Бяйляр абдуллайев



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə48/67
tarix22.10.2018
ölçüsü1,32 Mb.
#75551
1   ...   44   45   46   47   48   49   50   51   ...   67

 
 
 
 
Namiq Abbasov, Rəhim Həsənov 
 
~      ~
 
148        
günlərdən  də  çox  olduğunu  vurğulayırdı.  Xüsusilə  də 
dostlar  ağır  durumda  olan  dostuna    arxa,  dayaq  durmalı, 
onun  kömək  istəyib-istəməməsindən  asılı  olmayaraq  dosta 
köməyi özünə bir insanlıq borcu bilməlidir. 
İnsanlar dostluqda daima sədaqətli olmalı, dostun kiçik 
nöqsanlarına göz yummağı bacarmalıdırlar. Nöqsansız dost 
tapmağın  da  asan  olmaması  səbəbindən  başqalarına  qarşı 
irad  tutmamağın  yaxşı  əlamət  olmadığını  qeyd  edirdi. 
Dostluq  münasibətləri  ülvi  və  nəcib  hisslərə  xidmət  etdiyi 
üçün  dostluqda  lüzumsuz  səmimiyyət,  süni  sədaqət  kimi 
nüansların yersiz olduğunu vurğulayırdı. 
Tusi  insanların  özünü  kamilləşdirməsi,  özünü  təkmil-
ləşdirməsi  kimi  ideyaları  dəstəkləyərkən  sufiliyə  doğru 
meyl  edirdi.  Lakin,  o  bir  peripatetik  filosof  kimi  bu 
məsələyə  sufilər  kimi  mistik  yolla  deyil,  rasionalist 
nöqteyı-nəzərindən  yanaşırdı.  İnsan  ağlına  və  insan 
iradəsinə böyük önəm verən filosof insanların təkamül yolu 
ilə dəyişiləcəyinə inanırdı. 
Tusi  insanlara  öz  nəfsini  hər  cür  rəzalətdən  qorumağı 
məsləhət görürdü, çünki, nəfsi murdar olan insanlar mənəvi 
cəhətdən ən aşağı səviyyədə məskun olmuşlar. Əgər insan 
pak və təmiz nəfsə malik olarsa, bu zaman kamilləşmiş və 
mədəni  insandan  söz  gedə  bilər.  Kamilləşmiş  insan  hər 
zaman  elm  və  bilik  sahibi  olmağa  doğru  can  atar  və  bu 
qəbildən olan insanın tək amalı həqiqətin dərk edilməsidir. 
İnsan  yalnız elm və əməl kimi iki cəhətdən kamil ol bilər. 
Elmi kamillik biliklərin toplanılmasına xidmət edirsə, əməli 
kamillik  isə  insanlar  tərəfindən  bəyənilən  əxlaq  qaydaları 
ilə xarakterizə olunur. Elmi kamilliklə əməli kamilliyi tam 
olaraq özündə cəmləşdirən şəxs xöşbəxtliyə və səadətə nail 
ola bilər. 


 
 
 
 
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
 
 
~     ~
 
149 
Nəsirəddin  Tusinin  gəldiyi  qənatə  görə  nəfsi-izzətini 
cilovlamağı bacaran, öz ağılı ilə hisslərinə qələbə çalmağı, 
şərafətli ölümü rəzalətli yaşamaqdan üstün tutan, humanist, 
bəşəri əməllər müdriklikliyin və kamilliyin formalaşmasına  
səbəb olur. Müdrik almi şücaəti və iffəti hikmətli olmaqdan 
ayrı tutmurdu.«Hər iffətli və şücaətli adam hikmətli olmaz, 
lakin hər hikmətli həm iffətli, həm də şücaətli olar». 
Tusi insanlarda mövcud olan mənəvi qüsurların, əxlaqi 
nöqsanların  səbəbini  iradi  cılızlıqda  görürdü.  Mütəfəkkir 
onu  da  qeyd  edirdi  ki,  iradi  cılızlığın  başlıca  səbəbi 
insanlarda mövcud olan fiziki zəiflikdir. Tusidən sonra bəzi 
məşhur    alimlər  də  insanlarda  baş  verən  bir  sıra  qeyri-
əxlaqi  hərəkətlərin  başlıca  arqumentini  iradi  cılızlıqla, 
fiziki  zəiflik  və  mənəvi  düşgünlüklə  əlaqələndirmişlər. 
Mütəfəkkirin  qənaətincə  insanın  fiziki  və  mənəvi  yetkin-
liyinin formalaşmasına güclü zəmin yaradan və onun kamil 
bir  şəxsiyət  kimi  təşəkkülündə,  müdrik  bir  insan  kimi 
formalaşmasında    iradi  tərbiyə  amili  bu  proses  zamanı 
böyük bir əhəmiyyət kəsb edir. 
 
