52
olanlar 21 gün, hər gün temperatur ölçülməklə müşahidə altında olmalıdırlar. Bütün təmasda
olanlar sidiyin, nəcisin; qaraciyər və öd yollarının patalogiyası olanlar, əvvəllər qarın yatalağına
tutulmuş şəxslər isə əlavə olaraq bir dəfə 12b.bağırsaq möhtəviyyatının bakterioloji
müayinəsindən keçirilməli və olanlara bakteriofaq verilməlidir.
Ümumtəhsil və internat məktəblərdə oxuyan uşaqlarda bakteriyagəzdi-rənlik
olarsa onlar məktəbə buraxılır, lakin ərzaq məhsulları və su təchizatı ilə əlaqədar olan işlərə
buraxılmırlar. Məktəbəqədər müəssisələrdə aşkar edilən bakteriyagəzdirənlər isə ora buraxılmırlar
və stasionar da müayinə və müalicəyə göndərilirlər.
Spesifik profilaktika epidemoloji göstərişlər əsasında aparılır. Qarın yatalağına
görə təhlükəli olan bölgələrdə 7 yaşından yuxarı bütün əhali vaksina-siyadan keçirilir. Təmizləmə
stansiyasında, infeksion xəstəxanada, bakterioloji laboratoriyada işləyənlər və xəstəlik çox
yayılmış ölkələrə gedən şəxslər peyvənd olmalıdırlar. Rusiyada peyvənd aparmaq üçün qarın
yatalağı, paratiflər əleyhinə adsorbsiya (təmizlənmiş) olunmuş vaksina tətbiq edilir. Uşaqlar
isə Vi-antigenlo zənginləşdirilmiş spirtli tif-paratif vaksinası ilə peyvənd edilir. Peyvənddən 1-2
həftə sonra immunitet əmələ gəlir və 2 il saxlanılır. Son illər ABŞ-da bu məqsədlə peroral istifadə
edilən vaksina işlənib hazırlanmışdır. Xaricdə qarın yatalağı əleyhinə diri vaksin də istifadə edilir.
Hazırda 2 yaşadək uşaqlar da daxil olmaqla bütün şəxslərin peyvənd edilməsi üçün
konyuqasiya olunmuş vaksina işlənib hazırlanır.
DİZENTERİYA (DYSENTERİA)
Dizenteriya - şigcllozlar - ümumi intoksikasiya sindromu, mədə-bağırsaq
sisteminin, əsasən yoğun bağırsağın distal şöbəsinin zədələnməsi ilə gedən in-feksion xəstəlikdir.
Tarixi məluma t. Dizenteriya geniş yayılmış bir xəstəlik kimi məlumdur. XVIII
(1719-1789) və XIX (1834-1836) əsrlərdə onun pandemiyaları belə olmuşdur. Müharibələr, təbii
fəlakətlər, zəlzələlər və s. həmişə xəstəliyin geniş yayılmalarına - epidemiyalarına səbəb olmuşdur.
Dizenteriya sözü Hipokratın dövründən işlədilir. Belə ki, o, bağırsaq pozğunluğu
ilə gedən bütün xəstəlikləri iki qrupa ayırırdı: diareya - ishalla gedən xəstəliklər və dizenteriya -
qarında
ağrıların
olması
ilə
fərqlənənlər.
"Dizenteriya"
yunan
sözü
olub, "dis"- pozğunluq, "enteron" - bağırsaq deməkdir. İlk olaraq xəstəliyi yunan həkimi Artey
(b.e.əwəl I əsr) ətraflı təsvir etmişdir. Sonralar X-XI əsrlərdə İbn Sina da dizenteriyamn klinik
təsvirini vermişdir.
XIX əsrin II yarısından başlayaraq dizenteriyamn ətraflı öyrənilməsi başlamışdır.
1891-ci ildə Rusiyada hərbi həkim A.V.Qriqorycv dizenteriyadan ölənlərin daxili üzvlərində
(bağırsaqlarında) qram-mənfi bakteriyalar aşkar edərək, ekspremental yolla (dovşanlar, dəniz
donuzları üzərində) onların pato-genetik və morfoloji xüsusiyyətlərini öyrənməyə cəhd etmişdir.
1898-ci ildə isə yapon alimi K.Şiqa həmin törədicini ətraflı öyrənərək məlumat vermişdir.
Sonralar dizenteriyamn törədicilərinin digər növləri də aşkar edilmişdir. Onlar
morfoloji cəhətdən bir-birinə çox yaxın bakteriyalar olub, fermentativ fəallığına və antigen
quruluşuna görə fərqlənirlər.
Etiologiyası. Törədici
Erıterobakteriaceae ailəsinə və Şigella cinsinə aiddir.
Müasir təsnifata görə 4 qrupa - müvafiq olaraq 4 növə ayrılır: A -Şh.dizenteria; B - Sh.flexneri; C
- Sh.boudii; D -
Sh.sonnei. Sh.sonnei-dən başqa digər növlərin bir neçə serovarları vardır. Hazırda
downloaded from KitabYurdu.org
53
40-dan artıq serovariant məlumdur. Sh.dizenteria-nın 12 serovarı vardır. Qriqoryev-Şiqa (1),
Stuser-Şrrıitt (2), Larc-Saks (3) serovarları bura aiddir.
