403
ödemi zamanı) təyin edilir. KBÇ-da hemodializ, hemosorbsiya; kəskin anemiya zamanı
isə qanköçürmə aparılır.
Dölün inkişafına toksiki təsir göstərmədiyindən delagil və amodioxin hamiləlik
zamanı da təyin edilə bilər. Primaxinin verilməsi zamanı dispeptik əlamətlərin və Q-6-FD
çatmamazlığı olduqda hemoqlobinurik qızdırmanın meydana çıxması nəzərə alınmalıdır.
Xlorxinin venaya yeridilməsi AT-in kəskin düşməsi ilə müşayiət olunduğundan
qlükokortikosteroidlərlə birlikdə təyin edilməlidir.
Proqnozu. Müasir diaqnostika üsulları və müalicə tədbirləri
sayəsində proqnozu
xoşdur. Tropik malyariyanın ağır formalarında letallıq 1%-ə çatır.
Profilaktikası. Xəstələr evə tam kliniki sağalmadan sonra, sidiyin, qanın ümumi
müayinəsi normal olduqda, qanda malyariya parazitləri aşkar edilmədikdə evə yazılır.
Rekonvalessentlər 2 il müşahidə altında olurlar. Bu müddətdə istənilən qızdırma zamanı xəstələrin
qanı plazmodilərə görə yoxlanılır.
Malyariyanın profilaktikası üç istiqamətdə aparılır: xəstələrin, parazit
gəzdirənlərin aşkar edilməsi və müalicəsi; xəstəliyin keçiriciləri olan ağcaqanadlara qarşı
mübarizə; kimyəvi profilaktika.
Kimyəvi profilaktika əsas yer tutur. Kütləvi və fərdi olaraq həyata keçirilir.
Kütləvi olaraq malyariyanın yayılma ehtimalı olan yaşayış məntəqələrində aparılır. Belə ki,
malyariya aşkar edilmiş yaşayış məntəqələrində mövsüm arası dövrlərdə bütün əhalinin
primaxinlə 14 gün müddətində radikal müalicəsi aparılır. Fərdi kimyəvi profilaktika məqsədi ilə
sağlam şəxslərə hematoşizotrop preparatlar təyin edilir. Malyariyanın yayılmış olduğu bölgələrə
gedən sağlam şəxslərə, səfərə çıxınazdan iki gün əvvəl, ocaqda olduğu bütün dövr ərzində
və qayıtdıqdan sonrakı 2-6 həftə müddətində hematoşizotrop preparatlar verilir.
Vivax-, ovale-, dörd günlük malyariya ocaqlarına gedən şəxslərə həftədə bir dəfə
0,5 q delagil və ya 0,4 q amodioxin, rezistent ştamlar olan tropik malyariya ocaqlarında həftəyə 1
fansidar və ya 0,5 q mefloxin verilir. Bu məqsədə mefloxinlə fansidarın kombinasiyası olan
İsveçrə preparatı fansimer də təyin edilir - həftədə 1 dəfə. Çində istehsal olunan artemizin də
istifadə edilə bilər.
Bütün bunlarla bərabər qeyd etmək lazımdır ki, hazırkı dövrdə mövcud olan
kimyəvi preparatlar hiperendemik və qoloendemik zonalarda yoluxmanın qarşısını ala bilmir.
Xəstəliyin nisbətən yüngül keçməsinə səbəb olur.
2001-ci ildə Amerika alimləri malyariyaya qarşı sintetik vaksina işləyib
hazırlamışlar. Könüllülər üzərində aparılan müşahidələr vaksinanın ümidverici olduğunu
göstərmişdir.
»
Leyşmaniozlar - leishmania cinsindən olan parazitlər tərəfindən törədilən təbii
ocaqlı, transmissiv, antropozoonoz xəstəliklər qrupudur. Daxili orqanların zədələnməsi və ya
dəridə yerli dəyişkənliklərlə xarakterizə olunur.
T a v i x i məl u m a t. Leyşmanioz haqqında ilk məlumat onun dəri formasının
kliniki təsvirini vermiş ingilis həkimi Pokoka (1745) məxsusdur. Dəri leyşmaniozunun törədicisi
1898-ci ildə rus hərbi həkimi P.F.Borovski tərəfindən aşkar edilmişdir. Amerika tədqiqatçısı C.
downloaded from KitabYurdu.org
404
Rayt (1902) isə onu ətraflı təsvir etmişdir. V.Leyşman və S.Donovan (1903) Hindistanda kala-
azarla xəstə olanların dalağında visseral leyşmoniozun törədicilərini tapmışlar. 1905-ci ildə Press
və Sercan qardaşları xəstəliyin hünülər tərəfindən ötürülməsi fikrini söyləmişlər. Bu 1921-ci ildə
eksperimental yolla sübut olunmuşdur (A.Donatye, L.Parro). 1908-ci ildə Ş.Nikol visseral
leyşmaniozda infeksiya mənbəyi kimi it-lərin əsas rol oynadığım müəyyən etmişdir.
Etiologi
yası.
Leyşmaniozların
törədiciləri ibtidailər tipinə, Trypa-
nosomatidae ailəsinə, Leyşmarıia cinsinə aid olub, iki inkişaf dövrü keçirlər: I -leyşmanial və ya
amastiqot məhələ - onurğalı heyvanların və insanların orqanizmində gedir. II - leptomonad və ya
promastiqot mərhələ - buğum ayaqlılarda -hünülərdə gedir.
Amastiqot mərhələ 1-3 x 2-6 mkm ölçüdə, oval formada olub, üç qat si-
toplazmatik membrana malikdir. Romanovski-Gimza üsulu ilə boyadıqda ho-mogen, mavi
sitoplazma; qırmızı-yaqut rəngdə nüvə və kinetoplastlar təyin edilir. Sitoplazması bir sıra hallarda
vakuollaşmış da olur. Leyşmaniyaların amostiqot mərhələsi hüceyrə daxili parazitlərdir.
Makrofaqlarda və retikulo-endotelial hüceyrələrdə bölünərək artıb çoxalırlar. Bir hüceyrədə
onlarla para-zit ola bilər.
Hünülər qan və ya zədələnmiş (leşmaniozun dəri formasında) dəri nahiy-
yosindən toxuma mayesi sorarkən orada toplanmış leymoniyaları da qəbul edirlər. Amostiqot
formalar hününün bağırsağına düşdükdən 18-20 saat sonra promastiqot forma alır və burada sadə
bölünmə yolu ilə çoxalırlar. Promosti-qot forma eni 2-6, uzunu 10-25 mkm ölçüdə, bir ücü iti,
digəri küt mil-iy şəklində olub, bütün həyat dövrü hününün bağırsağında keçir. Promostiqot
formanın da sitoplazması üçqat membranla əhatə olunmuşdur. Nüvəsi mərkəzdə, kinetoplastiar
öndə yerləşir. Ön qutaracaqda qamçısı vardır ki, onun köməyi ilə fəal hərəkət edirlər. Artıb çoxalan
promastiqotlar hününün üdlağına tərəf hərəkət edərək artıq 5-ci günü orada toplanmış olurlar. 7-ci
günə bir qismi ağız boşluğuna keçir və hünülər yoluxdurma qabiliyyətinə malik olurlar.
Hünülər qan sorarkən onun xortumuna toplanmış hərəkətli promastiqotlar toxumaya və ya qana
keçərək yoluxmaya səbəb olurlar. Yoluxma hünülərin ifrazatları ilə bağırsaqdan xaric edilən
promostiqotların qaşınma nəticəsində dərinin yaralanmış nahiyyosinə düşməsindən də baş verə
bilər. Leyşmaniyalar cinsi yolla deyil, qeyri-cinsi yolla çoxalan tək hüceyrəlilərdəndir. Bir inkişaf
mərhələsin-
ıəsi il
i i • •
7 •• i •• i •• «• 1 v «1 1 •
H /\v> H 1 a ioa Hım/iııtrıı ı m on ni /yi mıı hırı /iAtMOw
U.cUA Ulgdi iiltj AV^yiAİc/OA iöd UU»JUU)U ~ y CLŞCLKdlgl AAAUAAA Ll SJLtjy
XCflll və parazitlər yeni düşdüyü mühitə uyğunlaşırlar. Məsələn, istiqaıılılarda onlar hüceyrə
daxiii parazitliyə keçirlər. Leyşmaniyaları toyuq embrionunda, toxuma kulturalarında. NNN
aqarında yetişdirmək mümkündür.
Visseral leyşmanioz əsasən xroniki gedişə malik, dalğavari qızdırma, qaraciyər
və dalağın böyüməsi, getdikcə artan anemiya, leykopeniya, trombosito-peniya, EÇS-in kəskin
yüksəlməsi və kaxeksiyanın inkişaf etməsi ilə xarakterizə olunan xəstəlikdir.
Etiolog i yası. Törədicisi
L.donovani- dir. 4 yarımnövü vardır:
- L.d.donovani - Hindistan variantı.
downloaded from KitabYurdu.org