Бяйляр абдуллайев



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə47/67
tarix22.10.2018
ölçüsü1,32 Mb.
#75551
1   ...   43   44   45   46   47   48   49   50   ...   67

 
 
 
 
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
 
 
~     ~
 
145 
Elə  ki,  sənətlərdən  işlətməyə  öyrədildi,  onunla  güzəran 
keçirtməyə məcbur edilməlidir, qoy cilalandırıb təcrübəsini 
artırsın,  aşağı  mərtəbələrdən  ən  yuxarı  dərəcəyə  çatdırsın, 
incəliklərinə  incəliklər  əlavə  etsin,  nəzəri  əsasları  tapsın, 
bununla  yanaşı  pul  qazanmaq  yollarını  öyrənsin,  yaşamaq 
qaydalarına  bələd  olsun,  işləri  idarə  etmək  ustalığına 
yiyələnsin.»(31, səh.173) 
Elmi  biliklərə  yiyələnmiş  şəxslər  davranış  və  ədəb-
ərkan  qaydalarına  hər  zaman  diqqət  yetirməlidir  və  elm 
öyrənmiş  şəxsin  nəzəri  cəhətdən  sahib  olduğu  fəzilətlər 
müsbət xarakterli praktik fəaliyyətlə tamamlanmalıdır. Tusi 
insanları  danışıq  zamanı  dinləmə  qabiliyyətinə  riayət 
etməyə,  çox  danışmamağa,  danışıqda  qəliz  və  kinayəli 
ifadələrdən  istifadə  etməməyə  səsləyirdi.  Müashibinin 
sözünü  yarımçıq  kəsməməyi,  danışıq  zamanı  mübahisə  və 
münaqişələrdən  uzaq  düşməyi  məsləhət  görür,  sözün  təsir 
qüvvəsini anlamayan qafil və nakəs insanlarla ünsiyyətdən 
uzaq durmağı məsləhət görürdü. 
Uşaqlıq  dövrünü  bitirmiş  gənclərə  məsuliyyətli  vali-
deynlər,  bilikli  və  savadlı  tərbiyəçilər  tərəfindən  həyatın 
bütün  təfərrüatları  çatdırılmalı,  həyatın  hər  cür  sınağından 
çıxmış  ibrətamiz  nəsihətləri  gəncin  beynində  həkk  eləmək 
lazımdır.  Gənclərə  normal  əxlaqi  davranışları  aşıladıqdan 
sonra onları elmi biliklərə silahlandırmaq və elm öyrənmək 
sahəsində  qabiliyyəti  olan  gəncləri  xüsusilə  hikmət 
nəzəriyyəsinin  incəliklərindən  agah  etmək  məqsədəuyğun 
bir  haldır.  İstedad  və  qabiliyyəti  əxlaqi  sərvət  kimi  başa 
düşən  filosof  zəhmətin  nəticəsində  formalaşan  istedad  və 
qabiliyyətin fitri hesab edilməsi fikri ilə razılaşmırdı. 
Nəsirəddin  Tusinin  «Adabül-müəllimin»  («Tələbəlik 
mədəniyyəti»)  adının  verdiyi  əsərdə  tələbələrə,  elm  öyrə-


 
 
 
 
