411
Lakin palpasiyada az ağrılı olur. 1-2 həftədən sonra əmələ gəlmiş leyşma-niomanin ortasında
nekrozlaşma baş verir. Kənarları girintili-çıxıntıh, diametri 2-4 mm-ə çatan xora formalaşır. ADL
qabarcığından fərqli olan ZDL-də qa-barcıq daha böyük ölçüdə olması, çəhrayı-qırmızı rəngi,
qabarcıqda və onun ətrafında daha geniş sahələri əhatə edən infiltrat və ödemin olması, sürətlə iri-
ləşməsi ilə fərqlənirlər. Infiltratlaşmış toxumanın nekrozlaşması ilə əlaqədar xora genişlənərək
diametri 5 sm-ə çata bilər.
Çox vaxt ilkin leyşmaniomaların ətrafında çox sayda 5-10-dan tutmuş 100-150-
dək xırda qabarcıqlar əmələ gəlir. Tezliklə xoralaşaraq bir-biri ilə birləşir. Xoralaşmış geniş
sahələr meydana çıxır. Xoranın kənarları girintili-çıxın-tılı, qazılmış, dibi nekroz kütlələri və
seroz-irinli ifrazatla örtülü olur. II aydan başlayaraq xoranın dibi təmizlənir. Papillomaları
xatırladan qranulyasiya başlayır. Artıq qranulyasiya toxuması qopduqdan sonra çox vaxt xoranın
mərkəzində kələ-kötür epitelizasiya sahələri meydana çıxır. Proses 5-6 aya tamamlanır - xoralar
epitelləşib çapıqlaşır.
YENİ DÜNYA DƏRİ LEYŞMANİOZU
Amerika qitəsi dövlətlərində leyşmaniyalann müxtəlif variantları və ya növləri
tərəfindən törədilən 3 qrup leyşmanioza rast gəlinir: Kliniki gediş Aralıq dənizi - Orta Asiya
visseral leyşmaniozuna çox oxşar olan vissercıl leyşmani-oz, dəri və dəri-selikli qişa
leyşmaniozları. Müasir müayinə üsulları ilə Amerikada leyşmaniozların ayrı-ayrı variantlarının
törədiciləri arasında antigen fərqlərinin olduğu müəyyən edilmişdir. Keçiriciləri
isə lutzomyiacinsindən olan hü-nülərdir.
Cənubi Amerikada (Braziliya, Boliviya, Venesuaİa, Kolunmbiya, Peru)
yayılmış dəri-selikli qişa leyşmaniozu L.braziliensis tərəfindən törədilir. Keçiriciləri hünülərdir.
Infeksiya mənbəyi xırda meşə gəmiriciləridir. Xəstəlik digər dəri leyşmaniozlarmm əlamətləri ilə
xarakterizə olunur. 80% hallarda proses burun, udlaq, qırtlaq selikli qişalarına yayılır. Təkcə selikli
qişalarda deyil, qı-ğırdaqda da destruktiv dəyişikliklər inkişaf edir. Dəridə xoralar
sağaldıqdan sonra
belə
selikli
qişalarda,
burun
çəpərində,
qırllaqda,
traxeyada
toxumanın dağılması proqressivləşir. Bu isə xarici görünüşün eybəcərləşməsi ilə nəticələnir.
II-li bakterial infeksiyanın qoşulması ağır pnevmoniyanın inkişafına, hətta
ölümə gətirib çıxarır. Müalicə aparılmadıqda xəstəlik ölümlə nəticələnir.
Çiklero xorası -
kauçuk toplayanlar xorası. Törədicisi
L.mexicana. İnfek-siya
mənbəyi xırda meşə gəmiriciləridir. Xəstəlik Meksikada, Qvatemalada, Hondurasda, ABŞ-da
meşədə işləyənlər - kauçuk şirəsi yığanlar və s. arasında yayılmışdır. Klinikası dəri leyşmaniozunu
xatırlatsada, 40% hallarda qulaq seyvanının zədələnərək, dağılması ilə xarakterizə olunur. Selikli
qişalar prosesə cəlb olunmur. Uzun sürür.
Amazon leyşmaniozu - törədicisi L.m.amazonensis, infeksiya mənbəyi xırda
gəmiricilər, tülkü, opossumlar - kisəli xırda gəmiricilərdir. Amazon vadisində, Braziliya və
Trinidada qeyd edilir. Əsasən dəri zədələnir. Aşağı ətraflarda müşahidə edilir. Bu xəstəlyin
keçiricisi olan hünü növlərinin yalnız yer səthinə yaxın - 1 metrədək hündürlükdə - uçmağa
uyğunlaşması ilə izah edilir.
Diffuz dəri leyşmaniozu - törədicisi L.m.pifanoi. Xəstəliyi keçirən hünülə-
downloaded from KitabYurdu.org
412
rin növü və infeksiya mənbəyi bəlli deyildir. Braziliya və Venesuelada rast gəlinir. Tuberkuloid
formanı xatırladır. Uzün eybəcərləşməsinə səbəb olan, xora-laşmayan yayılmış infıltratlaşma
inkişaf edir. Selikli qişa zədələnmir.
Meşə frambeziyası - törədiciləri
L.braziliensis guyanensis. Braziliya, Qvineya,
Venesuelada əsasən daima meşədə işləyənlər arasında rast gəlinir. Bütün bədəndə, dəridə tək-tək
və ya çox sayda kraterə bənzər, ağrısız xoralarla özünü büruzə verir. 9 aya yaxın davam edərək
öz-özünə sağalır. Selikli qişa zədələnmir.
Panama leyşmaniozu - törədicisi
L.b.panamensis. İnfeksiya mənbəyi meşə
gəmiriciləri, meymunlar və s.-dir. Panama və digər Mərkəzi Amerika ölkələrində təsadüf edilir.
Meşədə işləyənlər yoluxur. Dəridə sonradan xoralaşan in-fıltratlar meydana çıxır. Dərinin
zədələnməsi (xüsusən dodaqlarda olarsa) ağrılı olur. Öz-özünə sağalmır. Uzun sürür.
Peru leyşmaniozu - törədicisi
L.peruviana. Yoluxma xəstə itlərdən baş verir.
Endemik ocaqlarında itlərin 50%-i yoluxmuş olur. Peruda və Argentinada dağlıq ərazilərdə əsasən
1800-2700 m yüksəklikdə olan yaşayış məntəqələrində qeyd edilir. Kliniki olaraq zoonoz dəri
leyşmaniozuna oxşayır. 4 ay davam edir, öz-özünə sağalır.
Venesuela leyşmaniozu - törədicisi
L.qarnhami. Venesuelanın dağ rayonlarında
rast gəlinir. Keçiriciləri və infeksiyanın mənbəyi məlum deyildir. Dəridə olan dəyişikliklərlə özünü
büruzə verir 6 ay davam edir. Əmələ gəlmiş xoralar çapıqlaşaraq öz-özünə sağalır.
Diaqnozu. Differensial diaqnozu. Dəri leyşmaniozunun müxtəlif formalarının
diaqnozunun qoyulmasında epidemioloji məlumatların mühüm əhəmiyyəti vardır. Həmçinin hər
bir forma üçün xarakterik olan klinik əlamətlər də diaqnoz qoymağa əsas verir. Laboıator
diaqnostika visseral leyş-maniozda olduğu kimi aparılır. Patoloji material zədələnmiş dəridən
(qabarcı-qdan, xoradan, infıltratın kənarından), selikli qişalarından götürülür. ZDL-da xırda
infıltratda leyşmaniyalar az olduğuna görə diaqnozun qoyulmasında çətinliklər yaradır. Ona görə
də bir neçə dəfə təkrarlanan müayinələr aparmaq lazımdır. Yeni dünya dəri leyşmaniozunda
leyşmaninlə dəri-allergik sınaq -Monteneqro sınağı və seroloji müayinələrdən istifadə edilir.
Dəri leyşmaniozların müxtəlif dermatozlardan (fumnkul, piodermiya və s.), dəri
vərəmindən, qırnnzı qurdeşənəyindən, sifilis mənşəli dəri zədələnmələ-rindən, dərin mikozlardan
differensasiya etmək lazım gəlir.
M ii a I i c ə s i. Dəri leyşmaniozunda müalicə taktikası xəstəliyin dövründən və
ağırlığından asılı olaraq seçilir. Erkən dövrlərdə leyşmaniomaların daxilinə (dəri daxilinə)
mepakrin (akrixin), monomişin, urotropin yeridilir. Göstərilən preparatlardan hazırlanmış
məlhəmlər, islatmalar da istifadə etmək olar. Xora mərhələsində gündə 3 dəfə 250.000 vahid
olmaqla monomisiıı yeridilir. Müalicə kursu 10 mil. vahid. Uşaqlara hər kq çəkiyə 4-5 min təsir
vahidi təyin edirlər. Hazırda monomişin istehsaldan çıxarılmışdır.
Gündə 3 dəfə 0,2 q-dan aminoxinolon da istifadə edilir. Kurs müalicəsi 11-12 q.
Lazer şüaları ilə müalicənin tətbiqi də (xüsusən qabarcıq mərhələsində) yaxşı təsir göstərir - kobud
çapıqlaşmaların qarşısını alır. Zoonoz leyşma-niozların ağır gedişlərində 5-valentli sürmə
preparatları işlədilir. Visseral leyş-maniozda olduğu kimi, həmin dozalarda verilir. 10-12 günlük
müalicə kursu kifayət edir.
downloaded from KitabYurdu.org