanlara elm və bilik yolu ilə təsir 
göstərmək,  onları  psixoloji  cəhətdən  dəyişdirmək  qeyri 
mümkündür: 
1). Nəzakətsiz şahı; 
2). Rüşvətxor qazını; 
3). Sahibinə pis xidmət edən xidmətçiləri
4). Nəzakətsiz qadını; 
5). Zəhmətdən qaçan tənbəl adamları; 
6).  Tapşırığı  düzgün  yerinə  yetirə  bilməyən 
köməkçiləri. 
Zəhmətkeş və işgüzar insanlar böyük qiymət verən Tusi 
qeyd  edirdi  ki,  insanların  öz  zəhəmti  sayəsində  var-dövlət 
sahibi olması tərifəlayiq bir hal hesab edilməlidir.  
Tusi düzgün olaraq əxlaq fəlsəfəsini əməli fəlsəfəyə aid 
edirdi.  Hər  bir  insan  öz  əməli  fəaliyyəti  zamanı  törətdiyi 
bütün əməllərə görə məsuliyyət daşımalı, cavabdehlik hissi 
insanın bütün daxili dünyasını əhatə etməlidir. 
Tusi  insanları  düzgünlüyə,  doğru  danışmağa,  doğru 
yolda  olmağa  və  bu  yoldan  sapmamağa  çağırır,  yalana  və 


 
 
 
 
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
 
 
~     ~
 
141 
haqsız insanlara dərin nifrət göstərirdi. İnsanların bir-birinə 
etimad götərməsini, düşmənçilikdən və paxıllıqdan uzaq bir 
münasibət qurmasını məsləhət görən müdrik və uzaqgörən 
alim  nəzakətli  rəftara  əsaslanan  davranış  qaydalarını 
tərifləyirdi. 
Cəmiyyətin  və  cəmiyyətdə  ayrı-ayrı  fərdlərin  xöşbəxt 
yaşaması  üçün  insanların  bir-biri  ilə  saf  əlaqəyə  girməsi 
labüd şərtdir. İnsanın mülayim xasiyyətə malik olması onu 
kamilləşməyə doğru yönəldir və insanın xöşbəxt yaşaması, 
onun hörmət qazanması üçün ümdə rol oynayır. 
Uşaqların  tərbiyəsinə  böyük  önəm  verən  Tusi  vali-
deynlərə  məsləhət  görürürdü  ki,  uşaqlara  ən  kiçik 
yaşlarında  müsbət  keyfiyyətlər  aşılamalı  və  bu  tərbiyə 
zamanı  ən  xırda  nüanslar  diqqət  yetrimək  lazımdır. 
Valideynlər  və  tərbiyəçilər  uşaqların  müsbət  xüsusiyyət-
lərini  tərifləməklə  və  onları  təqdirəlayiq  davranışa 
həvəsləndirməklə  tərbiyə  zamanı  böyük  nailiyyət 
qazanmaq olar. 
Uşaqlarda pis adətlərə qarşı olan meylin qarşısını almaq 
üçün  onları  ətrafındakı  pis  xüsusiyyətlərə  malik  olan 
insanlardan uzaq tutumaq, uşaqda yalnız pis xüsusiyyətlərə 
qarşı nifrət yaratmaq lazımdır. Yalançı, paxıl, oğru, tənbəl, 
lovğa  və  pulgirlik  kimi  pis  xüsusiyyətləri  özündə 
cəmləşdirən  insanlardan  uşağı  uzaqlaşdırmaq  ən  düşü-
nülmüş  bir  tədbirdir.  Yalnız  belə  ciddi  tədbirlərdən  sonra 
uşaqlara  təvazökarlılıq,  həyalılılıq,  işgüzarlılıq,  sədaqət-
lilik,  nəzakətlilik  və  vəfalılıq  kimi  müsbət  çalarlara  malik 
xüsusiyyətləri aşılamaq olar. 
İntellektuala  və  fiziki  məşqlərə  əsalanan  oyunlar 
uşaqların gələcək həyatına önəmli təsir göstərdiyi üçün  bu 
nüanslara  da  diqqət  yetirmək  tərbiyə  məsələlərində  çox 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə