C. P. İSayev infeksion xəSTƏLİKLƏR



Yüklə 4,43 Mb.
Pdf görüntüsü
səhifə21/207
tarix18.05.2018
ölçüsü4,43 Mb.
#44663
1   ...   17   18   19   20   21   22   23   24   ...   207

43 

 

Qarın yatalağının diaqnozu, xüsusən erkən dövrdə xeyli çətindir. Daxili üzvlərdə 



dəyişiklik olmadan intoksikasiya və qızdırmanın olması, həmçinin epidemioloji məlumatlar qarın 

yatalağı olmasına müəyyən şübhə yaradır. Bununla belə baş ağrıları, halsızlıq, zəiflik, yorğunluq, 

qızdırma,  yuxu  pozğunluğu,  rəngin  avazıması,  uzun  pastoz  olması,  diffuz  bronxit  əlamətləri, 

nisbi bradikardiya, «tifoz dil», qarında köplük, padalka simptomu, sağ qalça çuxuru nahiyyəsində 

qurultular və bir qədər ağrı olması kimi əlamətlər diaqnozu kifayət qədər tez qoymağa imkan verir. 

Qaraciyər,  dalağın  böyüməsi,  ekzante-ma  və  digər  xarakterik  əlamətlərin  qoşulması  diaqnozu 

asanlaşdırır. 

Antibakterial müalicənin (antibiotik - levomisetin) erkən təyin edilməsi bir sıra 

çətinliklər  yaradır.  Belə  ki,  bu  intoksikasiyanın  çəkilməsinə,  temperaturun  düşməsinə,  qanda 

bakteriyaların  aşkar  edilməməsinə  gətirib  çıxarır.  Bu  baxımdan  diaqnozun  nəinki  kliniki,  hətta 

laborator təsdiqi belə çətinlik törədir. 

Xəstəliyin laborator diaqnozunda bakteriolji və seroloji müayinə üsulları istifadə 

edilir.  Bu  müayinə  üsulları  xəstəliyin  dövrləri  nəzərə  alınmaqla  aparılmalıdır.  Bakterioloji 

müayinə ilk növbədə törədicilərin qanda aşkar edilməsinə yönəldilir. I gündən başlayaraq, bütün 

qızdırmalı dövrdə venadan 5-10 ml həcmində qan götürülür. 1:10 nisbətində 50-100 ml 10-20%-

li ödlü bulyoııa -Rapporti mühitinə əkilir (hemokultura). Qidalı mühitin az olması yol verilməzdir, 

belə ki, qan törədicilərə bakteriosid təsir göstərə bilər. Qidalı mühit olmadıqda qanı steril distillə 

suyuna və ya içməli suya əkmək olar. Bakteriemi-yanın intensivliyi xəstəlik müddətində dəyişdiyi 

üçün hemokultura almaq üçün I həftədə - 10 ml, II həftədə - 15 ml, III həftədə və daha gec 20 ml 

qan götürülməsi lazımdır. Bu zaman qidalı mühitin miqdarı 1:10 nisbətində, yəni götürülən qandan 

10  dəfə  artıq  olmalı  və  müayinə  üçün  material  antibakterial müalicəyə  başlamamışdan  əvvəl 

götürülməlidir.  Bakteriyanın  qanda  aşkar edilməsi  kəskin  xəstəliyi  göstərir  və  diaqnozun 

təsdiqinin mütləq göstəricisidir. Göstərmək lazımdır ki, yüksək hərarət 5 gündən artıq davam edən 

bütün hallarda qarın yatalağına şübhəli xəstə kimi mütləq bakterioloji müayinə məqsədi ilə qan 

götürülməlidir. 

Bakterioloji müayinə üçün nəcis, sidik xəstəliyin II həftəsinin axırlarından, 10-

cu günündən tez olmayaraq, 12b. bağırsaq möhtəviyyatı isə bütün xəstəlik boyu götürülə bilər. 

Törədiciləri rozeoleoz səpgilərdən, sümük iliyindən, limfa düyünlərindən götürülən materiallarda, 

bəlğəmdə və digər mühitlərdə də aşkar etmək olar. 

Sidiyin  və  nəcisin  bakterioloji  müayinəsi  həm  diaqnozu  qoymaq,  həm  də 

xəstəlikdən sonra bakteriyagəzdirənliyi aşkar etmək məqsədi ilə də istifadə edilir. Sidikdə, nəcisdə 

bakteriyanın aşkar edilməsi və xəstəliyə xas olan əlamətlərin olması diaqnozu təsdiqləyir. Kliniki 

əlamətlər  olmadıqda  isə  bakteriyagəzdirənliyi  göstərir.  Kəskin  dövrdə  uüodenal  zondlama  əks 

göstərişdir.  Ona görədə  12b.bağırsaq  möhtəviyyatı  rekonvalissentlərdə  bakteriyagəzdirənliyi 

aşkar etmək məqsədi ilə götürülür. Karpo-, bili- və urinokultura almaq üçün 

Ploskiryov mühiti, qanda və sümük iliyində L-formalı bakteriyaları aşkar etmək üçün isə xüsusi 

penisilinli zordablı mühit istifadə edilir. 