 
 
 
 


 
 
 
 
Namiq Abbasov, Rəhim Həsənov 
 
~      ~
 
150        
Hər bir millətin istər tərəqqisi, istərsə də tənəzzülü 
həmin millətin gənclərinin alacaqları  
tərbiyədən asılı olur. 
U. ġekspir 
 
3.4. Tusinin tərbiyə prosesi haqqında fikirləri. 
 
Tusinin  tərbiyə  prosesi  haqqında  fikirlərinin  əsas 
spesfik xüsusiyyəti onunla izah olunur ki,  bu ensiklopedik 
mütəfəkkir  Aristotel  (e.ə.  384-322),  Platon  (e.ə.  428-347), 
Pifaqor  (e.ə.570-495),  Empedokl  (e.ə.  490-430),  Demokrit 
(e.ə. 460-370), Anaksaqor (e.ə. 500-428), Evklid (e.ə. 330-
275), Menelay (70-140), Aristarx (e.ə. 310-230), Ptolomey 
(90-168)  kimi  yunan  alimlərinin  əsərləri  barədə  məlumata 
malik  idi.  Eyni  zamanda  o  Əbu  Əli  ibn  Sina  (980-1037), 
Məhəmməd  ibn  Əbdül-Əş-Şəhristani  (1076-1143),  Əbu 
Nəsir  Əl  Fərabi  (870-950),  Bəhmənyar  ibn  Mərzban  (?-
1066),  Sabit  ibn  Kurra  (?-901),  Əbu  Davud  ibn  Bəhrəm 
Əbu-Süleyman  əs  Sicistani  (817-888)  və  başqaları  kimi 
Azərbaycan  və  ümumiyyətlə  Şərq  alimlərinin  külliyatı  ilə 
yaxında  tanış  olmuş,  görkəmli    şəxsiyyətlərin  pedaqogika 
haqqında  fikirlərindən  qidalanaraq,  XIII  əsrdə  Azərbaycan 
düşüncə  tarixinə  uyğun  olan  və  müasir  dövrlə  də  səsləşən 
mükəmməl bir təlim-tərbiyə sistem yarada bilmişdir. 
Tusinin  geniş  və  zəngin  yaradıcılığında    əqli  tərbiyə 
problemi  ön    sırada    durur.  Mütəfəkkir  «Əxlaqi-Nasiri», 
«Kitabi Mədarik», «Övsaful-Əşraf», «Əqaidi-müfid», «Dər 
mərifəte-təqvim», «Təlimül-mütəəllim» və s. kimi  əsər və  
risalələrində  əqli  tərbiyə,  bilik,  zəka,  təhsil  və    elm 
haqqında çox geniş danışmış və göstərmişdir ki, «bunların 
hamısı insanı ağıllı və müdrik etməyə sövq etməli» və onu 


 
 
 
 
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
 
 
~     ~
 
151 
«dərəceyi-kamilə»  çatdırmalıdır.  Aristotel,  əl-Fərabi, 
Bəhmənyar ibn-Mərzban, ibn Sina və başqa peripatik filo-
sofların  idrak  və  əql  haqqında  ideyalarını  tədqiq    edərək, 
belə bir qənaət hasil  edir  ki,  «əql kör bir  insanda  olsa da 
onun  rəiyyət  içərisində,  dost  düşmən  qarşısında    dav-
ranışlarını  tənzim    edir  və    əql  həmin    hal-hərəkətlərin 
təməlidir». 
Əqli  tərbiyə barəsində  Tusi insanın mərdlik, mötədil-
lik,  qəhrəmanlıq,  mötədillik,  qəhrəmanlıq,  cəsurluq, 
ədalətlilik,  xeyirxahlıq,  vicdanlı    olmaq,  xəyalla  yaşamaq, 
xoş  istək,  arzu  və  meyillərə  malik  olmaq  və  i.a.  kimi  
psixoloji xüsusiyyətlərə və keyfiyyətlərə də böyük yer verir 
və  qeyd  etdiyimiz  bütün    keyfiyyətləri  «əqlin  səmərəsi, 
düşüncənin mənası» kimi qiymətləndirirdi. 
Əqilsizliyin,  düşüncəsizliyin  mənfi  nəticə  verəcəyini 
dağdan  qopub  böyük  qüvvə  ilə    aşağıya  yuvarlanan  bir 
qayaya  bənzədən  Tusi  əqilsizliyin  və  düşüncəsizliyin 
törətdiyi problemlərin qarşısını alınmaz hesab  edirdi. 
Eyni  zamanda  bir  də  həmin  zirvəyə  qalxa  bilməyə-
cəyini, öz mövqeyini itirdiyini də  söyləyir. Buna  görə də 
Tusi  həyatda  baş  verən  bütün  hadisələrin  məna  və 
əhəmiyyətini, nəticə və mahiyyətini qabaqcadan  fikirləşib 
dərk  etməyi insan üçün  zəruri əqli vəzifə  sayırdı. 
Mütəfəkkirin nöqteyi nəzərincə əqlsiz  insanın qəlbində 
mənfi meyillər kök salır və bu mənfi meyillər sağalmaz bir 
xəstəlik  kimi    artarsa,  sahibini    bəla,  bədbəxtlik,  müsi-
bətlərə  sürükləyir. 
Pedaqoq alim əqli cəhətdən tərbiyə etməyin əsas yolunu 
öz  dövrünün  tədris  müəssisələrində,  həmin  müəssisələrdə 
təlim  verən  müəllim,  tələbə  və  müdərrislərin  fəaliyyətində  
görürdü. O əqli öyrətməyi, onu tədricən inkişaf  etdirməyi 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə