397
Tropik m al y ar i y a. Ən ağır forması hesab edilir. Malyariyadan ölənlərin 98%
bu formanın payına düşür. İlk dəfə xəstələnən (immuniteti olmayan) şəxslərdə, xüsusən uşaqlarda
letallıq çox yüksəkdir. Əsasən Afrika ölkələrində yayılmışdır. Latın Amerikası, Cənubi-Şərqi
Asiya ölkələrində də tez-tez qeyd edilir. Azərbaycanda tək-tək xaricdən gələn vətəndaşlar arasında
təsadüf edilir.
İnkubasion dövr 8-16 gündür. Xəstələrin bir qismində prodromal dövr ola bilər.
Amma ilk dəfə xəstələnənlərin əksəriyyətində xəstəlik kəskin, qəflətən başlayır. Üşütmə, güclü
baş ağrıları, sümük, əzələlərdə ağrı, qızdırma baş verir. Xəstəliyin ilk günlərində (3-8 gün)
qızdırma tutmalarına xas olan dövrülü-lük olmur. Tutmalar günun istənilən vaxtı qeyd edilir, daha
çox günün birinci yarısında olur. Bir tutmadan sonra digəri başlaya bilər. Tutmaların müddəti 12-
24-36 saata çatır. İlk dövrlər müşahidə edilən bu hal toxuma şizoqoniya prosesində olan
asinxroniya ilə əlaqədardır.
Tropik malyariya tutmaları üçün taxikardiyanın şiddətlənməsi, tənəffüsün
tezləşməsi, qan təzyiqinin kəskin düşməsi (80/40 mm c.s.) xarakterikdir. Quru öskürək, ağ
ciyərlərdə quru, yaş xırıltılar meydana çıxır, bronxit, bron-xopnevmoniya inkişaf edir.
Temperaturun düşməsi tərləmə ilə müşayiət olunur. Bu zaman tərləmə bir elə də
güclü olmur. Xəstəliyin ilk günlərindən herpeslor meydana çıxır. Qaraciyərin, dalağın böyüməsi
erkən dövrdən qeyd edilsə də, yalnız I həftənin axırlarında əlləmək mümkün olur. Xəstəlik üçün
dispeptik əlamətlər də xarate-rikdir.
Yüksək parazitemiya fonunda yoluxmuş eritrositlərin daxili üzvlərin ka-
pilyarlarına toplanması nəticəsində vaskuiitlər inkişaf edir. Mikrosiıkulyasiya-nın pozulması,
toxuma anoksiyası baş verir, müxtəlif üzv və sistemlərin - MSS, böyrəklərin, qaraciyərin, ağ
ciyərlərin, mədə-bağırsaq sisteminin zədələnməsi ilə əlaqədar simptomokomplekslər meydana
çıxır.
Periferik qanda İeykopeniya, neytropeniya, sola meyiliik, nisbi limfomo-nositoz,
eozinopeniya, trombosilopeniya qeyd edilir. Yaxmada və ya qalın damlada parazitlərin üzük
mərhələsi aşkar edilir. Qametositlər gec meydana
çıxdığına görə onlar erkən dövrlər aşkar edilmir. Ona görə də onların aşkar edilməsi xəstəliyin
müddəti haqqında fikir söyləməyə imkan verir.
İlk tutmalardan sonra özünü kəskin büruzə verən anemiya inkişaf edir.
Xəstələrdə sarılıq və hiperfermentemiya da müşahidə edilə bilər. Müalicənin gec, xüsusən
xəstəliyin 6-cı günündən sonra başlanması bir sıra hallarda xəstəliyin ağır formalarının inkişafı ilə
nəticələnir. Koma, İTŞ, KBÇ, hemoqlobinu-rik qızdırma və s. kimi ağırlaşmalar baş verə bilir.
Tropik malyariyanın ağır formalarında letallıq 10-40%-ə çatır.
Dörd günlük malyariya. İnkubasion dövr 21-40 günə bərabərdir, bir neçə ayadək
uzana bilər. Şizontlarla vena daxili yoluxma zamanı bir neçə günədək qısalır. Əsas fərqləndirici
xüsusiyyəti xəstəlikdən sonra Pl.mala-ria-nın 10 illərlə, bəzən 30-50 il qanda persistə etməsidir
(eritrositar şizoqoniya davam edir). Bu da qan köçürmə və infeksiyalaşmış tibb alətləri, iynələrlə
xəstəliyin ötürülməsinə səbəb ola bilər.
Prodromal dövr nisbətən az hallarda təsadüf edilir. Dörd günlük malyariya üçün
xəstəliyin ilk tutmalarından ciddi dövrülüyün olması xarakterikdir. Qızdırma tutmaları günün
downloaded from KitabYurdu.org
398
müxtəlif vaxtlarında ola bilər, lakin əsasən səhərlər, günorta və axşam düşənə qədər olur. Hər 72
saatdan bir təkrarlanır. Parok-sizmlərin davam etmə müddəti orta hesabla 13 saata bərabərdir.
Qaraciyər, dalaq böyüyür. Anemiya tədricən, iki həftəyə inkişaf edir, parazitemiyanın səviyyəsinin
üç günlük və tropik malyariyaya nisbətən zəif olduğuna görə özünü bir elə büruzə vermir. Dörd
günlük malyariyada çox vaxt uşaqlarda qeyd edilən (əsasən 5 yaşadək) nefrotik sindrom inkişaf
edir və sidikdə zülalların yüksək səviyyəsi, yayılmış ödemlə xarakterizə olunur. Xroniki xarakter
daşıyaraq, müalicəyə çətin tabe olur. Müalicə aparılmayan hallarda paroksizmlər 8-14 tutmadan
sonra kəsilir. 2-7 həftədən sonra residivlər olur və 1-3 dəfə təkrarlanır. Dörd günlük malyariya xoş
gedişə malik olub, laborator diaqnostikası pa-razitemiyanm aşağı səviyyədə olması ilə əlaqədar
çətinlik törədir.
O v a l e malyariya. İnkubasion dövrü 11-16 gün olub, xoş gedişi ilə seçilir.
Klinikikası üç günlük malyariyanı xatırladır. Lakin xəstəlik yüngül gedişi, parazitemiyanın yüksək
olmaması, paroksizmlərin yumşaq gedişi, temperaturun 39°C-dən yuxarı olmaması ilə fərqlənir.
Tutmaların axşam və gecə saatlarında baş verməsini də göstərmək lazımdır. Tutmaların sayı az
olub. 4-5 paroksizmdən sonra sağalma ola bilər. Hepatosplenomeqaliya özünü az büruzə verir,
xəstələrin bir qismində isə qeyd edilmir. Anemiya gec, 2-3 həftədən sonra olur. Residivləriıı
inkişafı üç günlük malyariyada olduğu kimidir. Xəstəliyin davam etmə müddəti 2 ilədək çəkə bilər.
A ğırlaşmalar. Çox vaxt tropik malyariyada və ilk dəfə xəstələnənlərdə qeyd
edilir. Ağır hallarda ölümlə belə nəticələnə bilir. Aşağıdakı ağırlaşmalar ola bilər: serebral
malyariya - malyariya koması, İTŞ, hemoqlobinurik qızdırma, böyrək çatmamazlığı, ağ ciyərlərin
ödemi, hemorragik forma, hipoqli-kemiya.
Serebral malyariya - malyariya koması - çox vaxt xəstəiiyin ilk günləri 24 -43
saatdan sonra baş verir. Üzülmüş, yorulmuş, çəkisini itirmiş, qidalanması pis olan insanlar və
hamilə qadınlarda ola bilər. Gedişində üç mərhələ ayırd edilir.
ilk dövrlər xəstə güclü baş ağrılarından, gözünə təzyiq hissindən, kəskin
zəiflikdən şikayətlənir. Rəngi avazıyır. Dərisi quru, sarıya çalan torpaq rəngi alır. Sklerada, selikli
qişalarda subikteriklik qeyd edilir. Apatiya olur, bəzən əksinə narahatlıq, vurnuxma müşahidə
edilir. Prekomatoz dövrdə xəstələr suallara həvəssiz, monoton cavab verir, tez yorulur, düşüncənin
dumanlanması, soporoz vəziyyət inkişaf edir. Müayinə də xəstənin başı arxaya atılmış vəziyyətdə,
ayaqları uzadılmış, qolları dirsək oynağından yarıbükülü olur. Menin-gial simptomlar müsbət olur.
Bununla bərabər likvorun müayinəsində təzyiq yüksəlmiş olsa da, sitoz qeyd edilmir və zülalların
miqdarı normal olur. Bu simptomlar serebral hipertenziyanm və alın payında olan mərkəzlərin
tonik zə-dələnməsi ilə əlaqədar meydana çıxır. Beyin qişasına qansızmalar belə mümkündür. Ayrı-
ayrı xəstələrdə ətraflarda klonik qıcolmalar, hətta ümumi tetanik və ya epilepsiyaya bənzər
qıcolma tutmaları belə qeyd edilə bilər. Komanın başlanması ilə reflekslərin itməsi müşahidə
edilir, ən axırda buynuz qişa və bəbək refleksləri itir.
Xəstələrin temperaturu 40,5-41,5°C-dək yüksəlir, taxikardiya, ürək tonlarının
karlaşması, arterial təzyiqin düşməsi, tənəffüsün səthi olması, tezləşməsi - 1 dəq. 40-50-yə çatması
(aqonal dövrdə Ceyn-Stoks tipdə tənəffüs) müşahidə edilir. Qaraciyər, dalaq böyümüş olur. Çanaq
üzvlərinin fəaliyyəti pozulur, qeyri-iradi sidik, nəcis ifrazı baş verir.
downloaded from KitabYurdu.org