44
Füzuli insan əxlaqının, davranış və əməllərinin Allahın iradəsindən asılı
olması məsələ sində daha da irəli gedərək, iqbal və idbarın, xoşbəxtliyin və
bədbəxtliyin büsbütün Allahdan, ilahi iradədən asılılığını qəbul edir və bunların
izahında fatalist mövqe tutur. Allahın qoyduğu səadəti əzəli sayan şair, xoş
bəxtlik və bədbəxtliyin təyinində ilahi buyruğun, qeyridən edilən “əmri
mühalın” həlledici rolunu qəbul etməklə, əxlaqi əməllər məsələsində açıq
aydın qəzaqə dər ideyasına gəlib. ...Şair qəzaqədər ideyasını, əsasən, dünyəvi
hisləri, saf və real məhəbbəti tərənnüm edən “Leyli və Məcnun” dastanında
irəli sürür. ...Bəs bu bədbəxtlik haradan gəlir, onu aradan götürmək, səadət və
xoşbəxtliyə yetmək mümkündürmü? Məlum olur ki, bu, Məc nunun əvvəlcədən
müəyyən edilmiş taleyidir, onun bəxti, müqəddəratı, qisməti irəlicədən məhz
belə yoğurulmuşdur ki, o, bədbəxt olmalı və eşqinə qovuşmamalıdır”. “Şair
həyatın mənasını maldövlət toplamaqda, simüzər cəmləməkdə deyil, bilik və
elm əldə etməkdə görür. O, hünər kəsb etməyi, biliklərə yiyələnməyi daim fəzi
lət və hünərin şərti sayır. ...Əxlaqın yüksəlməsində əqlin, elmin gücünə verdiyi
qiymət, demək olar ki, bütün əsərlərində dönədönə təkrar edilir və onun rasio
nalist etikası geniş şəkil alır. Əxlaq normalarının müəyyən edilməsində, insan
ların davranış larında əqlin roluna verilən bu fikir Füzulidə sistemləşdirilmişdir.
O, insan şərəfinin səbəbini də əqlin gücündə, elmin rolunda görür. Farsca olan
rübailərindən birində deyir ki:
Elm ilə, ədəblə tapılar şərəf,
Mirvari olmasa, nə lazım sədəf?
Füzuli əxlaqi əməllərin təyinində əqlə verdiyi yüksək rola bir növ yekun
vuraraq yazır ki, əvvəl fikir, sonra əməl, yəni işi başlamazdan əvvəl onun
nəticələrini düşünmək lazımdır. ...Belə liklə, Füzulinin rasionalist etika tərəfdarı
olduğu, əxlaqın əsas meyarı kimi əqlə və biliyə yüksək qiymət verdiyi, onları
insanın yüksəlməsi və şərəfi üçün vacib şərtlər saydığı aydın olur.
XVIIXVIII əsrlərdə Azərbaycanda ictimaisiyasi və fəlsəfi fikir dövrün
tarixi hadisələri ilə sıx əlaqədar inkişaf edirdi. Qövsi Təbrizi, Saib Təbrizi və b.
Füzuli ənənələrini davam etdirir dilər. XVIII əsrdə Molla Vəli Vidadi və Molla
Pənah Vaqif humanist idealların ən güclü ifa dəçiləri olmuşdular.
Həmin dövrdə yaşamış Zeynalabdin Şirvani insanın kamil olması və
təkmilləşməsi üçün 50 keyfiyyət qazanmağın zəruriliyini göstərirdi. Şirvaniyə
görə, insan mülayim, təvazökar, ehtiyatlı, xeyirxah, vicdanlı, əməksevər olmalı
və bu kimi yüksək keyfiyyətlər daşımalıdır.
XIXXX əsrlərin Azərbaycan ədəbiyyatı etik fikir tarixində mühüm bir mər
hələ təşkil edərək yalnız gənc nəslin deyil, cəmiyyətin bütün təbəqələri və sinif
lərinin əxlaqi tərbiyəsində və həyat təcrübəsinin zənginləşməsində əvəz edilməz
45
mənbə rolunu oynamışdır. Bu dövrün görkəm li maarifçiləri və mütəfəkkir
lərindən Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani,
Nəriman Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev, Cəlil Məmmədquluzadə,
Üzeyir Hacıbəyli, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Cəfər Cabbarlı və
digərlərinin əsərləri buna misaldır.
6. İslam etikası
VII əsrdən başlayaraq Yaxın və Orta Şərq ölkələrində yayılmağa başlayan
İslam dini insan həyatının bütün sahələrində, o cümlədən dünyagörüşündə
(dini, hüquqi, siyasi, elmi, əxlaqi və s.), eləcə də məktəb və tərbiyə sistemində
özünəməxsus dəyişikliklər etmişdir. Ərəb xilafəti əra zisində formalaşmağa baş
layan yeni mədəniyyət, o cümlədən fəlsəfə və bir sıra Şərq xalqlarının ərəb
dilində yazılmış fəlsəfi əsərləri orta əsr fəlsəfi fikrinin mütərəqqi nümayən
dələrini yetiş dirmiş, onlar həmçinin antik irsdən və qeyriislam yönümlü
mütəfəkkirlərin mütərəqqi zəngin ənənə lərindən bəhrələnmişdirlər. İslam dini
dünyagörüşünə söykənən ərəbdilli zəngin İslam fəlsəfəsi VIIXI əsrlərdə öz
klassik dövrünü yaşamışdır. İslam sivilizasiyası əsasında inkişaf edən bu fəlsə
fənin bətnindən özünəməxsus davranış qaydaları, əxlaq normaları və prinsipləri
sistemi doğul muşdur. Bütün müsəlman dünyasının masaüstü kitabı olan
“Quran”ı bu baxımdan İslam etika sının əsası hesab etmək olar ki, bu da öz
genezisi və mənbələrinə görə İslam dini sistemi ilə bağ lıdır. Konkret olaraq
İslam etikası “Quran”ın ayrıayrı ayələrində öz əksini tapmışdır.
İslam yaranandan sonra formalaşan “müsəlman etikası” bir deyil, iki mən
bəyə əsaslanır: Quran və Sünnə. “Sünnə” (ərəbcə “nümunə”, “yol”, yəni pey
ğəmbərin həyat yolu) hədislərin bütöv bir toplusudur. Peyğəmbərin dövründə
yaşamış səlahiyyətli insanlar tərəfindən çatdırılan bu hədislərdə Allah elçisinin
sözləri, hərəkətləri, davranışı, hər hansı işə bəraət qazandırması və ya icazə ver
məsi və s. barədə məlumat verilir. “Məhəmməd peyğəmbərin kəlamları huma
nizm, xeyirxahlıq, beynəlmiləlçilik, ümumbəşərilik ideyaları ilə yoğurulmuşdur.
...Peyğəmbərin fik rin cə, insan cəmiyyət qarşısında məsuliyyətli olmalıdır, insanın
müqəddəs borcu ümumiyyətin haqqında düşünməkdir. Xəsislik, hiylə, kinlilik,
həsəd, peyğəmbərin fikrincə, insanda olan ən pis keyfiyyətlərdir. Şəriəti mizdə
yalan danışmaq, qeybət etmək pislənmiş, Allah yolunda düzgün danışmaq, haqq
ədalət tərəfdarı olmaq tərifəlayiq görülmüşdür. ...Məhəmməd pey ğəm bər ha mını
və hər kəsi düzgünlüyə, haqqı və ədaləti unutmamağa çağırırdı. ...Peyğəmbərin
müdrik kəlamları cilalanmış tərbiyə, əxlaq üsulları ilə zəngindir”.
Hədislərin toplanması, məzmununun səhih olması ilə əlaqədar tədqiqi və
şərhi “hədis şünaslıq” kimi bir sahənin yaranmasına səbəb olmuşdur ki, bu da
Dostları ilə paylaş: |