58
isə mənfi əxlaqi keyfiyyətlər – xainlik, yalançılıq, yaltaqlıq, namərdlik, paxıl
lıq, vəfasızlıq, kobudluq, qorxaqlıq, cəsarətsizlik, ikiüzlülük, riyakarlıq, şöhrət
pə rəstlik və s. nəzərdə tutulur. “Xalis” əxlaqi və ya qeyriəxlaqi mənəvi
keyfiyyətlər olmur. Yalnız ictimai qiymətləndirmə, mənəvi keyfiyyətləri əxlaqi
və ya qeyriəxlaqi, “fəzilət” və ya “qəbahət” kimi müəyyən edə bilər.
Əxlaqi şüur fərdi və ictimai olur. Fərdi əxlaqi şüur insanın daxili aləmi ilə
əlaqədardır. Hələ antik dövrdə insanın daxili aləmini 3 hissəyə bölürdülər: ağıl
lı, hissiyyatlı, iradəli. Bununla əlaqədar, fərdi əxlaqi şüurun 3 komponenti var:
1) ağıl; 2) hiss; 3) iradə.
Ağıl – fərdi əxlaqi şüurun rasional tərəfi olub, xeyir, şər, borc, vicdan, ali
sərvətlər haqqında təsəvvürlər, ideya və ya anlayışlardır. İnsanın mənəvi həya
tında ağılın mühüm rol oynadığını hələ Sokrat və Platon da qeyd edirdilər.
Hiss insanın həyatında mühüm rol oynayır. Psixologiya elmi bütün psixi
hadisələri 3 qrupa bölür: 1)
psixi proseslər (dar mənada, çünki bütün psixi
hadisələr həmçinin prosessual xa rakter daşıdığı üçün həm də “proses” adlandı
rıla bilər ki, bu da geniş mənada başa düşülür); 2)
psixi hallar; 3)
psixi xassələr
və ya keyfiyyətlər.
Psixi proseslər adlanan birinci qrupa iradi proseslər, emosional proseslər və
idrak pro sesləri aid olunur. Bunlar digər psixi hadisələrdən fərqli olaraq, sırf
prosessual xarakter daşıdığı üçün bu qrup məhz belə də adlanır. O cümlədən
idrak prosesləri də 2 yerə bölünür:
hissi idrak və məntiqi idrak. Hissi idrak
proseslərinə həm insanlara, həm də heyvanlara xas olan duyğular (görmə,
eşitmə, dadbilmə, qoxubilmə, lamisə), qavrayış, diqqət, hafizə, təsəvvür; mən
tiqi idrak proseslərinə isə yalnız insana məxsus olan nitq, təfəkkür və təxəyyül
prosesləri aiddir.
Psixi hallar adlanan ikinci qrupa hislər, emosiyalar, affektlər, stress, şok,
depressiya və s. aiddir ki, bunlar birinci qrupdakı proseslərdən fərqli olaraq,
daha uzunmüddətlidir. Əgər birinci qrupdakı proseslər bir neçə an, saniyə,
dəqiqə və ya saat davam edirsə, ikinci qrupdakı proseslər bir neçə gün, hətta bir
neçə ay davam edə bilər.
Psixi keyfiyyətlər adlanan üçüncü qrupa tələbatlar, maraqlar, xarakter, tempe
rament, zövq, ideal, qabiliyyətlər, dünyagörüş və s. aiddir ki, bunlar həm də insa
nın fərdi psixoloji keyfiyyətləri adlanır və daha uzunmüddətli proseslər sayılır.
Göründüyü kimi, hiss və emosiyalar 2ci qrupa daxildir. İnsan hisləri müx
təlifdir: aclıq, susuzluq, yuxusuzluq, sevinc, kədər, məhəbbət, nifrət, qısqanc
lıq, təəssüf, peşmançılıq, qəzəb, fərəh, utancaqlıq və s. Hislərin bir qismi maddi
tələbatla əlaqədar olub, heyvanlara da xasdır. Lakin maddi tələbatla bağlı olma
yan hislərdə heyvanlara aid ola bilər. Məsələn, şadlıq, mə həbbət, qəzəb və s.
Yalnız insanlara məxsus olan
ali hislər də mövcuddur ki,
bunlara da zehni, este
tik və əxlaqi hislər aiddir.