401
Əlamətlərin kəskin büruzə verən dövrlərində malyariyanı bir sıra xəstəliklərdən
- qarm yatalağından, kəskin respirator xəstəliklərdən (qrip), Ku qızdırmasından, leptospirozdan,
brusellozdan, sepsisdən və s. fərləndirmək lazım gəlir.
Qarın yatalağı üçün əsasən daimi tipdə - gündəlik dəyişmələr l°C-dən artıq
olmayan qızdırma xarakterikdir. Xəstələrdə qeyd edilən tormozlanma, müəyyən lokalizasiyası
olmayan güclü baş ağrıları, anoreksiya, nisbi bradikar-diya, «tifoz dil», qarında köplük,
palpasiyada sağ qalça çüxurunda qurultular, Padalka simptomunun müsbət olması, ekzantema,
ağır gedişlərdə «status ty-phosus» halı malyariya zamanı müşahidə edilmir.
Kəskin respirator xəstəliklər (qrip) alm nahiyyəsində, qaş qövsləri üzərində
lokallaşan güclü ağrıların olması, işıqdan qorxma, göz almalarının hərəkəti zamanı ağrılar, yuxarı
tənəffüs yollarının katar əlamətləri ilə malyariyadan fərqlənir. Həmçinin qaraciyər, dalaq
böyümür.
Ku qızdırması malyariyadan fərqli olaraq göz almalarının hərəkəti zamanı
meydana çıxan ağrılar, retrobulbar ağrılar, üzün hiperemiyası, sklera damarlarının
inyeksiyalaşması, xəstəliyin 3-4-cü günündən qaraciyərin böyüməsi, ocaqlı pnevmoniyanın
inkişafı ilə xarakterizə olunur.
Leptospiroz üçün xarakterik olan əzələ ağrıları (xüsusən baldır əzələlərində olan
ağrılar), hemorragik sindrom, döyəcləmə simptomunun müsbət olması, sidikdə zülal, danoli və
hialm silindirlərin, eritrositlərin meydana çıxması, qanda qalıq azotun çoxalması və digər əlamətlər
malyariyada olmur.
Bir sıra oxşar əlamətlərinin olmasına baxmayaraq brusellozu yüksək temperatur
fonunda ümumi vəziyyətin yaxşı olması, hər gün - xüsusən axşamlar müşahidə edilən profuz
tərləmələr, üzv və sistemlərin ayrı-ayrılıqda və kombi-nə olunmuş zədələnmələri, periferik limfa
düyünlərinin böyüməsi və s. əlamətlərlə malyariyadan differensasiya etmək olur.
M ii ali c d s i. Malyariyanın müalicəsində etiotrop müalicə əsas yer tutur.
Aparılan müalicə paroksizmlərin dayandırılmasına, üç günlük və ovale malyariyada uzaq
residivlərin baş verməsinə qarşı, infeksiyanın əsas ötürülmə amilləri kimi qametositlərin ləğv
edilməsinə yönəldilməlidir. Xəstəliyin ağır formalarında müalicənin vaxtında başlanmasının
mühüm əhəmiyyəti vardır. Belə ki, müalicənin gec başlanması İTŞ-nin inkişafına şərait yaradır.
Malyariya əleyhinə preparatlar hematoşizotrop, histoşizotrop, qamonto-
trop olmaqla qruplara bölünür. Əsasən xəstəliyin profilaktikası məqsədi ilə tətbiq
edilən sporontosid preparatlar da ayırd edilir.
Hematotrop preparatlar - əsasən eritrositar formalara - şizontlara effektli təsir
göstərir. Bu qrupa 4-aminoxinolin preparatları (xlorxin, amodiaxin, plak-venil, delagil, xinqamin),
xinin, artemizin, xloridin, antifol preparatları (prime-tamin, proquanil), sulfanilamidlor,
sulfalonlar, tefrasiklin, kombinə olunmuş preparatlar (fansidar, metakelfin, fansimcr, maloprim,
mefloxin) aiddir.
Histoşizotrop preparatlar - plazmoidləıin toxuma formalarına təsir göstərir. Bu
qrupda effektli təsirə malik preparat 8-aminoxinolin törəmələri - pri-maxin hesab edilir. Antifol
preparatlar (proquanil, primetamin) da histoşizotrop təsirə malikdir.
downloaded from KitabYurdu.org
402
Qamorıtotrop preparatlar - plazmodilərin cinsi formalarına təsir göstərir və
hematoşizotrop preparatlardan sonra tətbiq edilir. Bu qrupa 8-aminoxinolin törəmələri aiddir.
Onlar həm də sporontosid təsirə malikdirlər.
Sporontosid dərmanlardan primetamini və proquanili göstərmək olar.
Malyariya tutmalarını dayandırmaq məqsədi ilə hematoşizotrop dərmanlar, çox
vaxt delagil (xinqamin, xlorxin) təyin edilir. Birinci gün 0,25 q-dan günün birinci yarısı 4 həb -
1,0 q; 6-8 saatdan sonra 2 həb - 0,5 q verilir. Sonrakı iki gün 2 həb - 0,5 q, həblər bir dəfəyə qəbul
edilir. Uç günlük malyariyada 3 gün, tropik və dörd günlük malyariyada isə temperatur
normallaşmadıqda müalicə kursu 5 günədək uzadılır.
Radikal müalicə məqsədi ilə vivax və ovale malyariyada toxuma formaları ləğv
etmək üçün histoşizotrop dərmanlar verilir. Delagildən sonra xəstəyə gündə 15 mq olmaqla 14 gün
primaxin və ya 30 mq olmaqla 10 gün xinosid təyin edilir.
Vivax, ovale və dörd günlük malyariyada cinsi hüceyrələr, qametositlər
eritrositar şizoqoniyadan sonra tezliklə tələf olurlar. Tropik malyariyada isə uzun müddət - 1 ilədək
qaldığına görə qametosid təsir məqsədi ilə hematoşizotrop preparatlarla müalicə fonunda bir
dəfəyə 50 mq primetamin (xloridin, tindurin, daraprim) və ya gündə 15 mq-daıı 3 gün müddətində
primaxin verilir.
Bəzən bəzi antiparazitar preparatlara rezistentlik müşahidə edilir. Bu xüsusən
tropik malyariya zamanı daha tez-tez qeyd edilir. Belə hallarda bir neçə preparatın kombinasiyası
tətbiq edilir. Belə ki, 7-10 gün müddətində 0,65 q-dan gündə 3 dəfə xinin-suifat, 0,5 q-dan
suifaicnlə və ilk 3 gün müddətində gündə bir dəfə 0,025 q-dan primetaminlə (tindurin) birlikdə
tətbiq edilir. Xini-ni çox vaxt fansidarla birlikdə verirlər. Fansidar - 0,5 q sulfadoksindən+0,025
q primetamindən ibarətdir. Fansidar 1 dəfəyə üç həb verilir.
Göstərilən preparatlar oimadıqda İ0 gün müddətində gündə 4 dəfə 0,3 q-dan
tetrasikiin və ya 7 gün müddətində gündə 0,2 q doksosikiin verilə bilər.
Ftorxinolonların da malyariyanın müalicəsində müsbət təsiri məlumdur - si-profloksasin 7 gün
gündə 2 dəfə hər dəfə 200 mq təyin edilir.
Tropik malyariyanın davamlı ştamlanna qarşı 5 gün müddətində gündə iki dəfə
15 mq/kq mefloxin və ya artezunat 2 mq/kq həb şəklində təyinin xüsusən Cənubi-Şərqi Asiya,
Mərkəzi və Cənubi Amerika ölkələrində tətbiqinin effektli olması göstərilir. Mefloxinin
artezunatla və ya mefloxinin arxitekininlə birlikdə işlədilməsi daha effektli hesab edilir.
Tropik malyariyanın ağırlaşmış gedişləri zamanı intensiv müalicə tədbirləri
həyata keçirirlər. Malyariya koması zamanı spesifik preparatlar parenteral təyin edilir. Seçim
preparatı xinindir. 1 doq. 40-60 damcı olaraq vena daxilinə yeridilir. Bir dəfəyə 500-650 mq (10
mq/kq) olmaqla 8 saatlıq fasilə ilə gündəlik doza 2 q təyin edilir. Afrikada kinimaks (Quinmax)
və kinform (Quinoform) işlədilir. Dərmanlara davamlılıq olmadıqda bir dəfəlik doza 10 ml,
gündəlik doza isə 30 ml olmaqla 5%-li delagil 8 saat fasilələrlə parenteral yeridilir. Vəziyyət
düzəldikdən sonra, həb verilir. Etiotrop müalicə ilə yanaşı patogenetik müalicə də aparılır. Şok
əleyhinə intensiv terapiya həyata keçirilir - hər kq çəkiyə 10-15 ml kolloid və kristalloid məhlullar,
1-2 mq/kq qlukokortikosteroid-lər, antihistaminlər, diuretiklər (serebral hipertenziya, ağ ciyərin
downloaded from KitabYurdu.org