121
Taoizmdə hər şeyin özbaşına meydana gəldiyi və kai-
natın əzəli olduğu fikrinə rast gəlinməkdədir. Lakin Taoizm
haqqında edilən şərhlərdə buna tamamilə zidd görüşlər də
irəli sürülür. Marksizmdəki və ya təktanrılı bir dindəki açıq
ifadələri Taoizmdə (əslində Uzaq şərq dinlərinin bir çoxun-
da) tapa bilmərik. Buddizmdə Tanrının heç bir müdaxiləsi
olmadan mövcud olan hər şeyin mexaniki qanunlara uy-
ğun olaraq maddədən meydana gəldiyi deyilir. Buddizmin
bəzi qollarında Tanrının varlığı qəbul edilir, lakin təməl
mətnlərdə Tanrıdan heç bəhs edilmədiyi və kainatın əzəli
qəbul edildiyi üçün Buddizmi Tanrını yox sayan və maddəni
əzəli qəbul edən başlığın altında nəzərdən keçirə bilərik.
Demokrit, Epikür və Lukretius
Görüldüyü kimi, Uzaq Şərqdə də materialist fəlsəfəyə
bənzər fikirləri müdafiə edənlər olmuşdur. Yazılan kitabla-
rın bir çoxu materializmin tarixinin Qədim Yunandan baş-
ladığını göstərir. Bu mövzuda önə çıxan ilk ad Demokritdir.
Onun fikrincə, bütün maddə əzəli və əbədi olan atomlardan
meydana gəlir, bu atomlar yox edilə bilməz və dəyişməzdir.
Bu fikirlərinə görə Demokrit günümüzdəki materialistlərin
fikir atası sayılır. Maddənin varlığı əzəli qəbul edilib, hər
şey yalnız maddəylə açıqlandıqda Tanrıya ehtiyac qalmır,
beləcə də ateistik fikirlər əsaslandırılmağa çalışılmaqdadır.
Maddənin daimiliyi fikrinə daha əvvəl Anaksimandr və He-
raklitin fikirlərində də işarə edilmiş, amma Demokritdəki
kimi vurğu və açıqlıq olmamışdır. Epikür Demokritin əsas
davamçılarındandır. Onun fikrincə, hər şey ardıcıl olaraq
doğum və ölümü meydana gətirən əzəli bir nizama görə ça-
lışmaqdadır. Tarixin ən önəmli materialisti Karl Marks da
doktor dərəcəsini “Demokrit ilə Epikürün Təbiət Fəlsəfələri”