421
toksoplazmozun payına düşür. Ensefalitlə birlikdə prosesdə ağ ciyərlər, ürək, qaraciyər, mədəaltı
vəzi və s. zədələnə bilər. Bəzən xəstələrdə xorioretinit inkişaf edir. Onurğa beyni mayesinin
müayinəsində mononukulear pleositoz, zülalların miqdarının artması müəyyən edilir.
Senirifuqadaıı keçirdikdən sonra hazırlanmış yaxmada isə trofozoitləri aşkar etmək olur. Onu da
göstərmək lazımdır ki, qanda antitellər aşkar edilmədiyi halda, onları onurğa beyni mayesində
aşkar etmək mümkündür. Bu da müəyyən diaqnostik əhəmiyyətə malikdir. Kompüter
tomoqrafiyada beyin toxumalarında nekroz sahələr, diffuz ensefalit
əlamətləri aşkar edilir. İİV infeksiyası zamanı ensefalitlərin mənşəyini müəyyən etmək üçün
laborator tədqiqatlar aparılmalıdır. Bu halda beyindən götürülmüş materialda trofozoit və
sistaların, digər bioptatlarda və onurğa beyni mayesində PZR-mn köməyi ilə toksoplazma
antigeninin aşkar edilməsi diaqnos-tik əhəmiyyətə malikdir. Eyni zamanda primetamin və
sulfadimezinlə aparılan sınaq müalicəsinin effektli olması da, ensefalitin toksoplazmoz
etiologiyalı olmasına dəlalət edir.
Proqnozu. Xroniki toksoplazmozda proqnoz xoşdur. Kəskin tokso-plazmozda,
xüsusən anadangəlmə toksoplazmozun həm kəskin, həm də xroniki formalarında proqnoz ciddidir.
Diaqnozu. Toksoplazmozun diaqnozu klinik-laborator müayinələrə əsaslanaraq
qoyulmalıdır. Kəskin toksoplazmoz zamanı xəstələrdə polilimfa-denit, xüsusən mezadenitlə,
hepatolienal sindromla, artralgiya, mialgiya, göz sinirlərinin zədələnməsi və miokarditin inkişafı
ilə müşayiət olunan neyroin-feksiya əlamətlərinin olmasına diqqət yetirmək lazımdır.
Anadangəlmə toksoplazmozda isə neyroinfeksiya əlamətləri ilə yanaşı ekzantemalarla, baş
beyində kirəcləşmiş ocaqların, xorioretinitlərin olması ilə gedən parazitar sepsisin olması
araşdırılmalıdır. Eyni zamanda epidemioloji anamnezə də diqqət yetirilməlidir. Belə ki, evdə
pişiklərin olması, çiy və yaxşı bişməmiş ət məhsullarının istifadəsi, dadına baxılması kimi halların
olması və s. nəzərə alınmalıdır.
Laborator müayinələrdən bioloji materiallarda, xüsusən onurğa maye-
p •
sində toksoplazmoz əleyhinə IgM antitellərinin aşkar edilməsi, qanda və onurğa beyni mayesində
trofozoitlərin tapılması, müxtəlif bioloji məhlullar və biop-siya materiallarında PZR üsulu ilə
toksoplazmoz antigenlərinin müəyyən edilməsi diaqnoz qoyulmasına əsas verir.
Xroniki toksoplazmozun diaqnozu yalnız xəstələrdə digər xəstəliklər inkar
edildikdən sonra qoyula bilər. Bu zaman tosoplazminlə dəri-allergik sınaqdan istifadə edilir. Belə
ki, 0,1 ml toksoplazmin götürülüb dəri daxilində yeridilir. Əgər əmələ gələn hiperemiya və infıltrat
10 mnı-dən böyük olarsa və 48 saatdan sonra ölçüləri kiçilməzsə, müsbət hesab edilir. İnfeksion
prosesin fəallığını müəyyənləşdirmək üçün toksoplazminin fizioloji məhlulda müxtəlif nisbətlərdə
1:10, 1:100, 1:1000, 1:10000, 1:100000 həll edilmiş məhlulları tətbiq edir. Bu məhlullardan 0,1
ml götürülərək dəri daxili sınaq qoyulur. Fəal proses olduqda 1:100000 və daha yüksək nisbətdə
qarışdırılmış toksoplazmin məhlulu ilə sınaq müsbət olur. Bu sınaqdan xəstəliyin müalicəsində
toksoplazminin dozasını seçmək üçün də istifadə edilir.
