129
şüurlu dizaynı göstərməkdədir. Bu kritik dəyərlərin hamı-
sı maddənin içindəki xüsusiyyətlərlə yaradılmaqdadır. Bu
isə həm maddənin yaradıldığını, həm də kainatdakı bütün
müddətlərin şüurlu bir şəkildə yaradıldığını göstərir.
Kainatın sonu və xülasə
Daha əvvəl gördüyümüz kimi, kainat daim genişlən-
məkdədir. Buna görə də iki ssenaridən birinin reallaşma sı qa-
çılmazdır. Ya kainat geriyə çökmədən davamlı genişlənəcək
və istilik ölümü ilə Böyük Donma (Big Chill) müddəti yaşana-
caq, ya da genişlənmə müəyyən bir sə viyyəyə gəldikdən sonra
cazibə qüvvəsi geriyə doğru bağlanmağa başlayaraq Böyük
Çöküş (Big Crunch) yaşanacaqdır. Əgər belə bir çöküş ya-
şansa, kainatın olmadığı nöqtədə zamanın da bir əhəmiyyəti
qalmayacağı üçün kainat-zamanın da sonu gələcəkdir. Big
Bang-in fəlsəfi nəticələrinə daha əvvəl toxunanlar Big Bang-
in kainatın başlanğıcı olduğunu göstərməyin fəlsəfi nəticəsi
üzərində dayanmış, kainatın sonunun göstərilməsi fəlsəfi
nəticəsinə isə səthi yanaşmışdırlar. Bu kitabda etməyə ça-
lışdığım şeylərdən biri də bu əhəmiyyətli fəlsəfi nəticəyə
də diqqətləri çəkə bilməkdədir. Elmi məlumatlarla kainatın
sonsuza qədər var ola bilməyəcəyi başa düşülməyən əvvəlki
minilliklərdə ateistlər həmişə kainatın sonsuza qədər var ola-
cağını müdafiə etmişlər. Aydın olur ki, materialistlərin heç
olmasa bir qisimi öz varlıqlarının ölümlə sona çatmasına qar-
şı kainatın əbədi var olmasında qismən də olsa təsəlli axtar-
mışlar. Lakin hamısı hər şeyin şərhinin içində olduğunu irəli
sürdükləri maddi kainatın sonsuzluğunu israrla müdafiə
etmişlər və kainatın bir qiyamət nəticəsində yox olacağını
müdafiə edən dinlərə qarşı çıxmışdırlar. Big Bang fəlsəfə ta-
rixini sorğulamaqla yanaşı, həm də ateistlərin minlərlə ildir
131
VII HISSƏ
BIG BANG-in KÖMƏKLIYI ILƏ HƏM
TANRININ HƏM DƏ MADDƏNIN
ƏZƏLILIYINI QƏBUL EDƏN GÖRÜŞ
Əsas iki Görüş və üçüncüsü
Bu görüşün tarixdəki ən əhəmiyyətli müdafiəçiləri
Pla ton və Aristoteldir. Onların fikirləri onların təqibçiləri
və onlardan təsirlənənlər tərəfindən də müdafiə olunmuş-
dur. Bu məşhur ikilinin bu fikri müdafiə etmələrinə bax-
mayaraq, bu fikrin əsas görüş olmadığı aydın olmaqda-
dır. Materialist fəlsəfənin ideoloqları haqlı hesab edilirlər:
Ya Tanrı əvvəldir (əzəlidir) və maddəni yaratmışdır, ya da
maddə əvvəldir (əzəlidir) və Tanrı yoxdur. Fəlsəfənin ən
fundamental problemi bu olmuşdur. Buna baxmayaraq, bu
görüşə ayrı bir başlıq ayırmağımın səbəbi fəlsəfə tarixinin
bu iki əhəmiyyətli simasının və onlardan təsirlənənlərin bu
fikirdə olmalarıdır. Kainatı əzəli qəbul edən və Tanrını yox
sayan materialist fəlsəfənin fikri ilə Tanrını əzəli və kainatı
yaradılmış qəbul edən tək Tanrılı dinlərin fikri həm Tanrını,
həm də maddəni əzəli qəbul edən fikirdən daha dəqiq olma-
sı aydın olmuşdur. Platonun, Aristotelin və onların davam-
çılarının bu mövzudakı fikri şərhlərə möhtac olmuş və bu
şəxsləri şərh edənlərin bəziləri də bunları təktanrılı, kimisi
də deist (Kainata müdaxilə etməyən bir Tanrı anlayışı) ola-
raq qiymətləndirmişdir. Həm Tanrının, həm də maddənin
əzəli olduğunu söyləyən görüşdə maddənin varlıq statusu
və əhəmiyyətinin ikinci dərəcədə olduğu üçün bu görüşün