Sh.flexneri -8 ser ovar: 1-5, 6, X, Y
variantlar. 6-cı variant NyukastI adlanır.
Sh. boudii 1-18 serovar. Göstərilən serovarlardan başqa,
son vaxtlar digər serovarlar da aşkar edilmişdir.
Morfoloji cəhətdən şigellalar bir-birinə çox oxşar çöp şəklində, 0,3-0,6 x
1,0-3,0 mkm ölçüdə, ucları girdə bakteriyalardır. Qram-mənfidir. Spor, kapsul əmələ gətirmir, adi
qidalı mühitlərdə yaxşı bitirlər. "O" və "K" anligeninə malikdir. "0"-antigen seroloji spesifikliyə
malikdir, "K"-antigen isə qişa strukturlarında olur. Bakteriyalar parçalandıqda endotoksin xaric
olur ki, bu da xəstələrdə intoksikasiya sindromunun inkişafında əhəmiyyətli rol oynayır.
Şigellalar müxtəlif fraksiyalardan ibarət ekzotoksinlər də ifraz etmək qabiliyyətinə malikdirlər.
Bunlardan: enterotoksinlər -
bağırsaq
mənfəzinə
maye
və
duzların
ifrazını
sürətləndirir; sitotoksinlər -
epitel
hüceyrələri
membranının
zodələnməsi-nə
səbəb
olur; neyrotoksin - əsasən Qriqoryev-Şiqa serovarı ifraz edir, güclü neyrotoksik təsirə malikdir.
Şigeiiaların viruientiiyi əsasən 4 faktorla müəyyənləşdirilir:
epitel hüceyrələri
membranına adgezivliyi, onlara invaziyası, toksin ifrazetmə qabiliyyəti və hüceyrə daxili çoxala
bilmələri ilə. Göstərilənlər
Qriqoryev-Şiqa növündədaha
çox büruzə verir, nisbətən az Fleksner növündə qeyd edilir. Digər şigellalarda patogenlik
əhəmiyyətli dərəcədə zəifdir.
Son vaxtların araşdırmaları göstərmişdir ki, şigcllalar xarici mühitə daha
davamlı olmuşdur. Bu xarici faktorların təsirindən təkamül nəticəsində meydana çıxmışdır.
Çirkab sularında onlar 25-30 gün, torpaqda quru və donmuş vəziyyətdə, ilin
fəsillərindən aslı olaraq bir neçə ay qala bilirlər. Xarici mühitə davamlılıq şiqellaların növlərindən
də aşlıdır. Belə ki, Sonnei bakteriaları xarici mühit təsirinə daha davamlıdırlar. Qriqoryev-Şiqa isə
davamlığı ən zəif olan şigellalar-dandır. Şigellalar, xüsusən Sh.Sonnei ərzaq məhsullarında (süd
və süd məhsullarında) nəinki uzun müddət qalırlar, hətta artıb çoxalırlar.
Dezinfeksiya edicilər (xloramin, lizol və s.) adi qatılıqda şigellaları bir-neçə
dəqiqəyə tələf edir. +60°C-də 30 dəq., 100°C-də ani olaraq, düz günəş şüaları 30 dəq.,
ultrabənövşəyi şüalar isə 10 dəq. tələf edir.
E p idenıio lo g iy ası. tnfeksiya mənbəyi kəskin və xroniki dizent eri-yalı xəstələr,
rekonvalessentlər, bakteriyagəzdirəniərdir. Yüngül, subklinik, silinmiş formalı xəstələr və
bakteriyagəzdirənlər epidemioloji cəhətdən daha təhlükəli hesab edilirlər. Belə halın qida ilə
əlaqədar müəsisələrdə işləyənlər və digər infeksiyanı yayma ehtimalı çox olan şəxslər arasından
olması, xüsusən təhlükəlidir. Bu şəxslərdə xəstəlik əlamətləri zəif olduğundan həkimə
müraciət etmir və nəzarətdən kənarda qalırlar.
Kəskin dizenteriyalı xəstələr isə xarici mühitə öz ifrazatları ilə külli miqdarda
bakteriya ifraz etmələri ilə təhlükəli hesab edilirlər. Bu baxımdan onlar daha kontagiozdurlar.
İnsanların dizenteriyaya həssaslığı eyni deyildir. Qanı II qrupdan, rezusu mənfi
olan insanlar dizenteriyaya daha həssasdır və onlarda xəstəlik nisbətən ağır keçir.
Yoluxma mexanizmi fekal-oraldır. Su, qida və məişət-təmas yolu ilə yoluxur.
Göstərmək lazımdır ki, şigellaların növlərinə görə bu və ya digər yoluxma yolu üstünlük təşkil
edir. Belə ki, Qriqoryev-Şiqa növündə əsas yoluxma yolu məişət-təmas; Fleksner-də, Nyukastl-da
downloaded from KitabYurdu.org