Seroloji  diaqnostika  məqsədi  ilə  əvvəllər  geniş  istifadə  edilən  aqluti-nasiya 

reaksiyası - VidaI reaksiyası öz yerini daha həssas DoHAR vermişdir. Bu reaksiya xəstəliyin 5-7-

ci  günü  O-,  H-,  Vi-antigenlərin  eritrositar  diaqnos-tikumu  ilə  qoyulur.  1:200  titrində  reaksiya 

downloaded from KitabYurdu.org



44 

 

müsbət  hesab  edilir.  Titrin  dinamikada  4  dəfə  və  daha  çox  artması  diaqnozu  təsdiqləyir. 



Bakteriyagəzdirənliyi aşkar etmək üçün Vi antigenlə DoHAR qoyulur. Sisteinlə DoHAR xroniki 

və tranzitor bakteriyagəzdirənliyi fərqləndirmək üçün istifadə edilir. Antigen və antitelləri aşkar 

etmək  üçün  son  illər  bir  sıra  yeni  yüksək  həssaslığa  malik  spesifik  immunoloji  üsullar  təklif 

edilmişdir:  İFM,  LAR,  O-aqreqathemaqluti-nasiya  (OAHAR),  QİEF  reaksiyaları,  radioimmun 

müayinə (RİM). Bu üsulların həssaslığı 90-95%-ə çatır və erkən diaqnoz qoyulması üçün istifadə 

edilir. Erkən diaqnoz məqsədi ilə çox həssas üsul olan, adətən epidemoloji alovlanmalar zamanı 

tətbiq  edilən,  qanda,  sümük  iliyində  və  s.  materiallarda  spesfık antigenin  aşkar  edilməsinə 

əsaslanan  immunoflüoressensiya  üsulundan  və  an-tigenlərin  neytrallaşdırma  reaksiyasından 

(ANR) da istifadə etmək olar. 

Difer en si al diaqnozu. 

Qarın  yatalağını bir sıra  xəstəliklərdən, o cümlədən pnevmoniyadan, qripdən, 

kəskin  bruselleozdan,  malyariyadan,  leptospirozdan,  səpgili  yatalaqdan,  Ku  qızdırmasından, 

miliar vərəmdən, infeksion mononukleozdan, tulya-remiyadan, iersiniozdan və s. fərqləndirmək 

lazımdır. 

Pnevmoniya ümumi  vəziyyətin  ağırlığı,  qızdırma,  intoksikasiya,  öskürəyin 

olması ilə qarın yatalağını xatırladır. Lakin pnevmoniyada xəstəliyin ilk günlərində təngnəfəslik 

qeyd edilir. Qaraciyərin, dalağın  böyüməməsi,  taxikar-diya, qanda neytrofıl leykositoz, EÇS-in 

kəskin yüksəlməsi olur. Qarın yatalağına xas tifoz vəziyyət, ekzantema, qarında köplük, qurultular, 

Padalka simptomu və s. kimi əlamətlərin olmur. 

Bəzi  müəlliflərin  məlumatlarına  görə  3%  hallarda  qarın  yatalağı  xəstələrinə 

səhvən leptosprioz diaqnozu qoyulur. Leptospriozun fərqli əlamətlərindən kəskin başlanmasını, 

əzələlərdə, xüsusən baldır əzələlərində kəskin ağrıları; onların xarici görünüşünü - üzdə, boyunda 

hiperemiyanı,  sklera  damarlarının  inyeksiyalaşmasını;  bəzən  sarılıq  əlamətlərinin,  hemorragik 

sindromun,  böyrək  tərəfindən  dəyişikliklərin  olmasını;  qanda  neytrofıl  leykositozu,  EÇS-

in sürətlənməsini göstərmək lazımdır. 

Qarın  yatalağı  ilə bağırsaq  iersiniozunun diferensasiyası  müəyyən  çətinliklər 

törədir. Bununla belə iersinioz zamanı dəqiq lokalizasiyası olmayan poli-morf səpgilərin olması, 

enterokolit sindromu, artralgiya* artritlər, əzələ və beldə olan ağrılar, sarılığın olması, eozinofıliya, 

EÇS-in sürətlənməsi qarın yatalağında qeyd edilmir. Bakterioloji və seroloji müayinənin nəticələri 

həlledici əhəmiyyətə malikdir. 

Aşağıda  qarın  yatalağının  bir  sıra  digər  xəstəliklərlə  differensial  diaqnostika 

cədvəlləri verilmişdir. Cədvəl 2,3,4. 



Cədvəl 2. 

Bruselloz, qarın yatalağı və Ku qızdırmasının differensial diaqnozu 

Əlamətlər 

Bruselloz 

Qarın yatalağı 

Ku qızdırması 





Anamnez 


Xəstə heyvanlarla 

təmas, çiy süd və 

Xəstələrlə təmas, digər 

qarın yatalağı ilə 

Heyvanlarla, quşlarla təmas. 

Pasterizə olunmuş 

süddən istifadə. 

downloaded from KitabYurdu.org




Yüklə 4,43 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   207




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə