65
ağacların budanması və ya xuliqanlıq məqsədilə kəsilməsi. Bir də görürsən,
xoş niyyətlə başlanan iş heç də xeyirxah əməllərə gətirib çıxarmır. Nəticədə
xoş niyyətlərdən bəd əməllər yaranır: “Yaxşılıq etmək istədim, pislik çıxdı”.
Buna görə də hər hansı bir əməlin nəti cəsini, yəni insanlara nə dərəcədə xeyir
gətiribgətirməyəcəyini nəzərə almaq lazımdır. Əməlin baş verdiyi şəraitin də
əhəmiyyəti böyükdür. Məsələn, imkanlı adamın yardım etməsi ilə im kan sız
adamın “yox yerdən”, “özündən kəsərək” yardım etməsi arasında böyük fərq
var. Məhz şərait motivi nəticəyə çevirə bilər. Məqsədə çatmaq üçün istifadə
olunacaq vasitələrin də olması vacib dir. Məsələn, öz qohumlarına yardım
etmək üçün dövlət vəsaitindən istifadə edilir; dövlətdə və ya idarədə nizam
intizam yaratmaq üçün insafsızlığa yol verilir, insanların şərəf və ləyaqəti
tap da lanır. Bəzən insan dara düşmüş bir adama kömək etmək istəyir, lakin
bacarmır, çünki ya lazımi maddi vəsaiti yoxdur, ya da həmin konkret sahədə
lazımi bacarığı, prinsipiallığı, mətinliyi kifayət qədər deyil. Məsələn, tibb
sahəsindən elementar bilgisi olmayan insan, qəzaya düşənə ilk tibbi yardımı
lazımi səviyyədə göstərə bilmir və ya ətrafdakıların təsiri altına
düşərək düzgün
olmayan hərəkətlər edir. Məsələn, tələbə imtahan vaxtı qrup yoldaşının ondan
köçürməsinə şərait yaradır. Belə hadisələr bəzən ikiüzlülüyə də gətirib çıxarır:
tələbələr özləri “şparqalka”dan köçürməyi, üzürsüz dərs buraxmağı pisləsələr
də, heç nə dəyişmir. Belə hallar hətta müəllimlərin də başına gəlir. Dərsdə
şagird və tələbələrə müxtəlif iradlar tutan müəllimlər özləri iclaslarda oturarkən
və ya təkmilləşmə kurslarında mühazirə dinləyərkən birbiri ilə söhbət edir və
hətta partaları da yazırlar.
Bəzən elə hallar da olur ki, hər hansı şəxs ürəkdən bunu istəsə belə, vəzifə
borcu ilə əla qədar iş başında olduğu üçün xeyirxah işi yerinə yetirə bilmir.
Məsələn, əsgər gecəyarı çox mühüm bir obyekti qoruyarkən kimsə yaxındakı
çayda boğulur və köməyə çağırır. Əsgər nə etməlidir?
Öz vəzifə borcunu yerinə
yetirməkdə davam etməli, yoxsa insan həyatını xilas etməyə çalışmalıdır? Hər
iki halda o, öz borcuna və vicdanına qarşı çıxmış olur. İnsanın birbirini təkzib
edən işlər arasında seçim etmək məcburiyyəti qarşısında qalmağına əxlaqi
konflikt deyilir. Be ləliklə, insanların davranışının düzgün qiymətləndirilməsi
o qədər də asan məsələ olmadığı üçün burada tələmtələsikliyə yol verilə bil
məz. Yenə də, əlbəttə ki, hərəkətin motivi bəlli olmalıdır. Bəzən insanlar heç
özləri öz əməllərinin əsas motivini düzgün müəyyən edə bilmirlər: “özüm də
bilmirəm niyə belə etdim?” deyirlər. Əməlin baş verdiyi obyektiv, zahiri (təbii,
sosial, məsələn, “ictimai fon”) və subyektiv, daxili (məsələn, insanın dünyagö
rüşünün tipi, psixikasının vəziyyəti, xarakterinin cizgiləri və s.) şərait onu icra
edənin iradəsindən asılı olmaya da bilər. Çünki əməlin artıq fakta çevrilmiş
nəticələri daha insanın hökmünə tabe deyil. Hegelin dediyi kimi: “Daş əlindən
çıxdısa, şeytana məxsus olur”.