104
dan bəri şübhə altındadırsa, başqa zamanlarda da səhv ola
bilməzlərmi?” Houkinq kainatın və fizika qanunlarının ka-
inat xarici bir Güc tərəfindən yaradıldığı, kainatın və fizika
qanunlarının Ondan asılı olduğu fikrini pozitivist yanaşma-
ya zidd görməkdə, hər şeyi mütləq mövcud fizika qanunları
çərçivəsində şərh etməyə çalışmaqdadır. Zamanın “gerçək
zaman” olması halında başlanğıcı olması lazım olduğunu
qəbul edən Houkinq bu nəticədən xilas olmaq üçün “xəyali
zaman” (imaginary time) anlayışını işə salır. Bu anlayışa
görə, “Plank zamanı”ndan əvvəlki zaman “xəyali zaman”
anlayışı ilə açıqlanacaq və bu zamandan əvvəlki vəziyyətdə
kainatın ölçüsü çox kiçildiyi üçün Eynşteyn düsturları bir
kənara buraxılaraq kvant mexanikasının qeyri-müəyyənlik
qanunundan faydalanılacaqdır. Bu səbəbdən buna Kvant
Çəkiliş modeli də deyilmişdir. Kainatın ölçüsünün kiçildiyi,
lakin sıxlığının artdığı bu vəziyyətdə kvantum qanunları-
nın etibarlı olduğunu iddia etmək üçün nə bir sübut, nə də
məntiqi bir səbəb vardır. Kainatın bütün sıxlığının tək bir
nöqtəyə sıxışdığı bu vəziyyəti atomun içində keçərli olan
kvant vəziyyəti ilə eyni görmək heç də məntiqli deyil.
Yalnız fizika qaydaları ilə məhdud
qalmaq arzusu
Houkinq düsturların içinə “xəyali zaman” anlayışını
daxil edərək Penros ilə birgə işlərində çatmış olduğu kaina-
tın və zamanın başlanğıcı olması nəticəsindən yayınmaqda-
dır. Penros ilə işləri isə “gerçək zaman” üçün yenə etibarlı
olduğundan, onlardan da imtina etməməkdədir. Houkinq
“Zamanın Qısa Tarixi” adlı kitabında belə deyir: “Gerçək za-
manda kainat kosmos-zamanın sərhədini meydana gətirən
106
Xəyali zaman gerçəkliyi
Houkinq “Xəyali zaman”ın varlığını təklif edərkən
öz ixtisası olan fizikadan fəlsəfəyə keçməkdədir. Çün-
ki bu anlayış elmi müşahidə və təcrübədən qaynaqlanan
bir anlayış deyil. Mənim kimi məlumatda bölünmə olma-
dığını, fəlsəfə və fizika kimi məlumat sahələrinin hamı-
sını həqiqətə çatmaq üçün birləşdirmək lazım olduğunu
müdafiə edən birisi bir fizikin fəlsəfəyə girməsini bir filo-
sofun da fizika problemlərinə girməsi qədər xoş qarşılayır.
Lakin problem Houkinqin fəlsəfəyə girməsi deyil, nə qədər
doğru fəlsəfə aparmasıdır. Bu nöqtədə “Xəyali zaman” an-
layışının fizika və fəlsəfə baxımından həqiqətini mübahisə
etmək mərhələsinə gəlirik. Sualı fəlsəfənin dili ilə soruşsaq,
əsas sualımız “Xəyali zamanın ontoloji həqiqəti nədir?” ol-
malıdır. Əslində, Houkinq Zenonun və Rasselin gerçək ilə
zehni fantastikanı qarışdırmasındakı xətaya eynən özü də
düşmüşdür (“Kainatın başlanğıcı olduğunun fəlsəfi sü-
butları” başlığı ilə bu mövzu haqda əvvəlki bölümlərdə
danışdıq). Hazırladıqları riyaziyyatın həqiqətdəki qarşı-
lığı ilə maraqlanmadan, sırf qarşılarındakı ədədlərlə ma-
raqlananlar bunu anlaya bilməmişdirlər. Halbuki kainatı
açıqlamaq üçün riyazi düsturlara müraciət edənlər hazırla-
dıqları riyaziyyatın həqiqətdəki qarşılığı ilə maraqlanmaq
məcburiyyətindədirlər. Çünki fizika riyaziyyatı alət olaraq
istifadə edən bir elmdir. Qurğulanmış olub, həqiqətdə qarşı-
lığı olmayan riyaziyyatın fizika ilə bir əlaqəsi yoxdur. Aktual
həyatdan bir nümunə ilə “gerçəyin riyaziyyatının” və “zeh-
ni fantastikanın riyaziyyatının” fərqini göstərməyə çalışaca-
ğam. Üç adamın üç ayrı alma ağacını düşünək. Məncə, bun-
lardan ikisi bəzi vəziyyətlərdə üçüncünün alma ağacındakı
alma sayını bilmədən “Bizim üçümüzün alma ağaclarındakı
almaların sayı 100-dən çoxdur” deyə bilərlər. Məsələn, bu