Seroloji və allergik reaksiyaları qiymətləndirərkən nəzərə almaq lazımdır ki, bu
reaksiyalar 30%-dək sağlam şəxslərdə və bəzi digər xəstəliklər zamanı da müsbət ola bilər.
Seroloji reaksiyaların, xüsusən də toksoplazminlə sınağın mənfi olması xroniki toksoplazmozu
downloaded from KitabYurdu.org
422
tam inkar etməyə əsas verir. Kliniki əlamətlər olmadıqda bu reaksiyaların müsbət olması yalnız
yoluxmanı göstərir. Yalnız klinik əlamətlər fonunda müsbət olmasının diaqnostilc əhəmiyyəti
vardır.
Latent toksoplazmoz diaqnozu əlamətlər olmadığına görə seroioji reaksiyalarla
İgG-nin təyini və toksoplazmin sınağının köməyi ilə qoyula bilər. Kliniki. əlamətlər olmadan İgM
aşkar edilməsi keçən 13 ay müddətində ilkin yoluxmanı göstərir.
A.'X'k
I -r' V
Hamilə qadınlarda toksoplazmozun diaqnozunun qoyulmasının və anadangəlmə
toksoplazmoz ehtimalı olmasının müəyyənləşdirilməsinin böyük əhəmiyyəti vardır. Hamiləlik
zamanı seroloji reaksiyaların müsbət olması yoluxmanı göstərir. 2-3 həftəlik fasilə ilə aparılan
seroloji reaksiyalarda İgG anti-tellərinin titrinin dinamikada 2 dəfə və daha çox artması, müvafiq
epidemio-loji anamnez fonunda təzə yoluxma olması haqqında fikirləşməyə əsas verir. Bioloji
məhlullarda trofozoitlərin tapılması və onurğa beyni mayesində tokso-plazma DNT-nin PZR-nin
köməyi ilə aşkar edilməsi bunu təsdiq edir. Dəri-allergik reaksiyanın mənfi olub, seroloji
reaksiyaların müsbət olması təzə yoluxmanı göstərir, İgM sinfindən olan antitellərin aşkar edilməsi
kəskin tok-soplazmoza dəlalət edir. KBR-nin mənfi olması, seroloji reaksiyaların və dəri-allergik
sınağın müsbət olması latent və ya xəstəliyin xroniki formasını göstərir. Bütün seroloji
reaksiyaların mənfi olub, yalnız toksoplazminlə sınağı müsbət olması keçmişdə toksoplazmoz
keçirilməsini və ya davam edən xroniki prosesi göstərir.
Qeyd etmək lazımdır ki, hazırda tosoplazmozun laborator diaqnostikasında
spesifik İgM və İgG antitellərini təyin etməyə imkan verən İFM və PZR molekulyar-bioloji
üsulundan geniş istifadə edilir. Qanda və onurğa beyni mayesində trofozoitlərin aşkar edilməsi də
bir diaqnostik üsul kimi tez-tez tətbiq edilir. Əvvəllər istifadə edilən KBR, presiptasiya,
immunoflürossensiya, Do-HAR, Sebin-Feldman reaksiyası və toksoplazminlə dəri-allergik sınaq
az istifadə edilir.
Göstərildiyi kimi toksoplazmozun diaqnozunda parazitoloji üsul daha çox
əhəmiyyət kəsb edir. Bu zaman törədicini qanda, onurğa beyin mayesində, limfa düyünlərində,
badamcıqlardan götürülmüş materiallarda, patoloqana-tomik müayinələrdə daxili üzvlərdən
götürülmüş histoloji kəsiklərdə aşkar etmək olur. Hamiləliyin pozulması zamanı cift, dölyanı qişa
və maye tədqiq edilir.
Toksoplazmozun diaqnozunu qoymaq məqsədilə patoloji materiallar laborator
heyvanlara yoluxdurub, 7-10 gündən sonra onların peritoneal mayesinin müayinə edilib,
öyrənilməsi də diaqnoz qoymağa əsas verə bilər.
Diferensial
diaqnozu. Kəskin
toksoplazmozu
digər
mənşəli
meninqoensefolitlərdən
fərqləndirmək
lazımdır.
Bu
zaman
toksoplazmozun kliniki
polimorfiziminə, ağır, getdikcə proqressivləşən gedişinə və adi müalicə vasitələrinin nəticə
verməməsinə diqqət yetirmək lazımdır. Törədicilərin tapılması və seroloji reaksiyaların müsbət
olması həlledici rol oynayır. Tosoplaz-moz əleyhinə aparılan sınaq müalicəsi də diferensial
diaqnostik əhəmiyyətə malikdir.
downloaded from KitabYurdu.org
423
Xroniki toksoplazmozu birləşdirici toxumanın sistem xəstəliklərindən, bəzi qan
xəstəliklərindən, vərəmdən, kəskin tonzillitdən, appendisitdən, xroniki xolisisto-xolangitdən, İİV-
infeksiyasının erkən əlamətlərindən, gözün, sinir sisteminin digər etiologiyalı xəstəliklərindən və
s. diferensasiya etmək lazımdır.
Müalicəsi. Toksoplazmozun müalicəsi kompleks aparılmalıdır. Kəskin
formaların müalicəsində əsas diqqət etioirop preparatlara yönəldilir. Etiotrop müalicə məqsədi ilə
iki və ya üç antiparazitar preparatın tətbiqi məqsədəuyğun hesab edilir. Belə ki, xloridin,
sulfadiazin və ya sulfadimczin və tet-rasiklinin birlikdə kombinasiyası təklif edilir. Xloridin
(tindurin, primetamin, daraprim) iki gün müddətində, gündəlik doza 100-200 mq olmaqla təyin
edilir. Gündəlik doza 2 dəfəyə qəbul edilməlidir. Sonrakı günlər gündəlik doza 75 mq-a endirilir.
Sulfadimezin 2,0 q, tetrasiklin isə 1,2 q təyin edilməlidir. Eyni zamanda qlükokortikosteroidlər
(prednizonol 20-40 mq, 12-15 gün), dezintok-sikasiya edicilər təyin edilməlidir. Müalicə normal
temperaturun 10-cu gününədək aparılmalıdır. Hər 10-14 gündən bir preparatların biri və ya ikisi
digəri ilə əvəz edilməlidir. Belə ki, xloridinin əvəzinə delaqil 0,250 x 3, trixopol 0,25 x 3 təyin
edilə bilər. Göstərilən preparatlar qan yaranmaya təsir etdiyinə görə müalicə periferik qana nəzarət
etməklə aparılmalıdır və eyni zamanda xəstələrə 6-10 mq fol turşusu (və ya Ca-folinat) təyin edilir.
Bəzi müəlliflər etiotrop müalicəni 2 preparat, xloridin və sulfadimezinlə
aparılmasını təklif edirlər. Bu zaman müalicə 3-4 həftə müddətində aparılır və xloridin bir gün 75-
100 mq, II gündən başlayaraq isə gündə 25 mq, sulfadimezin isə 4 q-dan təyin edilir.
Uşaqların müalicəsində isə xloridin hər kq çəkidə 1 mq, eyni zamanda baktrim
120 hər kq çəkiyə 1/2 həb təyin edilir. Gündəlik doza iki dəfəyə verilməlidir. Paralel olaraq hər kq
çəkiyə 1,5 mq prednizolon və gündə 2 mq olmaqla Ca-folinat qəbul edilməlidir. Müalicənin
müddəti böyüklərdə olduğu kimidir. Bununla bərabər etiotrop preparatların onurğa beyin
mayesində zülalın miqdarının lq/1 düşənədək verilməsi lazımdır. Müalicə məqsədilə
delagil, aminoxinol, metranidozol, sulfadimezin, tetrasiklin qrupundan olan antibiotiklərdə işlədilə
bilər.
İİV infeksiyası zamanı müşahidə edilən toksoplazmozda da eyni preparatlar
təyin edilir. Yalnız sulfadimezinin dozası 2 dəfə artırılır. Ca-folinat isə 50 mq-a çatdırılır.
Prednizolon verilmir. Müalicə 3-6 həftə çəkir. Vəziyyət sabitləşdikdən sonra belə insanlar bütün
həyatları boyu hər gün 50 mq xloridin, 2 q sulfadimezin, 10 mq Ca-folinat qəbul etməlidir.
Xroniki toksoplazmozun müalicəsi 2 mərhələdə aparılmalıdır. I mərhələdə 7-10
gün müddətində trofozitlərin məhv edilməsi üçün etitrop preparatlar təyin edilir. Vitaminlər,
antihistamin preparatlar, zəif dozada kortikosteroidlər verilir. II mərhələdə toksoplazminlə
spesifik müalicə aparıla bilər. Toksoplaz-minin istifadə ediləcək məhlulunun qatılığı hər bir xəstə
üçün fərdi olaraq müəyyən edilir. Belə ki, ayrı-ayrı qatlıqda hazırlanmış (1:10, 1:100,
1:1000, 1:10000, 1:100000 və s.) məhlullardan dəri daxili sınaq qoyulur. Dəri üzərində əmələ
gələn hiperemiya və infiltratm diametri 10 mm-dən artıq olmayan ən yüksək konsentrasiyalı
məhlul seçilir. Seçilmiş məhluldan I gün 0,1 ml-dən 3 yerə, II gün 0,1 ml-dən 4 inyeksiya, sonrakı
günlər isə hər dəfə iııyeksiyalar artırılaraq, VIII günə 10 inyeksiyaya çatdırılır. İnyeksiyalar dəri
daxili vurulur. Müalicə vaxtı lıər güıı ümumi ultrabənövşəyi şüalanma aparılır. Şüalanma 1/4 doza
ilə başlayıb, tədricən artırılaraq 1 dozaya çatdırılmalıdır. Onu da göstərmək lazımdır ki, xroniki
downloaded from KitabYurdu.org
424
toksoplazmozun müalicəsində yanaşı gedən xəstəliklərin və digər xroniki iııfeksiya ocaqlarının
saııasiyası da aparılan müalicənin effektliyinə müsbət təsir göstərir.
Xroniki toksoplazmozda antiparazitar preparatların 10 gündən artıq verilməsi
məsləhət deyildir. Belə ki, törədicilər hüceyrə daxili yerləşməklə bərabər, sistaların qişaları da bu
preparatları daxilə buraxılmadıqlarından heç bir təsir göstərmirlər.
Hazırda xroniki toksoplazmozun müalicəsində immun sistemin fəallaş-masına
xüsusən T-limfositlərə və mononuklear-faqositar sistemə yönələn müasir immunostimulyatorların
tətbiqinə üstünlük verilir. Tosoplazminlə müalicə məqsədyönlü hesab edilmir.
Hamilə qadınların müalicəsi xüsusi praktik əhəmiyyətə malikdir. Əgər yoluxma
hamiləliyə qədər baş vermişsə və heç bir klinik əlamət yoxdursa müalicə aparılmasına ehtiyac
yoxdur. Əgər müəyyən əlamətlər qeyd edilərsə (xroniki toksoplazmoz) bu halda
immunreaktivliyin yüksəldilməsinə yönələn müalicə tədbirləri aparılması kifayət edir.
İnfeksiyalaşma hamiləliyin erkən dövrlərində, 1-3 aylıqda baş vermişsə, mənfi seroloji
reaksiyaların müsbət olması, toksoplazmoz əleyhinə İgM antitellərin meydana çıxması və titrinin
artması müəyyən edilirsə, bu halda anadangəlmə, özü də ağır formada toksoplazmoz ehtimalı
artmış olur. Belə hallarda teratogen təsiri olmayan spiramisin (ravo-misin) təyin edilir. Müalicə
hamiləliyin 18-ci həftəsindən başlayaraq 4-6 həftə müddətində aparılır. Gündəlik doza 3-6 mil.
təsir vahidi təyin edilir. Müalicənin eubiotiklər fonunda aparılması vacibdir. Əgər invaziya
hamiləliyin II və III üç aylığında baş vermişsə bu halda da spiramisin verilməsi məsləhətdir. Bu
cür yoluxmalar zamanı digər preparatlar da (xloridin, trixopol, sulfadimezin, tet-rasiklin və s.)
tətbiq edilə bilər.
Hamilələrdə kəskin toksoplazmoz inkişaf edərsə, müalicə kəskin
toksoplazmozda olduğu kimi aparılır və müalicədən sonra hamiləlik pozulur.
Anadangəlmə toksoplazmozun müalicəsi uzun müddətli olub, bəzən körpənin
həyatının I ili boyu aparılır. Gündəlik doza hər kq çəkiyə 1 mq xloridin, 50-100 mq sulfadimezin
olmaqla, 3-4 həftə təyin edilir. Sonra hər kq çəkiyə 10 mq olmaqla spiramisin verilir və 4-6
həftədən sonra yenidən xloridin-sulfadimezinə keçilir və gündə 3 dəfə 5-10 mq fol turşusu təyin
edilir.
Profilaktikası. Pişiklərlə, xüsusən infeksiyalaşmış pişiklərlə təmasda olmaq
məhdudlaşdırılmalıdır. Şəxsi gigiyena qaydalarına ciddi əməl edilməlidir. Çiy və yaxşı bişməmiş
ət məhsullarının dadına baxılması, yaxşı bişməmiş ət məhsullarının istifadə edilinəsi yol
verilməzdir.
MÜNDƏRİCAT
Səh.
Qısaldılmış ifadələr......................................................... 3
Ön söz............................................... 5
I. ÜMUMİ HİSSƏ........................................................... 7
İnfeksion proses və infeksion xəstəlik................................. 7
İnfeksion xəstəliklərin diaqnozu....................................... 13
İnfeksion xəstəliklərdə labarotor müayinə üsulları................. 20
İnfeksion xəstəliklərin diaqnozunun əsas mərhələləri............. 22
downloaded from KitabYurdu.org
425
İnfeksion xəstəliklərin təsnifatı.................................................. 25
İnfeksion xəstəliklərin əsas müalicə prinsipləri.......................... 27
II. BAĞIRSAQ İNFEKSİYALARI....................................... 33
Qarın yatalağı. Paratif A və B......................................... 33
Dizenteriya................................................................................ 56
Vəba........................................................................................... 77
Salmonelloz................................................................................ 91
Eşerixioz.................................................................................... 104
Botulizm.................................................................................... 111
Qidatoksikoinfeksiyaları............................................................ 121
Amöbiaz.................................................................................... 129
Virus diareyaları:........................................................................ 142
Rotavirus xəstəliyi............................................................... 142
Parvovirus infeksiyası......................................................... 147
Pikarnoviruslar.................................................................. 148
Enteroviruslar.................................................................... 150
III BAKTERİAL ZOONOZLAR................................................. 158
Bruselloz................................................................................... 158
Qara yara................................................................................. 177
Leptospiroz............................................................................... 184
Taun......................................................................................... 194
Tulyaremiya.............................................................................. 207
İersinioz..................................................................................... 213
IV. DİGƏR BAKTERİAL İNFEKSİYALAR.................................. 121
Difteriya.................................................................................... 121
Meninqokokk infeksiyası.......................................................... 239
Güzaz........................................................................................ 255
Qızı İy el...................................................................................... 264
V. VİRUS HEPATİTLƏRİ............................................................ 271
VI. RİKKETSİOZLAR................................................................... 315
Epidemik səpgili yatalaq........................................................... 317
VII. HELMİNTOZLAR.................................................................. 325
VIII. VİRUS İNFEKSİYALARI....................................................... 336
Qrip......................................................................................... 336
Quş qripi................................................................................... 346
Kəskin respiratorvirus infeksiyalan:.......................................... 350
Paraqrip infeksiyası....'........................................................ 350
Adenovirus infeksiyası...................................................... 353
Respirator sinsitial infeksiya.............................................. 356
Rinovirus infeksiyası......................................................... 35S
Koronovirus infeksiyası..................................................... 360
downloaded from KitabYurdu.org
426
Herpes virus infeksiyaları:........................................................ 362
Sadə herpes........................................................................ 363
Su çiçəyi............................................................................. 374
Kəmərləyici dəmrov........................................................... 380
Infeksion mononukleoz..................................................... 384
Sitomeqalovirus infeksiyası................................................ 391
Quduzluq................................................................................... 397
IX. İBTİDAİLƏRİN TÖRƏTDİYİ XƏSTƏLİKLƏR.................... 403
Malyariya................................................................................... 403
Leyşmanioz:............................................................................... 420
Visseral leyşmanioz............................................................ 421
Dəri leyşmaniozu................................................................ 425
Antroponoz dəri leyşmaniozu............................................. 425
Zoonoz dəri leyşmaniozu.................................................... 426
Yeni dünya dəri leyşmaniozu.............................................. 427
Toksoplazmoz............................................................................ 430
CƏLAL PAŞA oğlu İSAYEV
İNFEKSİON
XƏSTƏLİKLƏR
Yığılmağa verilib: 02.02.09. Çapa imzalanıb: 27.02.09.
Format 70x100 '/,
6
. F.ç.v. 27,75. Sifariş JVa 24. Kağız ola növ. Tiraj 500 nüsxo. Qiymoti
müqavilə ilə
“Tİ-MEDİA ” şirkətinin mətbəəsi
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |