C o ğ r a fi m ö V q e y I



Yüklə 128,13 Kb.
Pdf görüntüsü
tarix30.12.2017
ölçüsü128,13 Kb.
#18436


C o ğ r a fi  m ö v q e y i  -  Q a z a x  r a y o n u 

A z ә r b a y c a n ı n  ş i m a l - q ә r b i n d ә  y e r l ә ş i r. 

Gürcüstan Respublikası ilә 9 km, Ermәnistan 

R e s p u b l i k a s ı  i l ә  i s ә  1 6 8  k m  m ә s a f ә d ә 

hәmsәrhәddir.

Ərazisi - 701 kv.km

Əhalisi - 86 000 nәfәr (2007 il)

Yaşayış mәntәqәlәri - 1 şәhәr  (Qazax)  vә 

3 4   k ә n d / q ә s ә b ә :   X a n l ı q l a r,   A ğ k ö y n ә k , 

Qarapapaq,  Daş  Salahlı,  Çaylı,  Kommuna, 

Ürkmәzli,  Aşağı  Salahlı,  Orta  Salahlı,  Yuxarı 

Salahlı, Dәmirçilәr, Alpout, Hüseynbәyli, Canallı, 

Kosalar,  Qazaxbәyli,  Aslanbәyli,  Qaymaqlı, 

Kәmәrli,  Birinci  Şıxlı,  İkinci  Şıxlı,  Aşağı  Əskipara,  Yuxan  Əskipara,  Xeyrımlı, 

Bağanıs  Ayrım,  Qızılhacılı,  Barxudarlı,  Sofulu,  Quşçu  Ayrım,  Mәzәmli,  Fәrәhli, 

Cәfәrli, Bala Cәfәrli, Abbasbәyli, Omarağalı.

Hal-hazırda Aşağı Əskipara, Yuxan Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızıl 

Hacılı, Barxudarlı, Sofulu, Quşçu Ayrım kәndlәri ermәni işğalı altındadır.

Rayonun mәrkәzi - Qazax şәhәri (41.10°N, 45.35°E). Şәhәr  statusunu  1909 

ildә  alıb.  Əhalisi  -  21  700  (2003).  Bakı-Tbilisi vә Ağstafa-Yerevan avtomobil 

magistralların qovşağında, Ağstafa çayının hәr iki sahilindә yerlәşir. Bakıdan 464 

km aralıdır.



Tәbiәt - Sәthi әsasәn düzәnlikdir. Cәnub hissәsi alçaq dağlıqdır (dәniz 

sәviyyәsindәn 300-800 metr yüksәklikdә yerlәşir). Şimalda Qarayazı çöllüyü 

yerlәşir. Rayonun mәrkәzi hissәsindәn Kür çayı keçir, İncәsu, Coğaz vә Ağstafa 

çayları axır.



Tәbii qazıntılar - Rayonda mәrmәr, 

tikinti daşı, әhәng daşı, sement istehsalı 

üçün xammal, gil, qum-xır vә qurğuşun 

ehtiyatları mövcuddur.



İqlimi - mülayim qış vә isti yay. Orta 

о

aylıq  temperatur  yanvarda  0-5 С,  iyunda 



о

18-25 С. Qış quraq keçir. İllik yağıntı 350-

700 mm-dir.

İqtisadi  xarakteristikası  -  Rayon 

iqtisadiyyatının әsasını kәnd tәsәrrüfatı vә 

heyvandarlıq  tәşkil  edir.  Əhali  әsasәn 

t a x ı l ç ı l ı q ,   ü z ü m ç ü l ü k   v ә   b o s t a n -

tәrәvәzçiliyi  ilә  mәşğul  olur.  Konserv 

zavodu,  gil-mәdәn  kombinatı,  asfalt 

zavodu,  әt  kombinatı  vә  şәrab  emalı 

zavodları rayon sәnayesinin әsasını tәşkil 

edir.

Telefon kodu - 02229

 

Ümumi mәlumat

1



2

"Qazax" toponimi haqqında

Elmi tədqiqatlarda "qazax" sözünün yaranması və onun mənası haqqında müxtəlif 

fərziyyələr irəli sürülür. Etnonim Çindən Qara dənizədək olan geniş ərazilərdə təsadüf 

olunur, və çin, ərəb, fars, yunan, rus, və digər mənbələrdə qeyd olunur. Bu dillərin 

qaydalarına görə, "qazax" sözü asa, kasa, xasa, xaysak, kasak, kosek, qasuk, qasak, xasık, 

kozak, kazak və s. kimi şəklini dəyişmişdir və türk dilli tayfalara qarşı istifadə olunurdu.

Belə bir fikir var ki, "Qazax" toponimi X-XII əsrlərdə şimal Qazaxstandan Azərbaycana 

köçmüş qıbçaq tayfa qrupunun adından əmələ gəlib. Lakin Qazaxların Aranda 

(Azərbaycan) olan yaşayış məntəqəsinə VII əsrdə baş vermiş hadisələr ilə əlaqədar olaraq 

artıq IX əsrdə ərəb mənbələrində rast gəlinir. Tarixçi Əl-Kufinin məlumatlarında Kasak adı 

ilə, İbn-Xordadbexin məlumatlarında isə - Kisal adı ilə qeyd olunmuşdur. Əl - Balazurinin 

məlumatlarına görə, Kasal ərəb canişini Mərvan ibn Məhəmməd tərəfindən təxminən VIII 

əsrin 30-cı illərinin ortalarında (732-744) tikilmişdir və xəzərlər və yerli tayfalar ilə 

mübarizə gedişində hərbi düşərgə vəzifəsini görmüşdü. Təsvirə görə onun yerləşməsi indiki 

Qazax ilə üst-üstə düşür, müxtəlif yazılış isə (Kasal və Kasak) "k" və "l" ərəb əl yazma 

hərflərinin oxşarlığı ilə izah olunur. Bu onu təsdiq edir ki, qazaxlar hər halda VII əsrdən 

əvvəl burada məskunlaşmışlar. 905-959-cı illərdə yaşamış Bizans imperatoru VII 

Konstantinin "İmperiyanın idarə olunması haqqında" əsəri də maraqlı mənbədir. 42-cı 

fəsildə, Xəzər və Qara dənizlərin arasındakı ərazilərin təsviri zamanı VII Konstantin 

yuxarısında Qafqaz dağları yerləşən Kazaxiya ölkəsinin adını çəkir. Bu təsvir Kazaxiyanın 

Cənubi Qafqazda yerləşdiyi haqqında düşünməyə imkan yaradır. Sonralar Qazax adına 

səlcuq və osmanlı salnamələrində də təsadüf edilir.

