415
Toksoplazmaların kulturalarının alınması laborator heyvanların yoluxdurulması
yolu ilə əldə edilir. Toksoplazmaların yetişdirilməsi məqsədi ilə toyuq embrionundan və toxuma
kuituraiarmdan da istifadə edilir.
Epide m iologi yası. Toksoplazmoz təbii ocaqlı zoonoz xəstəliklərə aiddir.
İnfeksiya mənbəyi bir çox ev heyvanları, vəhşi məməlilər və quşlar hesab edilir. Təbiətdə bu
heyvanlar arasında xəstəliyin epizotiyası da baş verə
bilər. Yoluxma əsasən fekal-oral yolla olur. Bir sıra hallarda yoluxma vertikal
olaraq hamilələrdə anadan dölə verilir.
€
Infeksiyanın antrapurgik və təbii ocaqları ayırd edilir. Parazitlərin ətraf mühitə
yayılması əsas sahibləri olan ev pişikləri və pişikkimiləri fasiləsindən olan heyvanların ifrazatları
ilə olur. Toksoplazmoz 11 O-dan çox quş növündə də qeyd edilir. Bu heyvanlar yoluxduqdan sonra
parazitin aralıq sahibi rolunu oynayırlar. Aralıq sahiblər əgər pişik və pişikkimilər fəsiləsindən
olan heyvanlar tərəfindən ovlanılıb qida kimi qəbul olunmazsa, onlar epidemioloji zəncirin son
həlqəsi olurlar. Aralıq sahib olan heyvanlarla (ev heyvanları, it və s.) təmasda olma onların
törədiciləri xarici mühitə ifraz etmədiklərinə görə yoluxma təhlükəsi nöqteyi-nəzərindən
təhlükəsizdir. Xəstə insanlar da aralıq sahib olduğuna görə ətrafdakılar üçün heç bir təhlükə təşkil
etmirlər. İnsanların yoluxması heyvanların yaxşı bişməmiş, çiy ətindən istifadə etdikdə, pişiklərin
ifraz etdiyi oosistaları udduqda baş verin Qeyd edilməlidir ki, ev pişiklərinin yalnız 1%-ə
qədərində oosista ifrazetmə müşahidə edilir.
Qeyd etdiyimiz kimi hamiləlik zamanı toksoplazmozla yoluxma baş verərsə,
dölün bətndaxili yoluxması ola bilər. Yoluxma hamiləliyin birinci 3 aylığında olarsa, bu zaman
anadangəlmə toksoplazmoz 15-20% halda qeyd edilir və ağır keçir. Sonuncu 3 aylıqda olarsa
dölün yoluxması 65% halda qeyd edilir və yeni doğulmuşların bir qismində infeksion prosesin
klinik əlamətləri bir elə büruzə vermədən keçir. Əgər yoluxma hamiləlikdən az əvvəl olarsa (6
ayadək müddətdə) dölün yoluxma ehtimalı çox aşağı olur. Hamiləlikdən altı ay əvvəl yoluxma
olduqda isə dölün yoluxması baş vermir.
Toksoplazmozun parenteral yolla - müxtəlif tibbi manipulyasiyalarda, donor qanı
ilə, cərrahi, ginekoloji və digər əməliyyatlarda ötürülmə ehtimalı demək olar ki, yoxdur. Bununla
belə əvvəllər toksoplazmozla yoluxmamış, im-mun reaktivliyi kəskin zəifləmiş insanlarda (QİÇS,
leykemiya, şüa müalicəsi zamanı və s.), qan köçürmə və üzvlərin transplantasiya zamanı yoluxma
təhlükəsi reallaşa bilər. Laborator şəraitdə yüksək virulentliyə malik ştamlarla işləyərkən,
zədələnmiş dəridən də yoluxma mümkündür. Belə ki, dərinin çirklənmiş iynə ilə zədələnməsi
zamanı, pipetka və digər yoluxmuş alətlərlə işləyərkən yoluxma baş verə bilər.
Toksoplazmoz Antraktidadan başqa dünyanın bütün qitələrində, bütün ölkələrdə
qeyd edilir. Bəzən infeksiyalaşma yüksək rəqəmlərə çatır. Məsələn, ABŞ-da 10-19 yaş arasında
yoluxma 5-30%, 50 yaşdan yuxanda isə 10-67%-ə, MDB ölkələrində 30%-ə çatır. İsti iqlim
zonalarında yoluxma daha yüksək
olur. Ümumiyyətlə bütün dünyada 500 milyondan, bir milyarda qədər adamın toksoplazmozla
infeksiyalaşması göstərilir.
downloaded from KitabYurdu.org
416
Xəstəliyə qarşı həssaslıq elə də yüksək deyildir. Ən çox cavanlar xəstələnir. 60
yaşdan yuxarı insanların yoluxması nadir hallarda qeyd edilir. Bu onlarda qeyri-steril immunitetin
olması ilə də izah edilə bilər. Toksoplazmoz oportunist iııfeksiya kimi QİÇS zamanı da qeyd edilir.
F at o g e /ı e z i- Patoloji an at o m i y as ı. İnvaziyanın giriş qapısı mədə-
bağırsaq sistemidir. Törədicinin daxil olması əsasən nazik bağırsağın aşağı şöbələrində baş verir.
Parazitin toxumalara daxil olması adi mexaniki təsir olmayıb, mürəkkəb bir prosesdir. Parazitin
xüsusi orqanoidləri və onların sitez etdiyi ferment xüsusiyyətinə malik maddələr hüceyrəyə
adgeziya və inva-
ziyanı təmin edir. Hüceyrə membranının lizisinə səbəb olan bu faktorlar yüksək virulentliyə malik
olan ştamlar tərəfindən daha çox ifraz edilir. Bu da pa-razitin virulentliyini şərtləndirən
faktorlardan biri hesab olunur. Daxil olmuş törədicilər limfa yolları ilə regional limfa düyünlərinə
(mezenterial) gətirilir. Limfa düyünlərində çoxalaraq iltihabi dəyişikliklər törədib, orada
toplanırlar. Hüceyrə tərkibinə görə vərəm və bruselloz qranulomalarını xatırladan qranu-lomalar
formalaşır. Mezenterial limfa düyünləri böyüyür. Bəzən bu, xəstələrdə, xüsusən yeniyetmələrdə
özünü «kəskin qarın» əlamətləri şəklində büıuzə verir.
Sonradan limfa düyünlərinə toplanmış törədicilər qana keçərək orqanizmə
yayılır və müxtəlif üzv və sistemlərdə lokallaşırlar. Əsasən qaraciyər, dalaq, limfa düyünləri, göz,
miokard, skelet əzələlərində və sinir sistemində fıksə olunaraq, artıb-çoxalırlar. Parazitlərin həyat
fəaliyyəti nəticəsində əmələ gələn an-tigen və allergenlər immunitetin inkişafına, allergik yenidən
qurulmaya səbəb olur. Yavaş tipli hiperhəssaslıq inkişaf edir. Antitellər əmələ gəlir.
Antitellərin əmələ gəlməsi, immunitetin formalaşması toksoplazmozla yenidən yoluxmadan
qoruyur. Yoluxmuş şəxslərdə toksoplazmozun latent formalarının inkişafını şərtləndirir.
Orqanizmdə sistalar formalaşır. Sistalar bədəndə 10 illər, hətta ömrü boyu qala bilərlər. Sistaların
bir qismi sinir sistemində və əzələlərdə nek-rozlaşaraq kirəcləşirlər. Orqanizmin müdafiə
qüvvələrinin, immunreaktivliyi-nin zəifləməsi sistaların dağılmasına, latent formaların
manifestləşməsinə səbəb ola bilər. Latent tosoplazmozun kəskinləşməsinə bir sıra yanaşı gedən
xəstəliklər - pnevmoniya, KRX, qrip və s. təkan verə bilər. Kəskinləşmələr uzun müddətli (10-20
il) latent gedişindən sonra belə müşahidə edilir.
Anadangəlmə toksoplazmozun kliniki olaraq büruzə vermə dərəcəsi yoluxmanın
hamiləliyin hansı dövründə baş verməsindən asılıdır. Belə ki, invazi-yalaşma hamiləliyin ilk
aylarında baş verərsə, bu dölün tələf olmasına, özbaşına düşüklərə, ebriopatiyalann olmasına,
inkişaf qüsurları olan körpələrin do-ğulmasma səbəb olur. Hamiləliyin son dövrlərində yoluxma
zamanı isə yeni doğulan körpələrdə latent formalarla yanaşı, yayılmış - generalizə
olunmuş toksoplazmozun da formalaşması mümkündür.
Qeyd etdiyimiz kimi İİV-infeksiyası zamanı opportunist bir infeksiya ki-
mi toksoplazmoz da baş qaldıra bilər. Bu baxımdan da IlV-infeksiyasına latent toksoplazmozun
fəallaşmasının səbəblərindən biri kimi baxılır. Bu zaman toksoplazmozun kəskin bəd xassəli
gedişə malik formaları inkişaf edir, menin-goensefalit baş verir. Prosesə göz, ürək, qaraciyər, ağ
downloaded from KitabYurdu.org