Бяйляр абдуллайев



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə29/67
tarix22.10.2018
ölçüsü1,32 Mb.
#75551
1   ...   25   26   27   28   29   30   31   32   ...   67

 
 
 
 
Namiq Abbasov, Rəhim Həsənov 
 
~      ~
 
88        
etmək  mümkün  olur.  Bəsit  siyasətin  qisimləri  olan  ölkə 
siyasəti, qələbə siyasəti, kəramət siyasəti və camaat siyasəti 
içərisində  şübhəsiz  ki,  ən  önəmli  yeri  ölkə  siyasəti  tutur. 
Siyasətlər  siyasəti  hesab  olunan  ölkə  siyasəti  əhalinin  hər 
təbəqəsinin  idarə  olunmasında  həlledici  amil  rolunu 
oynayır.  
Dövlətin yaranmasında ittifaq konsepsiyasını irəli sürən 
Tusi  insanın  cəmiyyətdən  kənar  movcudluğuna  inanmırdı. 
İnsanı  ictimai  varlıq  kimi  xarakterizə  edərək  dövlətdə 
yaranmış  ittifaqı  insan  bədəninin  tərkibi  ilə  müqayisə 
edirdi.  İnsanlar  dörd  ünsürün  müvafiq  uyğunluğu  ilə  var 
olduqları  kimi  cəmiyyət  də  dörd  təbəqənin  uyumu 
içərisində bərqərar tapır: 
1). Qələm əhli (ziyalılar). 
2). Qılınc əhli (ordu, hərbiçilər). 
3). Müamilə əhli (bürokratlar, tacirlər və sənətkarlar). 
4). Ziraət əhli (əkinçilər, maldarlar, kəndlilər). 
Qələm  əhli  deyə  adlandırılan  ziyalılar,  ilahiyyatçılar, 
münəccimlər  və  təbiblər  dörd  ünsürə  nisbətdə  suyu  əvəz 
edirlər.  Dünyanın  və  dinin  mövcud  olması  elmi  və  bədii 
yaradıcılıqla məşğul olan qələm əhlindən  asılıdır.  
Dünyadakı  intizam  əllərində  saxlayan  qılınc  əhli  olan 
döyşçülər,  hərbiçilər,  mühafizəçilər  dörd  ünsürdən  odu 
əvəz edirlər. Hava yerində olan müamilə əhlinin köməyi ilə 
məişət  təmin  olunur.    Ziraət  əhli  isə  torpağı  əvəz  edir, 
bunların əməyi nəticəsində yaranan məhsullar da insanların 
yaşaması üçün zəruri bir mahiyyət kəsb edir. 
Filosofun  əqidəsi  nöqteyi-nəzərincə  qələm  dörd 
zümrənin əlində olmalıdır:  
1)  Din əhli;  
2)  İncə elmlər, o cümlədən hikmət, nücum;                                                         


 
 
 
 