"Qazax" sözünün mənasının mənşəyinə gəldikdə isə, burada həqiqilik dərəcəsinə görə 

müxtəlif fərziyyələr mövcuddur. Onları ümumiləşdirərək, iki daha real fərziyyəni 

göstərmək olar.

1. Qədim türk dilindən tərcümədə "qazax" sözü "azad", "ayrılmış insanlar", "cəsur, 

azadlığı sevən insanlar", "qoçaq əsgərlər" kimi tərcümə olunur. Bugünkü günə bu fərziyyə 

etnoqraflar arasında ən çox yayılmış fərziyyə hesab olunur. Görkəmli tədqiqatçılar olan 

V.Velyaminov-Zernov, V. Bartold, A.Yudin və başqaları bu cür izahın tərəfdarları 

olmuşdurlar.

2. "Qazax" adı Xəzər dənizinin ətrafında olan ərazidə məskunlaşmış tayfaların adından 

irəli gəlir. Saklar, kaspilər, xəzərlər, azlar kimi tayfaların adı zamanla şəklini dəyişmiş və 

"qazax" sözünə çevrilmişdir. "Qazax", "Kaspiy", "Qafqaz", "Xəzər" sözləri "kas", "qaz", 

"xəz" kökündən əmələ gəlir. Ehtimal ki, həmçinin “qazax” sözü kaspiy və sak iki qədim 

tayfanın adlarının birləşməsindən əmələ gəlmişdir. Dəyişiklik kaspiy - sak, kas - sak, sonra 

isə qazax sxemi üzrə baş vermişdir. Eləcə də "sak" kökü "qıbçaq" (kıbsak), "kaysak" 

(Qazaxstanda yaşayan qazaxları ruslar bu cür adlandırmışdır) etnonimlərində də yer alır.



3

Bu abidә Xanlıqlar kәndi yaxınlığında yerlәşir. 1958-1962-ci vә 1966-cı illәrdә 

burada arxeoloji qazıntılar aparılmış, müxtәlif tarixi dövrlәrә aid çox maraqlı tapıntılar 

әldә olunmuşdur. Ümumiyyәtlә, Baba-Dәrviş qәdim yaşayış yeri silsilә tәşkil edәn 5 

tәpәdәn ibarәtdir. Arxeoloji materiallara әsәsәn bu mәskәn hәlә eramızdan әvvәl III 

minilliyin başlanğıcında mövcud olmuş, burada mәskunlaşan insanlar çoxsaylı maddi-

mәdәniyyәt nümunәlәri yaratmışlar. Hәmin dövrә aid gildәn düzәldilmiş insan, keçi, 

öküz vә başqa heyvanların fiqurları, tәkәr modellәri xüsusilә maraqlıdır.

Baba-Dәrviş әrazisindә aparılan qazıntılar zamanı bir neçә yaşayış tikililәri üzә 

çıxarılmışdır. Xronoloji baxımından bu tikililәr eramızdan әvvәl XII-VII әsrlәrә aid olaraq 

Azәrbaycanın Xocalı-Gәdәbәy arxeoloji mәdәniyyәti abidәlәri ilә uyğunluq tәşkil edir.

1966-cı ildә Baba-Dәrvişdә daha bir nadir tapıntı - katakomba tipli qәbir aşkar 

edilmişdir. Burada cәnazә ilә birlikdә gil qablar, ağac cam, dәmir bıçaq, ağacdan olan 

toxuculuq dәzgahın hissәsi, sümük mil vә tunc iynәlәr tapılmışdır.

Aparılan tәdqiqatlar göstәrir ki, Baba-Dәrviş sakinlәri oturaq hәyat sürmüş vә 

әsasәn әkinçiliklә mәşğul olmuşdular. Onların tәsәrrüfatlarında maldarlıq da mühüm rol 

oynamışdır.  Xırdabuynuzlu  heyvanların  maldarlıqda  üstünlük  tәşkil  etdiyini  göstәrir. 

İribuynuzlu  heyvanlar  isә  әkinçilikdә  vә  nәqliyyatda  qoşqu  qüvvәsi  kimi  istifadә 

olunmuşdur. Toxuculuq, dulusçuluq yerli sakinlәrin әsas mәşğuliyyәtindәn olmuşdur.

Baba-Dәrviş yaşayış mәskәnindә әldә edilәn material nәinki Azәrbaycanın vә 

Cәnubi  Qafqazın,habelә  ümumiyyәtlә  ibtidai  tarixinin  öyrәnilmәsi  üçün  әvәzsiz 

qaynaqdır.



Baba-Dərviş


4

D a ş  S a l a h l ı  k ә n d i n d ә n 

Xram çayına qәdәr uzanan, Avey 

dağının cәnub-şәrqindә Yataq 

yeri adlanan әrazidә yerlәşәn 

Damcılı mağarasının sahәsi 360 

k v. m ,  u z u n l u ğ u  1 7  m e t r d i r. 

Aveydağ mağaralar qrupunda әn 

irisidir. Yarımdairәvi şәkildәdir. 

Qabaq hissәsi dağılmışdır. Qarşı 

tәrәfdәn hündürlüyü 4 metrdir. 

1957-1958-ci illәrdә burada әsaslı arxeoloji qazıntı işlәri aparılmış, qiymәtli 

maddi mәdәniyyәt nişanәlәri aşkar edilmişdir. Mağaradan qarışıq 

tәbәqәdәn 8 mindәn artıq 

a r x e o l o j i  m a t e r i a l ,  d a ş 

k ә s i c i  a l ә t l ә r,  m ü x t ә l i f 

heyvanlara aid sümüklәr, 

kül izlәri tapılıb. Tapıntılar 

içәrisindә tünd qırmızı tәbii 

boyalara da tәsadüf edilir. 

D i a m e t r i  2  m e t r ә  y a x ı n 

ocaq yerindәn xeyli әşya 

vә qırıntılar әldә edilmişdir. 

D a ş   m ә m u l a t ı n ı n 

h a z ı r l a n m a  t e x n i k a s ı , 

f o r m a s ı   v ә 

müqayisәsinә görә 

Orta Paleolit dövrü, 

Ü s t  P a l e o l i t  d ö v r ü 

M e z o l i t  d ö v r ü  v ә 

Neolit dövrünә aiddir. 

Bütün bunlar qәdim 

qazaxlıların yaşayış 

tәrzi, mәşğuliyyәtlәri 

vә bir insan toplumu 

k i m i   i n k i ş a f 

sәviyyәlәri barәdә 

bilgi verir.



DAMCILI MAĞARASI


5

Gamigaya adlanan tәpә 

Bakı-Tbilisi avtomagistralın 

sağ tәrәfindә, Birinci Şıxlı 

kәndinin yanında ucalır. Bir 

tәrәfi uçurumdur. Tәpәnin 

z i r v ә s i n d ә n  K ü r  ç a y ı n a 

möhtәşәm bir görüntü açılır.

G a m i g a y a  t ә p ә s i n i n 

s ә t h i n d ә  q ә d i m  s a x s ı 

q a b l a r ı n  p a r ç a l a r ı  v ә 

qırıntıları asanlıqla tәsadüf 

edilir. Bu parçalar göstәrir ki, 

bu әrazidә çoxsaylı qırmızı, 

sarı vә qara rәngli, müxtәlif 

ölçülü vә tәsәrrüfat tәyinatlı 

gil qablar, küplәr mövcud imiş. Qabların üzәrinә yapma, cızma vә çәkmә 

üsulu ilә naxışlar vurulmuşdur.

Gamigayada sistematik arxeoloji qazıntılar aparılmayıb. Lakin, buradakı 

saxsı  parçaların  Qazaxın  başqa  yerlәrindә  tapılan  analoji  әşyalarla 

müqayisәsi,  Gamigaya  qәdim 

yaşayış  mәskәnini  erkәn  Dәmir 

dövrünә  (e.ә.  8-6  әsrlәr)  aid 

etmәyә  imkan  verir.  Bu  әrazinin 

gәlәcәkdә  daha  geniş  tәdqiqata 

ehtiyacı var.

A ş a ğ ı d a   g ö s t ә r i l ә n   s a x s ı 

parçalar  2010  ildә  Gәmiqayada 

aşkar  olunub  vә  ilk  dәfә  dәrc 

olunur.


GƏMIQAYA


6

Qazaxbәyli kәndi yaxınlığında bir-birindәn 250-300 m aralı olan 

iki tәbii tәpәlәr var. Bu tәpәlәr üstündә 1952-ci ildә erkәn Dәmir 

dövrünә (e.ә. 8-6 әsrlәr) aid olan yaşayış yeri vә qәbiristanlıq aşkar 

olunmuşdur.

Tәpәlәrin birindә yerlәşәn böyük qәbiristanlıqda qәbirlәr 

dördkünc şәkildә qazılmışdır. Ölülәr, başları müxtәlif istiqamәtlәrә 

olmaqla, sağ vә ya sol böyrü üstә dәfn edilmişdir. Skeletlәrin 

bәzilәrinin altından iri diametrli gil xeyrәlәr (qablar) tapılmışdır. 

Qәbirlәrdәn qara vә 

boz rәngli gil qablar, 

k ә s m ә   x ә t l ә r l ә 

b ә z ә d i l m i ş   v ә 

c i l a l a n m ı ş   g i l 

bardaqlar, çölmәklәr, 

q a b l a r ,   c a m l a r , 

parçlar, tunc balta, 

t u n c  k ә m ә r ,  n i z ә 

ucluğu, dәmir dәstәli 

t u n c  q ı l ı n c ,  d ә m i r 

xәncәrlәr vә s. aşkar 

edilmişdir.

İ k i n c i   t ә p ә d ә 

әldә  edilәn  yerüstü 

arxeoloji  materiallar 

q ә b i r i s t a n d a k ı 

tapıntılarla eynidir. 

QAZAXBƏYLİ TƏPƏLƏRİ



7

Sarıtәpә qәdim yaşayış 

mәskәni Qazax şәhәrinin 

q ә r b   q u r t a r a c a ğ ı n d a 

yerlәşәn kәrpic zavodunun 

hәyәtindә qәrarlaşıb. Abidә 

100 metr diametrindә vә 10 

metr hündürlüyündә olan bir 

tәpәdәn ibarәtdir. 1956-1958 

illәrdә abidәdә Azәrbaycan 

E l m l ә r  A k a d e m i y a s ı n ı n 

a r x e o l o j i  e k s p e d i s i y a s ı 

qazıntılar aparıb. Sarıtәpә 

yaşayış yeri tunc dövrünün 

s o n u ,  d ә m i r  d ö v r ü n ü n 

әvvәllәrindә meydana gәlmiş 

vә e.ә. I minilliyin sonunu 

rübünәdәk burada yaşayış davam etmişdir.

Tәdqiqatçılar müәyyәn etmişlәr ki, e.ә. VII әsrdә Sarıtәpәdә 

yanğın baş vermişdir. Burada yanğından әmәlә gәlmiş tәbәqәnin 

qalınlığı 0,7 metrә qәdәrdir. Hәmin tәbәqәdәn aşkar edilmiş binaların 

inşasında çay daşından, saman qarışıq palçıqdan vә ağacdan 

istifadә edilmişdir. Binaların 

tavanı vә divarları saman 

qatışıq gillә suvanmışdır. 

Tavanı saxlamaq üçün divar 

b o y u  y e r ә  b a s d ı r ı l m ı ş 

dirәklәrin oyuqları aydın 

ş ә k i l d ә   s e ç i l i r . 

T ә d q i q a t ç ı l a r ı n  fi k r i n c ә 

b i n a l a r ı n  ü s t ü  k ü l ә ş l ә 

ö r t ü l m ü ş d ü r .  A r x e o l o j i 

qazıntılar zamanı Sarıtәpәdә 

x e y l i  t ә s ә r r ü f a t  v ә  d i n i 

xarakterli binalar aşkara 

çıxarılmışdır. Öyrәnilmişdir 

ki, bu abidәlәri öz xarakteri 

SARITƏPƏ



baxımından hansısa bir ailә vә ya kiçik bir kollektivә deyil, bütün 

ictimaiyyәtә mәxsus olmuşdur. Alimlәrin әksәriyyәti Sarıtәpәni böyük 

tayfa ittifaqlarından birinin mәrkәzi hesab edirlәr. Burada tapılan iki 

sütun altlıqları bütün Qafqaz üçün unikal sayıla bilәr. Onlar bir çox 

әlamәtlәrinә görә qәdim İranın Suza vә Persepolis şәhәrlәrindәki 

memarlıq abidәlәrinә oxşardır. Belәliklә Yaxın Şәrq analoqlarına 

uyğun olaraq Sarıtәpәdәn üzә çıxarılan sütun altlıqları e.ә. V-IV 

yüzilliklәrә aid etmәk olar.

Sarıtәpәnin bina qalıqlarından birinin yaxınlığından yerә 

basdırılmış 14 küp aşkar edilmişdir. Küplәr iri hәcmli, qabarıq gövdәli, 

geniş ağızlı olub, qulaqcıqlarla bәzәklidir. Sarıtәpәnin gil qabları narın 

gildәn, yapma üsulu ilә vә ya dulus çarxında hazırlanmış çoxlu qara 

rәngli gil qablardan ibarәtdir. Qablar çox incә şәkildә cilalanmış vә 

üzәri cızma vә ya yapma üsulu ilә naxışlanmışdır. Qabların qulpu 

әsasәn zoomorf formada hazırlanmışdır.

Sarıtәpәdәn hәmçinin xeyli miqdarda dördkünc vә dairәvi formalı 

möhürlәr dә tapılmışdır. Möhürlәrin işlәk üzündә sadә vә mürәkkәb 

motivdә günәş simvolu olan çәrxi-fәlәk (svastika) nişanları tәsvir 

olunmuşdur.

Qazıntılar zamanı mәişәtdә işlәdilәn daş vә sümük alәtlәrә dә 

tәsadüf edilmişdir. Burada gildәn hazırlanmış heyvan başlarının 

fiqurları tapılmışdır. Azәrbaycanın digәr hәmdövr abidәlәrindә olduğu 

kimi Sarıtәpәdә dә metal әşyalar az tapılmışdır. Buradan tuncdan 

hazırlanmış Cәnubi Qafqaz tipli ox ucluqları, at fiquru formasında 

asma vә digәr әşyalar әldә edilmişdir.

8



9

Qazaxın Çaylı kәndindә son tunc, ilk dәmir dövrünә aid olan qәdim yaşayış 

mәskәni aşkar edilmişdir. 2009-ci ildә Sarvantәpә adlanan әrazidә 1,5 hektarlıq 

tәdqiqat sahәsinin 125 kv. metrindә AMEA Arxeologiya vә Etnoqrafiya İnstitutunun 

e l m i  i ş ç i s i  Ş a m i l  N ә c ә f o v 

t ә r ә fi n d ә n   q a z ı n t ı l a r 

a p a r ı l m ı ş d ı r .  A r x e o l o j i 

qazıntılar zamanı çıxarılan son 

t u n c ,  i l k  d ә m i r  d ö v r ü n ә 

xarakterik çiy kәrpicdәn vә çay 

daşlarından inşa edilәn tikili 

qalıqları, tәsәrrüfat küplәri, 

quyular, müxtәlif saxsı qablar, 

bәzәk әşyaları, möhürlәr, daş 

a l ә t l ә r  e r a m ı z d a n  ә v v ә l  I I 

minilliyin sonu I minilliyә aid 

edilir. Arxeoloqlar tapıntıların 

aşkar edildiyi әrazidә maldarlıq 

vә әkinçiliyin geniş yayıldığını 

bildirir. Tapılan әşyalar belә 

demәyә әsas verir ki, burada 

hәyat tәrzi yüksәk sәviyyәdә inkişaf edib.

Arxeoloji ekspedisiyanın rәhbәri Şamil Nәcәfov dediyinә görә, Gәncә-Qazax 

zonası son tunc ilk dәmir dövrünә aid abidәlәrlә zәngindir. E.ә II minilliyin sonu, I 

minilliyin әvvәlinә aid bu zona üçün xas olan Xocalı-Gәdәbәy qәbir abidәlәri 

yaşayış yerlәrinә nisbәtәn daha çox öyrәnilib. Qәbir abidәlәri hәmin dövrün 

insanlarının dini dünya görüşlәri, sәnәtkarlığı haqqında xeyli zәngin mәlumatlar 

verir. Amma yaşayış yerlәrinin qazıntısı zәif aparılıb. Sarvantәpәdә aparılan qazıntı 

i ş l ә r i  v ә  g ә l ә c ә k d ә  b u 

z o n a d a   a p a r ı l a c a q 

q a z ı n t ı l a r  d a h a  d o l ğ u n 

m ә l u m a t l a r ı n   ü z ә 

ç ı x m a s ı n a   i m k a n 

yaradacaq.

Sarvantәpә әrazisindәn 

g ö t ü r ü l ә n   m a d d i 

mәdәniyyәt nümunәlәrinin 

bәzilәri Qazax rayon Tarix-

Diyarşünaslıq Muzeyinә, 

b ә z i l ә r i n i n  ü z ә r i n d ә 

t ә d q i q a t  i ş l ә r i  a p a r m a q 

ü ç ü n  a r x e o l o j i  f o n d a 

göndәrilmişdir.

SARVANTƏPƏ



Bu  yerә  Yeddi  daş  da  deyirlәr.  Yeddi  qardaş  arxeoloji  abidәsi  Dәmirçilәr 

kәndinin cәnub-qәrbindә, Qapaqlı dәrә mәhәllәsinin qurtaracağındadır. Bir-birinә 

sığınmış  daşlardır.  Deyilәnә  görә,  vaxtilә  yeddi  bütöv  daş  olub.  İkisi  sonralar 

parçalanıb. İnsanlar buraya ziyarәtә gәlәr, şam yandırıb daşların üstünә qoyar vә 

niyyәt edәrlәr. Qurban kәsәnlәr dә olur. Tәdqiqatlara görә bu arxeoloji abidәnin 

tarixi erkәn Dәmir dövrünә tәsadüf olunur.

Bura ilә bağlı maraqlı әfsanә var. Çox qәdim zamanlarda buraya düşmәnlәr 

hücum etmәyә hazırlaşır. Xәbәr tutan camaat gecә-gündüz kәndin yuxarı başında 

yeddi-yeddi keşik çәkmәyә başlayırlar. Növbә kәnddә yaşayan yeddi qardaşa çatır. 

