31
müşahidə edilən xəstələrin 80%-ı xroniki bakteriya-gəzdirənlərdən yoluxanların payına düşür.
Xəstəliyin atipik formaları və yüngül gedişləri də epidemioloji cəhətdən təhlükəli hesab olunur.
Belə ki, onlar çox vaxt həkimə müraciət etmir və ya vaxtında təcrid olunmurlar.
Törədicilərin ötürülmə mexanizmi fekal-oraldır. Yoluxma əsasən infeksi-
yalaşmış su və qida istifadə etdikdə baş verir. Məişət-təmas yolu ilə yoluxma az hallarda qeyd
edilir. Su yolu ilə yoluxma daha təhlükəlidir. Bu zaman xəstəlik kütləviliyi və sürətlə yayılması ilə
fərqlənir. Su epidemiyaları adətən infeksiya-laşmış su mənbəyindən istifadə edən yaşayış
məntəqələrini və ya əhalini əhatə edir. Çirklənmiş su mənbəyindən istifadə dayandırıldıqdan sonra
sönür. Spo-radik xəstələnmə hallarında da su yolu ilə yoluxma istisna edilmir və açıq
su hövzələrindən, texniki məqsədlə istifadə olunan sudan işlətdikdə baş verir. Qida məhsulları ilə
yayılan epidemioloji alovlanmalara az təsadüf edilir. Bu zaman bakteriyaların qida məhsullarında
uzun müddət qalması ilə yanaşı, orada artıb çoxala bilməsi də nəzərə alınmalıdır. Qida
epidemiyaları məhdud olub, müəyyən məhəllələri və yaşayış evlərini əhatə edir. Birdən-birə
xəstələnmə hallarının sürətlə artması ilə xarakterizə olunur. Qeyd etmək lazımdır ki,
ərzaq məhsullarının yoluxmasında milçəklərin uə müəyyən rolu vardır. Bır sıra hallarda, xüsusən
şəxsi gigiyena qaydalarına əməl etmədikdə məişət-təmas yolu ilə də yoluxmaq mümkündür. Bu
zaman yoluxma faktorları məişət əşyaları, qab-qacaq, mebel, yataq ağları və s. olur. Xəstəliyin baş
verməsində daxil olan törədicilərin miqdarının - infeksiyalaşdırma dozasının da əhəmiyyəti vardır.
Xəstəlikdən sonra formalaşan immunitet, profilaktik peyvəndlər xəstəliyin geniş
əhali kütlələrini əhatə etməsinin qarşısını alır. Kütləvi yoluxma hallarında epidemik ocaqlarda
xəstəlik əhalinin 40-50%-ni əhatə edə bilər. Daha çox 15-45 yaşlarında olanlar, xüsusən kişilər
xəstələnir. Bu onların təsərrüfat fəallığı ilə izah edilməlidir. Fəsillik mövcuddur - xəstəliyin
yayılması üçün real şərait yarandığına görə ilin isti, yay-payız aylarında tez-tez qeyd edilir.
Tif-paratif xəstəlikləri dünyanın bütün iqlim qurşaqlarında yayılmışdır. İsti iqlim
qurşaqlarında və əhalinin sanitar-məişət şəraiti, yaşayış vəziyyəti aşağı səviyyədə olan ölkələrdə
daha çox rast gəlinir.
Xəstəlikdən sonra uzun müddətli, davamlı immunitet yaranır. Təkrari
xəstələnmə nadir hallarda olur. Müasir dövrdə təkrari xəstələnmələr nisbətən tez-tez və daha qısa
müddətdən sonra (1,5-2 il) baş verir. Bu antibiotiklərlə müalicə nəticəsində immunogenezdə baş
verən dəyişikliklərlə izah edilir.
Patogenezi. Qarın yatalağının patogenezində şərti olaraq aşağıdakı dövrləri
ayırmaq olar: törədicinin orqanizmə daxil olması, limfadenitin inkişafı və ya ilkin regionar
infeksiya, bakteriemiya və
toksinemiya,
parenximatoz yayılma, törədicinin orqanizmdən xaric
edilməsi,
immunitetin formalaşması və sağalma.
Xəstəliyin inkişaf etməsi üçün orqanizmə müəyyən sayda (infeksiyalaş-dırma
dozası) bakteriyaların düşməsi tələb olunur. Amerika alimlərinin könüllülər üzərində apardıqları
müşahidələr göstərmişdir ki, infeksiyanm baş verməsi üçün orqanizmə 10 mln-dan - 1 mild-dək
bakteriya düşməsi lazımdır. Xəstəliyin baş verməsi və kliniki olaraq büruzə verməsi bir sıra digər
faktorlardan: törədicinin patogenliyindən, virulentliyindən; orqanizmin rezis-tentliyi və
reaktivliyindən; xarici mühitin fiziki, kimyəvi və s. amillərindən də asılıdır.
downloaded from KitabYurdu.org
32
Ağızdan qəbul edilən bakteriyalar həzm sisteminin yuxarı şöbələrinin müdafiə
baryerini keçərək nazik bağırsağa düşür. Buradakı əlverişli mühitdə artıb çoxalaraq bağırsaq limfa
düyünlərinə - solilar follikullara və onların yığın-lılarına, Peyer düyünlərinə daxil olur. Qeyd
etmək lazımdır ki, törədicilər təkcə nazik bağırsaqdan deyil, həzm sisteminin digər şöbələrindən
- ağızdan, mədədən, yoğun bağırsaqdan da daxil ola bilərlər. Bu özünü klinikada kataral angi-na,
qastritlər, mədə və 12b. bağırsaqda qarın yatalağına xas olan xoraların olması,
koli tif ilə büruzə
verir. Bağırsaq limfa düyünlərinə daxil olmuş bakteriyalar çoxalır, onları iltihablaşdırır və regionar
limfa düyünlərinə keçir. Orada da, intensiv çoxalaraq iltihabi prosesin inkişafına səbəb olur.
Bağırsaq və miisariqə limfa düyünlərində keçən mərhələ xəstəliyin inkubasiya dövrünə uyğun
gəlir. Bu dövrdə orqanizmin, o cümlədən bağırsaq limfa aparatının sensibilizasiyası baş verir ki,
bu da sonrakı mərhələdə müşahidə edilən patomorfoloji dəyişikliklərin inkişafına səbəb olur.
İnfeksiyalaşmış regionar limfa düyünləri çoxalmaqda olan törədicilər üçün sədd rolunu oynaya
bilmir və bakteriyalar qana keçir. Bakteriemiya baş verir və xəstəliyin klinik əlamətləri özünü
göstərir.
Qanın bakteriosid təsirindən və faqositoz nəticəsində bakteriyaların bir qismi
tələf olur. Onlardan xaric olan endotoksin ümumi intoksikasiya verir. Qeyd etmək lazımdır ki,
regionar limfa düyünlərində artıb-çoxalan törədicilərin də bir qismi tələf olur ki, bu zaman xaric
olan endotoksin də qana keçir. Endotoksin güclü neyrotrop təsirə malikdir. Onlar sinir
mərkəzlərinə təsir edib, kliniki olaraq özünü xəstəliyə xas olan ləngimə və huşun dumanlaşması ilə
gedən infeksion ensefalopatiya şəklində büruzə verir. Ağır gedişlərdə isə "status typhosus" halı
inkişaf edir. Endotoksin simpatik sinir sisteminə və vege-tativ qanqlionlara da təsir edir. Nazik
bağırsağın selikli qişalarında, limfa aparatında damar pozğunluqları, trofik dəyişikliklər baş verir.
Vaqotoniya əlamətləri, meteroizm, bağırsaq xoraları, bəzən ishal qeyd edilir. Endotoksin sümük
iliyinə təsir göstərib leykopeniyanm meydana çıxmasını şərtləndirir.
Endotoksinin miokarda təsiri onda distrofık dəyişikliklərə, ağır hallarda loksiki
miokarditin inkişafına gətirib çıxarır. Xəstəliyin ağır gedişlərində İTŞ inkişaf edə bilər. Bu zaman
perifcrik damarlar (arteriolalar və postkapillyar venulalar) tonusdan düşür. Qanın periferiyada
depolaşması, onun maye hissəsinin damar ətrafı mühitə keçməsi baş verir. Əvvəl nisbi, sonra isə
mütləq hi-povolemiya inkişaf edir, ürəyə qayıdan venoz qanın miqdarı azalır.
Hipoksiya, metabolik asidoz, su-duz tarazlığındakı pozğunluqlar artır. İTŞ-un gedişi və proqnozu
bir çox hallarda ürək-damar çatışmazlığı, böyrəklərin, ağ ciyərin, qaraciyərin zədələnməsi ilə
müəyyənləşir. Göstərmək lazımdır ki, uzun müddətli endotoksinemiya zamanı kallikrein-kinin
sistemin fəallaşması hipodi-namik pozğunluqların, daxili üzvlərdə isə morfoloji və funksional
dəyişikliklərin inkişafına səbəb olur. Göründüyü kimi qarm yatalağının patogenezində endotoksin
əhəmiyyətli rol oynayır.
Qana keçən bakteriyalar bütün orqanizmə yayılaraq müxtəlif üzvlərdə, əsasən
qaraciyər, dalaq, limfa düyünləri və sümük iliyində fiksə olunur. Həmin üzvlərdə artıb çoxalaraq
yenidən qana keçir və bununla da bakteriemiyanın saxlanmasına səbəb olur. Parenximatoz
diffuziya mərhələsi başlayır. Kliniki olaraq zədələnmiş üzvlərə müvafiq əlamətlər və ekzantema
meydana çıxır.
downloaded from KitabYurdu.org