40
olan N.Tusi əhatə etdiyi sahələrin diapa zonu ilə də fərqlənir. O, nücum (astro
nomiya), riyaziyyat, tibb, məntiq, psixologiya, fəlsəfə, ədəbiyyat, coğrafiya,
mədənşünaslıq (kimya), ilahiyyat, incəsənət, musiqi, tarix, iqtisadiyyat və s.
elmlərdən mükəmməl xəbərdar olmuşdur. H.Məmmədbəyli özünün “Marağa
rəsədxanasının banisi Nəsirəddin Tusi” adlı əsərində Tusinin 76 əsərinin adını
çəkir. Alimə dünya şöhrəti qa zandıran onun riyaziyyat və nücum elmlərinə aid
yazdığı “Zince Elxani” kimi əsəri və Marağa rəsədxanasıdırsa, onu Şərq xalq
larına sevdirən “ƏxlaqiNasiri” əsəri olmuşdur. Bu əsərin qəribə yazılma tarixi
vardır. Əxlaq, fəlsəfə, məntiq məsələləri ilə maraqlanan, bəzən özü də bu
məsələ lərə aid əsər yazan İsmaili hökmdarı Nasir, Tusini yanına çağıraraq ona
Əli Misgəvehin “Əttəharə” adlı kitabını fars dilinə tərcümə etməyi təklif edir.
O zaman İbn Misgəvehin bu kitabı ərəb dilində əxlaq haqqında yazılmış ən
gözəl əsər hesab edilirdi. Tusi bu kitabı tərcümə etmək əvəzinə, onu çoxdan
məşğul edən fəlsəfiəxlaqi, ictimaisiyasi məsələləri dərindən şərh etmək üçün
daha mükəmməl bir kitab yazmaq qərarına gəlir. Tusi özü bu barədə yazır: “Bu
kitabın yazılması onun əmri və təşviqi ilə olduğundan adı “ƏxlaqiNasiri”
qoyuldu”. “ƏxlaqiNasiri” 3 məqalə və 30 fəsildən ibarətdir. Əsərin əvvəlində
“Müqəddimə”, “Bu kitabın yazılmasının səbəbi haqqında”, “Kitabın məqsədi
və fəsilləri haqqında başlanğıc” adlanan hissələr yerləş dirilib. “Əxlaqın saflaş
dırılması haqqında” adlanan birinci məqalə “Əsaslar (başlanğıclar) haqqında”
və “Məqsədlər haqqında” adlanan 2 hissədən ibarətdir. Birinci hissədə 7,
ikincidə 10 fəsil mövcuddur. “Evdarlıq elmi haqqında” adlanan ikinci məqalə
5, “Ölkə (şəhərləri) idarəetmə qaydaları” adlanan üçüncü məqalə isə 8 fəsildən
ibarətdir. Hələ kitabın əvvəlində əsərin məhz fəlsəfi əsər olduğu bəlli olur: “Bu
kitabın məqsədi hikmətə aid məsələlərdən biri olduğundan ilk növbədə
hikmətin mənasını şərh etmək, onun təsnifatını vermək lazımdır”. Müəllif
hikmətə tərif verərək onu 2 yerə bölür: biri – elm, o biri – əməl (iş). Sonra
müəllif hikməti nəzəri hikmət və əməli hikmətə bölərək, bunların hər birinin
bölmələrindən danışır və onların geniş təsnifatını verir ki, bunların da hər biri
özözlüyündə böyük maraq doğuran problemlərdir. Məsələn, 3 yerə ayrılan
nəzəri hikmətin birinci hissəsinə ilahiyyat, fəlsəfə; “Riyaziyyat” adlanan ikinci
hissəyə həndəsə, astronomiya, astrologiya, musiqi; “Təbiət elmi” adlanan
üçüncü hissəyə kimya, bota nika, biologiya, psixologiya, fizika və s. aiddir.
Əməli hikmət də üç yerə bölünür: birinci – əxlaqın saflaşdırılması; ikinci –
evqurma qaydası; üçüncü – şəhərsalma siyasəti.
Etik görüşləri hələ kifayət qədər tədqiq edilməyən Tusi insan və ona
məxsus olan xüsusiyyətləri mərkəzi planda nəzərdən keçirir, yaradıcılığı boyu
insanın əxlaqi keyfiyyətlərini tərənnüm edir. Tusi əxlaqi sifətlərin yaranmasını
real gerçəklikdə görür: “əxlaqi sifətlər yalnız ictimai həyatda yaranır və heç
də anadangəlmə proses deyil”, “insanlar öz əxlaqi sifətlərini hə yatda tapdıqları
41
na görə özlərini yaxşı tərbiyə etməyi də bacarmalıdırlar”. Tusinin etik sis te mi nə
əsasən, insanlar öz xarakterinə görə dörd qrupa bölünür: birinci, o adam ki, bi lir
və bildiyini başqalarına öyrədir, o, alimdir, ona ehtiram edin; ikinci, o adam ki,
bilir və bildiyinə güvənir, o, özündən xəbərsizdir, lovğadır, onu tənqid edin;
üçüncü, o adam ki, bilmir və öyrənməyə ciddi cəhd edir, o zəhmətkeşdir, ona
kömək edin; dördüncü, o adam ki, bilmir və öyrənmək də istəmir, o adam ağıl
sızdır, ondan uzaq olun. Tusinin fikrincə, insanlar həyatda əxlaqi sərvətləri,
keyfiyyətləri yaxşı mənimsəmək üçün uşaqlıq dövründən düzgün tərbiyə edil
mə lidir, ata və analar, hər şeydən əvvəl, övladlarını vicdanlı olmağa öyrətməli
və sonra təlim və tərbiyə işlərinə başlamalıdırlar. Tərbiyə lap körpə yaşların
dan başlamalıdır, çünki kiçik yaşda uşaqların mə nəviyyatı sadə və təmiz olur.
Hər bir valideyn öz övladının idealına çevrilməyə çalışmalıdır. Hər bir valideyn
və tərbiyəçi uşaqlara həyatda zəruri tələbatı ödəmək üçün maddi nemətlərə
sərf edilən əməyin və zəhmətin rolundan geniş danışmalıdır. Uşaqlar başa
düşməli dirlər ki, onların yediyi, içdiyi və geyindiyi maddi nemətlər üçün
valideynləri böyük əmək və zəhmət sərf etmişlər. Belə olarsa, uşaqlar körpə
yaşlarından əməyin və zəhmətin nəyə qadir olduğunu düzgün dərk edərlər.
Onlar uşaqların nəzərində maldövlətin, qızıl və gümüşün rolunu heç vaxt
şişirt məməlidirlər, çünki qızıl və gümüşün vurduğu ziyan böyük bəlalara səbəb
olar. Heç kəs ana dangəlmə fəzilət sahibi olmur, məsələn, heç kəs dülgər, katib,
ya başqa mütə xəs sis doğulmur. Fəzilət təcrübə sayəsində əldə edilir, lakin çox
zaman bir adam fitri olaraq bir fəziləti tez qəbul edir, onu mənimsəmək istedadı
çox olur. İnsanı dörd amil hörmətli edər: doğruçuluq, ədəblilik, elmlilik və
xoşxasiy yətlilik. Doğruçuluğun zinəti həya, camalı mənəvi saflıq, səmərəsi isə
elmdir. Ədəblilik hörmət artırar, elm insanı yüksəldər. Elmin dəyəri mal
dövlətin dəyə rindən faydalıdır. Xoşxasiyyətlilik insanın xoşbəxtliyi deməkdir.
Xoşxa siy yətlilik yaxşılığın mayasıdır. Tusinin fikrincə, dostluq edənlər eyni
xasiyyətə malik olmalıdırlar: Birbirinə həsəd çəkib paxıllıq etməməli, bir
birindən mənfi xasiyyətləri gizlətməməli, birbirinə etibar etməlidirlər. Vəfalı
dost seçib onu axıra qədər qorumaq çətindir. Xeyirxah insanlarda 10 cür
müsbət əxlaqi sifət olmalıdır: əvvəla, yalançı olmamalıdır; ikinci, insaflı olma
lıdır, üçüncü, eyib axtar mama lıdır; dördüncü, xalqın günahından keçməyi
bacar malıdır; beşinci, üzrxahlığı bacarmalıdır; altıncı, əziyyətə dözməyi
bacarmalıdır; yeddinci, özünü tənbeh etməyi bacarmalıdır; səkkizinci, öz eybi
ni başqasının eybindən tez görməlidir; doqquzuncu, hamı ilə mülayim rəftar
etməlidir; onuncu, özünü çox təriflə mə məlidir, özü haqqında yüksək fikirdə
olmamalıdır. Tusi xeyir və səadətin növ lərini göstərir: xeyirlər şərafətli, təri
fəlayiq, qüvvə artıran və fayda verəndir. Xe yirlər kimi, səadətin də dörd növü
var: hikmət, şücaət, iffət və ədalət.
Dostları ilə paylaş: |