5
infeksiyaları, virus hepatitləri bir problem kimi qalmaqda ikən, digərləri - herpes virus infeksiyası,
sitomeqalovi-rus infeksiyası, xlamidiozlar və s. geniş intişar tapmaqdadır.
Cəmiyyətdə olan dəyişikliklər - bir siyasi-iqtisadi formasiyadan digərinə keçmə,
əhalinin təbəqələşməsi, iqtisadi vəziyyəti qənaətbəxş olmayan əhali kütlələrinin meydana çıxması,
miqrasiya, qaçqınlar, köçkünlər problemi, müharibə şəraiti və digər ictimai - iqtisad faktorlar bir
qrup infeksion xəstəliklərin ağır gedişini şərtləndirirsə də, başqa bir qrup infeksiyalarm isə baş
qaldırmasına şərait yaradır.
Ona görə də infeksion patologiyalar haqqında müasir səviyyədə məlumatlara,
müasir müalicə və müayinə üsullarına yiyələnmək gələcək həkimlər -tələbələr üçün olduqca
önəmlidir. Bu xəstəliklərin erkən diaqnostikası, düzgün müalicə taktikasının və əks - epidemik
tədbirlərin işlənib hazırlanması nöqteyi-nəzərindən çox vacib şərtdir. Hansı ki, xəstənin öz taleyi
ilə bərabər, ətrafda-kıların da sağlamlıq vəziyyəti xeyli dərəcədə bundan asılıdır. Yaddan
çıxarmamaq lazımdır ki, xəstəlikdən ölənlərin 33%-i infeksion patologiyaların payına duşur.
Bu baxımdan günün tələblərinə cavab verən, elmin ən son nəaliyyətlərinə
əsaslanaraq dərsliklərin hazırlanmasının gənc kadrların, o cümlədən həkimlərin hazırlanmasında
mühüm əhəmiyyəti vardır. Uğurlu inkişaf yoluna qədəm qoymuş gənc respublikamız üçün bu son
dərəcə vacib məsələlərdən biridir.
Təqdim olunan kitab iki hissədən - ümumi və xüsusi hissədən ibarətdir. Ümumi
hissədə infeksion proses və infeksion xəstəliklər haqqında müasir baxışlar, infeksion xəstəliklərin
diaqnozu, diaqnozun əsas mərhələləri, infeksion xəstəliklərin təsnifatı və müalicə prinsipləri
müasir səviyyədə şəhr edilmişdir.
Xüsusi hissə 8 bölmədən ibarət olub, 41 xəstəlik haqqında ətraflı məlumat
verilmişdir. Xəstəliklərin etioloji-epidemioloji xüsusiyyətləri, patogenetik mexanizmi, kliniki
gedişi, mövcud klinik variantları ətraflı təsvir edilmiş; müasir diaqnostika üsullarına, differensial
diaqnostikasına və müalicə prinsiplərinə xüsusi diqqət yetirilmişdir. O cümlədən xəstələrin evə
yazılma qaydaları, sonrakı dispanser müşahidəsi məsələləri də işıqlandırılmışdır.
Azərbaycan Tibb Universitetinin «İnfeksion xəstəliklər» üzrə tədris proqramına
müvafiq olaraq hazırlanan bu kitabda əsasən ölkəmizdə daha çox rast gəlinən - ölkə patologiyasına
aid olan xəstəliklərə önəm verilmişdir. Xüsusən qarın yatalağı, dizenteriya, vəba, amöbiaz,
bruselloz, difteriya, virus he-patitləri, malyariya, leysmanioz kimi xəstəliklər geniş şərh edilmişdir.
Göstərilənləri nəzərə alaraq kitabı təkcə Tibb Universitetinin tələbələri üçün
deyil, praktik həkimlərin də istifadəsinə tövsiyyə etmək olar.
Müəllif.
ÜMUMİ HİSSƏ
İNFEKSİON PROSES VƏ İNFEKSİON XƏSTƏLİK
İnfeksion xəstəliklər ən geniş yayılmış xəstəliklərdən olub, insanlar arasında
qeyd edilən patologiyaların 20-40%-i onların payına düşür. Zaman keçdikcə elmə məlum olan
infeksion xəstəliklərin sayı da artmaqdadır. Belə ki, 1955-ci ildə 1062 infeksiya bəlli idisə, 2000-
ci ildə onların sayı 1200-ə çatmışdır. ÜST-nın məlumatına görə hər il ölüm hadisələrinin 33%-i
inieksion xəstəliklər səbəbindən olur. Infeksion xəstəliklərdən ölənlər ürək-damar
xəstəliklərindən tələf
olanlardan
iki
dəfə
artıqdır.
Zaman-zaman
epidemiya
və
downloaded from KitabYurdu.org
6
pandemiyalar şəklində yayılan inlcksiyalar milyonlarla insanın tələf olmasına səbəb olmuşdur.
Belə ki, XIV əsrdə taun pandemiyasında 50 milyondan artıq. XX əsrdə qrip pandcmiyasından
(«ispanka») isə 20-50 milyona qədər adam ölmüşdür. Təkcə 1973-1995-ci illərdə 29 yeni virus,
bakteriya və parazit (Rotavirus, Ebo-la virusu, QİÇS törədiciləri, hcpatit virusları, vibrio cholera
0 139. Bartonella henslae və s.) aşkar edilmişdir. İnieksion xəstəliklər çox qədim dövrlərdən insan
cəmiyyətində mövcud olmuşdur. Arxeoloji qazıntılarda hələ bizim eramızdan əvvəl yaşamış
heyvanların və insanların sümüklərində infeksion xəstəliklərin (vərəm, osteomielit, cüzam)
təsirindən baş vermiş müxtəlif dəyişiklik-lər aşkar edilmişdir, insan cəmiyyətinin inkişafı
infeksion xəstəliklərin baş verməsi və yayılması üçün əlverişli şərait yaratmışdır. Uzun
müddət insanlar infeksion xəstəliklərin nədən baş verməsini dərk edə bilmirdilər, lakin onların bir
şəxsdən başqalarına keçdiyini görürdülər. Odur ki, xəstəlikdən can qurtarmaq üçün daimi yerlərini
tərk edərək xəstəlik olmayan yaşayış məntəqələrinə qaçır və xəstəliyin yayılmasına səbəb
olurdular. Tez yayılmasına və əhalinin kütləvi qırğınına səbəb olduğu üçün xalq arasında infeksion
xəstəliklərə "azar", "qırğın" adları verilmişdir. O vaxtlar infeksion xəstəlikləri havanın xəstəlik
törədən buxarı - “miazma” ilə əlaqələndirirdilər. XVI əsrdə Fra-kastro infeksion xəstəliklərin
təmas yolu ilə yayılması fikrini irəli sürmüş və gözlə görünməyən canlılar
- kontagiyalar tərəfindən törədildiyi göstərmiş, onlara kontagioz xəstəlik adı vermişdir. XIX
əsrdən başlayaraq mikrobiologiya və virusologiyanın inkişafı infeksion xəstəliklərin elmi əsaslar
üzrə öyrənilməsinə imkan vermişdir. Belə ki, infeksion xəstəliklərin inkişafının bir sıra
məsələlərini aydınlaşdırmaq, onların diaqnoz, müalicə və profilaktika prinsilərini işl
əyib hazırlamaq mümkün olmuşdur.
İnfeksion xəstəliklərin adı latınca infectio - yoluxma, çirkləndir-mə. infıcio
- yoluxdururam sözlərindən götürülmüşdür, infeksiya sözü çox geniş ümumi bioloji məna daşıyan
məfhum olub, müəyyən bir patogen amilin (bakteriya, virus və s.) canlı orqanizmlərə (bitki,
heyvan. insan) daxil olması və onların qarşılıqlı əks təsiri - mübarizəsi ilə xarakterizə olunur.
Törədicinin orqanizmə daxil olması infeksion prosesin inkişafına səbəb olur. İnfeksion proses
məhdud zaman kəsiyində. xarici mühitin müxtəlif təsir amilləri (ictimai, iqtisadi, iqlim və s.)
şəraitində mikroorqanizm ilə makroorqanizm arasında gedən
mürəkkəb bir prosesdir - ekoloji konfliktdir. Özünü orqanizmdə bütün səviyyələrdə - toxuma,
hüceyrə, molekulyar, submolekulyar və s. -gedən dəyişikliklərlə büruzə verir. İnfeksion proses
zamanı orqanizmin bütün fizioloji mühafizə və uyğunlaşma reaksiyaları səfərbərliyə almır.
İnfeksion prosesin mərhələlərindən, formalarından biri infeksion xəstəlikdir və yalnız ali - yüksək
bioloji inkişaf mərhələsinə çatmış canlılarda - insanda və digər fəqərəlilərdə rast gəlinir. Törədici
amilin orqanizmə daxil olması heç də həmişə infeksion xəstəliyin inkişafına səbəb olmur.
İnfeksion xəstəliyin baş verməsi üçün pato-gen törədici amilin, həssas orqanizmin və yoluxma
üçün şəraitin olması vacib şərtdir. Göstərilən şərtlər zaman-zaman dəyişikliyə məruz qalır.
İnfeksion xəstəliyin baş verməsi, onun klinik gedişi, təzahür formaları, nəticəsi
mikro- və makroorqanizmin bir sıra xüsusiyyətlərindən asılıdır. İlk növbədə törədicinin -
mikroorqanizmin rolu qeyd edilməlidir. O infeksion prosesin baş verməsini, onun
spesifikliyini təmin edir, gedişinə təsir göstərir. İnfeksion prosesin inkişafı mikroorqanizmin bir
downloaded from KitabYurdu.org