95
duğunu söyləyən modelləşdirmə ortaya qoymaqdır.” Heç
bir nəzəri sübut və nəzəri səbəb yox ikən Açılıb-bağlanan
Kainat modelinin ortaya atılması yalnız və yalnız kainatın
başlanğıcı olduğu nəticəsinin bizi kainat xarici bir Səbəbə
və Gücə aparması ucbatındandır. Lakin bu cəhd bir şeyi də
isbat etməkdədir: Big Bang-in sübutları o qədər güclüdür
ki, bu nəzəriyyənin apardığı fəlsəfi nəticələrdən qaçmaq
istəyənlər belə nəticədə bu modeli təkrarlayaraq sırf bu
nəzəriyyənin bir başlanğıc tələb edən fəlsəfi nəticəsindən
qaçmaq üçün rəy bildirmə illüziyasına düşmüşdürlər.
Kainatı yenidən açacaq elmi
bir mexanizm yoxdur
Hər şeydən əvvəl, bu model fizikanın məlum olan bü-
tün qanunlarına ziddir. Yale Universitetindən Professor
Tinslinin dediyi kimi, kainatın bağlanmasını geriyə doğru
sıçradacaq heç bir fiziki qanun mövcud deyil. Fizikanın bizə
söylədiklərinə əsasən, kainat, kosmos və zaman hamısı bir
yerdə Big Bang ilə başlayır, daha sonra bu genişlənmə ya Big
Chill (Böyük Donma) və ya Big Crunch (Böyük Çöküş) ilə
nəticələnir. Kainatdakı genişlənmənin bir nöqtədə dayanıb
kütlə çəkilişinin təsirilə geri bağlanmanınmı (Big Crunch)
yaşanacağı, yoxsa genişləmə sürətinin kütlə çəkilişinə qalib
gəlib kainatın bir istilik ölümüyləmi (Big Chill) yox olacağı
hələ də mübahisə edilməkdədir. Bu ssenarilərdən hansının
doğru olduğunun üzə çıxması üçün bu dəyərlərin tam ola-
raq hesablanması mütləq vacibdir:
1 - Kainatdakı maddə sıxlığı
2 - Kainatın yaşı
3 - Kainatın
genişlənmə sürəti