“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
646
başladı. Bir az bundan əvvəlki əməllərim, fikirlərim, varlığım yoxa çıxdı. Təzədən cavanlaşdım.
Bircə saat, bircə an bundan avvəl mənə elə gəlirdi ki, məhəbbətin, vurğunluğun, həsrətin nə
olduğunu bilirəm, ancaq sən demə, hamısı yaşlı bir adamın məhəbbəti, həsrəti imiş. İndisə yenə
cavandım və içimdə duyduğum odalov, zorla harasa dartıb aparan həsrət, şehli mart küləyi kimi
səngiyən iztirablar da cavanlaşmış, təzələnmiş, saflaşmışdı. Ah, o unudulmuş od-alov birdən-birə
necə də kükrədi, keçmişin melodiyası gah dalğalandı, gah həzinləşdi, qanım coşub-qaynadı,
qəlbim harayla, nəğmə ilə doldu! İndi on beş, on altı yaşlı bir oğlandım, beynim latın, yunan
sözlərilə, gözəl-gözəl şeirlərlə dolmuşdu. Fikrim-düşüncəm şan-şöhrət həvəsindəydi, böyük
sənətkar olmaq arzusu ilə yaşayırdım. Ancaq qəlbimi sarmış bu alovların ən güclüsü, ən odlusu,
ən dəhşətlisi məhəbbət alovu, qadın həsrəti, əvvəlcədən duyduğum üzüntülü nəşə həvəsiydi.
Balaca, doğma şəhərimizin başı üzərindəki qayalı təpədə dayanmışdım. Hər yandan şehli külək
ətri, ilk bənövşə qoxusu gəlir, aşağıdan axan çay da, evimizin pəncərələri də bərq vururdu. Hər
şey ilk gənclik illərinin çılğın, poetik çağlarında olduğu kimi dil açıb nəğmə deyir, ətir saçır,
təzələnir, saflaşır, min rəngə boyanır, bahar nəsiminin qoynunda xəyal kimi süzə-süzə nura
bələnirdi. Təpənin zirvəsində dayanmışdım və külək də uzun saçlarımı yellədirdi: xəyali bir
məhəbbət həsrətinə dalaraq, qeyriixtiyari, yenicə göyərməyə başlayan koldan yarıyacan çırtlamış
bir tumurcuq qopardım. Gözlərim
önünə gətirib diqqətlə baxdım, qoxladım (onun ətrini duyan kimi keçmiş xatirələrin hamısı bircə-
bircə baş qaldırdı), sonra o yaşıl növrəstəni indiyəcən heç bir qızı öpməmiş dodaqlarım arasına
alıb oynatdım, çeynəməyə başladım. Yalnız kəskin, tünd qoxunu duyanda dəqiq bildim ki, niyə
bu vəziyyətə düşdüm: hər şey geri qayıtmışdı. İlk gənclik dövrünün son anlarını, yenicə girmiş
baharın ilk bazar gününü bircə saatlığa təzədən yaşadım. Həmin günü ki, tək-tənha gəzərkən
Roza Kraylerə rast gəldim, utana-utana salam verdim, dəlicəsinə ona vuruldum.
O zaman məndən xəbərsiz öz xəyal dünyasına qapılaraq tək-tənha təpəyə çıxan o gözəl qıza
hürkək bir həsrətlə baxdım, yoğun hörüklərə vurulmuş saçlarını, küləkdən yellənə-yellənə,
yanaqlarını sığallayan tellərini gördüm. Ömrümdə ilk dəfə qız gözəlliyini duydum. Küləyin zərif
tellərlə oynaması necə də gözəldi, heç həqiqətə oxşamırdı. Şümşad bədəninə yapışan mavi, nazik
paltarı adamın ürəyinə od salırdı və bayaq çeynədiyim tumurcuğun acıtəhər ədvəli dadı məni o
şirin bahar həsrətinə, bahar
qoxusuna necə bələmişdisə, qızı görəndə də qəlbim eləcə dəhşətli bir məhəbbət həsrəti, qadın
nəfəsi, min cür istək, min cür vəd, təsvirə gəlməyən nəşə, görünməmiş bir çaşqınlıq, qorxu,
iztirab, ülvi bir rahatlıq, sonsuz bir günah duyğusu ilə duydu. Ah, dilim bayaqkı ağı bahar
dadından od tutub yanırdı!
Ah, şıltaq külək onun dağınıq saçlarını, qırmızı yanaqlarını necə də sığallayırdı! Sonra mənə
yaxınlaşdı, gözlərini qaldırdı, tanıdı, yanaqları bircə anlığa allandı, baxışlarını yana çevirdi.
Başımdakı konfirmand papağını çıxarıb salam verdim və Roza özünü toplayıb xanımlarsayağı
qaşlarını dartaraq təbəssümlə salamımı aldı, məhəbbət, umacaq pərəstişlə dolu baxışlarıma
bələnə-bələnə asta, inamlı, təkəbbürlü addımlarla keçib getdi.
Bu əhvalat otuz beş il əvvəl, bazar günü baş vermiş və indi bircə anlığa qayıtmışdı: yenə o təpə,
o şəhər, o mart küləyi, o tumurcuq qoxusu, Roza, qəhvəyi saçlar, getdikcə dalğa-dalğa qalxan
həsrət, boğazıma tıxanıb qalmış şirin qoxu... Hər şey əvvəlkinin eyni idi və mənə elə gəlirdi ki,
ömrümdə heç kəsi onda Rozanı sevdiyim qədər sevməmişəm. Ancaq indi onu başqa cür
qarşılamaq imkanı yaranmışdı. Gördüm ki, məni tanıyan kimi qızardı. Gördüm ki, qızardığını
gizlətməyə çalışdı. Bildim ki, məndən xoşu gəlir, bu görüş onun da ürəyincədir. Yenə də
papağımı çıxarıb yanımdan keçənə kimi dümdüz dayanmaq əvəzinə, heç bir qorxuya,
utancaqlığa baxmadım, qəlbimin dediklərini elədim, ucadan:
“Çağdaş dünya ədəbiyyatı. Bədii nəsr. Romanlar. Povestlər”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
647
– Roza! Allaha şükür ki, gəldin, ey gözəllər gözəli! Bilirsən, səni necə sevirəm?! – dedim.Bəlkə
də, bu sözlər heç yerinə düşmədi, ancaq indi ağıl yeri deyildi və ona görə də kifayət elədi.
Roza, xanım ədası ilə özünü çəkmədi, dayanıb mənə baxdı, yanaqları qıpqırmızı pörtdü:
– Salam, Harri, məni, doğrudan, sevirsən?
Bu sözləri deyəndə qonur gözləri alışıb-yandı və mən o dəqiqə hiss elədim ki, Rozanı əldən
buraxdığım həmin bazar günündən bəri bütün keçmiş həyatım, məhəbbətim saxta, dolaşıq,
mənasız və bədbəxt imiş. Ancaq bu dəfə səhvimi düzəltdim, hər şey dəyişdi, lap yaxşı oldu.
Əl-ələ verib asta addımlarla getməyə başladıq. Həddən artıq xoşbəxt idik. Həddən artıq da sıxılır,
nə edəcəyimizi, nədən danışacağımızı bilmirdik. Və ona görə də nəfəsimiz kəsilənəcən gah
yüyürdük, gah yortduq, axırda da dayandıq. Ancaq əlimizi buraxmamışdıq. İkimiz də
uşaqlığımıza qayıtmışdıq, nə edəcəyimizi bilmirdik. O bazar heç ilk öpüşü dadmasaq da,
xoşbəxtlərin xoşbəxtiydik. Dayanıb nəfəsimizi dərdik, otların üstündə oturduq. Bir əlini əlimə
alıb sığalladım, Roza da o biri ilə utana-utana saçlarımı tumarladı, sonra ayağa durub yanaşı
dayandıq, boyumuzu ölçdük. Mən bir barmaq hündür idim, ancaq ona bildirmədim, dedim ki,
boyumuz birdir, Allah bizi bir-birimiz üçün yaradıb, gələcəkdə evlənəcəyik. Roza dedi ki,
burnuna bənövşə qoxusu dəydi, diz çöküb yenicə boy verən bahar otlarının arasında bənövşə
axtarmağa başladıq, bir neçə gödək saplaqlısını tapdıq, mən dərdiklərimi ona, o da özününküləri
mənə bağışladı. Və sərin düşəndə, qürub edən günəşin saçaqları qayalara sancılanda, dedi ki, evə
getməlidir. İkimiz də kədərləndik. Çünki ötürə bilməzdim. Ancaq bununla belə, aramızda elə bir
ülfət yaranmışdı ki, ikimiz üçün də müqəddəs idi. Yuxarıda, qayaların arasında qaldım, Rozanın
verdiyi bənövşələri qoxladım, sonra bir yarğanın başına uzanıb aşağıya – şəhərə baxdım, onun
zərif kölgəsi təzədən görünüb qaça-qaça quyunun yanından, körpüdən keçənəcən gözlərimi
çəkmədim. Bildim ki, evlərinə çatdı, otaqları bir-bir gəzdi. Mən isə uzaqlarda, təpənin başında
uzanmışdım. Qəlbimdən ona tərəf bir tel uzanıb gedir, bir cərəyan axır, bir ülfət uçurdu.
Sonralar gah burada, gah orada, gah qayaların arasında, gah da hasarların dibində bütün baharı
görüşdük və yasəmənlər çiçək açmağa başlayanda ilk dəfə hürkək-hürkək öpüşdük. Heyif ki,
uşaq olduğumuzdan çox şeyi qanmırdıq və ona görə də öpüşümüzdə hələ o od-alov, o həsrət yox
idi. Yalnız hərdən cəsarət edərək pərişan saçlarını asta-asta sığallaya bilirdim. Ancaq bu
məhəbbətin, bu səadətin hamısı özümüzünkü idi və hər utancaq hərəkətimizlə, kəsik-kəsik
sözlərimizlə, hürkək-hürkək gözləməyimizlə yeni bir səadətə qovuşur, məhəbbət nərdivanında
bir pillə də qalxırdıq. Bəxt ulduzunun parıltısına isinə-isinə Roza ilə, bənövşə ilə başlayan
məhəbbət dolu həyatımı təzədən bir də yaşadım.
Roza itib getdi, İrmqrad gəldi, günəş yandırıb yaxmağa başladı, ulduzlar məst oldu, ancaq heç
biri axıracan qalmadı. Pillə-pillə yuxarı qalxdım, çox şey görməli, çox şey öyrənməli oldum,
İrmqradı da, Annanı da itirdim. Gəncliyimdə sevdiyim qızların hamısını təzədən sevdim,
ürəklərinə məhəbbət odu saldım, hərəsinə bir şey verdim, hərəsindən bir bəxşiş aldım. Nə vaxtsa
təsəvvürlərimdə yaşayan arzular, xəyallar, imkanlar həqiqətə çevrildi, canlandı. Ah, siz ey bircə
yay, bircə ay, bircə gün sevdiyim
gözəl günlər, İda və Lore!
Başa düşdüm ki, indi mən bir az əvvəl həvəslə özunü məhəbbət otağına salan o qəşəng, çılğın
oğlanam. Varlığımın, həyatımın yüzdən, mindən bir hissəsini təzədən canlandırıb yaşayıram və
«mən»imin qalan hissələri də araya girmir, heç bir mütəfəkkir mane olmur, Yalquzaq onu
incitmir. Heç bir şair, heç bir xəyalpərvər, heç bir əxlaq vaizi onun yerini dar eləmir. Yox, mən
indi yalnız və yalnız sevən bir gəncdim. Səadətim də, iztirabım da yalnız məhəbbət səadəti,
məhəbbət iztirabı idi... İrmqrad mənə rəqs etməyi, İda öpməyi öyrətmişdi. Gözəllər gözəli Ema