Бяйляр абдуллайев



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə31/67
tarix22.10.2018
ölçüsü1,32 Mb.
#75551
1   ...   27   28   29   30   31   32   33   34   ...   67

 
 
 
 
Namiq Abbasov, Rəhim Həsənov 
 
~      ~
 
94        
ehtiyac  yoxdur.  Əhali  arasında  nizam-intizam  olsa,  bu 
onlara  uzun  müddət bəsdir.  Lakin bütün  dövrlərdə  müdrik 
bir  rəhbərə    və    tədbir  sahiblərinə  ehtiyac  vardır.  Tədbir 
olmasa nizam-intizam aradan qalxar, insan cəmiyyəti lazım 
olduğu kimi inkişaf etməz…» (23, 156).  
Əgər orta əsrlərdə bir çox nəzəriyyəçilər qanunun ilahi 
mahiyyət  kəsb  etdiyindən  söz  açırdılarsa  Tusi  qanunun 
kamil insanın zəkasının məhsulu olmasını vurğulayırdı. Öz 
humanistliyi  ilə  də  məşhur  olan  filosof  qanunların  cəza 
vermək funksiyasından çox islah etmək funksiyasına önəm 
verilməsini  vurğulayırdı.  Qanunların  da  qruplaşmasına 
ədalət nöqteyi-nəzərincə yaxınlaşan Tusi qanunları ədalətli 
və ədalətsiz olaraq iki qisimə bölür. Qanunların ədalətli və 
yaxud  ədalətsiz  olması  dövlət  başçısının  yürütdüyü 
siyasətdən,  onun  şəxsi  keyfiyətlərindən  asılıdır.  Əgər 
qanunlar  dövrün  tələblərinə  cavab  vermirsə  deməli  bu 
qanunları təkmilləşdirmək lazımdır. 
Tusinin  utopik  ideyalarının  gerçəkləşməsi  nəticəsində 
xeyirxah  dövlət  tipi  meydana  gəlir.  Bu  xeyixah  dövlətdə 
insanlar ləyaqətli bir həyat tərzi keçirir, dövlətin başında da 
əxlaqlı,  adil  və  müdrik  rəhbər  durur.  Ülvi  və  ali  hisslərin 
özlüyündə  kök  saldığı  xeyirxah  dövlət  tipində  yalnız 
maarifçilik  monarxiyası  hökm  sürür.  Uzun  müddət 
idarəetmə  işlərində  yüksək  vəzifələrdə  çalışan  Tusi  qeyd 
edirdi ki, dövləti qüsursuz idarə etmək mümkün deyil.  
Xeyirxah  dövlətdə  ədalətli  qanunlar  hökm  sürsə  də 
qanunların aliliyinə nəzarət etmək zəruridir. Dövlətin idarə 
edilməsi,  qanunalara  nəzarət    aşağıdakı  müssisələrin 
köməyilə mümkün olur:  
1.  Qanunları    nizamlayanlar-islam  hüquqşünasları, 
natiqlər və xəttatlar;  


 
 
 
 
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
 
 
~     ~
 
95 
2.  Qanunların  adilliyinə  və  cəmiyyətdə  bərabərliyə 
nəzarət edənlər;  
3. Dövləti mühafizə edənlər;  
4. Dövlətin varlığının qayğısına qalanlar. 
N.Tusi  nin  ictimai-siyasi  görüşləri  onun  müasiri  olmuş 
Siracəddin  Urməvinin  ictimai-siyasi  görüşləri  ilə  oxşarlıq 
təşkil  edir.  Tusi  də  Urməvi  kimi  aşağı  təbəqəni  müdafiə 
edir,  rəiyyətə  müntəzəm  olaraq  diqqət  yetirilməsini 
vurğulayırdı.  «Rəiyyəti  ədalət,  fəzilət  və  hikmət  qanunları 
əsasında  idarə  etmək  lazımdır.  Bədən-təbiətlərin,  təbiətlər 
nəfisin,  nəfs-əqlin  sayəsində  möhkəmləndiyi  kimi,  şəhər-
lərin  möhkəmliyi  siyasətə,  siyasətin  möhkəmliyi  isə 
hikmətə bağlıdır.» (31, səh. 232) 
Əgər  dövlətə  sirayət  edilən  hikmət  ədalət  və  intizam 
çərçivəsinə  uyğun  olarsa  bu  zaman  dövlətin  kamilləşmiş 
gələcəyindən, onun təkamülündən söhbət açmaq olar. Əgər 
hikmət  yuxarıda  göstərilən  prinsiplərə  mütabiq  olmasa  bu 
zaman  dövlətin  süqut  etməsindən,  onun  tənəzzülə 
uğramasından danışmamaq mümkün deyil. 
Şəxsiyyətə  böyük  önəm  verən  Tusi  dövlətin  tənəzzülə 
uğramaması  üçün  dövlət  başçısında  yeddi  mühüm  xüsu-
siyyətin olmasından bəhs edirdi.  
1).  Atalıq  -  bu  hamıya  mehriban  münasibət 
göstərməklə, qəzəb hisslərini boğmaqla ölçülür. 
2).  Alicənablıq  -  yalnız  qəzəb  qüvvəsi  ilə  şəhvət 
qüvvəsini özündən uzaqlaşdırdıqdan sonra yaranır. 
3).  Mətinlik  -  dərin  düşüncə  və  obyetiv  fikiri  özündə 
ehtiva edir. 
4).  Əzmlilik  -  obyetiv  rəylə  bitkin  iradənin  məhsulu 
olan bu xarakter bütün hökmdarlarda olmalıdır. 


 
 
 
 
Namiq Abbasov, Rəhim Həsənov 
 
~      ~
 
96        
5).  Səbirlilik  -  hökmdarın  dar  günündə  ən  yaxın 
dostudur. 
6).  Maddi  sərvət  -  özünə  aid  olmayana  tamah 
salmamağa səbəb olur. 
7).  Sədaqətli  köməkçilər-  bu  yalnız  yuxarıdakı 
xüsusiyyətlərin  var  olması  nəticəsində  şamil  olur.  Eyni 
zamanda  sədaqətli  köməkçilərə  nail  olmaq  üçün  atalıq 
xüsusiyyətinin olması bir o qədər də vacib deyil. 
Əgər  dövlət  başçısı  bu  yeddi  xüsusiyyəti  özündə  cəm-
ləşdirməyi 
bacarırsa 
onda 
cəmiyyətin 
müntəzəm 
inkişafından  söz  açmaq  olar.  Dövlət  başçısı  təmənnasız 
olaraq  xalqa,  əsasən də  aşağı  təbəqəyə,  zəhmətkeş kütləyə 
xidmət  etməli  və  hökmdar  nəticə  etbarilə  cəmiyyətdən 
təcrid  olunmamalıdır.  Dövlətin  daxilində  yaşayan  icti-
maiyyətin  müqəddəratını  həll  etmək  tərəqqipərvər, 
maarifpərvər dövlət başçısından çox asılıdır. 
Zəhmətkeş xalqa üstünlük verən Tusi yüksək təbəqənin 
nümayəndələrini  alleqorik  bir  üslübda  izah  edərir,  hakim 
dairələri pərdə altında tənqid edirdi. Mütəfəkkirin nöqteyi-
nəzərincə  hər  zaman  haqsız  olan  bu  təbəqənin 
nümayəndələri dörd təbəqədən ibarətdir: 
1).  Şir-  bunlar  xalqı  qətl  etməklə  məşğul  olan  hökm-
darlardır.  
2).  Canavar  -  bunlar  haram  sərvətlər  toplayan 
tacirlərdir. 
3). Tülkü- bunlar xalqı aldadan yalançı zahidlərdir. 
4).  Qoyun  -  bunlar  tamahkarlıqları  ilə  məşhur  olan 
möminlərdir. 
Tusi həm nəzəri,  həm  də  praktiki cəhətdən cəmiyyətin 
bütün üzvləri arasında haqq və ədalətin icra olunması üçün 
çalışır, bu yolda əlindən gələni əsirgəmirdi. Dövlət işlərinin 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə