“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
626
günləri ilə ədvələnmişdi. Onda meyxanaya getmək, şərab içmək, siqaret çəkmək yasaq
olunduğundan hamısı əlçatmaz, ləzzətli şeylər sayılırdı və yaman da dəbdə idi… Həmin anda
heç içimdəki Yalquzaq da baş qaldırıb dişlərini qıcamadı, o şirin xəyalları pərən-pərən salmadı.
Rahatca oturub keçmişin, sönmüş bir ulduzun zəif işartısına isindim...
Bir çərçi içəri qovrulmuş şabalıd gətirdi, ondan bir ovuc aldım. Sonra gülsatan yaşlı qadın gəldi,
ondan da bir neçə qərənfil alıb sahibəyə bağışladım. Yalnız yeməyin pulunu vermək üçün adətim
üzrə əlimi pencəyin cibinə atanda hiss elədim ki, frak geymişəm. Maskarad balı! Hermine!
Ancaq hələ çox tez idi, «Qlobus» restoranına indidən getməyə ürək eləmədim. Hiss etdim ki, son
vaxtlar iştirakçısı olduğum bütün müsamirələrdəki kimi yenə də daxilimdə nəsə bir etiraz
duyğusu baş qaldırdı: böyük, ağzına kimi dolu, səsli-küylü otaqlara heç girmək istəmirdim, o yad
ab-havada əhlikeflərə qoşulub rəqs etməkdən uşaq kimi utanırdım.
Veyllənə-veyllənə gəlib bir kinoteatrın yanına çıxdım. Qabağında topa-topa işıqlar, rəngarəng iri
afişalar sayrışırdı və bir-iki addım gedəndən sonra geri qayıdıb içəri girdim. Təxminən saat on
birə qədər qaranlıqda rahatca otura bilərdim. Əlində zəif işıqlı fənər tutmuş xidmətçi məni içəri
apardı, pərdələrin arasından sivişib zülmət kimi qaranlıq zala girdim, boş yer tapıb oturdum və
birdən-birə əhdi-ətiq əyyamına düşdüm. Bu elə filmlərdən idi ki, sanki, pul qoparmaq üçün deyil,
böyük bir xərc hesabına, böyük bir diqqətlə, müqəddəs, nəcib məqsədlər naminə çəkilmişdi.
Hətta ilahiyyat müəllimləri də günortadan sonra öz şagirdlərini ona baxmağa gətirirdi. Musa
peyğəmbərlə israillilərin
Misirdəki macəraları çəkilmişdi və cürbəcür adamlar, atlar, dəvələr, saraylar, zəngin fironlar, bir
də isti qum səhralarında əziyyət çəkən yəhudilər təsvir olunurdu. Gördüm ki, saçını Uolt Uitmen
kimi daramış bu bər-bəzəkli səhnə Musası əlində uzun bir əsa qaşqabaqla, odlu-odlu, mübarizə
allahı Vodanın yerişi ilə yəhudilərin qabağına düşüb səhra ilə gedir. O, Qırmızı dənizin sahilində
dayanıb allaha üz tutdu, dəniz iki bölündü, ortasından yol açıldı və həmin yol da sulardan
yaranmış dağların arasındakı dərəyə
bənzədi (keşişin bu dini filmə gətirdiyi konfirmandlar kinoçəkənlərin həmin səhnəni necə
yaratdıqları barədə uzun-uzadı mübahisə edə bilərdilər). Gördüm ki, peyğəmbər və vahimə
basmış adamlar oraya girdilər. Onların arxasınca fironun döyüş arabaları peyda oldu. Sahildəki
misirlilər əvvəlcə karıxdılar, qorxuya düşdülər, sonra da cəsarətlə irəli atıldılar, sulardan
yaranmış dağlar ağız-ağıza gəldi, qızıl zirehli zəngin fironu da, döyüş arabalarını da,
döyüşçülərini də uddu. Və bu zaman Hendelin iki bas üçün yazdığı ecazkar duetini xatırladım:
həmin hadisə orada çox gözəl təsvir olunurdu. Sonra Musanın
Sinay dağına çıxdığını gördüm. İndi o, kədərli, sıldırım qayaların arası ilə gedən qüssəli bir
qəhrəman idi və gördüm ki, Yehova orada dalğaların, tufanın, işıq siqnallarının vasitəsi ilə on
dənə ehkamı ona çatdırdı. Həmin anda onun özünə layiq olmayan xalqı dağın ətəyində Qızıl
Dana heykəli ucaldıb yallı gedir, görünməmiş şənlik edirdi. Oturub bunlara baxmaq özümə də
qəribə xəyal kimi gəlirdi. Nə vaxtsa uşaqlığımız üzərinə qeyri-adilik, başqa bir dünya haqqında
dumanlı təsəvvürlər pərdəsi çəkən müqəddəs keçmişi, onun qəhrəmanlarını, möcüzələrini pul
qazanmaq xətrinə sakitcə oturub özləri ilə
gətirdikləri kökəni yeyən, qədirbilən tamaşaçılara göstərirdilər! Zəmanəmizdəki mədəniyyətin
ucuzluğundan, dəyərsizliyindən xəbər verən bir səhnə! İlahi, gərək belə alçaqlığın qabağını
almaq xətrinə misirlilərdən başqa yəhudilər də, yer üzündə qalanlar da məhv olaydı, bu gün
bizim öldüyümüz o dəhşətli, yalançı, tədrici ölümdənsə, məcburi, ləyaqətli bir ölümün qurbanı
olaydı! Kaş olaydı!