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
 
 
~     ~
 
89 
3)  Tibb  sahəsi  üzrə  məşğul  olan  alimlər,  böyük  və 
mühüm    işlər  görməklə    məşğul  olanlar,  o  cümlədən 
vəzirlər, müfəttişlər,  ədliyyə  işçiləri və padşahın sözlərini 
rəiyyətə və düşmənlərinə çatdıran katiblər;  
4)  Ölkənin  gəlir  və  xərclərini  hesablayan  maliyyə 
işçiləri. 
İnsanlar xarakter cəhətdən ictimai birliyə möhtacdır və 
ailə ictimai birliklər içərisində ilkin bir mahiyyət kəsb edir. 
İctimai həyatın kiçik hissəsi olan ailə cəmiyyətin təməlinin 
formalaşmasına  səbəb  olur.  İnsanların  digər  ictimai 
birliklərinə  gəldikdə  isə  bunalar  məhəllə,  şəhər,  ölkə  və 
sonda ümumidünya ictimai birliyidir. 
Dövlət    başçısına  Tusi  məsləhət  görürdü  ki,  hər  bir 
şəxsə  öz  xarakterinə  uyğun  vəzifə  verilsiN.Tusi  hər  bir 
təbəqə  ilə  davranışı  özünəməxsus  bir  səpkidə  şərh  edirdi. 
O,  dövlətçiliyin  qorunması  üçün  dövlət  sirrini  saxlamağın 
böyük bir önəm kəsb etdiyini vurğulayırdı.  
Tusi  dövlət  sirri  ilə  birlikdə  dövlət  adamlarının  şəxsi 
sirrlərini  də  gizlin  saxlamağı  məsləhət  görürdü.  «Gizli 
sirlərin  çoxu  açıq  deyilə  bilən  sözlərdən  və  işlərdən  başa 
düşülər.  Belə  hallarda  rəislər  bu  sirlərdən  xəbəri  olmuş 
adamlardan  şübhələnməyə  başlayar.  Sirrin  faş  olmasının 
əsas  səbəbi  odur  ki,  dünyanın  işləri  bir-biri  ilə  əlaqədar-
dırdır,  bəzilərini  bildikdə  bəzilərini  adam  özü  tapır.»  (31, 
səh.237). 
Dövlətin  tənəzüllə  uğramasına,  zəifləməsinə,  süqut 
etməsinə  əsas  səbəb  Tusinin  fikirincə  dövlət  adamlarının 
var-dövlətə  qarşı  olan  hədsiz  hərisliyin,  sərvət  düşkünlü-
yünün  olmasıdır.  Dövlətin  bərqərar  olması,  dövlətin  uzun 
müddət  var  olması  üçün  əsas  amil  hökümət  başçılarının 
birliyi və düşmən qüvvələrinin tərk-silah edilməsidir. 


 
 
 
 
Namiq Abbasov, Rəhim Həsənov 
 
~      ~
 
90        
Cəmiyyətdə  ədalətlilik  prinsipi  pozulduğu  zaman  ilk 
olaraq  aşağı    təbəqə  mənfi  təsirə  məruz  qalır.Tusinin 
fikrincə aşağı təbəqə aşağı  təbəqə özüdən yuxarı təbəqədə 
daima  maddi  və  mənəvi  yardım  gözləyir.  Bu  yardım  öz 
mənzilinə çatmadığı anda aşağı təbəqə öz ehtiraz ifadəsini 
qaldırır və bu da xoşagəlməz fəsadlara səbəb olur. 
Cəmiyyətdə ədalətlilik prinsipinin pozulmasına bir sıra 
münaqişələr səbəb olmuşdur ki, bu münaqişələr cəmiyyətdə 
ədalətlilik  prinsipinin  pozulmasına  səbəb  olur.  «Bu 
münaqişələr aşağıdakılardır: 
-
 
hakimiyyət üstündə münaqişə 
-
 
vəzifə üstündə münaqişə 
-
 
var-dövlət üstündə münaqişə 
-
 
namus üstündə münaqişə 
-
 
əqidə üstündə münaqişə.» (73, səh.26). 
Tusinin  ziddiyyətli  ifadələri  müasir  dövrdə  mülahizə 
edərkən bu qəanətə gəlmək olar ki, o feodal ictimai-iqtisadi 
quruluşunun  mənfi  cəhətlərini  ya  görmür,  ya  da  görmək 
istəmirdi.  
Bütün  bu  hallara  baxmayaraq  o  cəmiyyətin  aşağı 
təbəqələrinin–kəndlilərin, yoxsulların, sənətkarların yaşayış 
səviyyəsinin yaxşılaşdırılmasına cəhd göstərmiş, bu barədə 
əlindən gələni əsirgəməmişdir. 
İqtisadi  fikirlərini  də  bu  yönə  istiqamətləndirən  Tusi 
Şərq  dünyasının  ictimai  həyatında  ticarətin  də  böyük  rol 
oynayacağını  qeyd  edirdi.  Ticarətlə  məşğul  olan  şəxslər 
tamahkarlıq  kimi  hisslərdən  uzaq  olmalıdır.  İnsan 
mənəviyyatına  yad olan bu qəbildən olan  meyllərə tacirlər 
düşmən gözü ilə bxmalıdır. 
N.Tusi  dövlət  başında  duran  şəxsə  xalqla  öz  arasında 
sərhəd qoymamağı məsləhət görürdü. Dövlət başçısı xalqa 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə