110
Amma nə etsək də, ümumi entropiya həmişə artır. Halbuki
nə etməyimizdən asılı olmayaraq, heç bir insanın zaman an-
layışını dəyişdirə bilməz, psixoloji oxu ilə oynaya bilmərik;
kimsənin “əvvəl” və “sonra”sının yerlərini bir an belə
dəyişdirə bilmərik. Zaman hər insan üçün və kainatın hər
nöqtəsi üçün hər an tək istiqamətli axır. İrəliləyən zaman heç
vaxt “ümumi zaman” anlayışı ilə ifadə edilməsi ilə əlaqədar
olaraq tək istiqamətli deyildir, halbuki termodinamik ox
həmişə “ümumi entropiya” ilə irəliləyir. Həmçinin, insanın
zamanı qavraması ilə Entropiya Qanunu arasında mütləq
bir uyğunluq göstərilə bilməz. İnsanlar Entropiya Qanunu-
nun fərqinə varmadan kainatı qavrayırlar, əgər sistemdəki
entropiya artırsa, insanın zaman anlayışının dəyişəcəyinə
dair heç bir məntiqi səbəb yoxdur. Bu da psixoloji ox ilə ter-
modinamik oxun fərqli olduğunu göstərir və Houkinq bu-
rada da yanılmaqdadır. Görülür ki, Houkinq, entropiyanın
tək istiqamətli axışı ilə zamanın tək istiqamətli axışını qarış-
dırmaq ( paralel olanı eyni saymaq) kimi bir səhv etmişdir.
Houkinq və elmi fantastika
Bizi maraqlandıran əsl mövzuya qayıtsaq, Houkin-
qin öz etiraflarından zaman mövzusu haqqındakı səhv
qiymətləndirmələrinin onu sürüklədiyi səhv nəticələr orta-
dadır. Kim bilir, bəlkə də bunun səbəbi Houkinqin elmi-fan-
tastikaya olan marağıdır və o, kitablarında bir elmi fantasti-
ka həyəcanı yaratmaq istəyir. Onun sonradan səhvini anla-
dığını söylədiyi əvvəl ölüb sonra yaşayıb ən sonda da doğu-
lacaq olan insan fikri bu həyəcanı həm Houkinqin zehnində,
həm də oxucularda meydana gətirə bilməkdədir. Houkin-
qin fikirlərilə maraqlananlardan, hətta onun proyektləri
üçün pul tapılmasını təmin edənlərdən biri də ən məşhur
112
gerçək zamanınmı, yoxsa xəyali zamanınmı gerçək olduğu
sualını soruşmağın mənası yoxdur.” Houkinqin xəyali za-
man dizaynı nə fəlsəfə, nə fizika, nə də sağlam fikir baxımın-
dan etibarlıdır. Houkinq uydurduğu bu anlayışdan gerçək
zamana necə keçildiyini heç
bir zaman göstərə bilməmişdir
Houkinq və pozitivizm
Kainatın başlanğıcındakı “Plank zamanı”nda bütün
fiziki qanunlar yox olur. Bu vəziyyətdə tam bir tərif edilə
bilməzlik, hətta xəyal belə edilə bilməzlik vardır. İbn Sina
yoxluğun bir şey olmadığını, ona görə də xəyal belə edilə
bilməyəcəyini söyləyir. Kainatın ilk halı İbn Sinanın “yox-
luq” tərifinə tam uyğun gəlməkdədir. Yoxluqdan gözlənilən
tərif edilə bilməzlik və fiziki qanunların yoxluğu vəziyyəti
kainatın başlanğıcında vardır. Kainatın başlanğıcına dair
riyazi düsturlar, kainatın bu vəziyyətində sıxlığın sonsuz
olduğunu göstərməkdədir. Halbuki kainatdakı heç bir şe-
yin sıxlığı sonsuz ola bilməz, bu vəziyyət də kainatın baş-
lanğıcının yoxluğa uyğun gəldiyini dəstəkləməkdədir.
İşin maraqlı tərəfi odur ki, elmi düsturlar və riyazi hesab-
lamalar kainatın tam başına gəldikdə fizika qanunlarının
işləməyəcəyini göstərməkdədir. Qısacası, elmi düsturlar ka-
inatın başlanğıcının “yoxluq” ilə eyni təriflərə sahib olduğu-
nu göstərməkdədir. Kainatın başlanğıcında kosmosun yox
olması, zamanın dayanması da bu başlanğıc vəziyyətinin
yoxluğa bərabər olduğunu göstərməkdədir. Kosmos və za-
manın olmadığı maddi bir varlığın tərifi mümkün deyil. Ay-
dın olur ki, Stefen Houkinq bu nəticəni görmüş və özünün
də ifadə etdiyi kimi fiziki qanunların kəsilməməsini arzu et-
mişdir. Kimsə Houkinqə arzu edilənlə gerçək olanın fərqini
mütləq izah etməlidir! Houkinq bunun ardınca öz poziti-