48
Dəri örtüyü
Quru, rozeoleoz səpgilər
Nəm, səpgilər xarakterik deyil.
Nəbz
Nisbi braktikardiya
Taxikardiya.
Təngnəfəslik
Müşahidə edilmir
Daimi əlamətdir.
Dodaqlarda sianoz
Olmur
Aydın büruzə verir.
Dil
Tifoz dil
Xarakterik deyildir.
Leykoformula.
Xəstəliyin 3-cü günündən
leykopeniya, neytrope-niya, nisbi
limfositoz, aneozinofıliya
Leykopeniya, nisbi neytrofılyoz,
limfositopeniya
Trombositlər
Kəskin trombositopeniya
Normal
EÇS
Normal
və ya bir az yüksək
Əhəmiyyətli dərəcədə yüksək
Ağ ciyərlərin
rentgen müayinəsi
Normal və ya bəzi hallarda bronxit
və ya bron-
xopnevmoniya əlamətləri
Hər iki ağ ciyərlərdə, adətən yuxarı
paylarda çox
saylı xırda, birtipli ocaqlar
Vidal aqlutinasiya
reaksiyası
Xəstəliyin II həftəsinin axırlarında
müsbət olur və
dinamikada titr yüksəlir
Xəstəliyin bir qismində müsbət ola
bilər, lakin
dinamikada titr yüksəlmir
Hemokultura
Xəstəliyin I günündə müsbət olur
Mənfi olur
JÖZ DIBININ
MÜAYINƏSI
Normal
Vərəm
düyünləri
Müalicəsi. Qarın yatalağının gedişi və nəticəsi düzgün yataq rejimi, qulluq,
pəhriz, vaxtında aparılan antibakterial və patogenetik müalicədən çox asılıdır. Xəstəliyin müalicəsi
klinik-epidemioloji nöqteyi nəzərdən xəstəxana şəraitində aparılmalıdır. Xəstə kəskin dövrdə
və normal temperaturun 10-cu gününədək yataq rejimində olmalıdır. Normal temperaturun 7-8-ci
günü oturmağa, 10-11-ci gündən əks göstəriş olmazsa, gəzməyə icazə verilir. Xəstələrin yatağı
rahat olmalı, gigiyenik şəraitə diqqət yetirilməlidir. Ağız boşluğuna, bədənə, dəriyə qulluq
əhəmiyyətlidir. Dildə çatların, stomatitlərin, bədənin çox sürtülən yerlərində yataq yaralarının
əmələ gəlməsinin qarşısı alınmalıdır. Xəstəyə kəskin hərəkət etməmək, ağırlıq qaldırmamaq,
defekasiya zamanı gücən-məmək barəsində xəbərdarlıq edilməlidir. Rejimin genişləndirilməsi çox
ehtiyatla, xəstənin ümumi vəziyyəti nəzərə alınmaqla aparılmalıdır.
Xəstənin qidalanması normal temperaturun ilk 7-8-ci gününə kimi xüsusi pəhrizlə
olmalıdır (4a pəhrizi). Mədə-bağırsaq sistemini qıcıqlandıran (mexaniki, kimyəvi) qidalar
pəhrizdən çıxarılmalıdır. Çürümə, qıcqırma verən, bağırsaq peristaltikasını artıran qidalar
olmamalıdır. Bununla bərabər qəbul edilən qidalar tam dəyərli olub, kifayət qədər kaloriyə malik,
zülallar, yağlar, karbohidratların miqdarı təlabata uyğun, vitaminlər və minerallarla
zəngin olmalıdır. Bu tələblərə 4a pəhrizi cavab verir. Sonra 2 saylı pəhrizə, evə yazılan zaman isə
1 və 15 saylı pəhrizə keçmək olar. Xəstələrə gündəlik 900 mq C, hərəsi 9 mq Bı və Bfi, 60 mq PP,
300 mq P olmaqla vitaminlər kompleksi verilməsi vacibdir.
downloaded from KitabYurdu.org
49
Qarın yatalağı müalicəsində etiotrop müalicə əsas yer tutur. Antibiotiklər təyin
edilərkən həmin bölgədə yayılmış qarın yatalağı törədicilərinin həssaslığı mütləq nəzərə
alınmalıdır və müalicə kursu normal temperaturun 10-cü gününə kimi aparılmalıdır. Əgər
antibiotiklər təyin edildikdən sonra 4-5 gün müddətində xəstənin vəziyyətində yaxşılaşma
müşahidə edilməzsə, digər preparata keçilməsi lazımdır. Residivlərin müalicəsi də digər
antibiotikə və ya antibakterial preparata keçməklə aparılmalıdır. Bu zaman əgər xəstədə törədici
aşkar edilib, kulturası alınıbsa mütləq preparata həssaslıq nəzərə alınmalıdır.
Son dövrlər bir sıra müəlliflər qarm yatalağının yüngül formalarında, xəstələrin
stasionara gec daxil olduğu hallarda - infeksion prosesin sönməsi və ya rekonvalessensiya
dövrlərində və residivlərin yüngül gedişlərində antibiotiklərin tətbiqini məqsədəuyğun hesab
etmirlər.
Etiotrop müalicə məqsədi ilə əsasən levomisetindən (xloramfenikol) isti -fadə
edilir. Hər kq çəkiyə 50 mq olmaqla, gündəlik doza 4 dəfəyə, yeməkdən 20-30 dəq. əvvəl daxilə
təyin edilir. Temperatur normallaşdıqdan sonra doza hər kq çəkiyə 30 mq-a endirilə bilər. Əgər
preparatı daxilə qəbul etmək mümkün olmursa - mədə bulanması, qusma, epiqastral nahiyyədə
ağrı olarsa, onda levomisetin-suksinat şəklində gündə 3 dəfə, hər dəfə 1,0 q olmaqla 8 saatdan bir
parenteral yeridilir. Allergik reaksiya verməsi, xəstədə qan azlığı, psoriaz, ekzema olması
levomisetinin verilməsinə əks göstərişdir. Onun tətbiqinin ley-kopeniya, aqranulositoz,
trombositopeniya, hipo- və ya aplastik anemiya verməsi də nəzərə alınmalıdır. Belə hallarda
ampisillin təyin edilə bilər. Preparat böyüklərə gündə 4-6 dəfə, hər dəfə 1-1,5 q olmaqla, yeməkdən
sonra verilir. Effektliyi levomisetindən zəif olsa da, bəzən xəstəliyin kəskin dövründə və kəskin
bakteriyagəzdirənlik zamanı yaxşı nəticə verir.
Qarın yatalağının müalicəsində biseptolun, nitrofuran törəmələrindən
furazolidonıın da effektli olduğu müəyyən edilmişdir. Ağır gedişlərdə, ağırlaşmalarda və qarışıq
formalarda ampisillin (gündə 6-8 q) və gentamisinin (gündə 240 mq) birlikdə parenteral təyin
edilməsi yaxşı təsir göstərir.
Son vaxtlar xəstəliyin yayıldığı bölgələrdən asılı olaraq törədicilərin levo-
misetin, ampisillin, biseptola davamlığı müşahidə edilir. Eyni zamanda onların ftorxinolonlara və
seftriaksona (rosefın) həssaslığını göstərirlər. Hətta bəzi müəlliflər onları etitrop müalicədə əsas
preparat kimi təklif edib, levomisetin və digərlərinin ehtiyatda saxlamağı üstün tuturlar.
Ftorxinolonlardan siprof-loksasin gündə iki dəfə 500-700 mq daxilə, ağır hallarda isə gündə iki
dəfə 200-400 mq olmaqla vena daxilinə təyin edilir. Seftriakson (rosefın) gündə 1-2 q əzələ və ya
vena daxilinə yeridilir. Ftorxinolonlar və seftriaksonun qarııı yatalağının xarici ölkələrdən,
xüsusən Tacikistan, Əfqanıstan, Cənubi-Şərqi Asiya və s. ölkələrindən gətirilməsi hallarında
işlədilməsi məsləhətdir.
Etiotrop müalicənin effektliyinin təmin edilməsi və «residivlərin», bakte-
riyagəzdirənliyin inkişafının qarşısının alınması məqsədi ilə palogenetik müalicənin düzgün,
məqsədyönlü aparılması vacibdir. Dezintoksikasiya, hemostazın korreksiyası, hipoksiyaya qarşı,
su-duz və turşu-qələvi balansının saxlanması və s. tədbirlər həyata keçirilir. Apanlan tədqiqatlar
göstərmişdir ki, qarın yatalağının qızğın dövründə orqanizmin antioksindant müdafiə sistemində
funksional pozğunluqlar və sərbəst radikalların oksidləşmə fəallığının pozulması baş verir. Ona
downloaded from KitabYurdu.org