51
nəticələrə əsaslanmaq olmaz, indiki halda bu natamam olar. Dünyanın elmi
mənzərəsi və dünyagörüşü eyniyyət təşkil etmir. Dünyagörüş yalnız biliklər
əsasında formalaşmır, bura həmçinin insan hislərinin rəngarəng qamması da
aiddir. Əxlaqi şüurda dünyagörüş xüsusi anlayışlar prizmasında formalaşır:
dünya ya xeyirxah, ya qəddar, ya da neytral, qaydaya salınmaz və ya xaotik
kimi nəzərdən keçirilir.
Tərbiyəvi funksiya – əxlaqın əsas funksiyalarındandır. Fasiləsiz, intensiv və
məqsədyönlü tərbiyə prosesi olmadan nə cəmiyyət mövcud ola bilər, nə də
ayrıca insan şəxsiyyət kimi for malaşa bilər. Tərbiyənin mərkəzində şəxsiyyətin
mənəvi özəyini formalaşdıran əxlaq tərbiyəsi dayanır.
Tənzimləyici funksiya digər funksiyaların özünəməxsus sintezidir. Lakin
əxlaq insanların hərəkətlərinin yeganə tənzimləyicisi deyil: din, incəsənət,
hüquq, siyasət də bu qəbildəndir. Məhz əxlaqi dəyərlər insanın mənəvi alə
minin mərkəzində dayanaraq, onun həm siyasi möv qeyinə, həm mövcud hüquq
qaydalarına (o cümlədən insanın hüquqi şüuruna) müna sibətinə, həm müxtəlif
dini təlimlərə
qiymət verməsinə, həm də incəsənət sahəsindəki biliklərinə (este
tik zövqünə) təsir edir. Hüquq, siyasət və estetik şüurdan fərqli olaraq əxlaq,
demək olar ki, insan həyatının bütün sahələrini tənzimləyir. Əxlaq insanlardan
çox şey tələb edərək onları mənəvi ideala yaxınlaşdırır (bu, qeyrimümkün olsa
da belə). Nəhayət, bu funksiya da insanın əxlaqi əqidəsinə və ictimai rəyin
nüfuzuna, ilk növbədə vicdana əsaslanır. Lakin bütün bunlarla yanaşı, əxlaq
kifayət qədər gücə malik deyil. Buna saysızhesabsız cinayətlərin olması,
gündəlik hə yatdakı kobudluq, nəzakətsizlik və s. misaldır. Bunların da səbəbi
az deyil: əvvəla, ayrıayrı fərd lərin əxlaqi şüuru çox vaxt lazımi səviyyədə
olmur; ikincisi, ictimai rəy də səhv edə bilər. Bundan başqa, bəzən həyat şəraiti
əxlaqi hisləri boğur. Məsələn, uşaqları acından ölən qadının cinayətə və ya
oğurluğa əl atması və s.
8. Əxlaq və ictimai şüurun digər formaları
Əxlaq – ictimai şüurun qədim formalarından olub, insanlar arasındakı qarşı
lıqlı münasi bətlərin xüsusiyyətlərini əks etdirir və tənzimləyir. Əxlaqi münasi
bətlərin rüşeymləri insan cə miy yətinin formalaşmağa başladığı ilk dövrlərdən
yaranıb. İbtidai dövrdə görülən bir çox işlər, məsələn, yem axtarma prosesi, bu
zaman görüləcək işlərin planlaşdırılması və razılaşdırılması, əməyin bölün
məsi, əmək alətlərinin hazırlanması təcrübəsinin yayılması zərurəti insanlar
arasın da olan qarşılıqlı münasibətlərin tənzimlənməsini tələb edirdi. Adətlər
şəklində reallaşan bu cür tənzimlənmə ibtidai cəmiyyətin ilk əxlaq normalarına