132
təktanrılı dinlərə daha yaxın olduğunun deyilə biləcəyini
güman edirəm.
Platonun idealari
Platon Tanrının kainatı “xaos”dan yaratdığını və bu
“xaos”a forma verdiyini söyləyir; əvvəlcə ulduzlar, sonra
planetlər, sonra da Yer kürəsi yaradılmışdır.
Bu fikri ilə Pla-
ton yaradılış fikrinə ulduzların əzəli bir yanacaqla yandığını
söyləyən şagirdi Aristoteldən daha yaxındır. Platonun Tanrı
və kainat əlaqəsini necə qurduğuna dair ən böyük mübahisə
Platonun “idea” təlimindəki şərhə açıq izahları səbəbilə
meydana gəlməkdədir. Platonun fikrincə, kainatdakı bütün
obyektlər idea kainatındakı gerçək bir varlığın əks olunma-
sıdır. Kainatdakı bütün fərqli qələmlərin, fərqli masaların,
fərqli gözəlliklərin idealar aləmində müvafiq olduğu tək bir
gerçək qələm, tək bir gerçək masa, tək bir gerçək gözəllik
vardır. İdealar kainatındakı bu varlıqlar da mütləqdir. Pla-
tonun izahlarındakı Tanrı bu idealara baxaraq kainatdakı
obyektləri yaradır, yəni Tanrı bu idealara bağlı hərəkət edir.
Platonun izahatlarında idealar bəzən Tanrının üstündə,
bəzən altında olur, bəzən də Tanrı ilə inteqrasiya olunur. Pla-
ton Tanrını mütləq yaxşı ideası olaraq görür və mübahisəsiz
bir şəkildə varlıq iyerarxiyasının ən üstünə yerləşdirir. Pla-
tonun bəzi izahlarındakı yaradıcı Tanrının (Demiurqos) ide-
alarla inteqrasiya olunması bəzən də Platonun Tanrını var-
lıq iyerarxiyasında ən üstə yerləşdirməsi təktanrılı dinlərə
inanan bəzi mütəfəkkirlərin öz inanclarına da uyğun olaraq
ideaları Tanrının zehnindəki düşüncələr və yaradılanların
modeli olaraq görmələrinə gətirib çıxarmışdır. Platon ide-
alarının sahib olduqları xüsusiyyətləri “yaxşı ideasından”
götürdüyünü söyləməsi və Tanrını yaxşı ideasıyla qarışdır-
ması bu yanaşmaya uyğundur. Bu tip bir şərh isə Platonun
133
fəlsəfəsini təktanrılı dinlərin izahlarına daha çox yaxınlaş-
dırmaqdadır. Platonun idealarının hər birini müstəqil və
Tanrıdan müstəqil varlıqları olan, atomlaşmış həqiqətlər di-
zaynı olaraq görənlər də vardır. Platon şərhçilərinin bu möv-
zudakı fərqli fikirləri bu kitabın məqsədinin fövqündədir.
Platonda “maddənin yaradılması”na uyğun gələn bir an-
layış tapmaq olmaz, lakin əzəli qəbul edilən maddənin
materialistlərin dediyi maddə anlayışı ilə də əlaqəsi yoxdur.
Platonun “maddə”si naməlum, formasız, görünməz, təyin
oluna bilinməyəndir. Yaradıcı Tanrı maddəyə idealar dün-
yasının varlıqlarına görə forma verir. Platonun yaşadığımız
Dünyanı “kölgə kainat” olaraq görən yanaşması mistik ide-
alara ilham qaynağı olmuşdur.
Aristotelin əzəli Kainat dizayni
Aristotel kainatın heç bir zaman “xaos” dövrü yaşama-
dığını, kainat maddəsinin həmişə bir formaya sahib oldu-
ğunu, ulduzların əzəli bir yanacaqla əzəldən bəri yandıqla-
rını söyləyir. O, kainatdakı hərəkətin qaynağını Tanrıda ta-
pır və Tanrını “İlk Hərəkət etdirici” olaraq xarakterizə edir.
Onun fikrincə, Tanrı maddi deyil, mütləq mükəmməllikdir,
dəyişməzdir. Aristotel hərəkətin mütləq bir başlanğıcı olma-
lı olduğunu görmüş, lakin maddənin mütləq bir başlanğıcı
olmasının labüd olduğunu görə bilməmişdir. Halbuki onun
kainat sistemində də hərəkət əsldir və hərəkətsiz bir kainat
ola bilməz. Hərəkətin başlanğıcı olduğunu görən Aristote-
lin özünün də hərəkətlə inteqrasiya etdiyi maddi kainatın
bir başlanğıcı olduğunu qiymətləndirə bilməməsi onun
sistemində görülən açıq-aşkar bir ziddiyyətdir. Aristoteli
şərh edən bəzi kəslər onun Tanrını yalnız İlk Hərəkət etdi-
rici olaraq gördüyünü, Tanrını kainatın xaricinə itələdiyini