Namiq Abbasov, Rəhim Həsənov 
 
~      ~
 
146        
nənlərə  davranışın  bütün  formalarının  izahını  verir,  onlara 
məsləhət  görür  ki,  müəllimlərin  təcrübəsindən  bəhrələmək 
lazımdır. Eyni zamanda vaxtdan da səmərəli istifadə etmək, 
vaxtı  düzgün  dəyərləndirmək  də  elm  öyrənəmk  yolunda 
çox önəmli bir amildir. Tələbə xüsusilə gecələrin və tənha 
qaldığı  vaxtların  dəyərini  bilməli,  bu  nüanslardan 
faydalanmalıdır.  
Tusi  insanların  biliyə  olan  münasibətinə  görə  dörd 
xarakterə bölündüyünü vurğulayırdı:  
1).  Biliyini  başqalarına  öyrədən  alimlər,  bunlara 
ehtiram göstərmək lazımdır. 
2).  Biliyi  ilə  lovğalanan  səviyyəsiz  insanlar,  bunları 
tənqid hədəfinə çevirmək lazımdır. 
3).  Biliksizdir  və  biliklərə  nail  olmağa  çalışan 
zəhmətkeşlər,  bunlara  elm  öyrənməyə  kömək  etmək  vacib 
lazımdır. 
4).  Biliksizdir  və  elm  öyrənilməsinə  laqeyd  münasibət 
bəsləyir, bunlardan uzaq gəzmək lazımdır. 
Nəsirəddin  Tusi  tərəfindən  yaradılan  etik  təlimdə 
xeyirxahlıq  qəbilindən  olan  on  müsbət  xüsusiyyət  çox 
önəmli  bir  mövqeyə  malikdir.  Bu  on  müsbət  əxlaqi 
xüsusiyyət bunlardır: 
1).  Yalan  sözlər  danışmamaq,  çünki,  yalan  danışmaq 
insanı el içində hörmətdən salar. 
2). İnsafla  davranmaq-  Tusi insafı ünsiyyətlə vəhtəddə 
götürürdü. 
3).  Başqalarında  eyib  axtarmamaq-  çünki,  insanların 
eyibini üzə vurmaqla onları xəcil və pərt etmək olar.  
4). Xalqın günahından keçməyi bacarmaq- çünki, xalqa 
hər  vasitə  ilə  xeyir  vermək,  xalqı  hər  cəhətdən  üstün 
tutumaq böyüklük əlamətidir. 


 
 
 
 
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
 
 
~     ~
 
147 
5).  Üzrxahlıq  etməyi  bacarmaq,  əgər  hansısa  bir  şəxs 
pis iş görübsə, yalan danışıbsa, dostu incidibsə, mövcudatın 
varlığı barədə düzgün danışmayıbsa mütləq üzr istəməldir. 
6). Hər cür əzab-əziyyətə, çətinliyə dözməyi bacarmaq- 
çünki,  xöşbəxtliyi  əldə  etmək  üçün  hər  bir  şəxs  qarşısına 
çıxan çətinliklərə, əzab-əziyyətlərə sinə gərməlidir.  
7). Özünü tənbeh etməyi bacarmaq- bunu yalnız iradəli 
adamlar bacara bilər. 
8).  Başqasının  eybindən  öz  eybini  üstün  tutmaq  – 
çünki, eyib axtarmağın özü elə böyük eyiblərdən biridir. 
9).  Hamı  ilə  mülayim  davranmaq-  bunun  əksi  olan 
təkəbbürlü  davranış  isə  insan  mənəviyyatının  saflığına 
xələl gətirir. 
10).  İnsanın  özünü  başqalarından  üstün  zənn  edib 
lovğalanmaması-  insan  ülvi  hisslərə  malik  olmalı, 
qəlbindəki eqoizm hisslərini boğmağı bacarmalıdır. 
Öz ibrətamiz nəsihətləri, müdrik və humanist ideyaları 
ilə  yadda  qalan  Tusi  insanlara  minnətsiz  olaraq  yaxşılıq 
etməyi  məsləhət  görürdü. Çünki,  minnətsiz olaraq  görülən 
hər  bir  xeyirxah  əməl  bu  əməlin  sahibi  olan  insanı  böyük 
hörmət  sahibi  edir  və  minnətsiz  olaraq  edilən  yaxşılıq  bu 
əməlin törədən şəxsin nümunəvi və mədəni insan olmasına 
dəlalət  edir.  Eqoist  və  xudbin insanlar  tərəfindən  minnətlə 
edilən  yaxşılıq  əksər  hallarda  nifrətə  və  düşmənçiliyin 
yaranması yolunda bir vasitədir. 
Tusi  düzgün  olaraq  insanlara  məsləhət  görürdü  ki,  bu 
keşməkeşli həyatın çətin yollarından alnıaçıq çıxmaq üçün, 
müvəffəqiyyət  qazanmaq  üçün  onlar  səmimi  olaraq  bir-
birinə  köməklik  göstərməlidir.  İnsanlara  bir-birinə  qarşı 
laqeyd  olmamağa  səsələyən  Tusi  insanların  çətin 
günlərində  maddi  və  mənəvi  yardıma  olan  ehtiyacın  adi 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə