62
isə Quran özünəməxsus əxlaq kodeksidir. Əxlaq prin sipləri əxlaqi tələblərin
ümumiləşmiş ifadəsidir.
Mənəvi ideal əxlaqi şüurun daha geniş, ümumiləşmiş formasıdır. O, bəşər
tarixinin nis bə tən sonrakı pillələrində yaranıb. İbtidai və quldarlıq cəmiyyət
lərində o hələ inkişaf etməmişdi. Əgər əxlaq normaları bugünkü davranış qay
dalarını tələbata uyğun ifadə edirsə, mənəvi ideal əxlaqi tələbləri mümkün
qədər mütləqləşdirərək, gələcəyə tuşlanır. Mənəvi ideal – əxlaqi qiy mət
ləndirmə, prinsip və normaların sintezidir.
Əxlaqi qiymətləndirmə – əxlaqi şüurun mühüm elementi olub, insanların
hadisələr, şəx siyyətlər, adətlər, davranış qaydalarının mənəvi dəyəri haqqındakı
təsəvvürləridir. Burada sub yektin qiymətləndirilən obyektə rəğbəti və ya
tənqidi ifadə olunur. Subyekt – ayrıca insan, insan birliyi, yəni kollektiv, sinif,
cəmiyyət; obyekt isə fərdin əməllərindən tutmuş, qlobal ictimaisiyasi hadisə
lərə və ya tarixi dövrlərədək olan daha geniş anlayışdır. Qiymətləndirməyə aid
olan mühakimələrə “bu yaxşı işdir”, “bu ədalətli deyil”, “layiqli hərəkətdir”,
“ləyaqətli insandır” və s. daxildir.
Beləliklə, əxlaqi şüurun çoxşaxəli olduğunun şahidi olduq.
10. Əxlaqi fəaliyyət
Əxlaq da ictimai şüurun digər formaları – siyasət, hüquq, elm, din və s.
kimi yalnız şüur formasında deyil, həm də insanın davranışının, praktik
fəaliyyətinin bir növü kimi mövcuddur.
İnsanın hər hansı fəaliyyəti onun tələbatları və maraqları ilə çox bağlıdır.
Etika və psixo logiya mütəxəssislərinin çoxu bu fikirdədirlər ki, insanın bütün
motivlərinin əsasını onların şüurlu tələbat və maraqları təşkil edir. Məsələn,
estetik fəaliyyətin əsasında estetik tələbat və maraqlar durur. Estetik şüur anla
yışına insanın estetik tələbatları, estetik maraqları, estetik zöv qü, estetik idealı,
estetik hisləri, bədii emosiyaları, bədii qabiliyyətləri, bədii təfəkkürü, bədii
təxəyyülü daxildir və onun zəminində həyata keçir. O cümlədən əxlaqi fəaliy
yəti əxlaqi şüur reallaşdırır. (Doğrudur, bəzən insan hər hansı bir işi istəmədən,
məcburən və ya kiməsə xoş gəl məkdən ötrü görür, ya da öz borcunu, vəzifəsini
yerinə yetirir.)
Tələbat və maraqlarla yanaşı, insanın əxlaqi fəaliyyətinə əxlaqi hislər, xüsu
sən, utancaqlıq, məhəbbət və s. təsir göstərir. Bunlar çox vaxt xeyirxah işlərin
əsas səbəbi olur. Bədxah işlər paxıllıq, düşmənçilik, kinlilik, qısqanclıq, eqo
izm, şöhrətpərəstlik və s. hislər nəticəsində yara nır. Beləliklə, estetik fəaliyyət
dən
fərqli olaraq, əxlaqi fəaliyyət yalnız
müsbət deyil, həm də mənfi ola bilər.
Əsasən insanların gündəlik həyatında və rəftarında reallaşan əxlaqi fəaliy
yətin “hüceyrəsi”, “kərpici”, “hissəciyi” hərəkətdir. Fəaliyyət məhz hərəkət