21
mərhələlərindən, klinik formalarından asılı olaraq dəyişə bilər. Məsələn, VH-də sarılıq önü dövrdə
dispeptik, kataral, astenovegetativ, artralgik sindromlar; sarılıq meydana çıxdıqdan sonra isə sarılq
və xolestaz sindromu diaqnostik hesab edilir. Patogenetik diaqnozda olan dəyişikliklər müalicədə
də düzəliş aparmağı tələb edir. Məsələn, salmonellozun mədə-bağırsaq forması salmonella sepsisi
ilə ağırlaşarsa rehidratasion tədbirlərdən dezintoksikasiya-edici və etiotrop müalicəyə keçmək
lazımdır.
Son diaqnoz - orqanizmin fərdi xüsusiyyətləri (yaş, cins, qidalanma), yanaşı
gedən xəstəliklər, xəstəliyin dövrləri, ağırlaşmaları və s. nəzərə alınaraq qoyulur. Bununla belə
xəstəliyin gedişində meydana çıxan, diaqnozu təsdiq və ya inkar edən yeni kliniki-laborator
əlamətlər mütləq nəzərə alınmalıdır.
Sağalmanın -
sanogenezin diaqnozu - infeksion xəstəliklərin nəticəsini,
ağırlaşmaları, orqanizmin kompensasiya vəziyyətini, sağalmanın tam və ya natamam olmasını
özündə əks etdirir. Bu diaqnozun müəyyən edilməsi xəstəliyin uzaq nəticələrinə nəzarət və
epidemioloji nöqteyi-nəzərdən vacibdir. Kli-nik-morfoloji sağalma ilə yanaşı, törədicilərin
orqanizmdən təmizlənməsi -eleminasiyası diqqət mərkəzində olmalıdır.
laqda tetrasiklin) diaqnoz təsdiq olunmuş hesab edilir. Oxşar kliniki gedişə malik xəstəlikləri bir-
birindən fərqləndirməklə diaqnozun müəyyən edilməsi -diaqnosis dijferentialis; bir neçə xəstəliyi
bir-bir inkar edib, birini saxlamaq isə -diaqnosis per exclusionem adlanır.
Kompleks müayinələr əsasında diaqnozu qoyulan infeksion xəstəliklərin
müxtəlif klinik formalarını müəyyən etmək olur:
Bəzən mövcud laborator müayinələrlə xəstəliyin törədicisini tapmaq, aşkar
etmək mümkün olmur. Belə hallarda aparılan effektli etiotrop müalicə ilə diaqnoz qoymağa cəhd
edilir - diaqnosis ex juvantibus. Etiotrop müalicə müsbət nəticə verərsə (məsələn, amöbiazda
antiparazitar preparatlar, səpgili yata
Manifest və ya büruzə verən forma - xarakterik klinik-laborator dəyişikliklərin
meydana çıxması ilə özünü göstərir. Müddətinə görə: kəskin və xroniki; ağırlığına görə: yüngül,
orta ağır və ağır formalara bölünür. Meydana çıxan klinik əlamətlərin xarakterinə görə
xəstəliyin tipik - xarakter əlamətlərlə; atipik - abortiv, silinmiş və ildınmsürətli formaları da ayırd
edilir. İldırım sür əlli forma qısa müddət davam edən (1-neçə saatdan, 1-neçə günədək) ağır gedişi
ilə seçilir. Letallıq çox yüksək olur.
Kəskin forma - kəskin başlaması və əlamətlərin kəskin büruzə verməsi ilə
xarakterizə olunur. Törədici orqanizmdə qısa müddət qalsa da ətraf mühitə külli miqdarda xaric
olduğundan xəstənin yanındakıları yoluxdurma ehtimalı yüksək olur. Lakin xəstə yatağa düşüb,
ətrafdakılardan təcrid olunduğundan elə bir epidemioloji təhlükə təşkil etmir.
Xroniki forma - uzun müddət davam edir. Residiv, kəskinləşmə və remis-
siyalarm bir-birini əvəz etməsi ilə gedir.
Kəskinləşmə - əlamətlərinin sönmə dövründə yenidən şiddətlənməsidir.
Məsələn, VH-də sarılığın azalaraq yenidən artması, qarın yatalağında daimi qızdırmanın təkrar
olunması və s.
downloaded from KitabYurdu.org
22
Residiv - xəstəliyə xas əlamətlərin tam çəkildikdən sonra yenidən meydana
çıxmasıdır. Residivlər arası dövr remissiya (remissio - azalma, zəifləmə) dövrü adlanır.
Kəskinləşmə və residiv zamanı klinik-labarator və epidemioloji göstəricilər
yenidən meydana çıxır, xəstəlik uzanır, xəstə infeksiya mənbəyi kimi təhlükəli olur. Xroniki
formada xəstələrdə ağırlaşmaların baş verməsi, qalıq əlamətlərlə sağalma istisna olunmur.
Tam sağaldıqdan sonra həmin xəstəliyə yenidən yoluxma reinfeksiya, əgər
xəstəlikdən tam sağalmamış, törədicilər orqanizmdən təmizlənməmiş həmin xəstəliyə yenidən
yoluxma olarsa sup er infeksiya adlanır.
Makroorqanizm ilə mikroorqanizmin qarşılıqlı təsirindən infeksion prosesin
manifest formaları ilə bərabər bir sıra xəstəliklər zamanı (salmonelloz, qarın yatalağı və
s.) gəzdiricilik də (bakteriya-, virus-, p ar azitgəzdir ənlik) formalaşır. Bu zaman orqanizmdə
həmin xəstəliyə qarşı müvafiq immunoloji, morfoloji, fuksional dəyişikliklər getsə də infeksion
proses büruzə vermir, əla-mətlərsiz - subklinik səviyyədə keçir. Kəskin və xroniki ola bilər.
Xroniki bak-teriyagəzdirmə orqanizmin immunoloji sisteminin zəif reaksiyası ilə izah olunur.
Gəzdirənlik epidemioloji nöqteyi-nəzərdən ətrafdakılar üçün xüsusilə təhlükəlidir.
infeksion xəstəliklərin subklinik forması ancaq labarotor - bakterioloji və
seroloji müayinələrə əsasən müəyyən edilir. Bu halda da orqanizmdə immunoloji, morfoloji
dəyişikliklər getməsinə baxmayaraq xəstəliyə məxsus heç bir klinik əlamət olmur. Xəstəlik
mənbəyi kimi belə şəxslər ətrafdakıları yoluxdurmaqla yanaşı, bəzən əhali arasında bir sıra
xəstəliklərə (mcninqokokk, diftc-riya, poliomielit, VHA) qarşı sox sayda insanları əhatə edən
immunlaşmış qruplar yaranır və beləliklə xəstəliyin yayılmasının qarşısı almır.
Latent infeksiya - mikro- və makroorqanizmin qarşılıqlı münasibətindən irəli
gələn infeksion prosesin xüsusi bir formasıdır. Bu əsasən törədicinin pato-genüyinin azalması,
onun «qüsurlu» formaları (məsələn, viruslarda «qüsurlu» subvirus hissəcikləri, bakteriyalarda L-
forma, sferoplastlar) ilə əlaqədar olur.
Bu zaman törədici orqanizmdə hüceyrə daxilində qalaraq xarici mühitə ifraz olunmur, yalnız bəzi
faktorların (stress, travma və orqanizmin reaktivliyinin zəifləməsinə səbəb olan digər faktorlar)
təsirindən orqanizmin zəifləməsi nəticəsində fəallaşır və infeksion xəstəliyin kəskin forması
inkişaf edir. Məsələn: bruselloz, herpes, sitomeqalovirus və s.
Ləng (slow) infeksiya - infeksion prosesin daha bir nadir forması olub adətən
patoloji proses müəyyən bir üzv, toxuma və ya sistemdə (əsasən sinir sistemində) inkişaf edir.
İnkubasion dövrün uzanması - aylarla davam etməsi, xəstəliyin gedişində müəyyən
qanunauyğunluğun olmaması, prosesin ləng, ancaq inadlı olaraq proqressivləşib ölümlə
nəticələnməsi ilə foqlənir. Ləng infek-siyalara bir sıra virionların törətdiyi xəstəliklər - İİV-
infeksiya, proqressivləşən anadangəlmə məxmərək, sklcrozlaşan yarımkəskin qızılca
panensefaliti, prion xəstəlikləri - Kuru, Kreytsfeld-Yakob xəstəliyi və s. aid edilir. Hazırda
təbabətə 30-dan artıq ləng infeksiya məlumdur.
Ekzogen infeksiyalar - infeksion xəstəliklər törədicinin xarici mühitdən
orqanizmə düşməsilə əlaqədar olaraq baş verir. Məlum olan əksər infeksiyalar ekzogen xarakter
daşıyır.
downloaded from KitabYurdu.org