Onlar növbәdә ikәn düşmәnlәrin mühasirәsinә düşürlәr. Allaha dua edirlәr ki, 

düşmәnin әlinә keçmәsinlәr. Bu duadan sonra göydәn ildırım çaxır, yağış yağır. 

Sәs-küyә camaat oyanır, kәndi müdafiә edir, qardaşlar isә daşa dönür. O vaxtdan 

bu yer pir olub.

10

Yeddi qardaş 




11

Alban mәbәdi Yuxarı әskipara 

k ә n d i n d ә ,  C o ğ a z  ç a y ı n ı n  s o l 

s a h i l i n d ә  y e r l ә ş i r. Q a p ı l a r ı n ı n 

başında alban xaçı var; sütunlarında 

nәbati vә balıq şәkillәrdәn bәzәk 

e l e m e n t l ә r i  g ö r ü n ü r .  S u r i y a 

üslubunda V-VIII әsrlәrdә inşa edilib. 

Hәyәtindә yazılı qәbir daşları olub. 

B u  d a ş l a r d a n  b i r i n i n  ü s t ü n d ә 

qarqarca yazılıbmış: "Yurdumuzu 

tәrk etmәdik, qriqorianlara әyilmәdik, 

qırıldıq...".

Hal-hazırda mәbәd ermәni işğalı 

altındadır.

 

ALBAN MƏBƏDI




A s l a n b ә y l i 

k ә n d i n d ә k i  m ә s c i d 

1 9 0 9 - c u  i l d ә  k ә n d 

c a m a a t ı  t ә r ә fi n d ә n 

inşa edilib. Binanın 

s a ğ   k ü n c ü n d ә 

y u x a r ı y a   d o ğ r u 

e n s i z l ә ş ә n  v ә  s o n 

illәrdә tikilmiş minarә 

vardır. Mәscidin daxili 

hissәsi böyük ibadәt 

zalından ibarәtdir. O 

ö z  n ö v b ә s i n d ә  t ә n 

o r t a d a n   s ü t u n a 

söykәnәn qoşa tağla 

i k i   h i s s ә y ә 

b ö l ü n m ü ş d ü r .

H a c ı   M a h m u d 

әfәndinin xatirәsinә 

ucaldılan mәscid onun 

adını daşıyır. Sovet 

d ö v r ü n d ә  b i r  ç o x 

başqa dini mәbәdlәr 

kimi bu mәscidin dә 

f ә a l i y y ә t i 

dayandırılmışdır. Bina 

k ә n d   k l u b u n a 

çevrilmişdi vә bәrbad 

h a l a  d ü ş m ü ş d ü r . 

Yalnız Azәrbaycanın 

müstәqilliyi dövründә 

k ә n d  s a k i n l ә r i n i n 

h e s a b ı n a  m ә s c i d 

b ә r p a  o l u n d u  v ә 

i b a d ә t   y e r i   k i m i 

y e n i d ә n  f ә a l i y y ә t ә 

başladı.

 

 



 

 

12



Aslanbәyli kәndindәki mәscid


13

Avey dağındakı alban mәbәdi  Qәdim 

mәbәd Avey dağının cәnub zirvәsindә 

yerlәşir, qәrb tәrәfdәn qәdim yolu var. 

Mәbәdin belә bir yerdә tikilmәsi onun 

A l b a n   m e m a r l ı ğ ı n ı n   s ә c i y y ә v i 

әlamәtlәrindәn biri ilә bağlılığını bildirir.   İki 

nefli  (otaqlı)  mәbәd  yerli  Avey  daşından 

inşa edilib. Şimal hissәsinin tavanı tağvari, 

güney  hissәsinin  tavanı  isә  konusvari 

k ü m b ә z l ә   t a m a m l a n ı r.   A p a r ı l m ı ş 

qazıntılardan  әldә  edilәn  materiallara 

әsasәn mәbәd V-VII әsrlәrdә Qafqaz Albaniyası dövlәtinin dövründә 

tikilib.  Mәbәdin  hәyәtindә  qәbirlәr  aşkar  edilmişdir.  Qәbirlәrin  sinә 

daşları albanlara xas olan üslubda naxışlanmışdır. Daşlarının birinin 

üstündә  emblem  kimi  albanlara  mәxsus  lotos  gülü  vә  onun  yuxarı 

künclәrindә günәş simvolu olaraq içәrisi 8 hissәyә ayrılmış rozetka 

qazılmışdır.

 

Avey dağındakı alban mәbәdi



Qala Qazax şəhərindən 5 km aralı, Xanlıqlar kəndinin qərbindəki Dədəban 

dağının döşündə yerləşir. İrəvandan Qazağa səmtlənən qədim karvan yolun 

qırağındadır.

Xalq arasında qalaya Koroğlu qalası da deyilir. Adını müxtəlif cür desələr

ayrı-ayrı mənalandırsalar da, Dədəban - dədə evi kimi izahı daha inandırıcıdır. 

Başqa fərziyyəyə görə "Didi" fars sözü olub və mənası "göz" deməkdir, "van" isə 

məskən, məntəqə mənasındadır. Gözətçi məntəqəsi mənasını verir.

Planda qala dairə şəkilindədir. İri qaya parçalarından örülmüş qalanın 

hündürlüyü 8,3 metr, diametri isə 5,9 metrdir. Divarların eni aşağıda 1 metr, 

yuxarıda - 0,5 metrdir. Qalanın iç hissəsi boşdur. Lakin divarların bəzi yerlərində 

mərtəbələrin örtüyünü təşkil etmiş taxtalar üçün oyuqlar qalmışdır. Güman edilir 

ki, qala təxminən VI-VII əsrlərdə inşa olunub. XX əsrin ortalarınadək bura 

ziyarətgah olub. Dəlican yolu tərəfə istiqamətlənən müşahidə dəlikləri tikintinin 

məhz müşahidə, gözətçi qalası olduğunu sübut edir. Analoji müşahidə qalaları 

Coqaz çayın sahilində və Cəfərli kəndin yaxınlığında da var.

14

Didivan qalası




15

Yuxarı Əskiparada nisbətən salamat qalan 

abidələrdən biri Dördkünclü qaladır. Adına 

Qüllə də deyirlər, Koroğlu qalası da. Coğas 

çayının sahilində ucaldılmış bu çoxmərtəbəli 

qala gözətçixana olub. Düşünülüb qoyulmuş 

pəncərələr, müşahidə dəlikləri, xəbərdaredici 

tonqal yerləri bunu bir daha təsdiq edir. Planda 

qala kvadrat şəklindədir. Onun hər bir tərəfinin 

uzunluğu 8 m təşkil edir. Qala çaydaşından 

ç o x  s ə l i q ə  i l ə  h ö r ü l ü b .  B i ş m i ş  q ı r m ı z ı 

kərpicdən kəmər-naxışları var. Mərtəbə arası 

bağları ağacdan imiş. Həyatində köməkçi 

binalar olub. Memarlıq və mühəndislik 

baxımından tikili bölgəyə məxsus inşaat 

üslubunda ucalmışdır. Buna oxşar, eyni 

üslubda tikilmiş gözətçi bürcü Ağstafa 

r a y o n u n u n  ə r a z i s i n d ə ,  A z ə r b a y c a n ı n 

Gürcüstan ilə dövlət sərhədində yerləşir. Bu qala Azərbaycanın orta əsr müdafiə 

tikililərinin nadir və önəmli örnəyidir.

Hal-hazırda abidə ermənilərin işğal etdikləri ərazidə yerləşir.

Dördkünc qala - Y.Əskipara

 



Bu müdafiə istehkamı Qazax bölgəsinin simvolu sayılan Göyəzən dağın ətəyində 

yerləşir. İstehkam dağın sıldırım hissəsinə söykənərək yerli daşdan hörülmüş enli divarlara 

malikdir. Qala divarında yeddi bürc vardır, ona görə də ona yeddibürclü qala da deyirlər. 

Divarlı və bəzi bürcləri yaxşı qalmışdır. Giriş hissəsi iki bürcün arasında cənub hissədə 

yerləşmişdir. Qalanın içində müxtəlif təyinatlı tikili qalıqları və su toplamaq üçün qurğular 

mövcuddur. Qalanın VIII əsrin ortalarında ərəblər, XIII əsrdə isə monqollar tərəfindən tar-

mar edildiyi söylənir. Ətrafda qazıntı işləri aparılmışdır.

16

Göyəzən qalası




17

Türbə Aslanbəyli kəndinin qədim qəbiristanlığında, İncə çayı 

boyunca uzanan el yolunun solundadır. Gəncə-Qazax, Borcalı 

ellərində, Dağıstanda, Türkiyədə tanınan bir ziyarətgahdır. Geniş və 

möhkəm hasarın içərisində yerləşən dördkünc türbə 1893-cü ildə 

ucaldılıb. Tikilinin bəzi elementləri göy rənglə boyandığından xalq 

arasında ona bəzən Göy türbə də deyirlər. Türbədə öz savadı və 

xeyirxahlığı ilə bütün bölgənin rəğbətini qazanan Hacı Mahmud 

əfəndi Qaraninin (1835-1896) və onun məsləkdaşı Seyid Yasinin 

məzarları yerləşir.

Yaxın dostu və məsləkdaşı olan Seyid Yasinin 1892 ildə vəfatından 

sonra Hacı Mahmud əfəndi onun məzarı üstündə türbə ucaldır. Üç il 

sonra özü də vəsiyyəti ilə orada dəfn edilir. Deyilənə görə türbənin 

Göy türbə (Hacı Mahmud əfəndinin ocağı)



18

layihəsini Hacı Mahmud əfəndi Türkiyədən gətiribmiş. Tikintini İncə 

dərəsinin və Borçalının ən məşhur ustaları yetiribmiş. İnşaya 

rəhbərliyi Hacının kürəkəni Daşsalahlı Mustafa bəy Miralayev 

edibmiş. Türbə müqəddəs sayılır və,  hətta sovet hakimiyyəti dövründə 

qoyulan qadağalara baxmayaraq, indiyə qədər bütün illər uzaq və 

yaxın ellərdən gələn adamlar tərəfindən ziyarət olunur.



19

Bu körpü Çaylı kәndindә yerlәşir. Ona Haqverdi Ağa 

k ö r p ü s ü  d ә  d e y i l i r.  K ö r p ü  b i r  t a ğ l ı  o l a r a q  q a y a 

daşlarından inşa olunmuşdur. Aşırımın ümumi görkәmi 

yarımçevrә şәkillidir. Onun keçid hissәsinin üst örtüyü 

torpaqdandır. Tikilmә tarixi son orta әsrlәrә aiddir.

Haqverdi ağa körpüsü


İsrafil Ağanın hamamı  “Qoşa günbəzli hamam” Qazax şəhərin 

mərkəzində, məscidin qarşısında yerləşir. Hamamı Qıraq Kəsəmən kəndinin 

sakini, Qazax diyarında tanınmış sahibkar İsrafil Ağa Kərbəlayev XIX əsrin 

axırlarında tikdirib, buna görə də hamam onun adı ilə tanılır. Bina memar 

Müzəffər Hüseynovun layihəsi əsasında qırmızı kərpicdən kirəclə hörülüb. 

Hamamın ümumi zalı, otaqları, diqqət çəkən hovuzu və çayxanası var. 

Böyük ölçülü (30m x 20m) hamamın plan quruluşu iki hissəyə bölünür: 

ənənəvi Azərbaycan və Şərq hamamlarına xas olan dəhliz ilə birləşən iki 

günbəzli hissə və kabinələrdən ibarət hissə. Hamamın küçəyə çıxan 

hissəsində kiçik dükanlar yerləşir. Plan quruluşuna görə Şərq və Avropa 

tələblərini özündə cəmləşdirən bu tikili tipinə Azərbaycanın digər 

bölgələrində rast gəlinmir.

20

Israfil ağa hamamı



21

Bu körpü Əskipara çayının qolu üzәrindәn Yuxarı Əskipara 

kәndi yaxınlığında qurulmuşdur. Onun uzunluğu 3,4 m, mәrkәzi 

hissәsinin eni 5,8 m ümumu hündürlüyü isә 5 m tәşkil edir. Körpü 

bir aşırımlıdır. Aşırımın ümumi görkәmi yarımçevrә şәkillidir. 

Körpünün özülünü qayadan çapılmış daşlar tәşkil etdiyi halda 

üst hissәsi kәrpicdәn hörülmüşdür. Onun keçid hissәsinin üst 

örtüyü torpaqdır.

Hal-hazırda abidә ermәnilәrin işğal etdiklәri әrazidә yerlәşir.

Kazım körpüsü - Y.Əskipara



Bu mәbәd kompleksi Yuxarı Əskipara kәndindә, Coğaz çayının 

sağ sahilindә yerlәşir. Bәzi fәrziyyәlәrә әsasәn bura Qafqaz 

Albaniyası hökmdarlarının iqamәtgahlarından biri olmuşdur. 

Kompleks tәxminәn 2,5 ha әrazidә yerlәşәrәk ikiqat divarla әhatә 

olunmuşdur. Divarlar arasında mәsafә tәxminәn 12 m-ә yaxındır. 

Divarlar yerin relyefi ilә uzlaşdırılaraq strateji baxımdan çox 

mükәmmәl bir tәrzdә hәll olunmuşdur. Qalanın daxili hissәsindә dini, 

xidmәti vә tәsәrrüfat tәyinatlı tikililәr ucaldılmışdır. Bunların içindә әn 

önәmlisi qalanın yuxarı hissәsindә yerlәşәn mәbәddir. Mәbәdin 

tikintisindә 21 x 21 x 57 sm ölçülü bişmiş kәrpicdәn vә yerli daşdan 

istifadә olunmuşdur. 1970-ci illәrdә bu kompleksdә tәdqiqat işlәri 

aparılan zaman artıq mәbәd vә kompleksin bir çox hissәsi itirilmişdir. 

Alimlәrin qәnaәtinә görә kompleksin ucaldılma tarixi VI-IX әsrlәrә 

tәsadüf olunur.

Hal-hazırda abidә ermәnilәrin işğal etdiklәri әrazidә yerlәşir.

22

Qalakәnd Qalası




23

Bu körpü Əskipara çayının üzərindən atılaraq Yuxarı Əskipara kəndi 

yaxınlığında tikilmişdir. Körpünün uzunluğu 7,3 m, mərkəzi hissəsinin eni 

2,7 m ümumu hündürlüyü isə tağ yerindən su səthinə qədər 5,8 m təşkil 

edir. Körpü bir tağlı olaraq qaya daşlarından inşa olunmuşdur. Aşırımın 

ümumi görkəmi yarımçevrə şəkillidir. Onun keçid hissəsinin üst örtüyü 

torpaqdandır.

Hal-hazırda abidə ermənilərin işğal etdikləri ərazidə yerləşir.



Qatır körpüsü - Yuxarı Əskipara


Qazax bölgəsində bir neçə türbə var. Bu türbələrə I və II Şıxlı, Xanlıqlar 

və Hüseynbəyli kəndlərindəki köhnə qəbiristanlıqlarında rast gəlmək olur. 

Memarlıq üslubu və inşaat xüsusiyyətlərinə görə onlar bir-birinə 

bənzəyirlər. Türbələr, bir qayda olaraq, dörd və ya altı guşəlidirlər. Onların 

üstü konusvari günbəzlə tamamlanır. İnşaat materialı kimi yerli daşdan 

istifadə olunmuşdur. Yalnız Xanlıqlar kəndindəki türbələr qırmızı kərpicdən 

inşa edilmişlər. Ümumi oxşarlığa baxmayaraq türbələr müxtəlif ölçülü və 

biçimlidirlər. Onların bəzilərinin içində qırmızı tufdan hazırlanmış oyma 

bəzəkli hündür başdaşları olan qəbirlər vardır. Bu türbələr XVIII-XIX 

əsrlərdə ucaldılmışdır. Ümumi memarlıq üslubunda işlənmiş bu türbələr 

Qazax bölgəsində vahid estetik və memarlıq-inşaat qaydalarının 

mövcudluğundan xəbər verir.

 

 

24



 Türbәlәr

 I  Şıxlı



I I  Şıxlı


25

Xanlıqlar

Xanlıqlar


Bir vaxtlar Qazax şəhərində məscid çox olub, hər məhəllənin öz ibadət 

yeri olub. Lakin zamanəmizə yalnız biri gəlib çatıb. Şəhərin mərkəzi 

hissəsində yerləşən Cümə məscidi 1899-ci ildə Kəsəmən kəndindən olan 

İsrafil ağa Kərbəlayevin  təşəbbüsü ilə memar Müzəffər Hüseynovun 

layihəsi əsasında inşa edilib. Qırmızı bişmiş kərpicdən ucaldılan məscid 17,2 

m x 17,2 m ölçülü kvadrat quruluşlu zaldan ibarətdir. Sivri tağlar ilə yaranan 

səkkizbucaqlı formanın üzərində daxili diametri 13,4 m olan günbəz inşa 

edilmişdir. Məscidin ümumi hündürlüyü 15 m, divarların qalınlığı isə 1,9 m-

dir. Məscidin giriş hissəsini baştağ bəzəyir. Baş fasadın hər iki tərəfindən 

qoşa minarələr ucalır.

Sovet hakimiyyəti dövründə məscid öz fəaliyyətini dayandırılmışdır və 

yalnız 1990-cı ildən yenidən ibadət yeri kimi fəaliyyətə başlamışdır. Bu 

Allah evi özünün əzəməti, yaraşıqlı minarələri, həyətindəki köməkçi 

binaları ilə diqqəti cəlb edir.



Qazax Cümə məscidi

26



27

Azәrbaycanda  birinci  müәllimlәr  seminariyası  Qazaxda  açılıb. 

1918  ildә  Firudin  bәy  Köçәrli  Qori  seminariyasının  Azәrbaycan 

şöbәsini  buraya  köçürәndә  böyük  çәtinliklәrlә  qarşılaşır.  Bakıda 

qarışıqlıq  olduğundan  qatar Ağstafa  stansiyasında  dayanmalı  olur. 

Bir  neçә  gün  keçir.  Qәrara  alınır  ki,  Bakıda  vәziyyәt  stabillәşәnә 

qәdәr  seminariya  Qazaxda  fәaliyyәt  göstәrsin.  Amma  harada? 

Köçәrlinin xanımı Badisәba xanım Vәkilova Qazağa gәlir, el-obasına 

baş  çәkir  vә  vәziyyәti  danışır.  Problemdәn  xәbәr  tutan  Kosalar 

kәndinin sakini Mәşәdi İbrahim qәrara alır ki, öz ikimәrtәbәli qırmızı 

kәrpicdәn  1910-cu  ildә  tikilmiş  mülkünü  tәmәnnasız  seminariya 

versin.  Ümumiyyәtlә,  Mәşәdi  İbrahim  öz  zәhmәti  ilә  varlanmış, 

sәhәrdә bir neçә bina vә karvansara sahibi idi, vә әldә etdiyi pulun 

çoxunu mәdrәsә vә mәscidlәrә verәr, imkansızlara paylayarmış.

Qazax  müәllimlәr  seminariyası  bu  binada  yerlәşir  vә  fәaliyyәtә 

başlayır.  Seminariya  Azәrbaycan  üçün,  elәcә  dә  Gürcüstan  vә 

Ermәnistanda yaşayan soydaşlarımız üçün elm ocağı olur, 1959-cu 

ilәdәk 3000-ә qәdәr kadr yetişdirir. Seminariyanın binasında mәşhur 

"Dәli Kür" (1969) filminin bәzi sәhnәlәri çәkilib. İndi seminariya 

binasında 4 nömrәli orta ümumtәhsil mәktәbi fәaliyyәt göstәrir.

 

  

Qazax Seminariyası




Memarlıq abidәlәrimizin tacı hesab olunan Qırmızı körpü Qazax-

Tbilisi yolunda, Xram (Tәpәdöy) çayı üzәrindә qurulub. Hal-hazırda 

Gürcüstanla Azәrbaycan arasında olan dövlәt sәrhәdi mәhz burdan 

keçir. Abidә XII әsrdә Atabәy hökmdarı Mәhәmmәd Cahan Pәhlәvan 

zamanında tikilib. Dörd aşırımlı (aşırımların uzunluğu - 8,2 m, 16,1 m, 

8 m, 26,1 m) körpünün ümumi uzunluğu 175 metrdir. Sahildә eni 12,4 

m, keçid hissәdә isә 4,3 m. Başdan-başa bişmiş kәrpiclә üzlәşmiş 

abidә buna görә dә "Qırmızı körpü" adını alıb. Sahil dayaqlarında 

vaxtilә karvanların gecәlәmәsi üçün geniş otaqlar var (sol sahilindә 

168 kv.m, sağ sahilindә 116 kv.m). Belә iri karvansaların olması 

körpünün karvan yollarında böyük әhәmiyyәt daşıdığını göstәrir. 

Qırmızı körpü üslub cәhәtdәn qәdim Gәncә, Xudafәrin, Marağa vә 

Ərdәbil körpülәri ilә eyniyyәt tәşkil edir. XVII әsrdә Şax Abbas 

tәrәfindәn әsaslı tәmir etdirilib vә bәzәdilib.

Xalq arasında bu körpüyә Sınıq körpü dә deyilir. Lakin Qırmızı 

körpüdәn daha qәdim olan tarixi Sınıq körpü çay axarı ilә 100 metrә 

aralıda yerlәşirdi. Gümana görә o Qafqaz Albaniyası dövründә (V әsr) 

inşa edilib. Tikilәndәn uzun illәr sonra körpünün tacı, daş çatmasının 

biri sınır. O vaxtdan adı Sınıq körpü qalıb. Zaman içәrisindә dağılan 

körpünün qalıqları indi dә bilinir. Yaxınlıqdakı mәşhur Qırmızı körpü 

ilә birlikdә ikisinә Qoşa körpü adını veriblәr.

Sınıq körpü

28



29

Q a z a x  Ta r i x - D i y a r ş ü n a s l ı q  M u z e y i 1 9 8 4 - c ü  i l d ə  A z ə r b a y c a n 

Respublikası Mədəniyyət Nazirliyi tərəfindən Qazax Tarix-Diyarşünaslıq 

Muzeyi yaradılması haqqında sərəncam verilmişdir və 1986-cı ilin mart 

ayında, Novruz bayramı ərəfəsində Tarix-Diyarşünaslıq Muzeyin açılışı 

olmuşdur.

Binanın ümumi sahəsi 579 kv.m-dir. 

Ekspozisiya sərgi salonunun sahəsi - 409 kv.m-dir. 

Fondun sahəsi 12 kv.m-dir. 

Eksponatların sayı 2450-dir. 

İşçilərin sayı 14 nəfər.

Muzeydə olan eksponatlar antik dövrdən tutmuş son dövrədək böyük bir 

tarixi dövrü əhatə edir. Milli-mənəvi dəyərlərimizi əks etdirən eksponatlar 

muzeyə  gələn  ziyarətçiləri  heyran  edir,  rayonun  tarixi  haqqında  geniş 

məlumat verir.

 

Tarix Diyarşünaslıq Muzeyi




30

Qazağın tarixi, mәdәni vә 

arxeoloji abidәlәri


31


32


33


Kagız formatı: 70x100 1/16

Fiziki çap vərəqi 2.1

Çapa imzalanıb 27.09.2014

Ofset çap usulu.

Tiraj 300

«Aypara-3» nəşriyyatında səhifələnmiş və çap edilmişdir.

Ünvan: Bakı, İçərişəhər, Qəsr döngəsi. məhəllə 25 ev 09

Tel.: (994 12) 492 45 62



E-mail: aypara3@hotmail.com

Nəşriyyatın direktoru: Varis Allahverdiyev

Mətbəənin direktoru:  Zülfüqar Ociyev

Dizayner: Aynur Allahverdiyeva

Korrektor: Zeynəb Salmanova

Document Outline

  • Страница 1
  • Страница 2
  • Страница 3
  • Страница 4
  • Страница 5
  • Страница 6
  • Страница 7
  • Страница 8
  • Страница 9
  • Страница 10
  • Страница 11
  • Страница 12
  • Страница 13
  • Страница 14
  • Страница 15
  • Страница 16
  • Страница 17
  • Страница 18
  • Страница 19
  • Страница 20
  • Страница 21
  • Страница 22
  • Страница 23
  • Страница 24
  • Страница 25
  • Страница 26
  • Страница 27
  • Страница 28
  • Страница 29
  • Страница 30
  • Страница 31
  • Страница 32
  • Страница 33
  • Страница 34

Yüklə 128,13 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə