67
Məsələn, kimsə iclasda söz almaq niyyətindədirsə, bunun motivləri müxtəlif
ola bilər: həqiqəti sübut etmək, rəqiblərin cava bını vermək, kütlə qarşısın
da özünü göstərmək, natiqlik məharətini nümayiş etdirmək, hazır cavab kimi
şöhrət qazanmaq və s. Niyyət əməldən əvvəl gəldiyi halda, motiv ondan sonra
da yarana bilər. Bu, törədilmiş əmələ haqq qazandırmaq, onu əsaslandırmaq
üçün edilə bilər. Məsələn, məhkəmə zamanı aqressiv xarakterli adam kiməsə
xətər yetirməsini özünü müdafiə etmək, öz şərəf və ləyaqətini qorumaq kimi
motivləşdirir. Hegelə görə, motiv həmişə daxili və subyektiv, lakin dərk edil
miş səbəbdir. Əməlin strukturunda insanın şüur və iradəsinə tabe olan yeganə
element subyektiv xarakter daşıyan motivdir. Ona görə də əməlin və ya dav
ranışın əxlaqi qiymətləndirilməsi zamanı motivlər və onların əxlaqi keyfiyyəti
mühüm rol oynayır. Bu zaman biz əvvəlcə törədilmiş əməlin müsbət və ya
mənfi
tərəfi ilə, sonra onu icra edənin şəxsiyyəti ilə maraqlanırıq.
Heyvanlardan, körpə uşaqlardan və ruhi xəstələrdən fərqli olaraq, hər bir
normal insan öz əməllərinin mahiyyətini, şəxsi motivini, mənəvi (dini, əxlaqi)
və hüquqi məsuliyyətini dərk etməlidir. Çünki qanunları bilməmək insanı
məsuliyyətdən azad etmir.
11. Etikanın əsas kateqoriyaları
Hər hansı bir təlimin (estetik, siyasi, dini və s.) öz əsas ideyalarını ifadə
etməsi üçün müəyyən anlayışlar aparatı, özünəməxsus “dili” olur. “Kateqori
ya” adlandırılan ən ümumi anla yışlar gerçəkliyin mənəvi mənimsənilməsində
mühüm rol oynayır. Latınca “mühakimə”, “tərif” mənasını verən “kateqo
riya” bütün elmlərin anlayışlar sistemini təşkil edir. Hər bir elm öz ob yek
tini öyrənmək və məzmununu şərh etmək üçün xüsusi sözlərdən istifadə
edir: riyaziyyat – mənfi və müsbət, fizika – elektron, kimya – molekul və s.
Əxlaqın müxtəlif tərəflərini və funk siya larını ifadə edən etik kateqoriyalar
xaraktercə struktur və substansional olur. Struktur kateqoriyalar əxlaqı onun
komponentlərini təşkil edən daxili əlaqə baxımından, substansional kate
qoriyalar isə əxlaqı cəmiyyət və şəxsiyyət arasında yaranan münasibətlərin
məzmununun xüsusiyyətləri baxımından xarakterizə edir. Birincilərə əxlaq
normaları, prinsipləri; əxlaqi qiymətləndirmə, ideal, baxışlar, hisslər; adətlər,
hərəkət, davranış, münasibətlər və s.; ikincilərə isə xeyir, şər, borc, vicdan,
ədalət və s. aiddir. Etikanın nəzəri əsası olan kateqoriyalar cəmiy yətin mənəvi
həyatının zənginliyini və rəngarəngliyini, əxlaqi münasibətlərin obyektiv qanu
nauyğunluqlarını əks etdirir.
Etikanın kateqoriyalar sistemi əxlaqın strukturunu müəyyən edən, əxlaqi
prinsiplərin və əxlaqi şüurun mühüm tərəflərini əks etdirən ən ümumi anlayış