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
627
Qəlbimdə baş qaldıran o gizli etiraz səslərini, maskarad balı qarşısındakı əsassız qorxu hisslərini
nə kino, nə də onun yaratdığı təəssürat azalda bilmədi, əksinə, onları daha da artırdı və axırda
Hermineni xatırlayaraq özümü «Qlobus»a getməyə məcbur eləyəsi oldum.
Gecikmişdim, artıq balın qızğın çağıydı və heç soyunmağa macal tapmadım, birdən-birə maskalı
izdihamın arasına düşdüm, yaxın adam kimi hərə bir tərəfə dartışdırdı, qızlar şampan şərabı
satılan yerə çəkmək istədi, təlxəklər əlini çiynimə qoyaraq «sən» deyə müraciət etməyə
başladılar. Heç birinə yaxınlıq verməyib ağzına kimi dolu zalları birtəhər keçərək asılqana
çatdım və nömrəni alan kimi cibimdə yaxşı-yaxşı gizlətdim ki, bəlkə, bu hərc-mərclikdən bezib
onu tez götürəsi oldum.
Böyük binanın bütün otaqlarında bayram şənliyi idi, zalların hamısında, hətta zirzəmidə də rəqs
edirdilər. Bütün dəhlizlər, pilləkənlər maskaya, rəqsə, musiqiyə, gülüşə bələnmişdi, adam
əlindən tərpənmək olmurdu. Sıxıla-sıxıla bu basabasın arası ilə zənci kapellası olan otaqdan xalq
musiqisi çalınan zala keçdim, bərq vuran əsas zaldan çıxıb dəhlizlərə, pilləkənlərə, barlara,
bufetlərə, şampan içilən yerlərə baş vurdum. Divarların çoxu ən müasir rəssamların yöndəmsiz,
əyləncəli şəkilləri ilə bəzədilmişdi. Burada nə cür adam desən tapmaq olardı: sənətkar, jurnalist,
alim, tacir və bir də şəhərin
bütün əyyaşları... Orkestrlərin birində mister Pablo oturub şövqlə öz yoğun kərənayını üfürürdü.
Məni görən kimi kərənayda bir qıy vurdu. Basabasa düşüb gah bu otağa, gah da o birinə keçdim,
gah aşağı düşdüm, gah yuxarı qalxdım. Zirzəmidəki dəhlizlərdən biri cəhənnəmsayağı
bəzədilmişdi və içəridəki iblislər ansamblının guppultusundan qulaq tutulurdu. Yavaş-yavaş yan-
yörəmə göz gəzdirməyə başladım ki, bəlkə Herminedən, Mariyadan birini görəm. Sonra diqqətlə
axtardım, bir neçə dəfə əsas zala dürtülməyə çalışdım, ancaq heç birinə düşə bilmədim: gah
sıxışdırıb yoldan çıxartdılar, gah da
içəridən çıxan izdiham imkan vermədi. Gecə yarı olmuşdu, ancaq heç birini tapa bilməmişdim.
Rəqs eləməsəm də, istilənmişdim, başım hərlənirdi və yaxındakı boş kətillərin birində –
tanımadığım adamların arasında oturub bir qədəh şərab gətirtdim, fikirləşdim ki, mən yaşda olan
adamın, belə hayküylü şənliyə gəlməsi yersizdir. Qüssəli-qüssəli şərabdan içərək qadınların
çılpaq qollarına, çiyinlərinə baxdım, gözlərim önündən qəribə-qəribə maskarad paltarları geymiş
adamlar gəlib keçdilər. Bəziləri yüngülcə çiynimə toxundular. Dizimin üstündə oturmaq, ya da
rəqs etmək istəyən bir neçə qızı sakitcə özümdən araladım. Onlardan biri ucadan «Qoca kaftar»
dedi və düz də elədi. İstədim içib cəsarətlənəm, kefim açılsın, ancaq şərab da ləzzət eləmədi,
ikinci qədəhi güclə axıra çatdırdım. Getdikcə hiss etməyə başladım ki, Yalquzaq başımın üstünü
kəsdirib dişlərini qıcayır. Buralar mənim yerim deyildi, ona görə də bir şey alınmadı. Xoş
niyyətlə gəlmişdim, ancaq kefim açılmadı, bu aşıb-daşan sevinclər, gülüşlər, çılğınlıq mənə çox
saxta, gülünc görünürdü.Beləliklə də, saat birdə peşman-peşman, hirsli-hirsli paltomu geri almaq
üçün özümü birtəhər asılqana çatdırdım. Bu, məğlubiyyət, təzədən yalquzaqlığa qayıtmaq demək
idi və Hermine də bunu ömrundə mənə bağışlamazdı. Amma başqa yolum da yox idi. İzdihamın
arasından birtəhər keçərək asılqana tərəf gedə-gedə bir də diqqətlə yan-yörəyə baxdım ki, bəlkə
rəfiqələrimdən hansınısa görə
biləm. Sən demə, boş şey imiş! Axır ki, balaca pəncərəyə çatdım, arakəsmənin o biri tərəfindəki
nəzakətli kişi nömrəmi almaq üçün əlini irəli uzatdı, qoltuq cibimi axtardım və birdən gördüm
ki... nömrə yoxdur! Lənət şeytana, bircə bu çatmırdı. Qüssə-kədər içində zalları dolaşa-dolaşa,
oturub o dadsız-tamsız şərabdan içə-içə yarımçıq getməmək üçun özümlə mübarizə aparanda,
tez-tez əlimi cibimə aparmış və həmişə də görmüşdüm ki, nömrə yerindədir. İndisə yoxsa
çıxmışdı! Hər şey mənə qarşı çevrilmişdi.
– Nömrəni itiribsən? – böyrümdə peyda olan sarı-qırmızı qiyafəli balaca şeytan civildədi: