“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
644
Hamısı da uzaqdan bir-birinə oxşayırdı, hamısının da eyni dünyadan gəldiyi, eyni kökdən
yarandığı bilinirdi, ancaq bununla belə, hamısı da tamamilə yeni idi.
– Həyat adlı oyun bax budur, – deyə nəsihətə başladı. – Gələcəkdə öz həyatınızı istədiyiniz kimi
qurar, canlandırar, dolaşdırar, zənginləşdirərsiniz – hamısı öz əlinizdədir. Sözün yüksək
mənasında dəlilik hər cür mudrikliyin başlanğıcı olduğu kimi, şizofreniya da hər bir sənətin, hər
bir fantaziyanın əvvəlidir. Hətta alimlər yarımçıq da olsa başa düşüblər ki, «Şahzadənin
möcüzəli buynuzu» adlı o gözəl kitabda yazıldığı kimi, hər hansı alimin əzablı, inadcıl əməyi
xəstəxanalara göndərilmiş bir sıra dəli
sənətkarların dahiyanə əməkdaşlığı sayəsində yüksələ bilər. Bu balaca fiqurları da özünüzlə
götürün.
Onların yaratdığı həyat oyunu sizə hələ çox sevinclər bəxş edəcək. İndi qorxunc bir uyuğa
çevrilib ovqatınızı korlayan fiqurları sabah ikinci dərəcəli zərərsiz bir oyuncağa çevirəcəksiniz.
Bu gün, sanki, təpədən-dırnağacan bədbəxtliyə, günüqaralığa məhkum olunmuş hər hansı zavallı
fiquru da növbəti oyunda şahzadəyə döndərəcəksiniz. Sizə xoş günlər arzulayıram, cənab!
Minnətdarlıq əlaməti olaraq bu istedadlı şahmatçıya baş əydim, fiqurları da cibimə doldurub dar
qapıdan çıxdım.
Elə bilirdim, geri qayıdan kimi döşəmənin üstündəcə oturub saatlarla, lap əbədiyyətin özü qədər
həmin fiqurlarla oynayacam, ancaq dəyirmi, işıqlı dəhlizə çatar-çatmaz məndən güclü olan yeni
bir axarın qoynuna düşdüm. Gözlərim önündə bir plakat alışıb-yanmağa başladı:
____________________________________________________________
Yalquzaq təliminin möcüzəsi
____________________________________________________________
Bu yazı qəlbimdə müxtəlif duyğular oyatdı: keçmiş həyatımın, tərk etdiyim gerçəkliyin min cür
qorxusu, əzab-əziyyəti ürəyimi yamanca göynətdi. Əlim əsə-əsə qapını açdım və gördüm ki, bir
yarmarka xanəsindəyəm. İçərisində dəmir qəfəs düzəldilmişdi və həmin qəfəs də məni balaca
səhnədən ayırırdı. Ortada bazar çərçilərinə oxşayan lovğa bir cənab – təlimçi dayanmışdı. Uzun
bığları, möhkəm əzələləri, əynində də bər-bəzəkli sirk paltarı olmasına baxmayaraq, bu kişi lap
iyrənc dərəcədə mənə bənzəyirdi. Yaman acınacaqlı səhnə idi: həmin qüvvətli kişi heyvərə,
qəşəng, ancaq bir dəri bir sümük qalan, qul təki yazıq-yazıq baxan canavarın başına it kimi ip
salıb oynadırdı.. Qansız bir təlimçinin belə
nəcib, eyni zamanda da biabırçı dərəcədə itaətkar vəhşi heyvanı cürbəcür oyunlar çıxarmağa,
görünməmiş tamaşalar göstərməyə məcbur etməsi maraqlı olduğu qədər də dəhşətli, şirin olduğu
qədər də iyrəncdi.
Ancaq kişi – mənim bir parçamdan yaranan o lənətə gəlmiş əkiz qardaşım öz canavarını yaxşı
əhliləşdirmişdi, əsl möcüzə idi. Heyvan onun əmrlərini diqqətlə yerinə yetirir, it kimi hər
sözünü, işarəsini başa düşür, gah dizi üstə çökür, özünü ölülüyə qoyur, gah da nökərçilik edir, bir
kömbə çörəyi, yumurtanı, bir parça əti, dolu səbəti ədəblə, itaətkarlıqla ağzına alıb gətirir. Bunlar
bir yana, təlimçinnn yerə tulladığı qamçını dişi ilə götürüb, dözülməz dərəcədə yaltaqlana-
yaltaqlana, quyruq bulaya-bulaya onun dalınca aparırdı. Sonra səhnəyə bir dənə adadovşanı, bir
dənə də dümağ quzu buraxdılar. Düzdür,
dişlərini qıcadı, ağzının suyunu saxlaya bilmədi, ancaq yenə də heç birinə toxunmadı. Təlimçinin
əmri ilə titrəyə-titrəyə döşəməyə sinmiş heyvanların üstündən ustalıqla hoppandı, bu az imiş
kimi, sonra da onların arasında uzandı, qabaq pəncələri ilə ikisini də elə qucaqladı ki, deyərdin,
hamısı bir ailədir.
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
645
Adamın ürəyi yerindən oynayırdı. Axırda da insanın əlindən bir parça şokolad alıb yedi. Bu
canavarın öz təbiətini necə fantastik dərəcədə dəyişdiyinə baxmaq əsl işgəncəydi və ona görə də
tüklərim biz-biz oldu.
Ancaq ikinci hissədə həyəcanlanmış tamaşaçı da, canavarın özü də bu işgəncələrin əvəzini aldı.
Xalis təlim proqramı qurtarıb, təlimçi də şəstlə, şirin təbəssümlə quzu-canavar dəstəsinə baş
əyəndən sonra rollar dəyişdi. Harriyə oxşayan təlimçi ikiqat olub qamçısını canavarın ayaqları
altına atdı və bayaqkı heyvan kimi yazıq görkəm aldı, titrəməyə, büzüşməyə başladı. Canavar isə
gülə-gülə dodaqlarını yaladı. Əvvəlki əzab-əziyyətindən, saxtakarlığından nişanə qalmadı.
Gözləri alışıb-yandı, bütün bədəni tarımlandı, təzədən tapdığı vəhşiliyin qoynunda əsl canavara
döndü.
İndi o əmr edir, insan da yerinə yetirirdi. Canavarın göstərişi ilə insan diz çökdü, canavar rolunu
oynadı, dilini çıxarıb ləhlədi, doldurulmuş dişləri ilə öz əynindəki paltarı cırıq-cırıq elədi. İnsan
təlimçisinin əmri ilə yazıq gah iki ayağı üstə, gah da dördəlli yeridi, nökərçilik elədi, özünü
ölülüyə vurdu, canavarı belinə mindirib gəzdirdi, qamçısının dalınca apardı. Xüsusi istedadla, lap
it kimi, görünməmiş təhqirlərə, alçaqlığa dözdü. Səhnəyə qəşəng bir qız çıxdı, bu əl kişisinə
yaxınlaşdı, çənəsini sığalladı, yanağını yanağına söykədi, ancaq o, heyvansayağı dayanıb heyvan
kimi də qaldı, başını bulayaraq həmin gözələ dişlərini ağartdı. Axırda da lap canavar kimi qıcadı
və qız da qorxusundan qaçıb getdi. Qabağına şokolad qoydular, ancaq ikrahla imsiləyib geri
itələdi. Nəhayət,
bayaqkı ağ quzu ilə kök ada dovşanını gətirdilər və qabil insan son bacarığını göstərdi, canavar
rolunu oynadı. Əsl tamaşa idi: o, əlləri, dişləri ilə fəryad qoparan heyvancığazları didik-didik
elədi, parçaladı, irişə-irişə onların buğlanan çiy ətini gəmirdi, məst ola-ola, ləzzət ala-ala isti
qanını içdi.
Dəhşət içində geri qaçdım. Bildim ki, bu sehrli teatr xalis cənnət deyil. Üzdən gözəl görünən üst
qatını götürəndə, başdan-ayağa cəhənnəmə dönürmüş... Aman Allah, məgər burada da qurtuluş
yoxdu?
Qorxu içərisində ora-bura vurnuxur, ağzımda qan dadı, şokolad dadı hiss edir, ikisindən də
iyrənir, həsrətlə bu kədərli dalğanın qoynundan çıxmağı arzulayır, var gücümlə gözlərim önünə
daha xoş, daha dözümlü mənzərələr gətirməyə çalışırdım. Daxilimdə bir səs baş qaldırdı:
«Dostlar, belələri lazım deyil!» Eymənə-eymənə müharibə vaxtı hərdən gözümə sataşan o iyrənc
cəbhə şəkillərini xatırladım: yumaq kimi bir-birinə sarılmış cəsədlər... əleyhqaz altında ağaran
dişlər... şeytan sifətinə dönmüş üzlər... Müharibəyə düşmən kəsilmiş bir insanpərvər kimi belə
şəkillərdən dəhşətə gəldiyim zamanlar nə qədər səfeh olmuşam?! Bu gün bildim ki, heç bir
təlimçi, heç bir nazir, heç bir general, heç bir axmaq mənim yaddaşımdakı kimi dəhşətli, vəhşi,
qəzəbli, çiy, səfeh xatirələrə, hadisələrə dözə bilməz.
Nəfəsimi dərib yüngülləşdim, lap tamaşanın əvvəlində o qəşəng oğlanı özünə çəkən lövhəni
xatırladım:
____________________________________________
Butün qızlar sənindir
_____________________________________________
Mənə elə gəldi ki, hamısını üst-üstə götürəndə, bundan yaxşısı yoxdur. O lənətə gəlmiş canavar
dünyasından canımı qurtardığıma sevinərək içəri girdim.
Möcüzəyə bax: bu əfsanə, bu doğmalıq qəlbimi riqqətə gətirdi... Gənclik ətri üzümə vurdu,
yeniyetmə, ərgən çağlarının ab-havasına bələndim, damarlarımdan keçmişin qanı axmağa